Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə10/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   6   7   8   9   10   11   12   13   ...   357

Menecmentin təşəkkülü və inkişafı 

Əgər,  İnsan  VƏ  təşkilatı  əhatə  edən  mühit  arasındakı  qarşılıqlı  təsir 

probleminə  insanın  yerinə  yetirdiyi  rol  prizmasından  baxdığımıza 

nisbətən  daha  geniş  mənada  baxsaq  onda  görərik  ki,  insanın  şəxsi 

xarakterik  keyfiyyətlərinin  əhəmiyyəti  yalnız  onun  o,  qədər  böyük 

olması  ilə  yanaşı,  həm  də  onun  təşkilatla  qarşılıqlı  münasibətlərində 

həlledici ola bilməsi ilə izah olunur. 

İnsan davranışının şəxsiyyət başlanğıcını təşkil edən üç əsas amili 

qavrama  (dərketmə),  kriterial  əsas  və  motivasiyadır.  Motivasiya 

məsələsinə biz növbəti fəsillərdən birində daha ətraflı baxacağıq. Burada 

isə  biz  insan  davranışının  qavrama  və  kreterial  əsasının  ümumi 

xarakteristikası üzərində dayanacağıq. 

Qavrama ən ümumi şəkildə ətrafdan informasiyanın alınması və 

işlənməsi prosesi kimi başa düşülə bilər. Özlüyündə bu proses hamı üçün 

eynidir.  Girişdə  xarici  mühitdən  informasiyanın  alınması,  daha  sonra 

həmin informasiyanın işlənərək müəyyən «qaydaya» salınması prosesi, 

çıxışda  isə  sistemləşdirilmiş  informasiya  prosesi  əks  olunur. 

Sistemləşdirilmiş  informasiya  özündə  ətraf  mühit  haqqında  insanların 

təsəvvürlərinin əsasında düran informasiyanı başqa sözlə insan davranışı 

üçün ilkin material rolunda çıxış edən informasiyanı birləşdirir. 

Prosesin  xaricən  eyni  şəkildə  olmasına  baxmayaraq  qavrama 

həqiqətdə hər bir insan üçün müxtəlifdir və həmişə subyektiv xarakter 

daşıyır.  Hətta,  əgər  tamamilə  eyni  anlayışlar  dərk  edildikdə 

(qavranıldıqda)  belə  çıxışda  hər  bir  fərd  onun  haqqında  öz 

informasiyasma  malik  olur.  Bu  informasiya  digər  fərdin 

mformasiyasmdan tamamilə fərqlənə bilər. 

Təşkilatın  ətraf  mühitinin  insan  tərəfindən  qavranılması  özündə 

iki  prosesi  birləşdirir:  informasiyanın  seçilməsi  və  informasiyanın 

sistemləşdirilməsi.  Bunlardan  hər  biri  ümumi  qanunauyğunluqlara 

müvafiq  olduğu  kimi  şəxsij^ətin  fərdi  xüsusiyyətlərinin  təsiri  altmda 

həyata keçirilir. 

İnformasiyanın  seçilməsinin  mühüm  xüsusiyyəti  onun  selektiv' 

xarakter  daşımasmdadır.  İnformasiya  alınmasının  mümkün  kanalından 

istifadə  edərək  insan  gözlə  görünən,  eşidilən,  toxunma  ilə  hiss  edilən 

informasiyaları, iy və dadı dərk edirlər. Bu zaman onun qavrayışı seçici 

xarakter  daşıyır:  insan  bütün  səsləri  və  bütün  işıq  siqnallarını  deyil, 

yalnız onun üçün xüsusi əhəmiyyət kəsb edənləri eşidir və 

' Selektiv 

seçilmiş 

28

 

əvvəlcədən müəyyən edilmiş əlamət üzrə hər-hansı bir məcmudan 




İnsan və təşkilatın Qarşılıqlı əlaqəsindo rol və şəxsiyyət aspektləri __________________________  

görür.  Bu  vaxt  informasiyanın  seçilməsinə  yalnız  informasiyanın 

qavranılmasında  hiss  üzvülərinin  fiziki  imkanları  deyil,  baş  verənlərə 

insanın şəxsiyyətinin tərkib hissəsi olan keçmiş təcrübə, onun dəyərləri, 

əhval-ruhiyyəsi və s. bu kimi münasibətləri təsir göstərir. 

İnformasiyanın  psixoloji  fıltirdən  keçməsi  mühüm  və  vacib 

olmayan informasiyalardan azad olmağa imkan verir. Məsələn, əgər bizi 

maraqlandırmırsa  onda  bizim  yaxınlığımızda  olan  insanların 

danışıqlarını  dinləmək  lazım  deyil.  Lakin  belə  filtirin  mövcudluğu 

mühüm  informasiyanın  itirilməsinə  və  realhğm  əhəmiyyətli  dərəcədə 

təhrif  olunmasına  gətirib  çıxara  bilər.  İnsan  beynini  həddən  artıq 

gərginləşdirməkdən  qoruyacaq,  psixoloji  yükü  azaldaraq,  hiss 

orqanlarına  «istirahət»  verməklə  informasiyanın  seçilməsi  insanın  tam 

reallığı  qavramasını  qeyd-şərtsiz  qeyri-mümkün  hesab  edir,  hökmən 

həqiqətin  təhrif  olunmuş  şəkildə  qavranılmasına  və  bir  anlayışın 

müxtəlif  insanlar  tərəfindən  müxtəlif  şəkildə  görülməsinə  gətirib^ 

çıxarır. İnformasiyanın sistemləşdirilməsi dedikdə onun müəyyən şəklə 

salınması  və  ayrı-ayrı  fərdlərin  ona  müəyyən  qaydada  reaksiya 

verməsinə  imkan  verən  şəkildə  interpretasiya  edilməsi  məqsədilə 

informasiyanın  işlənməsi  başa  düşülür.  İnformasiyanın  işlənməsi  isə 

onun  müəyyən  qaydaya  salınmasını  nəzərdə  tutur,  ona  hər-hansı  bir 

tamamlayıcı forma verir, ona müəyyən fikirlər və dəyərlərlə doldurulur. 

İnformasiyanın  işlənməsi  insanın  onu  duya  bildiyi  şəkilə,  formaya 

salınmasına  gətirib  çıxanr.  Bu  zaman  informasiya  siqnalları 

kompleksinin sadələşdirilmiş şəkilə və kateqoriyaya qədər çatdırılması 

prosesi baş verir. 

Qavramaya  təsir  edən  son  dərəcədə  rəngarəng  amillərdən  insan 

qavrayışına  sabit  təsir  göstərən  bir  neçə  daxili  və  xarici  amilləri 

fərqləndirmək olar. İnsana münasibətdə daxili amillər insanın özündən 

asılı olur. Bunlar aşağıdakılardır: 

-

 

insanlar onlara tanış olan siqnalları tanış olmayanlardan daha tez 



qavrayır; 

-

 



insanlar onlarda olan həm pozitiv və həm də neqativ xarakterli 

güclü hisslərə münasibətdə siqnalları sürətlə qavrayırlar; 

-

 

insanlar bu qavramanın qabaqcadan nə ilə nəticələnəciyindən və 



bu  qavrama  zamanı  onların  hansı  vəziyyətə  (tələbat  və 

gözləməyə) malik oldluqlarından asılı olaraq siqnalları müxtəlif 

cür qavraya bilərlər. 

Həqiqətdə  insanın  qavrayışına  təsir  edən  xarici  amillərə 

aşağıdakılar aiddir: 

-

 



verilən siqnalın intensivliyi (gurultulu və işıqlıları tez 

29 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə