MəMMƏdov qəRİb xəLİlov mahmud


XVI Fəsil. HEYVANAT ALƏMİNİN QORUNMASI



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə3/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   2   3   4   5   6   7   8   9   ...   228

 

8

XVI Fəsil. HEYVANAT ALƏMİNİN QORUNMASI 



 

Azərbaycanın heyvanat aləmi 



 

XVII. FƏSİL. LANDŞAFTLARIN QORUNMASI VƏ  

MÜHAFİZƏ OLUNAN ƏRAZİLƏR 

 

17.1.Dünyanın müasir landşaftları 

17.2.Azərbaycanda landşaft komplekslərinin ekoloji qiymətləndirilməsi  

17.3.Bioloji müxtəliflik 

17.4.Torpağın bioloji müxtəlifliyi 

17.5.Azərbaycanda bioloji müxtəlifliyin qorunması problemi 

 

XVIII Fəsil. 

XÜSUSİ MÜHAFİZƏ OLUNAN ƏRAZİLƏR 

 

18.1.Qoruqlar 

18.2.Yasaqlıqlar 

18.3.Milli parklar 



18.4.Azərbaycanın xüsusi mühafizə olunan əraziləri  

18.4.1.Qoruqlar 

18.4.2.Yasaqlıqlar 

18.4.3.Milli parklar 

18.4.4.Planlaşdırılan milli parklar 

 

XIX Fəsil. BEYNƏLXALQ TURİZM 

 

19.1.Azərbaycanda turizmin vəziyyəti 

19.2.Azərbaycanda beynəlxalq turizmin vəziyyəti 

 

XX Fəsil. BƏŞƏRİYYƏTİN SOSİAL  



PROBLEMLƏRİNİN EKOLOJİ ASPEKTLƏRİ 

 

20.1.Urbanizasiyanın ekoloji aspekti 



20.2.Azərbaycan Respublikasında urbanizasiyanın vəziyyəti 

20.3.Energetikanın ekoloji aspektləri 

20.4.Azərbaycanda energetika 

20.5.Dünyanın ərzaq problemi 

20.6.Nüvə müharibəsi bəşəriyyət üçün təhlükəlidir 

20.7.Dünya əhalisinin sağlamlıq problemləri 

20.8.Ətraf mühitin mühafizəsi işində beynəlxalq əməkdaşlıq 

 

XXI Fəsil. YENİ SİVİLİZASİYA  



DÖVRÜNÜN EKOLOGİYASI 

 

21.1.İnkişafın alternativ yollarının axtarışı 




 

9

21.2.Davamlı inkişaf konsepsiyası 



21.3.Yeni sivilizasiyanın mədəniyyəti və əxlaqı 

21.4.Siyasi ekologiya 

21.5.Ekoloji hüquq 

21.6.Ekoloji təhsil 

21.7.Ekoloji informatika 

21.8.İqtisadi ekologiyalaşdırma 

21.9.Ekoloji mühəndisliyi 

21.10.Kosmosun mənimsənilməsi və ekoloji problemləri 

21.11.Sosial ekologiyanın qanunları insan fəaliyyətinin normativləri kimi 

 

Ədəbiyyat: 

Azərbaycan dilində 

Rus dilində 

Alman və ingilis dillərində 

 

 




 

10

GİRİŞ 

 

İnsan özü üçün nə lazımsa – hava, su, maddi nemətlər, sənaye üçün xammal və s.-ni təbiətdən alır. Bu 



sərvətlərdən yüz illərdən bəri kor-təbii istifadə olunması nəticəsində ətraf mühit dünya miqyasında dəyişilməyə 

məruz qalmışdır. Bu vəziyyət müasir elmi-texniki tərəqqi dövründə daha da kəskinləşmişdir. Belə ki, dünya 

əhalisinin sayının artımı onun tələbatının yüksəlməsini ötüb keçməsi, Yer sərvətlərinin istifadəsinin durmadan 

çoxalması, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrində yeni texnologiyanın tətəbiqi və 

istehsalının genişlənməsi, dünya landşaftlarının antropogen dəyişməsi, beynəlxalq təsərrüfat  əlaqələrinin 

mürəkkəbləşməsi və genişlənməsi – bu və ya digər amillər  ətraf mühitlə  bəşəriyyətin qarşılıqlı  əlaqəsinin 

güclənməsinə və insanı əhatə edən mühitə antropogen yükün (təzyiqin) artmasına səbəb olmuşdur.  

Ekoloji tarazlığı, onun mürəkkəb və bir-birilə  sıx bağlı mexanizmlərini, təbiətin insanın təsirinə 

reaksiyasını, təbii sistemlərə yol verilə biləcək yükü bilmədən, yəni ekoloji biliyə  dərindən yiyələnmədən 

təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı halda saxlamağı 

proqnozlaşdırmaq mümkün deyildir. Bu baxımdan, ekologiya elminə tələbat və maraq günü-gündən artır. Müa-

sir dövrdə ekologiya elmi bütün sənət adamlarının, alim və mütəxəssislərin, müəssisə  və dövlət rəhbərlərinin 

diqqət mərkəzindədir.  

Ekologiya yunan sözüdür (oykos – ev, daxma, logiya - elm). Lakin yunan sözü olsa da onu ilk dəfə alman biolo-

qu 1869-cu ildə Ernest Hekgel işlətmişdir. Ekologiya canlı orqanizmlər arasında və onların olduğu mühitlə qarşılıqlı 

əlaqə haqqında sintetik bioloji elmdir. Ekologiyanın əsas predmeti daxilində enerji və üzvi maddələrin transformasiya 

prosesi gedən və bir-birilə qarşılıqlı əlaqədə olan canlı orqanizmlərin məcmusunu öyrənməkdir. Ekologiyanın əsas 

vəzifəsi ekosistemdə enerji və materiyanın qarşılıqlı  təsirini öyrənməkdir. Müasir ekologiyanın diqqət mərkəzində 

ekosistemin konsepsiyasının – ekoloji paradiqmanın konstruksiyası  əsası durur. Ayrı-ayrı  fərdlər, populyasiyalar, 

növlər, qruplaşmalar və onların  ətraf mühitlə qarşılıqlı  əlaqəsi də ekoloji tədqiqat obyektləri hesab olunur, lakin 

müstəqil bir elm kimi ekologiya üçün spesifik deyildir, belə ki, onlarla digər bioloji elmlər (botanika, zoologiya, sis-

tematika, genetika, biocoğrafiya və b.) məşğul olur.  

 

 

 



Şəkil 1. Ekologiyanın strukturu 

 

Ekoologiya elminin inkişafı XX əsrin əvvəlinə təsadüf edir. Çünki təbiətin vəziyyəti bu əsrin 30-cu illərinə 



qədər ciddi təşviş doğurmurdu. Lakin II Dünya müharibəsindən sonra təbiətə, ətraf mühitə, təbii ehtiyatlara qarşı 

mənfi münasibət ilbəil gücləndiyindən ekologiya elmi tamamilə yeni, inkişafı zəruri sayılan elm sahəsinə çevrildi. 

Hazırda elmi-texniki tərəqqinin sürətlə inkişafı ilə əlaqədar təbii ehtiyatların mühafizəsi məsələlərinin həlli müasir 

ekologiyaya olan maraq dairəsini özünün qanuni bioloji sərhədindən çıxarmışdır. Bununla əlaqədar ekologiya 

elminin xüsusi sahələri meydana gələrək sürətlə inkişaf etməkdədir: bitkilərin ekologiyası, torpağın ekologiyası, 

coğrafi ekologiya, heyvan ekologiyası, mikroorqanizmlərin ekologiyası, suların, dənizlərin ekologiyası, 

atmosferin, hidrosferin ekologiyası, kənd təsərrüfatının, sənayenin, nəqliyyatın,  şəhərlərin ekologiyası, ekoloji 

biologiya, geokimyəvi ekologiya, mədəniyyət ekologiyası, sosial ekologiya və onun qolu olan insan ekologiyası, 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə