Microsoft Word 0g10az(seh1-5)k



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə15/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   74

 
 
38 
 
 
Cədvəli dəftərinizə çəkin. Ölkələrin xəritələrinin hansı proyeksiyalarda tərtib edilməsinin 
daha məqsədəuyğun olduğunu qeyd edin.  
Ölkələr 
Proyeksiya (
K
 – Konus, 
S
 – Silindrik) 
1. Kanada 
 
2. Avstraliya 
 
3. Norveç 
 
4. Rusiya 
 
5. İndoneziya  
 
6. Azərbaycan 
 
7. Madaqaskar 
 
 
Müzakirə edin: – Konus və silindrik proyeksiyalarda tərtib olunmuş xəritələrdə hansı ərazilər 
daha az təhrif olunur? 
 
 
Azimutal proyeksiyalar 
(e)
 üçün köməkçi həndəsi səth kimi müstəvidən istifadə 
olunur. Müstəvinin kürəyə toxunma nöqtəsi – sıfır təhrifli nöqtə adlanır. Antarktida 
və  Şimal  Buzlu  okeanının  bu  proyeksiyada  tərtib  edilən  xəritələrində  paralellər 
çevrələr şəklində, meridianlar isə bir mərkəzdən çıxan radiuslar kimi təsvir olunur. 
Yarımkürələrin xəritəsi də azimutal proyeksiyada tərtib  edilir. 
 
 
Çoxüzlü proyeksiyada 
(f)
 Yer kürəsinin səthi kürə deyil, çoxlu sayda trapesi-
yalara bölünmüş çoxüzlü kimi  qəbul  edilir.  Bu  proyeksiyalar  kiçik  ərazilərin  təs-
virində, yəni əsasən topoqrafik xəritələrin tərtibi zamanı istifadə olunur. Xəritələrin 
miqyası böyük və orta olur, təhriflər çox az olur. 
 
 
Azərbaycanın xəritələri bərabərbucaqlı, konus və çoxüzlü proyeksiyalarda tərtib 
olunur. 
 
F Ə A L İ Y Y Ə T
 
3
(e) 
Azimutal proyeksiya
 
Sıfır təhrif nöqtəsi 
Toxunma 
nöqtəsi  
Sıfır təhriflər 
nöqtəsi 
Trapesiyalararası məsafə kiçik 
olduğundan təhrif az olur. 
 
(f) 
Çoxüzlü proyeksiya
 
  LAYİHƏ


 
 
39 
 
•   II •  
Yer səthinin təsviri 

II 
 
Xəritələri müqayisə edin və suallara cavab verin: 
 
Təhriflərin  dərəcəsi  təsvir  olunan  ərazinin  böyüklüyündən  və  coğrafi  enlikdən 
asılıdır. Xəritədə təhrifləri müəyyən etmək üçün sadə üsullardan istifadə olunur, mə-
sələn, uzunluq (məsafə) təhrifi özünü meridian və paralellərin arasındakı parçaların 
uzunluqlarının müxtəlifliyində göstərir. Meridian və paralellər arasındakı bucaqlar 
90°-dən fərqli olarsa, deməli, bucaqlar təhrif edilmişdir. Bucağın təhrifi isə bütün 
coğrafi obyektlərin formalarının təhrifinə səbəb olur.  
 
 
Xəritələri müqayisə edin və suallara cavab verin.  
 
     
1. Xəritələrın tərtibində proyeksiyaların həndəsi fiqurlara görə hansı qruplarından istifadə edilmişdir?  
2. Bucaqların daha çox təhrif olunduğu və olunmadığı xəritələri müəyyən edin. 
3. Hansı xəritədə sahələr daha çox təhrif olunur? Nə üçün? 
4. Hansı xəritədə sahələri nisbətən dəqiq hesablamaq mümkündür? Fikrinizi əsaslandırın. 
5. Hansı xəritədə sıfır təhrifli nöqtələr vardır? 
 
 
1. Həndəsi fiqurlara görə kartoqrafik proyeksiyalara aid olan əlamətləri qeyd edin. 
Proyeksiyalar  
Səciyyəvi əlamətlər 
Silindrik 
 
Konus 
 
Azimutal 
 
Çoxüzlü 
 
 
2. Şəkildə verilmiş proyeksiyaların Yer 
kürəsinin hansı region və ölkələrinin 
təsviri üçün əlverişli olduğunu müəyyən 
edin. 
 
 
3. Uyğunluğu müəyyən edin: 
Xəritələr 
Ən az təhrif olunan 
ərazilər 
1. Yarımkürələr 
xəritəsi 
2. Antarktidanın 
xəritəsi 
3. Avrasiyanın 
xəritəsi 
a) Cənub coğrafi qütbü 
b) Skandinaviya 
yarımadası 
c) Qvineya körfəzi 
d) Cənub maqnit qütbü 
e) Ərəbistan yarımadası 
 
(1)
 
(2)
(3)
F Ə A L İ Y Y Ə T
 
4
(1)
 
(2)
– Xəritələrin hansı proyeksiyada tərtib olun-
duğunu müəyyən edin. 
– Xəritələrdə paralel və meridianların 
formasını müqayisə edin.  
– Hansı xəritədə təhriflər daha azdır? 
– Hansı xəritənin miqyası daha kiçikdir? 
 
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
(1)
 
(3)
(2)
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN 
  LAYİHƏ


 
 
40 
 
  
X
ƏRİTƏ ÜMUMİLƏŞDİRİLMİŞ TƏSVİRDİR 
 
 Xəritə və onun üzərində təsvir edilən obyektlər nə qədər kiçildilsə də, həndəsi də-
qiqlik gözlənilməlidir. Yəni istənilən obyektin yeri dəqiq verilməli, digər obyektlərə 
nəzərən ölçüləri saxlanmalıdır. Xəritənin digər mühüm cəhəti təsvir olunan ərazinin 
yalnız əsas coğrafi xüsusiyyətlərini göstərən obyekt və hadisələrin təsvirini vermək, 
onların qarşılıqlı əlaqəsini əks etdirməkdir. Məlumdur ki, böyük ərazilərdə yerləşən 
bütün  obyektləri  xəritədə  göstərmək  mümkün  deyil. 
Buna görə də onların arasından ən zəruri olanlar seçilir 
və xəritədə təsvir edilir.  
Xəritənin miqyası, məzmunu və təyinatından asılı olaraq təsvir edilməsi zəruri 
olan obyektlərin seçilməsi və ümumiləşdirilməsi kartoqrafik  generalizasiya adlanır. 
Generalizasiya sözü latın dilində “generalis” – ümumi, əsas deməkdir.  
Böyük miqyaslı xəritələrdə coğrafi obyektlər, onların forması və qarşılıqlı əlaqəsi 
daha ətraflı təsvir edilir, yəni xəritənin miqyası böyüdükcə generalizasiya azalır.  
 
 
Verilmiş xəritələrdən hansılarında coğrafi obyekt və hadisələr daha  ətraflı təsvir 
olunur?     
 
 
Müzakirə edin: 
– Generalizasiyaya daha çox məruz qalan xəritəni müəyyən edin. 
– Seçdiyiniz xəritələrdə generalizasiya hansı meyara əsasən aparılmışdır? 
 
Generalizasiya xəritənin məzmunundan da asılı olaraq aparılır. Məzmundan asılı 
olaraq  coğrafi  obyektləri  xəritədə  saxlamaq,  yaxud  ixtisar  etmək  olar;  məsələn, 
geoloji və ya torpaq xəritəsində onların əsas elementləri olan süxurlar və torpaqdan 
başqa,  su  obyektlərini  də  təsvir  etmək  vacibdir,  çünki  bu  komponentlər  birbaşa 
10 
(3)
(2)
(1)
F Ə A L İ Y Y Ə T
 
1
1. Azərbaycanın torpaq 
xəritəsi 
Miqyas 1: 5 000 000 
2. Azərbaycanın siyasi-
inzibati xəritəsi 
Miqyas 1: 1 000 000 
3. Abşeron yarımadasının 
topoqrafik xəritəsi 
Miqyas 1: 10 000 
4. Ucar rayonunun topoqrafik 
xəritəsi 
Miqyas 1: 25 000 
5. Lənkəran-Astara iqtisadi-coğrafi 
rayonunun kənd təsərrüfatı xəritəsi 
Miqyas 1: 50 000 
Açar söz 
 
• 
kartoqrafik generalizasiya
 
– Verilən  xəritə-
lərin  hansında  
Yer səthi daha 
ətraflı, hansında 
isə yığcam  təs-
vir edilmişdir?  
Bunun səbəbi 
nədir? 
– Hansı xəritənin 
miqyası daha 
böyükdür? 
  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə