MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə173/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   169   170   171   172   173   174   175   176   ...   228

 

322


1977-ci ildə irriqasiya meşə  təsərrüfatı idarələrinin yaranması ilə  əlaqədar bu işə xüsusi fikir veilmiş  və 

dövlət əhəmiyyətli tədbir kimi kütləvi şəkildə həyata keçirilməyə başlanmışdır, irriqasiya meşə zolaqlarının eni, 

uzunluğu və  tərkibi obyektin növündən, relyef və torpaq şəraitindən asılı olur. Təsərrüfatlarası  və 

təsərrüfatlardaxili kanallar boyu salınan zolağın eni və orada yerləşdirilən cərgələrin sayı eyni olur. Kanal və 

kollektorda bərpa. təmir və  təmizləmə  işləri görmək məqsədilə onların bir tərəfində  nəqliyyat yolu salınır. 

Təsərrüfatlararası kanal və kollektorların hər iki tərəfində, təsərrüfatlardaxili kanal və kollektor-drenaj 

sistemlərinin isə bir tərəfində mühafizə meşə zolağı salınır. Obyektlərə təhkim olunan sahədə onun enindən asılı 

olaraq 1-5 cərgəli meşə zolağı salmaq olar. Qulluq işlərinin görülməsində mexanizmlərdən istifadə etmək 

nəzərdə tutulduqda cərgələr arası məsafə 2,5-3,0m, tutulmadıqda 1,5-2,5m götürülür.  

Qeyd edildiyi kimi, suvarma şəbəkələrinə təhkim olunan torpaq sahələri əsasən obyektlərin inşası zamanı 

pozulmuş, sonralar tədricən şorlaşmış, bataqlaşmış və müxtəlif cür meliorasiya tədbirlərinə ehtiyacı olan enişli-

yoxuşlu yerlərdir. Bu torpaqları yararlı hala salmaq və əkinə hazırlamaqdan əvvəl ərazinin şorlaşma dərəcəsini, 

bitki örtüyünü və digər xüsusiyyətləri dəqiq müəyyən etmək lazımdır. Bu məqsədlə ilk növbədə  hər  əkilməsi 

nəzərdə tutulan ərazi gəzilməli, torpağın səthi görünüşü, bitki örtüyü və digər xüsusiyyətləri müəyyən 

olunmalıdır. 

Sahə    daş, kötük və s.-dən təmizlənməli, hamarlanmalı  və torpağın tələbinə uyğun meliorasiya tədbirləri 

görülməli, 40-45 sm dərinliyində şumlanmalı və malalanmalıdır.  

İrriqasiya meşə zolaqları salmaq üçün ayrılan sahələr dar olduğundan orada şumlamaya perpendikulyar 

istiqamətdə malalama aparmaq olmur, şırımlar arasında kələ-kötür, çökək yerlər qalır. Ona görə şumlamanı sıx 

və ya təkrar aparmaq lazım gəlir. Belə olduqda malalamanı şumlama istiqamətində aparmaq olar. Malalamadan 

sonra yerli şəraitdən asılı olaraq dərinliyi 30-40 sm olan şırımlar açılmalıdır. Torpağa və bitkilərə qulluq işləri 

aparmaq üçün istifadə olunacaq alət və mexanizmlərin növündən asılı olaraq şırımlar arası  məsafə 2,5-3,0 m 

götürülür. 

Kanalın nəqliyyat yolu çəkilmiş tərəfindəki şırımla yol və o biri tərəfdəki şırımla kanal arasında 1,5-2,0 m 

məsafə saxlamaq lazımdır. Şırımların sayı obyektlərə təhkim olunmuş sahənin eninə uyğun olaraq 1-8 götürülür. 

Kanalların  ətrafında bəzən kənd təsərrüfatına yararsız sahələr olur. Əlaqədar idarə  və  təşkilatlarla qarşılıqlı 

razılaşma şəraitində belə sahələrdə meşə zolaqları yetişdirmək məqsədəuyğundur.  

İrriqasiya meşə zolaqları biriilik, ikiillik, çoxillik tinglər və toxumla salına bilər. Bu, ağac və kol cinslərinin 

bioloji xüsusiyyətləri,  ərazinin yaşayış  məntəqəsinə, mal-qaraya yaxın olmasından da asılıdır.  Şaquli kök 

sisteminə və iri toxumlara malik olan ağacların (palıd, qoz, badam və s.) daimi yerində toxumla yetişdirilməsi 

məsləhət görülür. Belə bitkiləri tinglikdə yetişdirib və ya 2-3 yaşında daimi yerinə köçürüldükdə onların kök 

sistemi çox zədələnir, şaquli köklər kəsilir, bitiş faizi aşağı olur, bitkilər zəif inkişaf edir və onlar kök sisteminin 

əvvəlki vəziyyətini bərpa edə bilmir.  

   


 


 

323


Cədvəl 14.5. 

     

Kür-Araz ovalığında torpaqların duzluluq dərəcəsini xarici görünüşə görə təyin etmək şkalası  

(Dövlət Yerquruluşu Layihə İnstitutu) 

 

Torpağın 

şorluq 

kateqoriyası  

0-100 sm 

qatda quru 

qalığın 

şorluq həddi  

(%-lə) 

Torpaq səthinin 

görünüşü 

Bitki örtüyü və 

yayılma 

xüsusiyyəti 

 

1 2  3 



Şorlaşmamış  

0,25%-dən 

az 


Şorluqdan  əlamət 

yoxdur 


Çəmən bitkiləri 

üstünlük edir. 

Biyan, 

dəvətikanı, 



bəzən xostək 

(qarağan)  

Zəif şorlaşmış 0,25-0,50% 

Bəzən 


şor 

ləkələri görünür, 

torpağın səthi 

qara və tozvari 

olur 

Tərə, xostək, 



dəvətikanı, 

çərən, tək-tək 

qışotu 

Orta  şorlaşmış 



və ya şorakət 

0,5-1,0% 

Bitkisiz sahələr, 

şoran otları 

çoxalır 

Qışotu, 


sarsazan, Xəzər 

şahsevdisi 

(saksaul), bəzən 

çərən, biyan 

Şoran  

1,0%-dən 



artıq 

Torpaq səthində 

quru tozvari və 

ya nəmişli 

şoranlıq 

əlamətləri aydın 

görünür 

Şoranlıq coğanı, 

qışotu, Xəzər 

şahsevdisi, 

sarıbaş,sarsazan 

və digər  şoran 

bitkiləri  

 

Xırda toxum və vegetativ hissələrlə asanlıqla artırmaq olan bir və ya çox yaşlarında tinglikdən daimi yerinə 

köçürüldükdə normal bitmə inkişaf etmə xüsusiyyətlərini itirməyən ağac və kolları (qovaq, söyüd, çinar, 

dağdağan,  şam, sərv, tuya. alma, armud, heyva, tut, maklüra və s.) tinglikdə yetişdirib 1-3 yaşlarında daimi 

yerinə köçürmək olar. Bitmə faizinin yüksək olması, bitkilərin xarici mühitə tez uyğunlaşması, quraqlığa, 

şoranlığa davamlı olması, onların tez böyümə xüsusiyyətləri və s. baxımdan, irriqasiya meşə zolaqlarını birillik 

tinglərlə salmaq daha əlverişlidir. Yol kənarı, yaşayış məntəqələrinə, mal-qaraya yaxın olan sahələrdə 3-5 illik 

ağac və kollar əkmək olar. Belə olduqda torpağa və bitkilərə daha yüksək aqrotexniki qulluq göstərmək 

lazımdır.  

İrriqasiya meşə zolaqları salmaq işini erkən yaz və payız aylarında görmək məsləhətdir. Mülayim qış 

aylarında da (Kür-Araz ovalığı) əkin işi aparmaq olar. Yaz əkini bitkilərdə şirə axını başlayana qədər, payızda 

isə vegetasiya dövrü qurtardıqdan sonra aparılmalıdır. Təsərrüfat əhəmiyyəti və iqtisadi səmərəsinə görə Kür-

Araz ovalığı üçün payız  əkini daha sərfəlidir. Bu halda bitkilərin müvəqqəti basdırılması, toxumların 

saxlanması, stratifikasiya edilməsi üçün yer, işçi qüvvəsi və  vəsait lazım gəlmir, vegetasiya dövrünün 

başlanması ilə əlaqədar bitkilərdə də inkişaf başlayır, ilk suvarma üçün su qıtlığı ilə qarşılaşılmır.  

İrriqasiya meşə zolaqları salarkən bitkilər, əsasən cərgə ilə, şırımların sututan hissəsinə, bir-birindən 1-1,5 

m aralı əkilir. Bu məqsədlə şırım tirəsinin üstündə 1-2 illik tinglər üçün 25x25x25, 30x30x30, üçillikvə çoxillik 

bitkilər üçün isə 35x35x35 sm və daha geniş ölçüdə çalalar hazırlanır. Ağac və kolları cərgə və cərgə aralarında 

qarışıq  əkmək olar. Meşə zolaqlarını qarışıq salarkən orada meyvə  və  həmişəyaşıl bitkilərə üstünlük vermək 

lazımdır. Son təcrübələr göstərir ki, eyni cinsdən oldan əkinlər yaxşı  nəticə verir. İrriqasiya qoruyucu meşə 

zolaqları salarkən 3 əkin sxemi tətbiq etmək olar. 

A. Tezböyüyən enliyarpaqlı ağac cinslərindən salınan qoşacərgəli meşə zolaqları; 

B. Quraqlığa davamlı meyvə cinslərindən salınan bircərgəli meşə zolaqları; 

Ç. Duzadavamlı ağac və kollardan salınan meşə zolaqları; 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə