Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə29/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   25   26   27   28   29   30   31   32   ...   38

 

71

Orta  əsr  Avropasında  islahat  və  dirçəltmə  hərəkatının  güclü 



müqavimətlə  qarşılaşmasına  baxmayaraq,  XVI  əsrdən  etibarən 

avropalılar  sənayeləşdirmə  və  elmi  kəşflərdə  böyük  nailiyyətlər  əldə 

etdilər.  Bu  da  öz  növbəsində  Avropanı  hərəkətedici  gücə  çevirdi. 

Tezliklə  bu  gücdən  Qədim  Dünyanın  –  Asiya  və  Avropanın  böyük 

hissəsinin  müstəmləkəyə  çevrilməsi  və  Yeni  Dünyanın  –  Amerikanın 

kəşfi  və  işğal  edilməsi  üçün  istifadə  edildi.  Avropa  tarixi  Qərb 

düşüncəsində metodoloji təkamülün bir necə pilləsinin şahidinə çevrildi. 

Biz burada yalnız Frensis Bekon və Rene Dekartın bu sahədəki fəaliyyəti 

ilə tanış olmaq istəyirik. 

Frensis  Bekon  və  “Yeni  Orqanon”:  F.  Bekon  (1561‐1626)  ingilis 

filosofu  olub  yunan  fəlsəfəsinin  abstrakt  təfəkkür  və  mübahisələrdə 

hakim mövqe tutduğu bir dövrdə yaşamışdır. Həmçinin, onun yaşadığı 

dövr  üçün  bir  sıra  elmi  kəşflər  və  ixtiralar  xarakterikdir.  Məsələn, 

Vilyam Harvey qan dövranını kəşf etmiş, Boell hava nasosunu sınaqdan 

keçirmiş,  Gilbert  maqnetizmə  dair  təcrübələri  ilə  məşhurlaşmış,  kitab 

çapı, kompas və barıt kəşf edilmişdi. Elmi və texniki vasitələrin istifadə 

edildiyi, təbiətə dair müxtəlif növ tədqiqatların vüsət kəsb etdiyi belə bir 

abı‐hava  Bekonu  metafizikadan  uzaqlaşdıran  amillərdən  sayılmalıdır. 

Bekon  metafizikadan  uzaqlaşaraq  elmi  biliyə  yönəldi.  Bu  növ  bilik 

praktik empirizmə və problemlərin həllinə əsaslanan elmi metodologiya 

sayəsində  təbiəti  idarə  edib  onu  ram  etmək  imkanı  verdi.  Bekon 

Aristotelin  “Orqanon  –  rasional  təfəkkür  vasitəsi”  kitabının  adından 

istifadə  etməklə  özünün  “Yeni  Orqanon  –  təbiətin  izahına  dair  həqiqi 

təlimatlar”  kitabını  yazdı.  O,  xüsusi  olaraq  vurğulayırdı  ki,  Aristotel 

məntiqinin  işə  yaramadığı  bir  dövrdə  elmin  inkişaf  etdirilməsi  olduqca 

zəruridir. Bunun üçün “Yeni Orqanon” Aristoteli kölgədə qoyacaq yeni 

təfəkkür  sistemi  formasını  təklif  edir;  bu  sistem  elmlərin  tərəqqisi 

əsrində biliyin inkişafı üçün münasibdir. Aristotelin dəlilgətirmə metodu 

analogiyaya  əsaslanıb  başlıca  müqəddimələrlə  (“orta  aksiomları”) 

məntiqi  baxımdan  uzlaşan  nəticələr  əldə  etdiyi  halda,  Bekonun  məntiqi 

başlıca müqəddimələrin özlərinin tədqiqini zəruri edirdi. Əgər Aristotel 

məntiqi heç bir müzakirəyə açıq olmayıb səhihliyi barədə sualların tələb 

olunmadığı  fərziyyələrə  əsaslanaraq  şübhədən  xali  biliyə  ‐  həqiqətə 

çatacağını  iddia  edirdisə,  Bekon  problemə  fərqli  yanaşdı:  o,  fiziki 

aləmdəki  başlıca  dəlillər  haqda  düşünməyə  əsaslanan  induktiv  təsbit 

metodunu  irəli  sürdü.  Bu  metoda  görə,  elmləri  araşdıran  şəxs  “Yeni 



 

72

Orqanon”  vasitəsi  ilə  mütəmadi  zəhmət  sayəsində  əldə  etdiyi  əsas 



məlumatlardan tədricən yüksək ehtimallara can atmalıdır

1



Bekon düşüncədə ətalətə səbəb olan, elmi intibahın qarşını kəsən, 

tədqiqetmə  və  yaradıcılıqda  alimlərin  müstəqilliyini  əllərindən  alan 

Aristotel  analogiyası  metodunu  kəskin  şəkildə  tənqid  etmişdir.  Bekona 

görə,  həqiqətləri  aşkara  çıxaran  induktiv‐empirik  metod  məntiq 

fəaliyyətinin  başlanğıcı  olmalıdır.  Sonra  bu  həqiqətlər  Aristotel 

analogiyası  vasitəsi  ilə  ümumi  prinsiplər  şəklinə  salınmalı,  daha  sonra 

isə  yazıya  köçürülməli  və  başqalarına  ritorik  yollarla,  metodlarla 

ötürülməlidir.  Yeni  Bekon  məntiqi  iki  hissədən  ibarətdir:  birinci  hissə 

neqativ  məntiq  adlanır  və  insanın  həqiqətə  çatmasını  əngəlləyən 

illüziyaları  təhlil  edir.  Belə  illüziyaların  sayı  dörddür  və  insan  onlara 

hədsiz bağlı olduğundan onların təsirinə məruz qalır. Məhz bu səbəbdən 

Bekon  onları  “bütlər”  adlandırır.  Onlara  daxildir:  nəsil  bütləri,  mağara 

bütləri, bazar bütləri və teatr bütləri

2



İkinci  hissə  isə  pozitiv  məntiq  adlanır.  Bu,  həqiqətlərin 

aşkarlanmasına  qadir  yeni  metodologiyanı  ifadə  edir.  Bu  metodologiya 

induktiv və empirik metodları, onların istilik, hərəkət, işıq, qoxu, qüvvət 

və s. kimi tədqiqat obyektlərinə tətbiq edilməsini özündə birləşdirir. 



Rene  Dekart  və  metodologiya  haqqındakı  mülahizələri:  R. 

Dekart  (1596‐1650)  fransız  filosofu  olub  Avropanın  bir  çox  ölkəsində 

olmuş və təhsil almışdır. Onun zamanında Aristotel analogiyası metodu 

Avropanın  dini  təsisatında  “meydan  sulayır”  və  Kilsə  bu  metoda 

əsaslanan  nəzəriyyələrə,  o  cümlədən  də  sırf  elmi  nəzəriyyələrə  skeptik 

münasibət  bəsləməyə  belə  cəsarət  edən  alimləri  təqib  edirdi.  Aristotel 

üslublu təhsil Dekartı qane etmədi və o, hiss etdi ki, əldə etdiyi biliklər 

harmoniya  və  yəqinlikdən  xalidir.  Filosof  gördü  ki,  elmlər  arasında 

yalnız  riyaziyyat  daha  çox  yəqinliyi,  dəqiqliyi  və  faydalı  olması  ilə 

seçilir. Bu səbəbdən o, riyaziyyatda olduğu kimi, harmoniya, vəhdət və 

yəqinliklə xarakterizə edilən digər elmləri öyrənmək haqda düşünməyə 

başladı. Ancaq Dekart hiss edirdi ki, o, bütün elmlərin sabit əsası olacaq 

yeni təfəkkür layihəsini reallaşdırmağa qadir deyil. Sistemli baxışa sahib 

olmasına  və  həvəslə  çalışmasına  rəğmən,  Dekart  görüşlərini  həyata 

keçirməkdən ümidini kəsdi. Ancaq bir neçə il keçdikdən sonra o, qərara 

aldı ki, bütün işləri qırağa qoyub xəyalındakı arzunu reallaşdırsın. Xeyli 

                                                 

1

 Jardine, Lisa, from the Editor’s Introduction to: Bacon, Francis. The New Organon, Cambridge, UK: 



Cambridge University Press, 2000, p. xii. 

2

 Bacon, Francis. The New Organon, Cambridge, UK: Cambridge University Press, 2000, p. 40. 




Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə