MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə63/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   59   60   61   62   63   64   65   66   ...   228

 

107


Okean sahəsi (ərazisi) – açıq okeanın evfotik zonası olub biogen elementlərlə kasatdır. Ona görə də sahil 

zona ilə müqayisədə fauna ilə də çox kasatdır. Arktika və Antarktika zonaları nisbətən məhsuldardır, belə ki, isti 

dənizlərdən soyuq dənizlərə keçiddə planktonun sıxlığı artır, balıq və kitəbənzər fauna burada xeyli zəngin olur.  

Pelagik sahənin qida zəncirində fitoplankton enerjisinin ilkin mənbəyi – produsenti hesab edilir. İri heyvan-

lar, ilk növbədə balıqlar burada əsasən ikinci (törəmə) konsument olub zooplanktonla qidalanır. Zooplankton 

üçün fitoplankton, həmçinin molyuskların plankton sürfələri produsent sayılır.  

Dərinlik artdıqca faunanın növ müxtəlifliyi azalır, buna baxmayaraq praktiki olaraq produsentlərin olmadığı 

abissal zonada balıqların müxtəlifliyi yüksəkdir, burada balıqlar əcayib forma alır, onların iri ağızları və dartılan 

(uzanan) qarınları olur. Bu, tamamilə qaranlıqda istənilən ölçüdə olan qidanı udmağa uyğunlaşmaq üçündür. 

Müxtəliflik isə uzun geoloji dövrlər ərzində abissal zonada stabil şəraitin olması ilə əlaqədardır, bu isə təkamülü 

ləngitmiş və uzaq geoloji epoxalardan bəri çoxlu növlər saxlanıb qalmışdır.  



Okeanın dərin rift zonasının ekosistemləri - 3000 m və daha çox dərinliklərdə, başdan-başa qaranlıqda 

yerləşir, burada fotosintez prosesi mümkün deyildir, yeraltı isti sular və  zəhərli metalların konsentrasiyası 

vardır; burada canlı orqanizmlər borucuqlarda yaşayan giqant qurdlardan (poqonofor), iri ikilaylı molyusklar, 

krevetlər, krablar və bir neçə balıq növündən ibarətdir. Burada molyusklarla simbioz halında yaşayan hidrogen-

sulfid bakteriyaları prosudent kimi çıxış edir. Yırtıcılardan krabları, qarınayaqlı molyuskları  və  bəzi balıqları 

göstərmək olar.  



Okean planetimizdə  həyatın beşiyi hesab edilir. 3 milyard il bundan əvvəl okeanda həyatın peyda 

olması biosferin formalaşmasının başlanğıcını qoydu. Yer səthinin 70%-ni tutaraq okean hazırda da ma-

terik ekosistemləri ilə birlikdə Yerin müasir biosferinin bütövlüyünü (vəhdətini) təyin edir. 


 

108


 

 

 



 

 

 



II HİSSƏ 

 

TƏTBİQİ EKOLOGİYA 

 

 




 

109


 VIII Fəsil 

 

ATMOSFER HAVASININ QORUNMASI   

 

Planetimizi  əhatə  edən  vahid  hava  okeanı  Yer  üzərində  həyatı  qoruyur  və  saxlayır.Dünyanın  



dövlətləri  qurunu  öz  aralarında  bölüşə    bilər, lakin  daim  hərəkətdə  olan  atmosfer  bəşəriyyətin  

ümumi  mülkü, ümumi  var-dövləti  sayılır. Təbii  mühitin  bir  komponenti  kimi  atmosfer  Kosmosla , 

dünya  okeanı  ilə,  qurunun  suları  və  təbii  ekosistemlərlə  qarşılıqlı əlaqədədir. 

Müasir   dövrdə   atmosferin   çirklənməsi  bəşəriyyətin ,  cəmiyyətin «bəlasına», «xəstəliyinə»  çevrilmiş-

dir.Bu  «bəla»  əsasən  insanın  sənaye  fəaliyyətinin  aktivləşməsi  nəticəsində  baş  verir  və  insanın  özünə , 

bütün  canlılara, bitkilərə  və  bütövlüklə  Biosferə  mənfi  təsir  göstərir.Atmosferin  çirklənməsi  ən  çox  səna-

yenin  inkişafı  ilə  əlaqədar  olub  fabrik, zavod, nəqliyyat  vasitələri, məişət  müəssisələri  cəmləşən,  həyat  

tərzi  yüksək  səviyyəyə  çatan, yüksək  milli   gəlirə  malik  olan , enerjidən  yüksək  dərəcədə  istifadə  edən  

ölkələrdə  baş  verir.Bu  ölkələrdə  havaya  çoxlu  miqdarda  karbon  qazı, müxtəlif  sənaye  qazları  və  tozları  

artır. 


Atmosferin  çirklənməsi  həmçinin  qlobal  problem  olub  təbii  və  dövlət  sərhədlərini  tanımır,  onlarala  

məhdudlaşmır  və  havası  intensiv  çirklənmiş  sıx  yerləşən  yaşayış   məntəqələrindən  və  sənaye  cəhətdən  

inkişaf  etmiş  rayonlardan  daha  uzaqlara  -  əhalisi  az, havası  təmiz  olan yaşayış  məntəqələrinə  yayılır.Odur  

ki, atmosferin  çirklənməsi  problemi  bütün  bəşəriyyəti  narahat  edir, bütün  dövlətlər  və  xalqlar  onun  təmiz-

liyinin  qayğısına  qalmalıdır. 

 

8.1. Atmosferin  quruluşu 

Dəniz  səviyyəsindən  yüksəkliyə  qalxdıqca  temperaturun  dəyişmə  xarakterinə  görə  atmosfer  5  əsas  tə-

bəqəyə  bölünür : troposfer, strotosfer, mezosfer, termosfer  və  ekzosfer . 

    Troposfer  atmosferin  ən  aşağı  hissəsi  olub  qütblərdə  qalınlığı  8-10 km, ekvator  zonasında  isə  15-18  

km – ə çatır. Troposferdə  havanın  t

0

 – ru (temperaturu) yüksəklikliyə  qalxdıqca  hər  100 m – də  orta  hesabla  



0,5-0,6 

0

 aşağı  düşür. Odur ki, hətta ekvatorda troposferin üst sərhədində temperatur ( -  70



) təşkil edir. Tro-

posferdə havanın 80 % - ə qədəri, yəni 8/10 hissəsi cəmləşir. Burada mühüm  atmosfer  prosesləri gedir ki,  o da 

insanın həyat və fəalliyətinə təsir göstərir: Bu proseslər istilik və rütubətlik mübadiləsi, buludların əmələ gəlmə-

si, yağıntılar, şimşək, tozlu tufanlar, quru küləklər və s. məhz troposferdə  baş verir.  

Strotosfer - troposferdən üstdə yerləşərək 50-55 km-ə qədər çatır. Bu qatın aşağı hissəsində temperatur yük-

səkliyə görə dəyişmir. Yuxarı hissəsində 35 km – dən sonra yüksəklik artdıqca  temperatur çoxalır. Buna səbəb 

strotosferin yuxarı hissəsində  günəş radiyasiyasının ozon qatı tərəfindən intensiv udulmasıdır. Belə ki, bu qatda 

ozon ekranı yaranır. Hündürlükdən asılı olaraq  en dairəsi ilə əlaqədar ozonun miqdarı dəyişir. Ən sıx ozon tə-

bəqəsi 30 km hündürlükdə qeyd olunur. Qütblərdə isə ozon təbəqəsi 18-20 km – də yerləşir.  

Strotosferdə troposferdəki kimi havanın hərəkəti müşahidə  olunmur. Odur ki, bir qayda olaraq strotosferdə 

bulud yaranmır. 



Mezosfer  - strotosferdən yuxarıda yerləşir. Onun yuxarı  sərhədi 80-90 km hündürlükdən keçir.Mezosferdə  

t

0



- r –70,  -80

0

 -yə  qədər enir. 



Termosfer -  mezosferdən  üstdə  yerləşərək  800  km – ə  qədər  çatır. 

  Termosferdə hava güclü ionlaşmışdır, ona görə burada elektrik keçirmə  troposferə  nisbətən  milyardlarla  

yüksəkdir. Termosferdə yüksəkliyə doğru t

0

-r qalxaraq onun yuxarı sərhədində  təxminən  2000 



0

-  yə  qədər  

çatır. 

Qeyd etmək lazımdır ki, belə yüksək t



0

 – r qaz malekullarının  hərəkətinin  kinetik  enerjisini  səciyyələndirir 

. Kosmik  gəmilər  termosferdə  olduqda , burada  havanın  olduqca  seyrək  olması  ilə  əlaqədar  belə  yüksək  

t

0



- run mənfi  təsirinə məruz  qalmır. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə