MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə186/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   182   183   184   185   186   187   188   189   ...   228

 

342


Yer üzərində növ müxtəlifliyinin sayı isə hələ indiyə qədər ayrı-ayrı alimlər tərəfindən müxtəlif göstərilir. 

Bitki və xordalı heyvanların növlərinin 80-90% - i, digər qalan taksonların isə yarıdan  da az növü təsvir olun-

muşdur. Müxtəlif müəlliflər tərəfindən ümumi növlərin sayı 3,6 və 112 min arasında olduğu göstərilir. Bu qədər 

böyük fərqin olması əsasən həşarat növlərinin sayının 2-dən 100 mln arasında qiymətləndirilməsidir. 

BM-ə daha etibarlı qiymət 1500 mütəxəssisin iştirakılə 1995-ci ildə Yunep tərəfindən verilməsidir. Bu qiy-

mətə əsasən növlərin ən ehtimal sayı 13-14 mln təşkil edir, onun yalnız 1,75 mln növ, yəni 13%-dən azı təsvir 

olunmuşdur. 

Bioloji müxtəlifliyin ən yüksək iyerarxik səviyyəsi ekosistem və ya landşaft biomüxtəlifliyi sayılır. Dünya-

nın və kontinentlərin kiçik miqyaslı zonal landşaft tipləri xəritəsi bioloji müxtəlifliyin yüksək iyerarxik səviyyə-

sini əks etdirir. Aşağıdakı landşaftlar ən yüksək növ müxtəlifliyi ilə fərqlənir (azalan cərgə üzrə): mülayim qur-

şağın rütubətli ekvator meşələri, karollov rifləri, quru tropik meşələr, mülayim qurşağın rütubətli meşələri, oke-

an adaları, Aralıq dənizi iqlimi landşaftları, meşəsiz landşaftlar (savanna, bozqır). Rütubətli ekvator meşələri da-

ha zəngindir: məsələn, İndoneziyada 200 ha meşədə ağac növlərinin sayı Şimali Amerikanın bütün tropikdən 

kənar ərazisində bitən ağac növlərinin sayı qədərdir. Karollov rifləri də yüksək növmüxtəlifliyi ilə seçilir. 

1996-cı ildə Bonn universitetində (Almaniya) «Qlobal biomüxtəliflik» xəritəsi tərtib olunmuşdur. Bu xəritə-

yə əsasən fitomüxtəliflik ekosferdə fundamental rol oynayıb  quru ekosistemlərinin bioloji müxtəlifliyini müəy-

yənləşdirir. Dünyada ali bitkilərin ümumi sayı 400 min olub bioməhsuldarlıq və biomüxtəliflik baxımından do-

minantlıq edir. Onlardan 20 min növü konsument və redusent orqanizmlər olub üzvi maddələrin sərf edilməsini 

və parçalanmasını təmin edir. Orta hesabla bir borulu bitki növü təxminən 66 heyvan, göbələk və bakteriya nö-

vünün həyatını təmin edir. 

 «Qlobal biomüxtəliflik» xəritəsi BM-in 2 əsas qlobal qanunauyğunluğunu əks etdirir: 

1) Biomüxtəliflik dərəcəsinin zonal landşaft zonalarından aydın surətdə asılılığı: rütubətli ekvator və tropik 

meşələrdə fitomüxtəliflik dərəcəsi ən yüksək olub 10000 km

2

 sahədə 3000-5000 növ, tayqa və qarışıq meşələr 



zonasında 500 növ, tundra və səhra zonalarında isə 200 növdən az təşkil edir, Yerdə qalan zonal landşaft tipləri 

fito və biomüxtəlifliyə görə qanunauyğun şəkildə aralıq qiymət daşıyır. 

2) Bir sıra tropik və subtropik rayonların spesifik təbii şəraiti – relyefin, torpağın iqlimin çox müxtəlifliyi, 

həmçinin bu ərazilərin tarixi inkişafı ilə əlaqədar təbii vəziyyətin kəskin dəyişməsi zamanı növlər üçün sığına-

caq (refuqium) rolunu oynaması da xəritədə əks olunur. Bunun nəticəsində biomüxtəlifliyin maksimum qlobal 

mərkəzi və digər yüksək biomüxtəliflik mərkəzləri qeyd olunur. Fitomüxtəliflik xəritəsinin müəllifləri 6 maksi-

mum qlomüxtəliflik  mərkəzləri ayırır. Hər mərkəzdə 10000 km

2

 sahədə 5000 növdən çox borulu bitki növü 



mövcuddur: 

1.Çoko (Kosta Rika); 

2.Tropik Şərqi And; 

3.Atlantikyanı Braziliya; 

4.Şərqi Himalay (Çində Yunan əyaləti); 

5.Şimali Borneo; 

6.Yeni Qvineya. 

Qlobal mərkəzlərdən başqa 16 yüksək biomüxtəliflik mərkəzləri (10000 km

2

 sahədə 3000 və çox növ) ayrılır, 



bunların da daxilində «ləkələr» şəklində ən yüksək biomüxtəlifliyə rast gəlinir. Yüksək biomüxtəliflik mərkəzləri-

nə Aralıq dənizi ətrafı (o cümlədən Qafqaz), Tyanşan-Pamir-Alay, Şərqi Afrika rift vadisi, Kap mərkəzi (Afrikanın 

cənubu), Madaqaskar, Qvian dağlığı və b. aiddir.  

Son on illərdə bioloji müxtəliflik bioloqlarla yanaşı, həm də iqtisadçıların, siyasətçilərin diqqətini cəlb etmiş-

dir. Bu, bioloji müxtəlifliyin antropogen deqradasiyasının təbii, normal deqradasiyadan olduqca yüksək olması 

və təbiət üçün təhlükə yaratması ilə əlaqədardır. 

Son 500 mln ildə Yerdə növlərin 5 kütləvi yox olması (məhv olması) dövrü olmuşdur. Onlardan sonuncu 

təxminən 65 mln il əvvəl baş vermişdir. Bioloji zənginliyin bərpa olunması üçün hər dəfə təxminən 10 mln il 

vaxt lazım olmuşdur. Hazırda insan fəaliyyətinin təsiri nəticəsində bioloji müxtəlifliyin kütləvi azalması üçün 

real təhlükə yaranmışdır. 



BM-in müasir azalma sürəti təbii azalma sürətini təxminən min dəfə keçir, bu əsasən rütubətli tropik 

meşələrin intensiv qırılması və yanması nəticəsində baş verir. Məsələn, Madaqasqarda nadir faunanın 90%-i, 

Himalay dağlarının ətəklərində və Yeni Kaledoniyada (bitkilərin 83%-i endemik təşkil edir) rütubətli tropik me-

şələr məhv edilmişdir. Meşələrin məhv edilməsilə çay, bataqlıq, dağ, səhra ekosistemləri də dağılır (pozulur) və 

onların BM-i fasiləsiz azalır. 

Tropik meşələrin məhv edilməsi indiki tempdə (il ərzində məhv edilən meşələrin sahəsi İsveçrənin sahəsini 4 

dəfə keçir) qalarsa 2015-ci ilə qədər 4-8%, 2040-cı ilə qədər isə 35% növün sıradan çıxması gözlənilir. Mütəxəs-

sislərin fikrincə belə halda 25 il ərzində Yer  yzərində mövcud olan növlərin 15%-i məhv edilə bilər. 

Ayrı-ayrı növlərin düşünülməmiş iqlimləşdirilməsi ekosistemin keyfiyyətinin dəyişməsinə  səbəb olur, belə 

ki, iqlimə uyğunlaşdırılan növ yeni yerdə özünün təbii düşmənlərini tapmayaraq intensiv artır və digər növləri 

sıradan çıxarır. Belə halda iqlimləşdirmə BM-i azaldır. 




 

343


 «Bioloji müxtəlifliyin qlobal qiymətləndirilməsinə» (Glolal Biodivercity Assessment, UNEP, 1995) görə 30000-

dən çox heyvan və bitki növünün məhv olma təhlükəsi yaranmışdır. İndiki yüzillik ərzində məməli heyvan növlərinin 

məhv olma sürəti geoloji keçmişdə qeyd olunan maksimum məhv olma sürətindən 40 dəfə yüksəkdir. Son 400 ildə 

484 heyvan və 654 bitki növü sıradan çıxmışdır. 

Müasir dövrdə bioloji müxtəlifliyin sürətlə azalmasının səbəbləri aşağıdakılardır: 

-

 

Əhalinin sürətlə artımı və iqtisadiyyatın inkişafı – bütün orqanizmlərin həyat şəraitində və Yerin ekoloji 



sistemində böyük dəyişiklik yaradır. 

-

 



Təbii resursların istismarı və kənardan gətirilən növlərin introduksiya olunmasının təsirilə uzun müddətli 

nəticələrin nəzərə alınmaması. 

-

 

Bazar iqtisadiyyatı bioloji müxtəlifliyə və onun itirilməsinə həqiqi qiymətin verilə bilməməsi. 



-

 

Əhalinin miqrasiyasının yüksəlməsi, beynəlxalq ticarətin və turizmin artması. 



-

 

Təbii suların, torpağın və havanın çirklənməsinin güclənməsi və geniş yayılması. 



Son 400 ildə heyvan növlərinin tükənməsinin bilavasitə əsas səbəbləri aşağıdakılardır: 

1)

 



Yeni növlərin introduksiyası və bununla əlaqədar yerli növlərin sıxışdırılması və məhv edilməsi (itirilən bütün 

növlərin 39 faizi). 

2)

 

Yaşayış yerinin dağıdılması, heyvanların yaşadığı yerlərin itirilməsi, deqradasiyası, fraqmentasiya (bü-



tün itirilən növlərin 36 faizi). 

3)

 



Nəzarətsiz ov (23%). 

4)

 



Digər səbəblər (2%). 

Genetik biomüxtəlifliyi saxlamağın vacibliyi əsas aşağıdakı səbəblərdən irəli gəlir.  

-

 

İlk öncə – etik səbəb, zərərli və xoşagəlməz olmasından asılı olmayaraq bütün növlərin yaşamağa haqqı 



vardır. Bu müddəa (tezis) BMT Baş Assambleyinin qəbul etdiyi «Təbiətin ümumdünya xəritəsındə» yazılmış-

dır. 


-

 

Təbiətlə, onun gözəlliyi və müxtəlifliyi ilə zövq almaq  da yüksək qiymətə layiqdir, lakin bu qiymətin 



miqdar göstəricisi yoxdur. 

-

 



Müxtəliflik – bu həyat forması təkamülünün əsası hesab olunur. Növ və genetik müxtəlifliyin aşağı düş-

məsi Yer üzərində həyat formasını, bununla da onun gələcək təkmilləşməsini qırır (pozur). 

-

 

Bioloji müxtəlifliyin qorunub saxlanması ciddi iqtisadi fayda kəsb edir, belə ki: 1) yabanı canlı təbiət ev 



bitki və heyvanlarının seleksiyası üçün mənbə, həmçinin genetik rezervuar (ehtiyat) olub sortların yeniləşməsi 

və davamlığını saxlamaq üçün vacibdir. 2) yabanı təbiət dərmanların mənbəyidir – dərmanların 25-40%-i özün-

də təbii bioloji komponent saxlayır. 

BM-in növ səviyyəsində qorunması bahalı  və  çətin yoldur, bu yalnız ayrı-ayrı növlər üçün mümkün olub 

Yerdəki həyatın bütün zənginliklərinin qorunmasını təmin etmir, odur ki, BM-in qorunması strategiyasının əsas 

istiqaməti ekosistem səviyyəsində elə aparılmalıdır ki, ekosistemlərin planlı şəkildə idarə olunması BM-in üç 

iyerarxik səviyyədə qorunmasını təmin etsin. BM-in ekosistem səviyyəsində qorunmasının ən effektiv və nisbə-

tən qənaətli (faydalı) üsulu qorunan ərazilər (qoruqlar, yasaqlıqlar, milli parklar və s.) hesab olunur. 

 

17.4. Torpağın bioloji müxtəlifliyi 

Bioloji müxtəlifliyin öyrənilməsi üzrə tədqiqatlar bir qayda olaraq bitki örtüyü (flora) və heyvanat aləminə 

(faunaya) şamil edilir. Məlum olduğu kimi torpaq təbii mühitin (ekosistemin) əsas komponentlərindən biri olub 

onun xassələrində litosferlə biosferin mürəkkəb qarşılıqlı təsirləri əks olunur. Torpaq prosesləri bitki örtüyünə 

və faunaya təsir göstərir, bitki assosiasiyalarını formalaşdırır, yer kürəsinin üst aktiv qabığını əmələ gətirir. 

Odur ki, torpağın biomüxtəlifliyinin, coğrafi müxtəlifliyinin öyrənilməsi bitki və heyvanat aləminin biomüx-

təlifliyinin tədqiqatı ilə qarşılıqlı aparılmalıdır. Yer kürəsinin torpaqları hazırki dövrdə olduğu qədər müxtəlif ol-

mamış. Torpaq zonalarının yaranması və onların differensasiyası yerin iqliminin istiqamətlənmiş dəyişməsi, tro-

pik enliklərin azalması, mülayim və soyuq qurşaqların genişlənməsi ilə bağlıdır. 

Müasir torpaq zonaları əsasən dördüncü dövrdə formalaşmışdır. Lakin bəzi materiklərdə və ərazilərdə torpaq 

zonaları üçüncü dövrdə də mövcud olmuşdur. Ayrı-ayrı torpaq zonalarında  torpaqəmələgəlmə prosesləri müx-

təlif istiqamətlərdə gedərək müxtəlif torpaq tiplərinin formalaşmasına səbəb olmuşdur. M.A. Qlazovskaya 

(1973) Dünyanın Xəritə toplusunda düzən ərazilərdə 31 zonal və 34 introzonal, dağlıq vilayətlərində isə 23 zo-

nal torpaq tiplərinin ayrılmasını göstərir. Y.V. Lobova və A.V. Xabarov (1983) bir çox mövcud ədəbiyyatlara 

əsaslanaraq Dünya torpaqlarının 12 formasiyası və 19 fasiyasını ayırır. 

Ən qədim zona tropik zona sayılır. Alimlərin hesablamalarına görə tropikada 1 m qalınlığında aşınmış qabıq 

20-77 min il ərzində əmələ gəlir. Bu zonalarda ilkin mineralların qələvi hidrolizi gedərək əsasların (Ca, Mg, K) 

ayrılması mineralların kristal çərçivələrinin parçalanması zamanı Si, Fe və Al-un formalarının parçalanması pro-

sesi gedir. Bu zaman dəmir müxtəlif formalarda miqrasiya edərək torpaq profillərində toplanır. Bu torpaqlarda 

gedən əsas proseslər onların turş reaksiyalı olması, humusun açıq rəngli və mütəhərrik olması, əsasların, silisiu-

mun, dəmirin miqrasiya etməsidir. Aşınma prosesi çox intensiv gedərək qalın aşınma qatı toplanır. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə