Microsoft Word 0g10az(seh1-5)k



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə12/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   74

 
 
30 
 
 
Mətni oxuyun və suallara cavab verin.
 
Kirenalı Eratosfen. 
Eratosfen e.ə. III əsrdə İsgəndəriyyədə yaşamışdır. Səyyahlar ona ya-
şadığı İsgəndəriyyədən fərqli olaraq, Siyena (hazırda Asuan) şəhərində yay gündönümü gü-
nündə  günorta  kölgənin  olmadığını  söyləyirlər.  Eratosfen  Siyenaya  gəlib  deyilənlərin  yalan 
olmadığına əmin olur. Bu sadə müşahidəyə əsasən alim İsgəndəriyyədə Yer çevrəsinin – ekva-
torun  uzunluğunu  ölçməyə  nail  oldu.  Əvvəlcə  o,  yay  gündönümü  günündə  şaquli  dirəkdən 
düşən kölgənin uzunluğunu ölçür. Dirəyin uzunluğunu bildiyindən, asanlıqla onun təpəsi ilə 
kölgənin son nöqtəsi arasındakı parçanın uzunluğunu hesablayır. Adi həndəsi üsulla alınmış 
xəyali üçbucağın bucaqlarını tapır və müəyyən edir ki, dirəyin Günəş şüalarından meyilliliyi 
7,2°-dir. Siyenada kölgə olmadığından, 
onunla  günəş  şüaları  arasında  bucaq 
sıfıra bərabərdir. Bu, o demək idi ki, İs-
gəndəriyyə Yerin qabarıq səthi boyunca 
Siyenadan  7,2°
 
şimalda  yerləşir.  7,2°
 
Yer çevrəsinin uzunluğunun, yəni 360°-
nin 1/50-nə bərabərdir.  
Eratosfen  Siyena  ilə  İsgəndəriyyə 
arasında  məsafənin  800  km-ə  bərabər 
olduğunu  bildiyindən,  onu  50-yə  vu-
raraq  Yer  çevrəsinin  uzunluğunun  40 
000 km olduğunu hesabladı. Sonra o, 
Yerin radiusunu da təyin etdi.  
 
1. Yay gündönümü günü Yerin Günəşə nəzərən mövqeyi haqqında nə deyə bilərsiniz?
 
 
*2. Eratosfen xəyali üçbucağın bucaqlarını hansı düsturla hesablamışdı? 
*3. Eratosfen Yerin radiusunu hansı düsturla hesablamışdı? Onun 
Yerin raduisu üçün aldığı cavabı hesablayın. 
4.  Müasir  hesablamalara  görə,  Yerin  radiusunun  iki  qiymətinin 
olduğu qəbul olunur. Eratosfen isə Yerin radiusunun yalnız bir 
qiymətini almışdı. Bunun səbəbini necə izah edə bilərsiniz?  
 
 
1. Aşağıdakı ifadələrdən hansılar insanların Yerin kürə şəklində olması fikrinə gəlməsinə səbəb 
olmuşdur? 
a)
 gəmilərin sahildən uzaqlaşarkən üfüq arxasında tədricən yox olması; 
b)
 su örtüyünün quruya nisbətən daha geniş sahə tutması; 
c)
 Günəş çıxarkən ilk anda hündür obyektləri işıqlandırması; 
d)
 materik və okeanların formaları; 
e)
 Yer səthindən yuxarı qalxdıqca üfüq dairəsinin genişlənməsi
f)
 su və quru sahələrinin qeyri-bərabər qızması.  
 
2.  Bakı  şəhəri  ilə  ekvator  arasındakı  məsafənin  orta  miqyaslı  qlobusda  nə  qədər  olduğunu 
hesablayın. 
3. Yerin müxtəlif formalarına aid əlamətləri  cədvələ yazın. 
 
Yerin forması 
Kürə 
Geoid 
Ellips 
Kardioid 
Əlamətləri 
 
 
 
 
  
 
 
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN 
1 – Siyena 
2 – İsgəndəriyyə 
Cənub qütbü 
Günəş şüası 
Ekvator 
Tropik zona 
Ekliptika 
(Günəşin xəyali, 
illik hərəkət 
müstəvisi)
 
Şimal qütbü 
Təlim nəticələri  
yüksək olan  
şagirdlər üçün
 
  LAYİHƏ


 
 
31 
 
•   I   •  
Yer səma cismidir  


  
Y
ER SƏTHİNDƏ GÜNƏŞ ŞÜALARININ DÜŞMƏ BUCAĞININ VƏ 
VAXT FƏRQLƏRİNİN HESABLANMASI. 
PRAKTİK DƏRS
 
 
Günəş şüalarının Yer səthinə düşmə bucağı coğrafi enlikdən və Yerin Günəşə görə və-
ziyyətinin dəyişməsindən asılıdır. Bu asılılıq 
 = 90° – ( ± f) düsturu ilə verilir. Burada  
– günəş şüalarının düşmə bucağı,  f – Günəşin zenitdə olduğu coğrafi enlikdir (qiyməti 23,5° 
şm.e. və 23,5° c.e. arasında dəyişir), 
 – verilən məntəqənin coğrafi enliyidir (qiyməti 0°
 
ilə 
± 90° arasında dəyişir).  
 
 
Xəritəyə əsasən müəyyən edin:  
a.
 Günəş M məntəqəsində zenitdə olarsa, E və B məntəqələrində günəş şüalarının düşmə buca-
ğını tapın.  
b.
 Günəş A məntəqəsində zenitdə olarsa, hansı məntəqələrə günəş şüaları ən böyük və ən 
kiçik bucaq altında düşər? 
  Günəş  şüalarının  düşmə  bucağına  əsasən  məntəqənin  coğrafi  enliyinin  tapılması.  
Bunun üçün 

 = f ± (90° – 

)  düsturundan istifadə olunur. Əvvəlcə, günəş şüalarının 
maksimum  düşmə  bucağı  (90°)  ilə  verilən  bucaq  arasında  fərq  tapılır.  Əgər  axtarılan 
məntəqə Günəşin zenitdə olduğu coğrafi enliklə eyni yarımkürədədirsə, alınan ədəd zenit 
paraleli ilə toplanır, müxtəlif yarımkürədədirsə, çıxılır.  
 
 
 
 
Verilənlərə əsasən  məntəqələrin yerləşdiyi şimal və cənub coğrafi enliklərini ttəyin edin və 
cədvəli tamamlayın. 
Məntəqələr 





Günəş şüalarının düşmə bucağı 
26,5°
50° 
60° 
30° 
43,5° 
Günəşin zenitdə olduğu enlik  
23,5° şm.e. 
15° c.e. 
23,5° c.e. 

20° şm.e. 
Coğrafi enlik 
 
 
 
 
  Günəşin zenitdə olduğu coğrafi enliyin tapılması. Bunun üçün f =

 – (90° – 

) düstu-
rundan  istifadə  olunur.  Əvvəlcə  günəş  şüalarının  maksimum  düşmə  bucağı  (90°)  ilə 
verilən bucaq arasında fərq  tapılır. Alınan rəqəm  məntəqənin coğrafi enliyindən çıxılır. 
 
 

T A P Ş I R I Q
 
1
• A 
• M 
• C 
• E 
• B 
• D 
T A P Ş I R I Q
 
2
  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə