MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə191/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   187   188   189   190   191   192   193   194   ...   228

 

350


8. Elmi tədqiqatlar. Bu hissədə il boyu aparılan tədqiqatların qısa hesabatı və nəticələri verilməlidir. Hesaba-

tın sonunda çap olunan elmi və elmi-papulyar əsərlərin siyahısı  verilir. 

 

Xarici antropogen amillərin qoruq ekosistemlərinə təsiri 

Qoruq ekosistemlərinə antropogen təsiri, onun mənbəyinə görə  şərti olaraq iki qrupa bölmək olar. Birinci 

qrupun mənbələri qoruğun özünün fəaliyyətilə əlaqədardır. Bura qoruqda mühafizəni təşkil etmək üçün görülən 

tədbirlər. qoruqda təşkilatı-təsərrüfatı tədbirlərlə əlaqədar, həmçinin daxili ehtiyacı ödəmək üçün təbii sərvətlər-

dən istifadə edilməsilə (ot biçini, otlaq, əkin sahəsi, bağ) əlaqədar olan təsirlər daxildir. 

İkinci qrupa aid olan mənbələr qoruğa qonşu (yaxın) olan ərazilərdən baş verir. 

Xarici antropogen təsirləri insanın fəaliyyət növü ilə əlaqədar olaraq aşağıdakı təsnifata bölmək olar: sənaye, 

kənd təsərrüfatı, su təsərrüfatı, nəqliyyat, rekreasiya və təşkilatı tikinti işləri. 

 

Sənayenin təsiri. 

Qoruq komlekslərinə bilavasitə və dolayı  təsir göstərən sənaye sahələrindən ədəbiyyatda ən çox metallurgi-

ya, kimya, tikinti, sellüloz-kağız, istilik enerjisi,  faydalı qazıntı və neft  çıxarma sənayesini göstərmək olar. 

 

Su təsərrüfatı sənayesi. 

Qoruqlar üçün mənfi təsir göstərən su təsərrüfatı istehsalını artıqmaq məqsədilə görülür. Məsələn, qoruğa qon-

şu olan meliorativ işlər (qurutma, suvarma kanalları, hidrotexniki qurğular və s.). 



Kənd təsərrüfatı istehsalı sahələrinin təsiri. 

Əsasən əkinçilik, heyvandarlıq və arıçılığın inkişafı ilə əlaqədardır. 

Qoruqda və onun ərazisinə yaxın yerlərdə mal-qara otarılması bitki örtüyünün pozulmasına, torpaq eroziyasının 

inkişafına, vəhşi heyvanların sıxışdırılıb didərgin düşməsinə və ev heyvanları tərəfindən xəstəliyə yoluxmasına səbəb 

olur. 

Brakonyerlik, itlə vəhşi heyvanların izlənməsi, canavarların çoxalması və mal-qara otarılmasilə əlaqədardır. 



Bizim  dağ qoruqlarımızda, məsələn Göygöl, Zaqatala, həm də dağətəyi rayonlardakı qoruqlarda mal-qara 

otarılması səthi və qobu eroziyasının inkişafına, nadir bitki növlərinin sıradan çımasını, zərərli və zəhərli otların 

artmasına səbəb olur. 

Bu qoruqlarda və qonşu sahələrdə qanunsuz arı da saxlanılır. Burada arıların çox vaxt qoruqdakı həşəratlarla 

yem üçün rəqabətə girməsi müşahidə olunur. Həm də yerli həşarat populyasiyalarının arıçılıq təsərrüfatının arı-

larilə infeksiya və parazitlərlə yoluxması da labüddür. 

 

Meşə və ovçuluq təsərrüfatının təsiri 

Qoruğa qonşu ərazilərdə meşənin yox edilməsi qoruğu «meşə adasına» çevirir və qoruqda heyvanat aləminin 

tərkibinin və sayının dəyişməsinə səbəb olur. 

Qoruğa bitişik ərazidə meşənin kəsilməsi və mal-qara otarılması qoruğun bütün komponentlərinin pozulma-

sına gətirib çıxarır. Buna Bəsitçayın dərəsində yerləşən çinar qoruğunu misal göstərmək olar. Burada qoruğa bi-

tişik yamaclarda ağacların kəsilməsi, ilboyu mal-qaraya otarılması səthi su axımını gücləndirir və sel hadisələri-

nə səbəb olur. Bu da Bəsitçay dərəsində çinarlar bitən sahələrin bitmə şəraitinə mənfi təsir göstərir. 

Qoruqda  ov etmənin intensiv aparılması, yaxud normadan az aparılması orada heyvanların bir yerə toplan-

masına səbəb olur. 

 

Nəqliyyatın təsiri 

Qoruq daxilində və ona yaxın yerlərdə magistral nəqliyyat yollarının çəkilməsi təbiət koplekslərinin element-

lərini pozur və ya dağıdır, heyvanat aləmini narahat edir, mühitin çirklənməsi və mexaniki zədələnmə nəticəsin-

də orqanizmlərin xəstəliyə və ziyanvericilərə qarşı davamlılığını  aşağı salır, brokonyerliyə şərait yaradır, yan-

ğın təhlükəsini artırır. Yollarda heyvanat aləmi tələf olur, onların populyasiyaları ayrı düşür (bölünür), qoruğa 

xas olmayan növlər peyda olur. 

 

Rekreasiya və tikintinin  təsiri 

Qoruq  ərazisi  ətrafında  əhalinin artması  sənaye tullantıları,  kommunal təsərrüfatı    tərəfindən təbii mühiti 

çirkləndirir və qoruq ərazisinə xas olmayan növlərin daxil olmasına şərait yaradır. 

Ekskursiyalar və turizmin inkişafı da təbiət kompleksinə və elmi işlərə zərər gətirir. 

Daxili və xarici  antropogen təsirlər, xüsusən tikinti işləri, nəqliyyat və kənd təsərrüfatı işləri qoruğun flora və 

faünasının tərkibinə ikinci dərəcəli, yəni insan fəaliyyətinin təsirilə yaranan sinantrop  növlər daxil olur və qoruğun 

etalon əhəmiyyəti itməyə başlayır. 

Qeyd etmək lazımdır ki, insan fəaliyyətinin müxtəlif formalarının təsirilə qoruğun təbiətinin pozulması həm 

də layihəçilərin və təsərrüfatçıların ekologiya elminə az yiyələnməsi, qoruğun vəzifələrini başa düşməməsi ilə  

də əlaqədardır. 



 

351


Mövcud və gələcək qoruqlarda təbiətin antropogen deqradasiyasının qarşısını almaq üçün tədbirlər sistemini 

hazırlamaq məqsədilə antropogen təsirlərin  əlaqələrini öyrənmək vacibdir. 

Yeni qoruqlar təşkil edərkən həmin regionda antropogen təsirlərin inkişafı perspektivlərinin nəzərə alınması 

xüsusilə vacibdir. 

 

Qoruqlarda olan pozuntular 

Qoruq rejiminin pozulmasına  daxildir: 

Qanunsuz ovetmə (xüsusi brakonyerlik); meşə qanun pozuntuları (ağac və kolun kəsilməsi, göbələk, meyvə, 

giləmeyvə və s. yığılması, nadir və qiymətli bitkiləri satmaq üçün yığılması); özbaşına mal-qara otarılması; yan-

ğın təhlükəsi qaydasının pozulması; qoruq ərazisində buraxılış vərəqəsinin olmaması və s. 

Qoruq rejiminin pozulmasına aşağıdakılar da aiddir: 

təbii sərvətlərdən istifadə edilməsi, məsələn  ot hazırlığı, meşənin qırılması, mal-qara otarılması, bağçılıq, 

arıçılıq və s. 

Qoruq rejiminin optimallaşdırılması  tədbirlərinə aiddir: - qoruğu layihələşdirdikdə onun ərazisi mümkünat 

daxilində iri magistral yollardan, yaşayış məntəqələrindən uzaqda olmalı, qoruq daxilində onlar olmamalıdır. 

-

 

Qoruğun sərhədləri təbii relyef elementlərilə aparılmalıdır; 



-

 

Qoruq daxilində olan yaşayış məntəqələrini, kənd təsərrüfat sahələrini qoruqdan çıxarmalı, bəzi yollar 



kəsilməlidir; 

-

 



Layihələşdirilən bütün qoruqlar üçün qoruyucu zona (bufer) təşkil edilməlidir. 

-

 



Qoruğun material-texniki bazası möhkəmləndirilməli; yegerlərin iqtisadi marağını artırmalı. 

-

 



Qoruq daxilində olan turist komplekslərini sabitləşdirməli, onların fəaliyyətini qəti reqlamentləşdirməli-

dir. 


-

 

Xüsusi yoxlama xidməti təşkil etməlidir. 



-

 

Qoruq rejimini hüquqi cəhətdən möhkəmləndirməli; 



-

 

Qoruq rejimini pozmuş təşkilat və ayrı-ayrı şəxslərin məsuliyyətini aşkar etməli, qoruq xidməti işçiləri-



nə təbiəti mühafizə dövlət müfəttişliyi hüquqları verməli və onlara, qanunu pozanlara qarşı inzibati cəza tədbir-

ləri görmək ixtiyarı da verməlidir. 

-

 

Qorunan təbiət obyektlərinə müəssisə  və ayrı-ayrı  şəxslər tərəfindən vurulan ziyanların ödənilməsi 



nırxları (məzənnələri) işlənib hazırlanmalıdır. 

-

 



Qoruq ərazisində təsərrüfat fəaliyyətinin nizama salınması üzrə yüksək səviyyədə qərar hazırlanmalıdır. 

 

Qoruq ərazilərində ekosistemlərin nizamlanmas. 

Qoruqlar haqqında olan əsasnaməyə görə dövlət qoruqlarında bütün təsərrüfat işləri dayandırılmalı və qoruq-

da mütləq qoruma rejimi həyata keçirilməlidir. 

Lakin qeyd etmək lazımdır ki, mütləq qoruq rejimini bütün qoruqlara şamil etmək düzgün deyildir. Belə ki, 

bir sıra qoruqların əraziləri qoruq rejiminə başlamaqdan  əvvəl bu və ya digər dərəcədə insan fəaliyyətinin mənfi 

təsirinə  məruz qalmışdır. Belə sahələr tipik ekosistemlərin insanın təsirilə transformasiyaya uğramasına səbəb 

olmuşdur. Belə sahələrdə ekosistemlərin nizamlanması üzrə tədbirlər görülməsi məqsədə uyğundur. 

Bir sıra qoruqlarda  bəzi illər dırnaqlı heyvanların sayı həddindən çox artır.  Bu hal biotopların deqradasiya-

sına, meşə sahələrinin pisləşməsinə səbəb olur. Dırnaqlı heyvanlar tərəfindən torpağın pozulması qonşu ərazilər-

dən qoruğa alaq və ya yad  ot növlərinin gətirilməsinə səbəb olur. 

Qoruqda maral və digər dırnaqlı heyvanların sayını artırmaq və qonşu yaşayış məntəqələrində mal-qaranı qo-

rumaq məqsədilə qoruqda canavarlar məhv edilərək sayı azaldılmalıdır. Qış dövründə heyvanların ot və gilə-

meyvə ilə təmin olunması və duzlaqların düzəldilməsi də qoruqda dırnaqlı heyvanların çoxalmasına səbəb olur. 

Təcrübələr göstərmişdir ki, canavarlarla dövri olaraq mübarizə aparmaq lazım gəlir. Belə olmadıqda onun sayı 

qısa dövr ərzində normanı keçir və onlar dırnaqlı vəhşi heyvanları tələf edir, qonşu kəndlərdəki mal-qaraya hü-

cum edir. 

Qoruqda vəhşi dırnaqlı heyvanların sayının nizama salınması ovçuların köməyi ilə yerinə yetirilməməlidir, 

çünki ovçu həmişə yaxşı heyvan seçib ovlamağa çalışır. Bu məsuliyyətli işi qoruğun öz işçiləri görməlidir, bu 

zaman əsasən zəif  və  xəstə heyvanlar ovlanmalıdır. 

Qoruqda ekosistemlərin nizamlanması tədbirləri çox ehtiyatla  yerinə yetirilməlidir. Hər bir düşünülməmiş 

tədbir xeyir əvəzinə çox pis nəticə ilə qurtara bilər. 

Əgər qoruq, kompleks qoruq deyilsə və orada əsas məqsəd itmək təhlükəsi olan hər hansı bir növü qorumaq-

dırsa ilk vaxtlarda o növün bərpa olunması istiqamətində müəyyən tədbirlərin aparılması vacibdir. 

Qoruqlarda ekosistemlərin deqradasiyasına təsir edən amillərdən biri də nizama salınmamış turizmdir. (Mə-

sələn, respublikamızda Göygöl və Pirqulu qoruqlarında) Odur ki, qoruqlarda kütləvi turizm işi ümumiyyətlə qa-

dağan olunmalıdır. turizm üçün əsasən milli parklar xidmət göstərməlidir. 

Qorunan müxtəlif ekosistemlərin ayrı-ayrı komponentlərinin planlaşdırılmasına  yönəldilən nizamlayıcı təd-

birlər aşağıdakılardan ibarət ola bilər: 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə