Microsoft Word 0g10az(seh1-5)k



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə14/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   74

 
 
35 
 
•   II •  
Yer səthinin təsviri 

II 
 
 
 
 
 
  
K
ARTOQRAFİK PROYEKSİYALAR VƏ TƏHRİFLƏR 
 
Yer kürə formasında olduğu üçün onu qlobusda nisbətən düzgün təsvir etmək olar. 
Coğrafi obyektlər qlobusda paralel və meridianların əmələ gətirdiyi şəbəkənin köməyi 
ilə təsvir edilir. Bu, coğrafi şəbəkə adlanır. Qlobusda bütün böyük və kiçik əraziləri – 
materiklərı, okeanları, adaları və s. eyni dərəcədə kiçiltmək mümkündür. Xəritə müst-
əvi üzərində təsvir olduğu üçün bunu etmək olmur. Coğrafi şəbəkə müstəviyə keçi-
rilərkən meridian və paralellərin 
forması  dəyişir.  Xəritədə  meri-
dian və paralellərin yaratdığı şə-
bəkə kartoqrafik şəbəkə adlanır. 
Qlobus  səthini  müstəviyə 
açarkən 
onun 
“dilimlərə” 
bölünən  hissələri  arasındakı 
boşluqların 
yerini 
dolduran 
zaman  təhriflər,  yəni  xətalar 
yaranır.   
 
 
Xəritə-sxemdə  ekvator  üzərində  yerləşən  A  və  B  məntə-
qələri arasında 23° fərq vardır. Miqyası 1:50 000 000 olan 
xəritədə bu məntəqələr arasındakı məsafə 5 sm-dir.  
1.
  Verilən  dərəcə  fərqini  ekvator  qövsünün  1°-lik  uzunlu-
ğuna əsasən km-lə ifadə edin. 
2.
 Xəritədəki məsafəni miqyasa əsasən km-lə hesablayın. 
3.
 Aldığımız məsafələri müqayisə edin. 
Müzakirə edin: – Sizin fikrinizcə, bu cavabların hansı daha 
doğrudur? Nə üçün?
 
 
Yer səthi 
xəritədə təsvir olunduqda aşağıdakı təhriflər meydana  gəlir: 1. Bucaq 
(istiqamət)  təhrifləri.  2.  Sahə  təhrifləri.  3.  Məsafə  (uzunluq)  təhrifləri.  4.  Forma 
təhrifləri  

F Ə A L İ Y Y Ə T
 
1
II
YER SƏTHİNİN 
TƏSVİRİ 
А  

B  

dilim
(a)
Qlobusdan 
müstəvi səthə 
keçid 
Dilimlər arasındakı boşluqlar təhriflərin 
yaranmasına səbəb olur. 
1. Verilən təsvirlərin  hansında Yer 
səthi daha düzgün təsvir edilmişdir? 
Bunun  səbəbi nədir?   
2. Yer səthinin hər iki təs-
virinin müsbət və mənfi 
xüsusiyyətləri hansılardır?
 
  LAYİHƏ


 
 
36 
 
Xəritədə təhriflərdən yaxa qurtarmaq mümkün deyil, 
lakin onları azaltmaq və ya birini aradan qaldırmaq olar. 
Bunu  kartoqrafik proyeksiyaların  köməyi  ilə  etmək 
mümkündür. 
Kartoqrafik  proyeksiyalar  Yerin  kürə  səthinin 
müstəvi üzərində təsvirinin riyazi üsullarıdır. Yəni, kar-
toqrafik proyeksiyalar vasitəsilə Yerin kürəvi səthi müs-
təvi səthə köçürülür.  
Kartoqrafik  proyeksiyalar  təhrif  xüsusiyyətlərinə  görə  üç  qrupa  ayrılır:  bəra-
bərbucaqlı (konform), bərabərsahəli (ekvivalent), ixtiyari
 
Bərabərbucaqlı  proyeksiyalarda  tərtib  edilən  xəritələrdə  istiqamət və  ya  bu-
caqlar demək olar ki, təhrif olunmur, lakin sahə və məsafələr tam təhrif olunur. Bu 
xəritələr  dəniz  nəqliyyatında  və  aviasiyada  istifadə  edilir.  H.Merkatorun  1569-cu 
ildə tərtib etdiyi dəniz naviqasiya xəritəsi buna misal ola bilər.    
Bərabərsahəli proyeksiyalarda ərazilərin sahəsi çox az, lakin bucaq (istiqamət), 
məsafə və forma tamamilə təhrif olunur. Bu xəritələr materik və okeanların sahə-
lərini hesablamaq üçün əlverişlidir. D.Qall və A.Petersin proyeksiyası buna misal 
ola bilər.        
 
 
Xəritələri qlobusla müqayisə edin və suallara cavab verin. 
 
1. 
Avstraliyanın sahəsi 7,7 mln. km
2
, Qrenlandiyanın isə 2,2 mln. km
2
-dir. Bu ərazilər arasın-
dakı nisbəti qlobusda, (1) və (2) xəritələrində müqayisə edin. Bu təsvirlərin hansında nisbət 
daha çox pozulur? Səbəbini izah edin. 
2.  Qlobus  üzərində  İspaniya  ilə  Avstraliyanın  bir-birinə  nəzərən  istiqamətini  müəyyən  edin. 
Sonra  bu  ölkələr  arasındakı  istiqaməti  qlobusda,  (1)  və  (2)  xəritələrində  müqayisə  edin. 
Onların arasındakı istiqamət hansı xəritədə daha çox təhrif olunmuşdur?  
 
İxtiyari  proyeksiyalarda 
(c)
  sahə  və  bucaqlar  az  təhriflə  verilir,  uzunluq  və 
forma isə tam təhrif olunur. Belə xəritələr tədris prosesi üçün daha əhəmiyyətlidir. 
İxtiyari  proyeksiyalar  içərisində  bərabəraralıqlı proyeksiyalar  ayrılır  ki,  burada 
məsafə (uzunluq) düzgün  verilir, digər təhriflər isə saxlanılır. 
F Ə A L İ Y Y Ə T
 
2
(1)
 H.Merkatorun naviqasiya xəritəsi 
(2)
 A.Petersin xəritəsi
 
Açar sözlər 
 
• 
kartoqrafik proyeksiya 
• 
bərabərbucaqlı proyeksiya 
• 
bərabərsahəli proyeksiya  
• 
ixtiyari proyeksiya  
• 
silindrik proyeksiya 
• 
konus proyeksiyası 
• 
azimutal proyeksiya 
• 
çoxüzlü proyeksiya
 
  LAYİHƏ


 
 
37 
 
•   II •  
Yer səthinin təsviri 

II 
 
 
Yerin kürə səthinin müstəviyə keçirilməsi üçün həndəsi fiqurların səthlərindən 
istifadə olunur. Bu səbəbdən həndəsi fiqurlara görə, kartoqrafik proyeksiyalar aşa-
ğıdakı qruplara bölünür: 1. Silindrik.  2. Konus.  3. Azimutal.  4. Çoxüzlü. 
Silindrik proyeksiyalarda 
(ç)
 qlobus şəffaf silindrin içərisinə yerləşdirilir. Bu 
zaman Yer səthinin ekvatorboyu əraziləri silindrin səthinə toxunur. Toxunma xəttin-
də bütün təhriflər sıfıra bərabər olur.  
 
 
Xəritədə təhriflərin  olmadığı  xətt və ya nöqtə sıflr təhriflər xətti və ya sıfır təh-
riflər nöqtəsi adlanır.  
Silindrik proyeksiyalarda, əsasən dünya xəritələri, həmçinin ekvatorboyu ərazi-
lərin xəritələri çəkilir, paralel və meridianlar bir-biri ilə düz bucaq altında kəsişən  
düz xətlər  şəklində  təsvir  olunur.  
Konus proyeksiyalarında 
(d)
 xəritə tərtib olunarkən Yer kürəsi konusun səthi 
ilə 47° şm.e. və 62° şm.e.-də kəsişir və bu paralellər boyunca təhriflər olmur. Sıfır 
təhrif xətlərindən uzaqlaşdıqca təhriflər artır. Bu proyeksiyalarla qütb ətrafı və mü-
layim enliklərdə yerləşən ərazilərin xəritələri tərtib edilir. Belə xəritələrdə paralellər 
qövsvarı, meridianlar isə bir mərkəzdən çıxan düz xətlər şəklində təsvir olunur.  
 
 
(с)
 Bərabəraralıqlı proyeksiyada tərtib edilmiş xəritə
(ç) 
Silindrik 
proyeksiya
 
Sıfır təh-
riflər xətti 
Sıfır təh-
riflər xətti 
Sıfır təhriflər xətti
62°şm.e.
47°şm.e.
47°şm.e. 
62°şm.e.
(d) 
Konus proyeksiyası
 
  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə