MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə185/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   181   182   183   184   185   186   187   188   ...   228

 

340


mış savannaları, Cənubi Qafqazda, o cümlədən  Azərbaycanda fıstıq və palıd,  ardıc və s. meşələrin yerində for-

malaşmış  vələs, dəmirqara meşələrini, müxtəlif şiblək tiplərini göstərmək olar. 

Bu kateqoriyaya aid olan bütün landşaftlar üçün ümumi cəhət insan tərəfindən çox dəyişilmiş bitki qruplaş-

malarının (törəmə bitkilik) kəskin nəzərə çapmasıdır. Bununla yanaşı torpağın, mikroiqlimin və landşaftın digər 

komponentlərinin xüsusiyyətlərinin dəyişməsi də baş verir. 

Antropogen  şəkli-dəyişmiş landşaft kateqoriyasına olduqca yüksək dərəcədə transformasiyaya uğramış 

landşaftlar daxildir. Bu landşaftlar bir tərəfdən təbii sistem kimi idarə olunur, digər tərəfdən isə insan fəaliyyə-

tindən son dərəcə asılıdır. Bu kateqoriyaya öncə landşaftların kənd təsərrüfatı ilə əlaqədar dəyişilmiş landşaftlar- 

tarlalar (suvarılan və suvarılmayan), dirriklər, bağlar, plantasiyalar və müxtəlif tipli  otlaqlar daxildir.  Bura 

həmçinin məqsədyönlü oduncaq əldə etmək üçün salınmış meşəliklər, mühafizə olunan rekreasiya əraziləri, ilk 

növbədə parklar aiddir. 



Texnogen landşaftlar əsasən insan fəaliyyətilə idarə olunan təbii sistemlərdir. Bura bütün şəhər və şəhərət-

rafı infrastrukturlar: yaşayış məhəllələri, küçələr, meydançalar, istirahət yerləri, sənaye zonaları, rabitə yolları, 

yaşayışı təmin edən sistemlər (su təchizatı, kanalizasiya, zibil toplanan və zibil işlənən yerlər, enerji təchizatı və 

istixanalar) və s. daxildir. Bura həmçinin mineral ehtiyatların (karxanalar, şaxtalar, neft mədənləri və s.)  istehsal 

olunduğu və emal edildiyi yerlər, hidrotexniki  qurğular landşaftı  (bəndlər, su anbarları, kanallar, nasos stansi-

yaları və s. və ona bitişik ərazilərlə birlikdə) aiddir. 

İnsanın fəaliyyət tiplərinə görə antropogen landşaftları aşağıdakı qruplara bölmək olar: dəmyə əkinçiliyi ra-

yonlarının landşaftları, suvarılan əkinçiliyi rayonlarının landşaftları, otlaq landşaftları, meşə təsərrüfatı landşaft-

ları, dağ-sənaye landşaftları, urbanizasiya landşaftları, rekreasiya landşaftları. 

Landşaft və ekosistemlərin antropogen transformasiyasının əsas xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 

-

 

Tam qapalı sistemin biokütləsindən insanın məhsul kimi istifadəsi nəticəsində seyrək («açıq») sistemə 



çevrilməsi. Sistemin açıqlıq (seyrəklik) dərəcəsi onun antropogen dəyişilmə dərəcəsinin indikatoru sayılır. 

-

 



Landşaftın yekrəngliyi artır. Landşaft daxili müxtəlifliyin azalması da antropogen transformasiyanın  in-

dikatoru ola bilər. 

-

 

Landşaftın məhsuldarlığı müəyyən vaxt ərzində inteqral antropogen təzyiqdən bilavasitə asılı olaraq aza-



lır. 

-

 



İnteqral antropogen təzyiq nə qədər çox olarsa landşaft və ekosistemin təkamül inkişafı bir o qədər dərə-

cədə pozulmuş olar. 

-

 

Antropogen dövrə qədər landşaft və ekosistemlərdə təkamül prosesində  formalaşmış kimyəvi tarazlıq po-



zulmuşdur. Kimyəvi elementlərin və birləşmələrin antropogen axını kimyəvi maddələrin təbii axınının səviyyə-

sini 1-2 dəfə keçir. 

-

 

Biogen maddələrin axınları xüsusilə intensivləşmişdir. 



-

 

Torpaq fondunun transformasiyası (dəyişməsi) fasiləsiz olaraq baş verir. 



Dünya landşaftlarının əsas xüsusiyyəti  onların vəziyyətinin pisləşməsi (deqradasiyası) olub hər şeydən öncə

təbii bioloji məhsuldarlığının azalması ilə təzahür olunur. Burada əsas proseslər nisbətən rütubətli landşaftların 

meşəsizləşdirilməsi və nisbətən  quru landşaftların isə səhralaşması hesab olunur. Quru ərazisinin 90%-də (buz-

laqlarsız) bu iki prosesin inkişafı üçün əlverişli şərait vardır, antropogen təsir isə bu imkanı reallığa çevirir. 

 

17.2. Azərbaycanın landşaft komplekslərinin 

ekoloji qiymətləndirilməsi 

Azərbaycanın landşaft komplekslərinin ekoloji qiymətləndirilməsi ekoloji vəziyyəti saxlamaq, sabitləşdir-

mək üçün landşaft komplekslərinin qiymətləndirilməsi vacib məsələ sayılır. 

Azərbaycanın landşaft komplekslərini qiymətləndirmək üçün ilkin material kimi torpaq xəritələrindən, torpaq-

eroziyası və torpaqların mühafizəsi xəritələrindən, landşaft kompleksi xəritəsindən, torpaqların bonitet şkalası və 

bonitet kartoqramlarından  istifadə edilmişdir. Nəticədə tədqiqat obyektlərindəki landşaft komplekslərinin sayı, on-

ların sahəsi, landşaftın orta ölçülmüş balı və müqayisəli dəyərlilik əmsalı müəyyən edilmişdir. Azərbaycanın land-

şaftının orta ölçülmüş bonitet balını (41) vahid qəbul edərək (Ə=100) ona münasibətdə landşaft tiplərinin dəyərli-

lik əmsalı müəyyən olunmuşdur. (Məmmədov, 1998) Ayrı-ayrı landşaft komplekslərinin orta çəkili bonitet balları 

17.1 saylı cədvəldə verilir.  



 

 

 




 

341


Cədvəl 17.1. 

 

Azərbaycanın landşaft komplekslərinin orta 

çəkili bonitet balı 

 

 Landşaft kompleksi 

Torpa

qların 


sahəsi 

km



Landşaftın 

orta ölçülü 

bonitet 

balı 

Landşaftın 

nisbi 


dəyərlilik 

əmsalı 


1.İntensiv parçalanmış yüksək 

dağlıq nival, qismən nival-

buzlaq landşaftı 

2. İntensiv parçalanmış yüksək 

dağlıq alp, subalp çəmənləri və 

çəmən – bozqırları landşaftı 

3. Güclü parçalanmış yüksək 

dağlıq enliyarpaq meşə  və 

meşədən sonrakı çəmən-kolluq 

landşaftı 

4. Güclü parçalanmış ortadağ-

lıq dağ – kserofit  landşaftı  

5. Orta parçalanmış dağönü 

enliyarpaq meşə landşaftı 

6. İntensiv parçalanmış dağönü 

arid  meşə-kolluq landşaftı 

7. Güclü və orta parçalanmış 

dağönü (qismən meşə-kol) 

bozqır landşaftı 

8. Orta parçalanmış dağönü 

yarımsəhra landşaftı 

9. Orta parçalanmış dağarsı 

düzənlik və ovalıqların çəmən-

meşə landşaftı  

 

10. Orta parçalanmış düzənlik-



lərin quru bozqır landşaftı 

11. Orta və  zəif parçalanmış 

dağarası düzənlik və 

ovalıqların yarımsəhra 

landşaftı 

12. Şərti yararsız ərazilər, quru 

çay yataqları və b. 

 

 



1647 

 

 



4806 

 

 



 

12330 


 

1602 


 

1107 


 

2628 


 

 

11304 



 

6750 


 

 

6499 



 

 

8721 



 

 

22230 



 

7949 


 

 

52 



 

 

58 



 

 

 



66 

 

30 



 

50 


 

34 


 

 

41 



 

22 


 

 

56 



 

 

48 



 

 

22 



 

10 


 

 

1,27 



 

 

1,41 



 

 

 



1,61 

 

0,73 



 

1,22 


 

0,83 


 

 

1,00 



 

0,54 


 

 

1,36 



 

1,17 


 

 

 



0,54 

 

0,24 



Cəmi: 86573 

41 

1,00 

17.3. Bioloji müxtəliflik 

Bioloji müxtəliflik (BM) ətraf mühitin vəziyyətini və ekosistemin davamlığını qiymətləndirən  ən obyektiv 

amillərdən biri sayılır. BM-planetimizdə olan bütün həyat formalarının birliyi olub, bununla da Günəş sistemi-

nin digər planetlərindən fərqlənir. BM- həyatın zənginliyi və çox müxtəlifliyi və onda gedən proseslərdir. Bura 

canlı orqanizmlərin müxtəlifliyi, onların genetik fərqləri, həmçinin orqanizmlərin yaşadıqları qruplaşmaların, 

ekosistemlərin və landşaftların müxtəliflikləri daxildir. BM üç iyerarxik kateqoriyaya bölünür: 1) genetik müx-



təliflik; yəni bir növün daxilində olan genlərin müxtəlifliyi; 2) növ müxtəlifliyi; 3) ekosistemin müxtəlifliyi

yəni yaşayış yerinin, biotik qruplaşmanın və biosferdə gedən ekoloji proseslərin müxtəlifliyi. 

Bioloji müxtəlifliklərin yuxarıda göstərilən bütün səviyyələri bir-birilə sıxı bağlı olub vahid sistem əmələ gə-

tirir. Məsələn, növün arealının parçalanması nəticəsində genetik müxtəlifliyin aşağı düşməsi növün məhv olma-

sına və bununla da regionun bioloji müxtəlifliyinin azalmasına səbəb ola bilər. 

Qeyd etmək lazımdır ki, genetik müxtəliflik olduqca böyük olub növlər arasında genlərin variasiyaları de-

məkdir. Son vaxtlara qədər genetik müxtəlifliyin dəyişməsi əsasən ev bitkiləri və heyvanları, həmçinin botanika 

bağlarında və zooparklarda ayrı-ayrı növlərin populyasiyaları üzərində tədqiq edilirdi. Genlər səviyyəsində BM-

yin qlobal tədqiqatları hələlik gələcəyin problemi olaraq qalır. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə