MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə7/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   2   3   4   5   6   7   8   9   10   ...   228

 

16

cəmiyyətlər təşkil olundu, ekologiyaya dair məcmuələrin əsası qoyuldu, universitetlərdə ekologiya fənni tədris 



olunmağa başladı. Görkəmli rus alimi V.İ,Vernadski biosfer haqqında fundamental təlim yaratdı. 1926-cı ildə 

onun «Biosfer» adlı kitabı çap olunur, orada ilk olaraq canlı orqanizmlərin bütün növlərinin məcmusunun – 

«canlı maddələrin» planetar rolu göstərilir.  

Rusiyada populyasiya ekologiyasının inkişafına S.A.Seversov, S.S.Şvars, N.P.Naumov, Q.A.Viktorov 

böyük yenilik gətirdi. Onların əsərləri bu elm sahəsinin müasir vəziyyətini müəyyənləşdirir.  

Bitkilərdə populyasiyanın tədqiqinin başlanğıcını L.N.Sinski (1948) qoydu, o, növlərin ekoloji və coğrafi 

polimorfizminə aydınlıq gətirdi. Bitkilərin populyasiya ekologiyası haqqında bir sıra məsələlər T.A.Rabotnov 

A.A.Uranov və onların davamçıları tərəfindən işlənib hazırlanmışdır.  

Populyasiya qanunauyğunluğunun öyrənilməsi növün biosenozda rolunun, qruplaşmanın struktur təşkilinin 

dərk edilməsinə kömək etdi. Ekoloji və  təkamül məsələlərini sıx  əlaqələndirən səmərəli «ekoloji sığınacaq» 

(«ekoloji nişa») konsepsiyası yarandı. Onun hazırlanmasında qərb alimlərinin (C.Qrinnel, Ç.T.Elton, 

R.Makartur, D.Xatçinson və Q.F.Qauzenin) mühüm xidmətləri az olmamışdır.  

Heyvanların morfoloji və  təkamül ekologiyasının inkişafında M.S.Qilyarovun (1949) böyük xidməti 

olmuşdur, onun fikrincə, buğumayaqlıların qurunu zəbt etməsində torpaq keçid mühit olmuşdur.  

İ.S.Serebryakov tərəfindən çiçəkli bitkilərin həyati formalarının yeni dərin təsnifatı yaradılmışdır. Paleoe-

kologiya elmi meydana gəldi, onun vəzifəsi məhv olmuş formaların həyat tərzi  əksinin (şəklinin) bərpa 

edilməsidir.  

1930-40-cı illərdə ekologiyada təbii ekosistemlərin tədqiqində prinsipcə yeni yanaşma əmələ gəldi. 1935-ci 

ildə ingilis alimi A.Tensli ekosistem anlayışını irəli sürdü, 1942-ci ildə V.N.Sukaçov biogeosenoz anlayışını 

əsaslandırdı.  

1930-cu illərdə çoxşaxəli tədqiqatlar və müzakirələrdən sonra biosenologiya sahəsində  əsas nəzəri 

məlumatlar (biosenozların sərhədi və strukturu, sabitlik dərəcəsi, bu sistemin özünütənzimləməsi mümkünlüyü) 

yarandı.  

Ümumi biosenologiya ideyasının inkişafında fitosenoloji tədqiqatların – Rusiyada V.N.Şennikov, 

B.A.Keller, V.V.Alexin, L.Q.Ramenski, A.P.Şennikov, Amerikada F.Klements, Danimarkada K.Raunkiyer, 

İsveçdə Q.Dyu Riye. İsveçrədə İ.Braun-Blanke və b. böyük rolu olmuşdur. Qruplaşmaların morfoloji (fiziono-

mik), ekoloqo-morfoloji, dinamik və b. xüsusiyyətləri  əsasında bitkilərin müxtəlif təsnifat sistemi yaradıldı, 

fitosenozların strukturu, məhsuldarlığı, dinamik əlaqələri öyrənildi, ekoloji indikatorlar haqqında təsəvvürlər 

(anlayışlar) hazırlandı.  

Bitki ekologiyasının fizioloji əsasları üzrə K.A. Timiryazevin ənənəsini davam etdirərək N.A.Maksimov 

çox qiymətli yeniliklər irəli sürdü.  

1930-40-cı illərdə heyvanların ekologiyası haqqında K.Frideriksin (1930), F.Bodenqeymerin (1938), D.N. 

Koşkarovun (1938) və b. yeni məlumatları peyda oldu.  

V.N.Sukaçovdan sonra qlobal ekologiyanın inkişafında biosenozların öyrənilməsi üzrə geobotaniki 

tədqiqatları L.M.Lavrenko (1949, 1971 və b.) aparmış, müxtəlif bitki örtüyünün bioloji kütləsini və 

məhsuldarlığının öyrənilməsi N.İ.Bazilyeviç və L.Y.Rodina (1967 və b.) tərəfindən yerinə yetirilmişdir.  

Torpaqşünaslıq sahəsində V.V.Dokuçayevin ideyalarını İ.P.Gerasimov (1945, 1960 və b.) inkişaf etdirərək 

torpaq örtüyünü biosferin bir elementi kimi öyrənmişdir. Bu istiqamətdə işlər V.R.Volobuyevə (1953 və b.) və 

V.A.Kovdaya (1973 və b.) da məxsusdur, onlar torpaqəmələgəlmə proseslərini xarici faktorlarla əlaqəli 

öyrənmişlər.  

Coğrafi zonaların formalaşmasının təbii proseslərin qarşılıqlı  təsirinin nəticəsi olduğunu A.A.Qriqoryev 

(1966 və b.) öz əsərlərində göstərmişdir. Onun tədqiqatlarında təbii zonaların iqlimin elementlərindən - günəş 

radiasiyası və yağıntıların miqdarından asılılığı müəyyən edilmişdir.  

Biosferin təkamülünün qanunauyğunluğu A.P.Vinoqradov (1967 və b.), K.K.Markov (1960 və b.), 

A.İ.Oparin (1957 və b.) əsərlərində öyrənilmişdir. S.S.Şvars (1973) canlı orqanizmlərin təkamül mexanizmini 

tədqiq etmişdir.  

Biosferin antropogen dəyişməsi kimi aktual problem bir çox tədqiqatların diqqətini cəlb etmişdir. 

D.L.Armand (1966), Y.K.Fyodrov (1972), Y.A.İzrail (1974) və b. rus alimlərinin monoqarfiyaları bu məsələyə 

həsr olunmuşdur. Xarici tədqiqatçılardan P.Dyuvino Tanq (Duvigneand et Tanghe, 1968), B.Kommoner (Com-

moner, 1971), K.Uat (Watt, 1968) və b. monoqrafiyaları da bu problemə həsr edilmişdir.  

Qurunun və okeanların su balansı haqqında «Dünyanın su balansı  və Yerin su ehtiyatları» adlı kollektiv 

monoqrafiyada və M.İ.Lvoviçin (1974 və b.) əsərlərində geniş material verilir. Qlobal ekoloji problemləri 

öyrənmək üçün M.İ.Budıko (1956, 1974 və b.) və Y.Odumun (1971 və b.) əsərlərindən istifadə olunmuşdur.  

Geoekologiyanın inkişafında V.B.Soçava, V.S.Preobrajenski, T.D.Aleksandrova, K.M.Petrov, 

A.A.Veliçko, Q.N.Qolubev (1999), sosial ekologiyanın inkişafında isə E.V.Qirusov, V.A.Los, 

N.M.Məmmədov, Y.A.Markov və b. alimlərin böyük rolu olmuşdur.  




 

17

Üçüncü mərhələ (XX əsrin 50-ci illərindən başlayaraq bu günə  qədər olan dövr). XX  əsrin ikinci 

yarısında ətraf mühitin çirklənməsinin intensivləşməsi və insanın təbiətə təsirinin güclənməsi ilə əlaqədar eko-

logiya elmi xüsusi əhəmiyyət kəsb edir.  

Belə vəziyyətin nəticəsində ekologiya kompleks elmə çevrilərək təbii və ətraf mühitin qorunması elmini də 

özündə  cəmləşdirdi. Ciddi bioloji elmdən ekologiya biliklərin tsiklinə çevrilərək özünə coğrafiya, geologiya, 

kimya, fizika, sosiologiya, mədəniyyət tarixi, iqtisadiyyat bölmələrini daxil etdi (Reymers, 1994).  

Ekologiyanın dünyada inkişafının müasir dövründəki inkişafı xarici ölkələrin görkəmli alimləri Y.Odum, 

C.M.Andersen, E.Pianka, R.Riklefs, M.Biqon, A.Şveyser, C.Xarper, R.Uitteker, N.Borlauq, T.Miller, B.Nebel 

və b. adları ilə bağlıdır. Rusiya ekoloq almilərindən İ.P.Gerasimov, A.M.Qilyarov, V.Q.Qorşqov, Y.A. İzrael, 

Y.N.Kurajskovski, K.S.Losyev, N.N.Moiseyev, N.P. Naumov, N.F.Reymers, V.V.Rozanov, Y.M.Sviriyev, 

A.L.Yanşin, İ.A.Şilov və b. göstərmək olar.  

Müasir mərhələdə ekologiyanın inkişafı orqanizmlərin sistemli əlaqəsi və fəaliyyəti qanunlarını öyrənməklə 

yanaşı, həm də  təbiət və insan cəmiyyətinin qarşılıqlı  əlaqələrinin səmərəli formalarını  əsaslandırmalıdır. 

Beləliklə, ekoloji biliklərin sosial rolu artır. Ekologiya sahəsində fundamental tədqiqatların inkişafının  əsas 

məqsədi xalq təsərrüfatının aşağıdakı gərgin problemləri ilə müəyyənləşdirilir: ətraf mühitin vəziyyətini saxla-

maq şərtilə istehsalı intensivləşdirmək və təbii resurslardan istifadənin iqtisadi effektivliyini yüksəltmək. Təbii 

və süni qruplaşmaların bioloji məhsuldarlığı və sabitliyi məsələləri ön plana çəkilir. Bu problemlər yalnız bütün 

ölkələrin ekoloqlarının birgə gücü ilə  həll oluna bilər. Odur ki, qlobal ekologiya sahəsində beynəlxalq 

əməkdaşlıq geniş həyata keçirilir. İndiki vaxtda insanın geniş ekstensiv təsərrüfat fəaliyyəti ilə əlaqədar olaraq 

geniş böhranın təhlükəliyi, planetar sistemin qeyri-bərabər ölçüdə  fəlakətli dəyişməsi aydın dərk edilir. Bu 

böhranın qarşısının alınması mümkünlüyü yalnız ekoloji biliklərin inkişafı  əsasında tapıla bilər. Ekoloji 

biliklərin kəsərli gücü təbii resurslardan düzgün istifadə etmək, populyasiyanın sayını nizamlamaq, kənd 

təsərrüfatı problemlərinin yeni həllini və sənaye istehsalının təşkilinin yeni prinsiplərini tapmağa kömək edər. 

 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə