MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə184/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   180   181   182   183   184   185   186   187   ...   228

 

339


MÜHAFİZƏ OLUNAN ƏRAZİLƏR 

 

17.1. DÜNYANIN MÜASİR LANDŞAFTLARI 

 

Yer səthinin hər hansı bir sahəsinin bioloji məhsuldarlığının böyüklüyü (həcmi) həmin sahəyə daxil olan isti-



lik və rütubətliyin nisbətindən asılıdır. 

Ən böyük ilkin məhsuldarlıq ekvator qurşağın rütubətli meşələri üçün səciyyəvidir. (ildə 4000 t/km

2

). Sub-


tropik meşələrin məhsuldarlığı  2000 t/km

2

, tayqanınkı 700t/km



2  

təşkil edir. Göstərilən sırada müxtəlif meşə 

landşaft tiplərində müəyyənedici faktor istilik, yəni radiasiya hesab olunur. 

Əgər landşaftları rütubətliyinin azalması baxımından yayılmasına nəzər salsaq görərik ki, tropik qurşağın sa-

vannasının bioməhsuldarlığı  təxminən 1500t/km

, bozqır (savannaya nisbətən az yağıntı olan) – təxminən 



900t/km

, səhranınkı isə 200t/km



–dan da az təşkil edir. 

Beləliklə, yalnız istilik və rütubətin miqdarı deyil, həmçinin onların nisbəti bioloji məhsuldarlığın ölçüsünü, 

nəticədə əsas bitki örtüyü tiplərinin formalaşmasını təyin edir. 

Coğrafi zonallıq qanunu yalnız zonal proseslərin ərazicə yayılmasının əsas əlamətlərini deyil, həm də insan 

fəaliyyətindən əvvəl landşaftın hansı növünün mövcud olmasını təsvir etməyə imkan verir. 

İnsan fəaliyyəti yerin ilkin və ya  potensial landşaftlarını kökündən dəyişdirmişdir. Təbii bozqırların, meşələ-

rin, savannaların geniş massivləri şumlanmışdır. Meşəsiz landşaft tiplərinin çox hissəsi uzun müddətli mal-qara 

otarılmasından və antropogen yanğınlardan böyük dəyişilməyə məruz qalmışdır. Geniş meşə massivləri qırılaraq 

məhv edilmiş, bir hissəsi  isə törəmə tipli ağaclıqlara və kolluqlara çevrilmişdir. Savannalar insan tərəfindən o 

dərəcədə dəyişikliyə məruz qalmışdır ki,  insan oradan otlaq kimi istifadə etməyə başlayana, yağış mövsümü qa-

bağı ot örtüyünü yandırana, ağac və kolları qırmağa başlayana qədər hansı vəziyyətdə olduğunu təyin etmək ol-

duqca çətindir. Torpaqların suvarılması və qurudulması arid və çox rütubətli əraziləri kökündən dəyişmişdir. Şə-

hərlər və digər yaşayış məntəqələri, yollar salınmış, sənaye müəssisələri tikilmiş, karxanalar və müxtəlif mədən 

tullantıları, torpağı tamamilə yuyulmuş sahələr yaranmışdır. Antropogen dəyişmələrin bu siyahısını uzatmaq 

olar. 


Quru ərazisinin 20-30%-dən çoxunda insan, landşaftı praktiki olaraq kökündən dəyişmişdir. Sıx əhali yaşa-

yan ərazilərdə təbii ekosistemlər demək olar ki, qalmamışdır. Bu ərazilərin 40-80%-i kənd təsərrüfatı sahələri, 

yaşayış məntəqələri, yollar, sənaye qurğuları və insan fəaliyyətinin digər sahələri altındadır. Ərazinin qalan his-

səsində isə törəmə tipli və ya süni meşələr, deqradasiyaya uğramış torpaqlar, o qədər də yaxşı vəziyyətdə olma-

yan su təsərrüfatı sistemlərinə rast gəlinir. 

İnsan fəaliyyətinin təsiri nəticəsində bəzi zonal landşaft tipləri yoxa çıxmış, digərləri transformasiyaya uğra-

yaraq təbii landşaftların antropogen  modifikasiyaları yaranmışdır. Dünyanın düzən hissəsində ayrılmış 96 zonal 

landşaft tipindən 40-ı yoxa çıxmış və ya kökündən dəyişmişdir. 

Qalan ərazilərin bir çoxunda az nəzərə çarpan, bəzən  görünməyən dəyişikliklər baş vermişdir. Belə sahələr-

də kimyəvi maddələrin axınları, istilik və ya su balansı və bir çox başqaları dəyişikliyə məruz qalmışdır. Dünya 

ərazisinin 60%-dən çoxu bu və ya digər dərəcədə insan tərəfindən dəyişmişdir. 

Dünyada insan tərəfindən heç dəyişməmiş ərazi qalmamışdır. Hətta Antarktida və ya Rusiyanın  şimal-şərq 

vilayətlərində atmosferdən yer səthinə kimyəvi maddələrin düşməsi Dünya landşaftlarının ilkin vəziyyətini az 

da olsa dəyişmişdir. 

Bununla belə yer üzərində geniş sahələr demək olar ki, dəyişilməmiş qalır. Onlar ekosferin homeostazisini 

qoruyub saxlamaqda  böyük ümumplanetar  rol oynayır, odur ki, onlara bütün bəşəriyyətin son dərəcə qiymətli 

mülki kimi baxılmalıdır. 

Antropogen transformasiya dərəcəsinə görə yerin müasir landşaftlarını iki böyük qrupa bölmək olar. 1) Ba-



kirə və ya ilkin;  2)Təbii - antropogen landşaftlar. İkinci qrupa aid olan landşaftlar törəmə, antropogen şəkli 

dəyişmiş və texnogen, bakirə və ya ilkin landşaftlar insanın təsərrüfat fəaliyyətinin təsirinə bilavasitə məruz qal-

mayan, yaxud praktiki olaraq şəklini dəyişməyən zonal landşaft tipləridir. 

Bəzi hallarda bu landşaftlara keçmişdə və ya hazırkı dövrdə təsərrüfatçılığın lokal amilləri təsir göstərə bilər

lakin landşaftın keyfiyyətcə dəyişməsinə gətirib çıxarmır. Odur ki, bu landşaftların şərti-ilkin adlandırılması da-

ha düzgün olardı. Bu qrupa buzlaq səhraları, bəzi tropik səhraların əsasən yüksək dağlıq hissəsi, həmçinin boreal 

meşə landşaftlarının(yaxud şimal yarımkürəsinin mülayim qurşaq meşələri) çox hissəsi və tundra daxildir. Bura 

həmçinin qoruqlar və ciddi qorunan ərazilər aiddir. Bir sıra tədqiqatçılar ilkin landşaftlara ekosferin ekoloji sabit 

vəziyyətdə saxlanılmasında mühüm rol oynayan ən əhəmiyyətli təbii ehtiyat kimi baxır. 

Törəmə landşaftlar təbii-antropogen landşaftlar olub hazırda və ya keçmişdə insanın təsərrüfat fəaliyyəti 

nəticəsində ilkin landşaftların yerində formalaşmışdır. Bu landşaftlar özü-özünü təbii nizamlama prosesləri sa-

yəsində on illər və ya ilk yüz il ərzində nisbətən sabit (dayanıqlı) vəziyyətdə qalır. Törəmə landşaft qrupuna bir 

sıra misallar göstərmək olar. Bura  Rusiya  düzənliyinin xırdayarpaq meşələri (tozağacı və titrəkyarpaq qovaq 

meşələri), Aralıq dənizi sahili tipli kserofit kolluqları, deqradasiyaya uğramış bozqırları, transformasiyaya uğra-



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə