MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə4/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   2   3   4   5   6   7   8   9   ...   228

 

11

kosmik ekologiya və s. (Şəkil 2). Odur ki, son 30-40 il ərzində ekologiya yalnız biologiya elmləri deyil, həm bütün 



təbiət, həm də sosial və iqtisadi elmləri arasında populyar, tətbiqi elm sahəsinə çevrilmişdir. Bu göstərilən ekoloji 

sahələr ümumi ekologiyanın müstəqil bölmələri olub nəzəri və  tətbiqi ekologiyaya bölünür. Bir tədris kimi 

ekologiya 4 əsas bölməyə ayrılır: 1) antekologiya və ya faktorlar ekologiyası (ekoloji faktorlar haqqında təlim); 2) 

populyasiya ekologyiası, yaxud demekologiya; 3) ekosistem və ya qruplaşma ekologiyası, yaxud biosenologiya 

(biogeosenologiya); 4) biosfer haqqında təlim.  

Müasir ekologiyanın istiqamətinin digər təsnifatı 3 saylı şəkildə verilir. Biosfer ehtiyatlarından, planetimizin 

bütün təbii sərvətlərindən, həmçinin yaxın kosmik fəzadan səmərəli istifadə olunması və qorunması problemləri bu 

gün müharibə, sülh, ərzaq, ictimai və s. problemlərdən az əhəmiyyət daşımır. Buna görə  də ekologiya elmi 

qanunauyğun surətdə elmin ön sırasında durur.  

Elmi-texniki tərəqqi keyfiyyətcə yeni yüksək mərhələ kimi, söz yox ki, cəmiyyətə böyük fayda verir: əhalinin 

ümumi güzəranının inkişafına şərait yaradır, müasir metodlarla insan, heyvan və bitki xəstəliklərinin qarşısını alır, 

insanların ömrünü uzadır, uşaq ölümünün faizi getdikcə azalır. 

Lakin cəmiyyətdə sivilizasiyanın inkişafı bir sıra neqativ ekoloji hadisələrlə də nəticələnir: təbii ehtiyatlar 

tükənir, ətraf mühit hadisələrlə çirklənməyə məruz qalır, antropogen təzyiqin güclənməsi ilə təbii ekosistemlərin 

kasatlaşması (Yer üzərində bir çox bitki və heyvan növlərinin sıradan çıxması ilə əlaqədar)  və deqradasiyası 

nəticəsində biosferin buferliyinin (tarazlığının) pozulması müşahidə olunur və s. Bütün bu hadisələrin təzyiqi 

altında bəzən qlobal ekoloji böhran, ekoloji faciənin mümkünlüyü fikri meydana çıxır. 

Yuxarıda verilən tərifə görə bir elm kimi ekologiyanın qarşısında çox müxtəlif vəzifələr durur, onlar 

aşağıdakılardan ibarətdir: 

- həyat təşkilinin, o cümlədən təbii sistemlərə və bütövlükdə biosferə antropogen təsirlərlə əlaqədar onun 

qanunauyğunluqlarını tədqiq etmək; 

  

 



Øÿêil 2. Ìöàñèð åêîëîýèéàíûí ñòðóêòóðó 

(Í.Ô.Ðåìåðñÿ ýþðÿ), 1994, äÿéèøèêëÿ 

 

- bioloji resursların səmərəli istifadəsinin (istismarının) elmi əsaslarını yaratmaq, insan fəaliyyətinin təsiri 



altında təbiətin dəyişməsini proqnozlaşdırmaq və biosferdə baş verən prosesləri, insanın yaşadığı mühitin 

saxlanmasını idarə etmək; 

- populyasiyanın sayını nizamlamaq; 

- zərərli növlərə (ziyanvericilərə) qarşı kimyəvi vasitələrin minimum istifadəsini təmin edən tədbirlər siste-

mini hazırlamaq; 

- landşaftın bu və ya digər komponentlərinin və elementlərinin xassələrinin təyin edilməsinin, o cümlədən 

təbii mühitin çirklənməsinin ekoloji indiqasiyası; 

- pozulmuş  təbii sistemlərin bərpa olunması, o cümlədən istifadədən çıxmış  kənd təsərrüfatı sahələrinin 

rekultivasiyası, otlaqların, gücdən düşmüş torpaqların, su hövzələrinin və s. bərpası; 

- sənayedən (istehsaldan) təsərrüfata keçmək; 

- biosferin etalon sahələrinin qorunub saxlanması.  



 

12

Ekologiya elminin son tətbiqi nəticələri aşağıdakılardan ibarət olmalıdır: müasir və gələcək nəsilləri sağlam 



ətraf mühitlə  təmin etmək üçün elmi əsaslar hazırlamaq; təbii ehtiyatların mühafizəsi və tullantısız 

texnologiyanın ekoloji əsaslarını  aşkar etmək; optimal və etibarlı  fəaliyyət göstərən süni (antropogen) 

ekosistemlər, xüsusilə kənd təsərrüfatı yaratmaq; rəsmi və qeyri-rəsmi səviyyələrdə ekoloji təhsilə və əhalinin 

bütün təbəqələri arasında ekoloji mədəniyyətə yiyələnmək. Əsaslı ekoloji tədqiqatlar məhz bu vəzifələrin həyata 

keçirilməsi istiqamətinə yönəldilməlidir. 

 

 



Şəkil 3. 

 Ekologiya  və  ətraf mühitin mühafizəsi kitabına aşağıdakı mövzular daxil edilmişdir: Dünyada və 

Azərbaycan Respublikasında ekologiya elminin tarixi; həyat mühiti və ekoloji faktorların geniş xarakteristikası; 

populyasiyalar, biosenozlar (biotik qruplaşmalar), ekosistemlər və biosferin ətraflı təhlili; landşaft əsasında bios-

ferin təbii ekosistemlərinin (yerüstü ekosistemlər – biomlar, şirinsulu və  dəniz ekosistemləri) təsnifatı; təbii 

ehtiyatların – atmosfer, hidrosfer, litosfer, torpaq və bitki örtüyünün dünyada və respublikamızda müasir 

vəziyyəti və ekoloji poblemləri; insanla təbii ehtiyatlar arasındakı qarşılıqlı əlaqələr; ekosistemin təbii və antro-

pogen dinamikası; xüsusi mühafizə olunan ərazilər; qoruqlar, yasaqlıqlar, milli parklar; beynəlxalq və daxili 

turizm; təbiəti mühafizə  tədbirləri; pestisidlərdən, gübrələrdən istifadənin və suvarmanın ekoloji problemləri; 

dünyada və respublikamızda meşəsizləşdirmə və səhralaşma problemləri; torpağın rekultivasiyası; bəşəriyyətin 

sosial problemlərinin (urbanizasiya, energetika, ərzaq və kənd təsərrüfatı, nüvə müharibəsi, əhalinin sağlamlığı) 

ekoloji aspektlər; yeni sivilizasiya dövrünün ekologiyası məsələləri.  



Ekologiya və ətraf mühitin mühafizəsi kitabının tərtibində göstərilən mövzular üzrə MDB dövlətlərində 

və xaricdə  nəşr olunmuş bir çox mövcud ədəbiyyatdan, həmçinin müəlliflərin  şəxsi tədqiqatlarının 

materiallarından istifadə edilmişdir.  

Hazırda respublikamızda ekoloji mühitin pozulması, meşələrin, çəmənlərin, kənd təsərrüfatına yararlı 

torpaqların azalması, bəzi yerlərdə tamamilə sıradan çıxarılması, Kür, Araz və digər çayların, Xəzərin, torpağın, 

havanın çirklənməsi, bir sıra bitki və heyvan növlərinin bioloji müxtəlifliyinin pozulması və ya azalması ekolo-

giya kitabına ehtiyac olduğunu sübut edir. Kitab ekoloqlar, bioloqlar, coğrafiyaşünaslar, torpaqşünaslar, 

meşəçilər, geobotaniklər, kənd təsərrüfatı, həm də  təbii ehtiyatlardan istifadə problemləri və onların mühafizəsi 

məsələləri ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. 

 

Geniş oxucu kütləsinin «Ekologiya və ətraf mühitin mühafizəsi» kitabına verəcək məsləhətlər və ya irad-



lara müəlliflər qaraqcadan öz təşəkkürünü bildirir.  


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə