MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə175/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   171   172   173   174   175   176   177   178   ...   228

 

326


XV Fəsil 

 

AZƏRBAYCANDA YAŞILLAŞDIRMA 

İŞLƏRİNİN VƏZİYYƏTİ 

 

Şəhər və digər yaşayış  məntəqələrində  ətraf mühitin mühafizəsi işində yaşıllıqların rolu əvəz edilməzdir. 



Yaşıllıqlar səhiyyə-gigiyena  əhəmiyyəti daşıyıb havanı  nəqliyyat və  sənaye müəssisələrinin buraxdığı  zəhərli 

qazlardan və tozdan təmizləyir, havanın rütubətliyini artırır, küləyin sürətini zəiflədir, nəqliyyatın səs-küyünü 

azaldır, yayın qızğın vaxtlarında sərinlik yaradır. Bununla yanaşı, yaşıl xiyabanlar, bağlar, yolkənarı yaşıllıqlar, 

parklar,  şəhər, qəsəbə  və digər yaşayış  məntəqələrinin abadlaşdırılması  və memar-bədii tərtibatının mühüm 

elementlərindən biri sayılır.  

Azərbaycanda yaşıllaşdırma işi qədim tarixə malikdir. İlk yaşıllıqlar  əsasən qala və  çəpərlər boyunca 

salınmış və fərdi xüsusiyyət daşımışdır. Azərbaycanda ilk ictimai park və bağlar Naxçıvan, Gəncə və Şamaxı 

şəhərlərində salınmışdır. VIII-XII əsrlərdə ticarət  əlaqəsi, abadlığı, yaşıllığına görə  Bərdə  şəhəri Reyn və 

İsfahandan sonra birinci yeri tuturdu. XI-XIII əsrlərdə Gəncə şəhəri Yaxın Şərqdə ən qabaqcıl, yaşıllıqlara qərq 

olmuş gözəl şəhər olmuşdur. Fransız səyyahı A.Filippinə görə XVII əsrin sonlarında Gəncə yaşıllığı və abadlığı 

ilə Orta və Yaxın Şərqdə ən gözəl şəhər hesab edilirdi. XIX əsrin əvvəlində Gəncə şəhərində geniş sahəni əhatə 

edən bağ salındı. Bu bağ  Gəncə xanlığı – Ziyadxan oğulları, daha sonra isə Cavadxan Ziyad oğlunun adı ilə 

bağlıdır. Park əvvəlcə «Xan bağı» (1804), sonralar isə «Sərdar bağı» (Qubernator bağı) adı ilə  məşhurlaşdı. 

1850-ci ilə qədər o, əsasən meyvə bağı olmuş, 1860-cı ildə isə mərkəzi hissədə çinar xiyabanı salınmışdır. 1899-

cu ildə park yenidən qurulmuş, Batumdan və digər ölkələrdən Gəncə xanına hədiyyə kimi gətirilərək parkda 

əkilmişdir.  

Hazırda ilk növbədə  nəzəri cəlb edən möhtəşəm çinar ağaclarından başqa, Xan bağında qiymətli ağac 

cinslərindən nəhəng Qafqaz cökələri (100 ədəddən çox), veymut şamı, ağşam, himalay sidri, kafur ağacı, şərq 

küknarı, nəhəng ağcaqayın, gözəl ağcaqayın, qarmaqvari şam, iriçiçək maqnoliya (10 ədəd), at şabalıdı, 

dağdağan, qovaq növləri, sərv ağacları, palmalar, Qafqaz xurması və b. göstərmək olar. Ölçü işlərimiz göstərdi 

ki, parkda sidr ağaclarının boyları 25-28 m, döş bərəbarində diametrləri 80-120 sm, uyğun olaraq cökəninki 23-

25 m və 72-88 sm, at şabalıdınkı 24 m və 40-48 sm, maqnoliya 10-12 m və 16-24 sm təşkil etmişdir,  ən 

möhtəşəm ağac bağın yuxarı hissəsində veymut şamı olub boyu 30 m, döş bərabərində çevrəsinin uzunluğu 365 

sm olmuşdur.  

XI-XIII əsrlərdə Gəncə Yaxın Şərqdə ən qabaqcıl, mütərəqqi, yaşıllıqlara qərq olmuş gözəl şəhər olmuşdur. 

Fransız səyahhı A.Filippin məlumatına görə XVII əsrin axırlarında Gəncə yaşıllığı, abadlığı və bulaqları ilə Orta 

və Yaxın Şərqdə ən gözəl şəhər hesab edilirdi.  

Ü.A.Ağamirov, V.Ş.Quliyev, S.H.Bağırovun (1983) məlumatına görə Gəncə şəhərinin yaşıllaşdırılmasında 

86 cinsə aid 122 ağac və kol növündən istifadə olunmuşdur. Gəncə  şəhərində 368 ədəd, Xanlar rayonunun 

ərazisində isə 345 ədəd qocaman, möhtəşəm çinar qeydə alınmışdır (Quliyev, Bağırov, 1997). Hazırda Gəncə 

şəhərinin yaşıllıq işlərində Himalay sidri və küknara da yer verilir.  

Yaşıllaşdırma işləri iqlim, torpaq şəraiti, su ehtiyatlarının olmasından və başqa amillərdən çox asılıdır. Bu 

baxımdan Azərbaycanın müxtəlif regionlarında yaşıllaşdırma işləri fərqlənmişdir. Gəncə-Qazax zonasında 

1000-dən artıq qocaman çinar ağacları mövcuddur. Gəncə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Goranboy 

şəhərlərində  əsrlərin yadigarı çinarlardan əlavə XIX əsrin sonu və XX əsrin əvvəllərindən bəri salınmış park, 

bağ  və xiyabanlar təqdirə layiqdir. Qazax şəhərini misal gətirək. Şəhərin mərkəzi bağı (kilsə bağı) salınarkən 

yalnız qafqaz cökəsindən istifadə olunmuşdur. Yaşı 100-ü ötən bu ağacların maksimum diametri 94 sm-dir. 

Hazırda bu bağda diametri 40-80 sm, boyları 12-20 m-ə çatan 20 ədəddən çox cökə ağacı qalmışdır. Bu ağaclar 

keçmişin yadigarları olub özlərini yaxşı hiss edir. Sonralar bu bağda  şərq çinarı,  şaquli və ehramvari sərvlər 

əkilmişdir. Onların yaşı 30-40 olsa da boyları qocaman cökə ağaclarına çatır və hətta onları ötüb keçir. Lakin 

cökə kölgəyə davamlı ağac cinsi olduğundan çətir altında ziyan çəkmir və onlarla birlikdə davamlı ekosistem 

yaradır.  

Qazax rayonunun icra hakimiyyəti binasının qarşısında himalay sidri, sərv və 3 ədəd küknar, 1 ədəd yapon 

xriptomeriyası  ağacları bura xüsusi yaraşıq verir. Şəhərin Nərimanov (köhnə Lenin) adına bağda və onun 

qarşısındakı Səməd Vurğun bağında yaşları 100-ü keçən ilk yaşıllıqların yadigarları cökə ağacları özünü daimi 

sakin kimi göstərir. Boyları 25-30 m, diametrləri 80-100 sm olan cökə ağacları H.Z.Tağıyev, Sabir və Qazaxın 

digər mərkəzi küçələrində vardır. Son vaxtlar yaşıllaşdırmada sidr, sərv, çinar və eldar şamına üstünlük verilir

qovaq növlərinə və amerika ağcaqayınına da rast gəlinir. Cökənin uzunömürlü, yaraşıqlı, geniş çətirli, yüksək 

fitonsid xassəyə malik olması yaşıllaşdırmada ondan geniş istifadə olunması vacibliyini göstərir. Qazax-Gəncə 

zonasında cökəni nə sərv, nə eldar şamı əvəz edə bilməz.  

Qazax şəhərində yaşı çox olan ağaclardan mərəzi poliklinikanın qarşısında yaşı 100-dən artıq olan 4 ədəd 

şaquli və ehramvari sərv ağacları (boyları 25-30 m, d=52-60 sm), Nərimanov bağının yanındakı üçbucaqşəkilli 




 

327


bağda yaşı 100-ü keçmiş 1 ədəd himalay sidri bitir, bu ağacın döş  bərabərində çevrəsinin uzunluğu 312 sm, 

boyu 25 m-dir.  

Qazax şəhəri doğum evinin (keçmiş xəstəxana) əsası 1904-cü ildə Baba Babayev tərəfindən qoyulmuşdur. 

Ehtimal ki, bu xəstəxananın  ərazisindəki böyük maraq doğuran yaşıllıq da həmin dövrə  təsadüf edir. Bu 

yaşıllıqda himalay sidri, veymut şamı, üfiqi və ehramvari sərv ağaclarından istifadə edilmişdir. 6 ədəd şamın ən 

irisinin döş bərabərində yoğunluğu 74 sm, boyu 25 m-dir. 9 ədəd himalay sidrindən ən irisinin döş bərabərində 

diametri 104 sm, boyları isə 35-40 m-ə çatır. 10 ədəd üfiqi və ehramvari sərvlərin diametrləri 44-60 sm, 

hündürlükləri 30 metrə çatır. 3 ədəd yapon xriptomeriyası ikinci yarusda (kölgədə) qaldığından sıxışdırılaraq 

sıradan çıxır.  İkinci yarusda boyu 5-8 m olan səlb də bitir. Ağaclar cərgə ilə  əkilib (3,5x6,0 m). Birləşmiş 

çətirlərin altında meşə mühiti yaranmışdır, 2-3 sm qalınlığında meşə döşənəyi əmələ gəlmişdir.  

İqliminə, torpaq şəraitinə, təbii formalaşmış və süni yaradılmış yaşıllıqların tərtibatına görə Şəki-Zaqatala 

zonasının  şəhər və  qəsəbələrinin də özünəməxsus xüsusiyyətləri vardır. Gürcüstan sərhədindən Xəzər dənizi 

sahillərinə qədər uzanan Böyük Qafqaz sıra dağlarının cənub yamacındakı qoz, şabalıd, fındıq və alma bağları, 

park və digər yaşıl guşələr insanı valeh edir.  

Zaqatala  şəhərinin yuxarı hissəsində «Qala düzü» deyilən sahədə yaradılan istirahət parkı,  şəhərin 

mərkəzindəki əsrlərin yadigaı nəhəng çinar ağacları, kənd təsərrüfatı texnikumunun ərazisindəki ekzot ağac və 

kol cinslərindən ibarət bağ  və xiyabanlar, Şəki  şəhərindəki istirahət parkları, Xan sarayı yanındakı çinarlar, 

Soyuqbulağa, Marxala gedən yolda, Kiş çayının keçmiş yatağında yeni üslubda salınmış meşə-park 

diqqətəlayiqdir. Bu regionlarda keçmişdən ən çox istifadə olunan ağac cinslərindən çinarı və cökəni göstərmək 

olar. Zaqatala, Qax və  Şəki  şəhərlərinin küçə  və parklarında  əsrlik cökə  ağacları buna misaldır. Qızmar yay 

günlərində cökələrin sərin kölgəli çətirlərinin altı yerli sakinlərin  ən çox toplaşaraq istirahət etdikləri yer 

olmuşdur. Oğuz  şəhərində yolların yaşıllaşdırılmasında və  şəhər parkında cökəyə az rast gəlinsə  də digər 

ağaclardan daha yaraşıqlı görünür. Şəhərin mərkəzi küçəsinin yuxarı hissəsində tarix-diyarşünaslıq muzeyinin 

həyətində nəhəng cökə ağacı adamı özünə cəlb edir. Yoğunluğu metrdən çox olan bu ağacın gövdəsinə taxılmış 

lövhədə «2 əsrin yadigarı cökə» sözləri yazılmışdır.  

Qəbələdən başlayaraq Gürcüstanın sərhədinə kimi dağ çaylarını kəsib keçən şose yolu kənarı boyunca XIX 

əsrin sonlarında salınan qoz xiyabanının sədası respublikamızdan çox uzaqlardan gəlir. İndi burada diametri 1,0-

1,5 metrə çatan qoz ağacları vardır. Təəssüf ki, son 15 ildə bu ağaclara nəinki qayğı göstərilmir, hətta qanunsuz 

kəsilir.  

Kiçik Qafqaz dağlarının qoynunda yerləşən  şəhər və  kəndlərimizdə yaşıllaşdırma üslubu əsasən təbii 

yaşıllıqlar fonunda yaradılmışdır.  

Qarabağın mərkəzi hissəsində yerləşən rayonların özlərinin də  səciyyəvi yaşıllaşdırma üslubu olmuşdur. 

Ağdam, Füzuli, Ağcadədi, Cəbrayıl, Mirbəşir şəhərləri və onun kəndlərində yaşıllaşdırma işlərinin tarixi əsasən 

4-5 əsr bundan əvvəl başlamışdır. Həmin dövrlərdən bizə yadigar qalan ağac abidələri sübut edir ki, keçmişdə 

aparılan yaşıllaşdırma işləri park, bağ  şəklində deyil, ya zolaq şəklində – yolların, arxların, kəhrizlərin 

kənarında, yaxud da tək-tək və  cərgəvi  şəkildə  bəylik və xanlıqlara məxsus olan torpaq sahələrinin 

sərhədlərində, məscid, ev və digər obyektlərin görkəmli yerlərində aparılmışdır. Ağcabədi rayonunun Sarıcalı, 

Kəhrizli, Bala-Kəhrizli, Minəxorlu, Hüsülü, Bərdə rayonunun Şirvanlı, Boyəhmədli, Alpout, Güloğlular, 

Əlyandı, Mollalı, Ağdam rayonunun Şelli, Sarı Hacılı kəndlərində və başqa yerlərdə təsadüf olunan qocaman 

çinar, dağdağan, palıd, cökə, göyrüş, qoz ağaclarını buna əyani misal göstərmək olar. Hazırda Bərdə rayonunun 

Boyəhmədli kəndini iki hissəyə bölən «Köbər arxı»ın kənarında çinar xiyabanı var. Onun uzunluğu bir 

kilometrə yaxındır. Burada 150-200 yaşı olan 71 ədəd nəhəng çinar ağacı ucalır. Onların boyları 30-35 m, 

yoğunluğu 1,5-2,0 m-ə çatır. Bu ağaclar zərərli həşəratları  və sürünənləri məhv edən hacıleylək quşlarının 

sığınacağı olmuşdur. Buradakı hər çinar ağacında 6-14 hacıleylək yuvası qeydə alınmışdır.  

Lakin nədənsə  Bərdə, Tərtər, Yevlax rayonları müasir ictimai park, bağ  və digər yaşıllıqlarına görə 

respublikamızın digər rayonlarından geri qalır.  

Respublikamızın Goranboy, Füzuli, Cəbrayıl rayonlarında da uzaq keçmişi xatırladan ağac nümunələri

yaşıl guşələr çoxdur. Bu baxımdan, Cəbrayıl rayonunun Karxulu, Fuqanlı, Horovlu kəndlərindəki, Goranboy və 

Füzuli şəhərlərindəki 1000-2000  yaşlı çinar ağacları respublikamızda məşhurdur.  

Yaşıllaşdırma sahəsində Şirvan zonası rayonlarının da özünəməxsus yeri var. Burada ilk yaşıllıqlar Göyçay 

şəhərində  şərq çinarı ilə aparılmışdır. Salınan çinar xiyabanları  şəhəri öz çətri altına alır,  şəhər sakinlərini 

Şirvanın qızmar günəşindən qoruyur.  

Şirvan zonasında  ən qocaman yaşıllıq nümunəsi Ağdaş rayonunun Həsil kəndi yaxınlığında, Bakı-Tiflis 

yolunun kənarındakı «Yolçular çinarı»dır. Son illərdə də Şirvan zonasında yaşıllaşdırma işlərinə böyük diqqət 

verilmişdir. Ağdaş və Göyçay rayonlarının bir çox yaşayış məntəqələrində yaşıllıqlar salınmışdır.  

Apardığımız tədqiqat işləri göstərdi ki, Sabirabad və Salyan şəhərlərinin yaşıllaşdırılmasında  əsasən 

regionun torpaq şəraitinə uyğun ağac cinsləri seçilmişdir. Məsələn, Sabirabad şəhərinin yaşıllıqlarının 30%-ni 

eldar şamı, 30%-ni isə Amerika ağcaqayını təşkil edir, sonrakı yerləri yaşıl göyrüş və qovaqlar tutur. Sərv, çinar 

və sidr ağacları yaxşı bitsə də, onlardan çox az istifadə edilmişdir. Yaşıllıqlarda söyüd, qarağac, lələk ağacına da 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə