Microsoft Word 0g10az(seh1-5)k



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə17/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   74

 
 
44 
 
 
 
1. Uyğunluğu müəyyən edin:  
 
2. Generalizasiyanın müvafiq olaraq ən çox və ən az olduğu miqyaslar hansılardır? 
A.
 1: 600 000 və 1 : 2 000 000      
B.
 1: 3 000 000 və 1 : 1 000 000 
C.
 1 : 6 000 000 və 1 : 25 00 0000 
D. 
1: 200 000 və 1 :25 00 0000 
E. 
1: 2000 və  1: 500 000 
 
3. 
Dünya xəritəsinə əsasən müəyyən edin. 
a.
 Xəritədə daha çox və daha az təhrifə məruz qalmış ərazilər hansılardır? 
b.
 Qrenlandiyanın sahəsi 2,2 mln.km
2
, Afrikanın sahəsi isə 30 mln.km
2
-dir. Lakin xəritədə 
Qrenlandiyanın sahəsi Afrikanın sahəsi boyda təsvir olunub.
 Bunu necə izah etmək olar? 
 
 
4. Miqyası 1:30.000.000 olan xəritədə 0° uzunluq üzrə 15° şm.e.-də yerləşən A nöqtəsi ilə  
15° c.e.-də yerləşən B nöqtəsi arasında məsafə 10 sm. verilmişdir. Bu məsafəni miqyasa 
və meridian qövsünə görə hesablayın və təhrifin neçə km olduğunu müəyyən edin. 
 
 5. Hansı xəritələrdə təhriflər nisbətən az olar? 
1.
 Yarımkürələrin  xəritəsi    
2.
 Dünyanın  bərabərbucaqlı proyeksiyada tərtib edilmiş xəritəsi 
3.
 Dünyanın bərabərsahəli proyeksiyada tərtib edilmiş  xəritəsi 
4.
 Afrikanın  xəritəsi   
5.
 Bakının topoqrafik xəritəsi  
6.
 Dünyanın ixtiyari proyeksiyada tərtib edilmiş xəritəsi
 
 
Ü m u m i l ə ş d i r i c i   t a p ş ı r ı q l a r
 
 
I. Konus 
proyeksiyaları
 
a.
 Paralellər qövsvarı formada, meridianlar isə bir nöqtədən 
çıxan düz xətlər formasında təsvir olunur.  
b.
 47° və 62° enliklərdə təhriflər olmur. 
c. 
Qlobus ekvator boyunca silindrə toxunur. 
d.
 Azərbaycanın xəritələri bu proyeksiyada tərtib edilir. 
 
e. 
Meridian və paralellər düz bucaq altında kəsişirlər. 
f.
Qütbətrafı ərazilər daha çox təhrif edilir.
II. Silindirik 
proyeksiyalar
 
Qrenlandiya 
  LAYİHƏ


 
 
45 
 
•   III •  
Yer qabığının inkişaf tarixi 

III 
 
 
 
  
Y
ERİN GEOLOJİ İNKİŞAFI
 
Yerin planetar inkişafı ilkin Dünya okeanının – Pantalasın yaranması 
ilə  sona  çatmışdır.  Bundan  sonra  Yerin  inkişafının  yeni  mərhələsi 
başlandı. 
– Planetar inkişafın sonunda Yerin hansı təbəqələri mövcud idi? 
– Yerin təbəqələrinin formalaşmasında hansı proseslərin rolu 
olmuşdur? 
 
İlkin  okeanın  yaranmasından  indiyə  qədər  olan  mərhələ  Yerin  geoloji inkişaf 
mərhələsi adlanır. 4–4,5 mlrd. ili əhatə edən bu mərhələdə Yer qabığı formalaşmış 
və  indiki  şəklini  almışdır.  Geoloji  mərhələdə  Yer  qabığının  təbəqələri  yaranmış, 
onun üzərində dağlar və düzənliklər əmələ gəlmişdir.   
 
 
Yer  qabığının  sxemini  təhlil  edin  və  suallara  cavab  verin:  1. Yer qabığı hansı süxur qat-
larından təşkil olunmuşdur? 2. Süxurlar  mənşəyinə görə hansı qruplara bölünür? 3. Yer qabığının 
hansı təbəqəsi daha əvvəl yaranmışdır? 
Materik 
Yer qabığının qatları 
Okean  
Yer qabığının qatları 
1. 
2. 
3. 
1. 
2. 
Müzakirə edin: – Sxemə əsasən materik və 
okean  Yer  qabığının  fərqli  xüsusiyyətlərini 
müəyyənləşdirin.
   
 
Geoloji mərhələnin başlanğıcında Yer qabığı nazik olduğundan litosfer tavala-
rının fəal vulkanizmlə müşayiət edilən intensiv hərəkəti baş vermişdir. Onların sər-
hədlərində müxtəlif relyef formaları yaranmışdır. Bəzi hissələrdə Yer qabığı tədricən 
qalınlaşmış, vulkanizm prosesləri  dayanmışdır.  
 
 
  
Sxemlərdə litosfer tavalarının hansı tip sərhəd zonaları təsvir  
edilmişdir? Bu zonalarda yaranan coörafi obyektləri yadınıza 
salın. 
  
 
 
 
 
 
 
Müzakirə edin: – Hazırda litosfer tavalarının hərəkəti nəticəsində okeanların və materiklə-
rin sahələri necə dəyişir? 
Sxemlər 
a  b  c 
Yaranan coğrafi 
obyektlər 
 
 
 
F Ə A L İ Y Y Ə T
 
2
12 
F Ə A L İ Y Y Ə T
 
1
YER QABIĞININ 
İNKİŞAF TARİXİ
 
III
Ekvator
Pantalas 
PANGEYA 
c
b

  LAYİHƏ


 
 
46 
 
Yerdə okeanların əmələ gəlməsi ilə rütubət dövranı 
baş vermişdir. Nəticədə quruda səth suları meydana gəl-
miş  və  relyefin  formalaşmasında  mühüm  rol  oynayan 
xarici  proseslər  inkişaf  etmişdir.  Yerin  təbəqələrinin 
qarşılıqlı təsiri ilə canlılar əmələ gəlmiş, süxurlarda bitki 
və heyvan qalıqları toplanmağa başlamışdır. Həyat inkişaf etdikcə ali canlılar olan 
insanların yaranması üçün təbii şərait yaranmışdır.  
 
İslandiyada  “Tinqvedlir”  milli  parkında  litosfer  tava-
larının hərəkətini müşahidə etmək mümkündür. Fəal 
vulkanik  zona  ilə  əhatə  olunan  park  ərazisində 
Amerika və Avrasiya tavaları bir-birindən ildə 2 sm 
aralanır.  Bəzi  yerlərdə  dərinliyi  60  m  olan  tektonik 
çatlar təmiz soyuq su ilə doludur.  
 
Yerin geoloji inkişafını öyrənmək məqsədi 
ilə  süxurların  nisbi və mütləq yaşı  müəyyən 
edilir.  Nisbi yaş  süxurların  bir-birinə  nəzərən  təyin  edilən  yaşıdır.  Bu  yaş  süxurların 
yatım ardıcıllığına, tərkibindəki bitki və heyvan qalıqlarına əsasən müəyyən edilir. Alt 
qatlarda yerləşən süxurlar üst qatdakı süxurlara nisbətən daha qədimdir.  
 
 
Mütləq yaş süxurların yarandığı vaxtdan dövrümüzə qədər keçən illərin miqdarıdır. Bu yaş 
süxurların  tərkibində  olan  radioaktiv  elementlərin  (uran,  torium,  radium)  parçalanma 
müddətinə  görə  təyin  edilir.  Yer  qabığında  olan  uran  fasiləsiz  surətdə    helium  və 
qurğuşuna parçalanır. Helium tədricən səpələnir, qurğuşun isə süxurun tərkibində qalır.  
Uranın parçalanma müddəti məlum olduğu üçün süxurların tərkibində qalan qurğuşunun 
miqdarına görə onların neçə il əvvəl  yarandığı təyin edilir.
  
 
 
Süxurlardakı daşlaşmış bitki və heyvan qalıqlarına əsasən onların yaşadıqları 
dövr  müəyyən  edilir.  Bu  qalıqların  quruluşu  paleontologiya  elmi  tərəfindən 
öyrənilir,  onların  yaşadığı  dövrdə  Yerdə  hansı  iqlim  şəraitinin  olduğu  haqqında  məlumatlar 
əldə edilir. Bu məlumatlar əsasında Yerdə hansı dövrlərdə iqlimin isti, yaxud soyuq olması 
müəyyən edilir. 
 
Yerin geoloji inkişaf tarixi ən böyük zaman vahidi olan eonlara (yun. “aion” – 
əsr) – Kriptozoy  Fanerozoya bölünür. Eonlar eralara, eralar isə dövrlərə ayrılır. 
Kriptozoy eonunda yaranan  süxurlarda canlı  orqanizm qalıqları  tapılmadığı  üçün, 
“gizli həyat” eonu adlanır. Buna səbəb o zamankı canlıların onurğasız olmasıdır. 
Günümüzə qədər davam edən Fanerozoy eonunun  süxurlarında isə orqanizmlərin 
skeletləri formalaşdığı üçün zəngin bitki və heyvan qalıqları müəyyən edilmişdir. 
Bu, “aşkar həyat” eonu adlanır. Bütün geoloji vaxt vahidləri bir-birindən baş verən 
geoloji proseslərə  və  canlı  aləmin inkişafına görə  fərqlənir.  Yerin  geoloji  inkişafı 
geoxronoloji cədvəldə əks olunur. 
 
 
 
Coğrafiya

Fizika
 
Açar sözlər
 
 
 geoloji mərhələ  
 nisbi və mütləq geoloji yaş 
 geoloji eon, era və dövrlər 
“Tinqvedlir” milli parkında 
tektonik çatlar. 
Bu, maraqlıdır!
Bu, maraqlıdır! 
  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə