MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə183/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   179   180   181   182   183   184   185   186   ...   228

 

337


Hazırda respublikamızda 11 məməli növü, 5 sürünən növü, 21 həşərat növü məhv olmaq təhlükəsi altında ol-

duqları üçün Azərbaycanın Qırmızı kitabına daxil edilmişdir. Nəsli kəsilmək təhlükəsi olan heyvanlardan  nəcib 

maral, ceyran, köpgər, cüyür, Dağıstan təkəsi, tirandaz, gəlincik, çöl pişiyi, çay samuru, quşlardan harayçı ququ-

şu, qırmızıdöş qaz, sultan toyuğu, qırqovul, turac, boz kəklik, iri arıquşu, ağ leylək və s. göstərmək olar. 

İndi isə  respublikamızın ayrı-ayrı regionlarında yaşayan heyvanat aləmi ilə tanış olaq. 

 

Lənkəran zonası 

Azərbaycanın digər ərazilərində yaşayan heyvanlardan başqa bu zonanın xarakterik endem və relikt heyvan 

növlərinə daha çox rast gəlinir. Tarixi materiallar təsdiq edir ki, keçmişdə Talış zonası ov heyvanları ilə zəngin 

olub, vaxtilə Talış meşələrində pələng də yaşayırmış. Axırıncı pələng 1932-ci ildə ovlanmışdır. Talış meşələri 

üçün xarakterik heyvanlardan cüyür, bəbir, meşə pişiyi, çöl donuzu, qaya dələləri, vaşaq, radde yereşəni, adi kir-

pi, süleysin, kor köstəbəyi göstərmək olar. Süleysinlər bağlara ziyan vurduqları üçün zərərli sayılır, xeyirli cəhə-

ti bəzi həşəratları məhv etməkdir. Talış meşələrinin sayı azalmaqda olan ən iri yırtıcı heyvanı, çəkisi 480kq-a 

çatan qonur ayıdır. 

Lənkəran-Astara zonası  dənizə yaxın yerləşdiyindən oradakı gölməçə  və bataqlıqlarda quşlardan – qaşqal-

daq, qamışlıq quşu, qamışlıq remezi, dəniz qartalı və s. yayılmışdır. Düzən meşələrində bildirçin, meşə göyərçi-

ni, qurqur, sultan toyuğu, qaratoyuq, yoğundimdik, yulaf quşu, kiçik bozca, qırqovul, arıquşu, turac, yaşıl qızlar-

quşu və s. yayılmışdır. Dağətəyi meşələrdə talış qırqovulu, qırmızıbaş, alaçəhrə, turac, talış əlvan ağacdələni,  

hirkan sərçəsi və s. rast gəlinir. Dağ və dağətəyi meşələrində 8 növ endem və relikt məməli heyvan, 32 növ Cə-

nubi Azərbaycan, Kiçik Asiya və 19 Avropa növlərinə rast gəlinir. Endem quşlardan hirkan zığzığı, hirkan payız 

bülbülü, cənubi xəzər arıquşu, hirkan zaryankası, cənubi xəzər zaryankası, cənubi xəzər yapalağı, qırmızıdimdik 

balıqcıl, hind alaçəhrəsi, ağboyun bülbül və s. göstərmək olar. 

Talış meşə və bağlarında tez-tez rast gəldiyimiz həşəratlardan yaşıl şla endem sayılır. Burada rast gəlinən bö-

cəklərdən maral böcəyi, parlaq qırmızı yaşıl rəngli tunc böcəyi, otşelnik böcəyi, Xəzər parandası, kərgadan bö-

cəyi, qızılı kötük böcəkləri nadir həşəratlardır. 

Tünd rəngli kiriçenko bağacığı, tovuzquşu gözlü neoris, aleksandra sədəflisi, talış məxməri kəpənəyi  və me-

laneriya kəpənəyi nadir və relikt kəpənəklər hesab olunur. K.Arnoldi Lənkəran zonasında 69 qarışqa növü aşkar 

etmiş, onların 12-sinin endem növ olduğunu qeyd etmişdir. 

 

Kür-Araz ovalığı 

Tarixi məlumatlara görə vaxtilə Kür-Araz ovalığı və tuqay meşələri heyvanat aləmi ilə olduqca zəngin ol-

muşdur. Yaxın keçmişdə (XVII-XIX əsrlərdə) Kür və Arazboyu tuqay meşələrində çöl donuzu, maral sürüləri, 

meşəkənarı açıqlıqlarda isə kulan və ceyran yaşayırmış. XX əsrin  əvvəllərində Qarayazı meşələrində maralın 

mövcudluğu qeyd olunur. 

Hazırda tez-tez rastlaşdığımız zaqafqaziya kirpisi, tarla və meşə siçanları, kür boz dovşanı, çöl donuzu və qa-

mış pişiyi tuqay meşələrinin xarakterik heyvanları sayılır. Burada məməli heyvanlardan yarasalar da yaşayır. 

Onlar gecə zərərverici həşəratları məhv edərək meşənin dostu hesab olunur. Digər məməli heyvanlardan porsuq, 

oxlu kirpi, qunduz, çay suiti, çaqqal, yenotabənzər it və s. göstərmək olar. Həşərat və gəmiriciləri məhv etdikləri 

üçün kirpilər faydalı sayılır. 

Tuqay meşələrində yayılan meşə süleysini, sarıboğaz siçanlar ağacların meyvələri, zoğları və pöhrələri ilə qi-

dalanaraq, meşəyə zərər vururlar. Kürboyu meşələrdə çaqqal və tülküyə də rast gəlinir, onlar çöl və ev heyvan-

ları, quşlar, sürünənlər, suda-quruda yaşayanlar və gəmiricilərlə qidalanırlar. 

Tuqay meşələrində xəz dərisi qiymətli olan çöl və qamışlıq pişiyi və çöl donuzuları (qaban) yayılmışdır. 

Tuqay meşələrində və sularda ilanlara çox rast gəlinir. Su ilanları, qızıl ilan, naxışlı təlxə, qarabaş ilanlar zə-

hərsizdir. Burada yayılan zəhərli ilanlardan zaqafqaziya gürzəsini göstərmək olar. 

Tuqay meşələri quşlarla da zəngindir. Bunlardan bizquyruq, bildirçinçalan, böyük qartalca, leylək, turac, 

kəklik, sibir tetrası, adi qırqovul, biz durna, vəhşi qaz, ququşu, dovdaq, bəzgək, ördək, cüllütlər, adi qağayı, ya-

şıl qızlarquşu, şanipipik, alaçəhrə və s. qeyd etmək olar. 

Tuqay meşələrinin insan fəaliyyəti nəticəsində azalması və pozulması ilə əlaqədar olaraq quşların və vəhşi 

heyvanların sayı xeyli azalmış, bəzilərinin nəsli kəsilmiş və ya kəsilmək təhlükəsi altındadır. 

Tuqay meşələrində olduqca müxtəlif həşərat növləri yayılmışdır. Bunlardan şneyder, İtaliya, marakeş və Asi-

ya çəyirtkəsi, yırtıcı karabit böcəkləri, parabüzənlər, şirbitlər, uzunburun böcəklər, iynəcələr, vəhşi arılar və bir çox 

başqalarını göstərmək olar. Bundan başqa burada ağaclara böyük ziyanverici kəpənəklər də yayılmışdır. 



 


 

338


Qanıx Həftəran vadisi 

Vaxtilə başdan-başa meşə ilə örtülü olan vadidə meşələrin 80-90%-nin qırılıb yerində yaşayış məntəqələrinin 

salınması və ya kənd təsərrüfatında işlədilən kimyəvi maddələr, brokonyerlik və digər səbəblərdən heyvanat alə-

minin kəsgin azalmasına gətirib çıxarmışdır. Hazırda burada tirandaza (oxlu kirpi), yarasalar, safsar, çaqqal, ca-

navar, tülkü, süleysin, yunan tısbağası, kərtənkələlər, ilanlar və s. rast gəlinir. 1942-ci ildə Amerikadan gətirib 

İsmayıllı rayonunda meşəyə bupaxılan çəkisi 7-8 kq olan və olduqca tez çoxalan yırtıcı məməli heyvan – yenot 

Böyük Qafqazın cənub yamacı rayonlarında yayılaraq kiçik həşəratlardan tutmuş, quşlarla, məməli heyvanlarla 

və meyvələrlə qidalanır. Turac, qırqovul, bildirçin və s. quşların sayının azalmasında yenotlar əsas yer tutur. Qa-

nıx-Həftəran vadisində olduqca çoxlu quş növləri, vəhşi bal arıları, bir çox gecə və gündüz kəpənək növləri ge-

niş yayılmışdır. 



 

Bozdağ  (Bozqır yayla) 

Bozqır yaylasında quru-subtropik iqlimə uyğunlaşa bilən heyvanlar yayılır.Buranın saqqız-ardıc meşələrində az 

heyvan növü yaşayır, ərazidə 10 sürünən, 63 quş və 11 məməli heyvan növü qeydə alınmışdır. Sürünənlərdən kərtən-

kələlər, ilanlardan sarıqarın təlxə, zaqafqaziya təlxəsi, xaltalı kontiya və ən çox yayılanı gürzədir. 

Bozdağda ov əhəmiyyətli quşlardan kəklik və adi göyərçin yayılmışdır. Sentyabrın sonunda Bozdağın meşə 

və kolluqlarından ley və qaraquşlar Türyançayın sahilinə uçub gəlirlər. Burada oturaq həyat keçirən quşlardan 

ağbaş, asiya kərkəsi, leşyeyən qartal, qarabaş kərkəz, göyçəqarğa, qızılı və yaşıl qızlarquşu, qaya sittası meşədə 

və çılpaq qayalarda yuva qururlar. Bozdağın çox yayılan sakinlərindən sağsağan, zığ-zığ, yaşılcalar, payız bül-

bülü, dağ yulafquşu. iri arı quşu, uzunquyruq arıquşu və xırda sərçəkimiləri də göstərmək olar. 

Böyük Qafqaz dağlarında soyuqlar başlayanda saqqız-ardıc meşələrinə iri arıquşu, abıcalar, alaqanadlar, baş-

qa yerlərdən çoxlu qaratoyuqlar (çil qaratoyuq, xallı və oxuyan qaratoyuq) növləri köçüb gələrək qışlayırlar. 

Bozqır yaylada məməlilərdən yarasa və kirpilər yarğanlarda məskən salaraq artırlar. Ov heyvanlarından çöl 

donuzuna və canavara, porsuğa, daşlıqdələsinə, tülküyə və boz dovşana rast gəlinir. 

 

Böyük və Kiçik Qafqaz dağları 

Dağ meşələrinin yırtıcı heyvanlarının xarakterik nüməyəndələrindən bəbir, bozayı, canavar, çaqqal, tülkü, kaf-

tar, vaşaq, qamışlıq və meşə pişiyidir. Qiymətli ov heyvanlarından  Bezoar keçisi, qafqaz dağ keçisi, qafqaz maralı, 

cüyür, dağ qoyunu, köpkər, qaban, gəmiricilərdən – dovşan, daşlıq dələsi, sincab, porsuq, gəlincik, tirəndazlar, me-

şə süleysinləri, qulaqlı kirpi, çay samurunu göstərmək olar. Kiçik məməli gəmiricilərdən radde yereşəni, palazqu-

laq yarasa, kolluq və sarıboğaz siçanlar bu meşələrin daimi sakinləridir. Yüksək dağlıq zonada yaşayan dağıstan 

turları qış dövründə qidalanmaq və mühafizə olunmaq üçün uzun müddət meşələrə enirlər. 

Hazırda respublikamızda təxminən 1250 qafqaz maralı qalmışdır. Onlara əsasən Göygöl və Zaqatala qoruq-

larında rast gəlmək olar. Çəkisi 60-70 kq-a çatan dağ qoyunları isə yalnız Naxçıvan ərazisində qalmışdır, onlar 

Ordubad Milli Parkında qorunur. 

Köpgər və cüyürlərin də sayı xeyli azalmışdır. Köpgərlər dik, sıldırım alp çəmənlərində yaşayır, qışda yem 

dalınca meşəyə enir. Kiçik Qafqazın Alagöz dağında köpgərlərin kökü 20-ci əsrin başlanğıcında kəsilmişdir. 

Hazırda onlar Böyük Qafqazın cənub və şimali-şərq yamacında (Quba-Qusar massivində) yaşayır, onların sayı 

xeyli azalaraq min başa çatır. Avropa cüyürü köpkərdən fərqli olaraq orta və aşağı dağ-meşə qurşaqlarında yaşa-

yır. Meşələrdə çöl donuzuna daha çox rast gəlinir. Meşələrin yuxarı sərhədində yırtıcı heyvanlardan qafqaz qo-

nur ayısı, canavar və vaşaqlara rast gəlinir. 

Meşənin yuxarı sərhədində qafqaz uları, qafqaz tetrası, daşlı-qayalı yerlərdə  kəklik dəstələrinə rast gəlinir. 

Bu meşələrdə qafqaz qarquşu, alaçəhrə, meşə əlvan bülbülü, əlvan ağacdələn, arıquşu və s. yayılmışdır. 

Böyük və Kiçik Qafqaz dağlarında dağətəyi zonadan tutmuş nival qurşağına qədər dələlər fəsiləsinə aid olan 

uzunluğu 26 sm, çəkisi 100 qram olan gəlinciyi xüsusi qeyd etməlidir. Çünki yırtıcı heyvancığaz bütün gününü 

siçanabənzər zərərli gəmiriciləri və həşəratları ovlamaqla məşğul olur. Bəzən özündən iri olan dovşan və siçan-

lara da hücum edir. Böyük Qafqazın cənub yamacında meşə dələsinə də rast gəlinir. Onun ovunu gəmirici siçan-

lar, yereşənlər, kirpi, köstəbək, sincab, quş və həşəratlar təşkil edir. 

Kiçik Qafqaz meşələrində gəmirici tirəndaz, yaxud oxlu kirpiyə də rast gəlinir, onun bədənində təhlükəli zə-

hərli iynələri olur, buna görə ondan hətta pələnglər də qorxur. 

Böyük və Kiçik Qafqaz dağlarında quşlardan qafqaz qarquşu, iri arıquşu, alaçəhrə, cincar quşu, meşə əlvan 

bülbülü, çilqaratoyuq, iri əlvan ağacdələn, zığ-zığ, baltadimdik, alaqanadlar, sitta quşu, Moskva arıquşunu gös-

tərmək olar. Həşəratlardan iri və parlaq cırcıramalar, rəngarəng kəpənək növləri, Karapus və Kalabus və Kala-

zoma cinsinə aid olan göy, boz, yaşıl, qara rəngli böcəklər, ktır milçəkləri, adi və qumluq qarışqaları, vəhşi arı-

lar və s. yayılmışdır. 

 

XVII  Fəsil 

 

LANDŞAFTLARIN QORUNMASI VƏ  



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə