Microsoft Word 0g10az(seh1-5)k



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə8/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   74

 
 
21 
 
•   I   •  
Yer səma cismidir  


əvvəl  Yer  səthinin  temperaturu  xeyli  aşağı  düşmüş,  su  buxarının  sürətli  konden-
siasiyası nəticəsində buludlar yaranmış və bütün Yer səthinə kütləvi yağışlar yağ-
mışdır. Yer səthinə düşən sular nəhəng çökək sahələri örtərək ilkin okeanı – Panta-
lası yaratmışdır. 
 
Hazırda Yer qabığında baş verən vulkan püskürmələri atmosferdə hansı dəyişiklikləri yaradır? 
Müzakirə edin:  
1.  Ay  erasında  baş  verən  vulkan  proseslərinin  atmosfer  və  hidrosfer  təbəqələrinin  yaran-
masında hansı rolu olmuşdur?  
2. Yerin planetar inkişafının sonunda formalaşan təbəqələr onun müasir biosfer, atmosfer və 
hidrosfer təbəqələrindən necə fərqlənir? 
 
Dünya okeanının əmələ gəlməsi Yerin planetar inkişaf mərhələsinin sonu, həm 
də  Yerin  geoloji  inkişafının  başlanğıcıdır.  Beləliklə,  Yerin  planetar  inkişafı  6–7 
mlrd. il əvvəl başlamış və 2–2,5 mlrd. il davam etmişdir.  
 
 
 
Mətni oxuyun və oradakı 5 səhv fikri müəyyən edin:  
Yerin planet kimi formalaşması. 
Yer kürəsi yaranarkən ağır maddələr mərkəzə yığılmış 
və nüvəni əmələ gətirmişdir. Yüngül maddələr isə Yer qabığında toplanmışdır. Yerin nüvəsində 
gedən radioaktiv parçalanma reaksiyaları maddələrin əriməsinə səbəb oldu. Bu, Ay erasının 
başlanğıcı  idi.  Nüvədən  kütləvi  vulkan  püskürmələri  başlandı.  Bunun  nəticəsində  nüvənin 
üzərində  mantiya  qatı  yarandı.  Mantiyanın  üzərində  isə  nazik  Yer  qabığı  əmələ  gəldi.  Vul-
kanların püskürməsi ilə çıxan zəhərli qazlar Yerin ətrafında toplanaraq ilkin atmosferi əmələ 
gətirdi. Yer qabığı yarandıqdan sonra lavanın Yer səthinə çıxması kəskin artdı. Atmosferdə 
temperatur yuxarı qalxdı. Kütləvi lava püskürmələri eyni zamanda Yer qabığını və atmosferi 
yaratdı. Planetar inkişafın sonunda Dünya Okeanı – Pantalas meydana gəldi. 
 
 
1. Yerin təbəqələrini onların yaranması ardıcıllığına görə qədimdən cavana doğru düzün:  
1) Litosfer  2) Atmosfer  3) Nüvə  4) Hidrosfer  5) Biosfer  6) Mantiya 
 
2. Yerin təbəqələrinin yaranmasını göstərən sxemi dəftərinizə çəkin və tamamlayın: 
 
3. Hansı ərazilərdə dərin neft quyuları və şaxtalarda (mədənlərdə) temperatur daha yüksək olar? 
1) And dağları; 2) İran körfəzi; 3) Braziliya yaylası; 4) Şimal dənizi; 5) Kaliforniya. 
 
 
Yerin təbəqələrinin yaranması haqqında qısa təqdimat hazırlayın. 
 
 
F Ə A L İ Y Y Ə T
 
2
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN 
İlkin soyuq Yerin yaranması (6–7 mlrd. il) 
Kütləvi vulkan püskürmələri və ya ... 
DƏRSDƏN SONRA 
  LAYİHƏ


 
 
22 
 
  
Y
ERİN MAQNETİZMİ 
 
 
 
 
Yer  kürəsinin  kütləsi,  ölçüləri,  hərəkəti  ilə  yanaşı,  onun  daxili  quruluşu  da  pla-
tenimizdə həyatın mövcud olmasına şərait yaradır. Yer kürəsi maqnit sahəsinə ma-
likdir və bu 
maqnit sahəsinin əhatə etdiyi bütün Yerətrafi sahələr maqnitosfer adlanır.  
Yerin maqnetizmi onun nüvəsinin quruluşu ilə bilavasitə əlaqədardır. Nüvənin 
daxili və xarici təbəqələri hərəkət edir. Onların sürtünməsindən ağır metallar maq-
nitlənərək Yerin maqnit sahəsini əmələ gətirir. 
Yeri 
əhatə edən maqnit təbəqəsi onu 
Günəşdən,  ulduzlardan  və  digər  səma  cisimlərindən  gələn  öldürücü  kosmik  şüa-
lardan qoruyur.  
 
 
Şəkildən istifadə edərək 
Yerin  daxili təbəqələrini və onların xüsusiyyətlərini müəyyənləşdirin.
 
 
   
Yerin daxili təbəqələri 
Qalınlığı 
Temperaturu 
Tərkibi 
1. 
1–90 km 
– 
 
2. 
 
 
Maqnezium, silisium, dəmir 
3. 
 
3500–5000°
 
Müzakirə edin: 
– Yerin maqnit xassəsi  və  onun daxili quruluşu arasında hansı əlaqə vardır?  
 

 
Məşhur Amerika filmlərinin birində belə bir səhnə
var: yolu azmış film qəhrəmanlarından biri cibin-
dəki metal sancağın ucunu yun köynəyinə sürtə-
rək yarpağın üzərinə, yarpağı isə durğun suyun 
səthinə qoyur. Yarpaq suyun üzərində fırlanaraq 
dayanır və  bundan sonra onlar çayboyu yolları-
na davam etməyi qərara alırlar.  
– Filmin qəhrəmanı yolu tapmaq üçün 
niyə bu üsuldan istifadə etdi?  
– Bu sizə hansı cihazı xatırladır? Bu 
cihaz hansı prinsipə əsasən işləyir? 
F Ə A L İ Y Y Ə T
 
1



  LAYİHƏ


 
 
23 
 
•   I   •  
Yer səma cismidir  


Maqnit sahəsinin köməyi ilə üfüqün cəhətləri təyin edilir. 
Bu isə dəniz və hava nəqliyyatı vasitələrinin idarə olunma-
sında mühüm əhəmiyyət kəsb edir. Yerin maqnit oxunun Yer 
səthi  ilə  kəsişdiyi  nöqtələrə  maqnit qütbləri  deyilir.  Şimal 
maqnit qütbü Kanada Arktikasında 86

şm.e., 172° q.u.-da, 
cənub  maqnit qütbü isə Antarktidanın Hind okeanı sahillə-
rində 64° c.e., 136° ş.u.-da yerləşir (2017). Kompasın əqrəbi 
Yerin maqnit qütblərinə tərəf istiqamətlənir.  
Əslində, şimal maqnit və şimal coğrafi qütblərin eyni yarımkürədə olması fikri 
coğrafiyada şərti olaraq qəbul edilmişdir. Çünki fizikaya görə, şimal maqnit qütbü 
cənub yarımkürəsində, cənub maqnit qütbü isə şimal yarımkürəsində yerləşir. Bunun 
səbəbi maqnit qüvvə xətlərinin Arktikada Yerin daxilinə yönəlməsi, Antarktidada 
isə  bu  xətlərin  Yer  səthinə  çıxmasıdır.  Həm  də  eyniadlı  qütblər  bir-birini  itələdi-
yindən yanaşı yerləşə bilməz. Bu səbəbdən şimal maqnit qütbünün cənub yarımkü-
rəsində olduğu güman edilir.  
Şimal və cənub maqnit qütblərini birləşdirən xətlər maqnit meridianları adlanır.  
Maqnit meridianı coğrafi meridianla üst-üstə düşmür. Onlar bir-biri ilə kəsişərək 
maqnit meyil bucağını əmələ gətirir (11,5). Yer qabığını təşkil edən süxurlardan bə-
ziləri cəzbetmə, yəni maqnitlik xassəsinə malikdir. Belə metallara ferromaqnit me-
tallar (dəmir, nikel, titan, kobalt və s.) deyilir. Qütblərdə və ferromaqnit filizlərin 
olduğu ərazilərdə kompasın əqrəbi işləmir. Bu hadisə maqnit anomaliyası adlanır.  
 
 
Cədvəli dəftərinizə çəkin. Yer qabığının quruluşu xəritəsindən (səh.49) istifadə edərək hansı 
ərazilərdə maqnit anomaliyalarının olduğunu müəyyənləşdirin  və cədvəli tamamlayın. 
Materiklər 
Ölkələr və ya ərazilər 
 
 
Müzakirə edin:  
– Maqnit anomaliyaları rayonlarını relyef  xüsusiyyətinə görə necə qruplaşdırmaq olar?  
– Onların yerləşməsi hansı süxurlarla bağlıdır?  
 
 
Şimaldakı maqnit qütbü 1831-ci ildə ingilis qütb tədqiqatçısı Con Ross,  
cənubdakı maqnit qütbü isə 1841-ci ildə Ceyms Ross tərəfindən fəth edilmişdir.
 
 
Maqnit sahəsi Günəşdə baş verən proseslər nəticəsində dəyişir. Bu proseslər həm 
də Yerdə canlı və cansız təbiətə güclü təsir göstərir. Maqnitosfer gözlə görünməsə 
də, bəzi canlılar onları hiss edə bilirlər. Köçəri quşlar onunla istiqaməti müəyyən-
ləşdirərək öz yollarını tapırlar. 
 
 
Mətni oxuyun və verilən sualların cavabları əsasında qısa təqdimat hazırlayın. 
Yerin maqnit qütbləri. 
İngilis alimi V.Hilbert 1600-cü ildə Yeri nəhəng sabit maqnit 
kimi təsvir etmişdir. Bunun sübutu üçün o, təbii maqniti yonaraq böyük kürə düzəltmişdi. 
Kürəyə  maqnit  çubuğunu  yaxınlaşdırdıqda  onun  həmişə  kompas  əqrəbi  istiqamətində  da-
yandığını müşahidə etmişdir.  
Bu, maraqlıdır! 
F Ə A L İ Y Y Ə T
 
2
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
Açar sözlər 
 
• maqnitosfer 
• maqnit qütbləri 
• maqnit meridianları 
• maqnit meyil bucağı
ferromaqnit cisimlər
• maqnit anomaliyası 
  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə