Microsoft Word 0g10az(seh1-5)k



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə7/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   74

 
 
19 
 
•   I   •  
Yer səma cismidir  


  
Y
ERİN PLANETAR İNKİŞAF MƏRHƏLƏSİ 
 
 
 
Yarandığı ilk dövrdə soyuq səma cismi olan Yer maqnetizm xassələrinə malik 
deyildi. Ona görə də onun səthinə çoxlu iri asteroidlər, digər səma cisimləri düşür və 
toqquşmalar  baş  verirdi.  Fərz  edilir  ki,  Yerin  xəyali  oxunun  orbit  müstəvisinə 
nəzərən 66,5º bucaq altında meyilli olması bu toqquşmalarla bağlıdır. Yerin maq-
netizmi artdıqca onun səthinə düşən “meteorit yağışları” da tədricən azalmışdır. 
Yer planet kimi formalaşdıqdan sonra onun  Günəş və öz oxu ətrafında sürətli 
hərəkəti başlayır. Yer öz oxu ətrafında fırlandıqca mərkəzdən-
qaçma  və  mərkəzəqaçma  qüvvələrinin  qarşılıqlı  təsiri  nəti-
cəsində sıxılır. Ağır elementlər və onların birləşmələri (dəmir, 
mis,  nikel,  pluto  nium,  uran  və  s.)  Yerin  daxili  qatlarında 
toplanaraq  onun  bərk  nüvəsini  yaradır.  Nisbətən  yüngül 
elementlər  –  alüminium,  maqnezium,  silisium  və  s.  isə  üst 
qatlarda cəmlənir və mantiyanı əmələ  gətirir.  
Sıxılma nəticəsində ilkin nüvədə və mantiyada yüksək təzyiq yaranmışdır. Bunun 
nəticəsində  radioaktiv  elementlərin  (uran,  radium,  torium,  plutonium  və  s.) 
zəncirvarı parçalanma reaksiyaları baş vermiş, temperatur artmışdır. Planetin daxi-
lindəki  mantiya  maddələri  əriyərək  odlu  kütləyə  çevrilmişdir.  Yerin  üst  bərk  qatı 
olmadığından  ərinti  maddələri  səthə  doğru 
maneəsiz hərəkət etməyə başlamışdır. Nəticə-
də,  bütün  Yer  səthində  kütləvi  şəkildə  lava 
püskürmələri  baş  vermişdir.  Ayda  da  buna 
bənzər  püskürmələr  baş  verdiyi  üçün  bu 
mərhələni  Yerin  planetar  inkişafının  “Ay 
erası”  adlandırırlar.  Hazırda  Ayın  səthində 
soyumuş lavalar, nəhəng vulkan kraterləri və 
konusları qalmaqdadır.  

Planetlərin inkişaf yolu müəyyən mərhələyə qədər eyni olmuşdur. Lakin onların sonrakı 
inkişafında Yer planeti digərlərindən fərqlənmişdir. 
(a) Daxili 
planetlər
 
(b) Xarici planetlər
Yupiter
Saturn
Uran
Neptun 
V
enera
 
Mer
kuri
 
Yer
 
Mar

– Yeri digər planetlərdən fərqləndirən əlamətləri yadınıza salın və  cədvəl üzrə qruplaşdırın. 
Xarici planetlərə aid olan 
xüsusiyyətlər 
Daxili planetlərə aid olan 
xüsusiyyətlər  
Yerə aid olan xüsusiyyətlər  
 
 
 
Açar sözlər 
 
• Ay erası 
• Geotermik qradiyent 
• Geotermik pillə 
• ilkin atmosfer 
• ilkin Yer qabığı 
Ay erasında Yerdə kütləvi 
vulkan püskürmələri baş 
vermişdir  
  LAYİHƏ


 
 
20 
 
Ayda, Marsda azərbaycanlı alim və mütəfəkkirlərin – N.Tusi, N.Gəncəvi, 
H.Cavid, həmçinin müğənni M.Maqomayevin adlarına kraterlər vardır. 
 
 
Yer səthinə püskürmələrlə çıxan lavaların ərinti materialları milyon illər ərzində 
tədricən soyuyaraq bazaltdan ibarət nazik ilkin Yer qabığını əmələ gətirmişdir. Yer 
qabığının digər qatları olan çökmə və qranit süxurları hələ formalaşmamışdı. 
Yer qabığında hər 100 m dərinlikdə temperaturun təqribən 3°C artmasına geotermik 
qradiyent deyilir. Temperaturun 1°C artması üçün lazım olan dərinlik isə geotermik pillə 
adlanır.  Yer  qabığında  geotermik  pillənin  orta  qiyməti  təqribən  33  m-ə  bərabərdir. 
Seysmik cəhətdən aktiv ərazilərdə geotermik pillə az, qədim platformalarda isə çox olur. 
Yer qabığında dərinliyə doğru temperaturun artmasının səbəbləri radioaktiv maddələrin 
parçalanması, süxurların sıxlığının və təzyiqinin artmasıdır. 
 
 
Tapşırıqları yerinə yetirin: 
1. Yer qabığında 750 m dərinlikdə süxurların temperaturu 38° olarsa, 50 m dərinlikdə 
temperaturu hesablayın.  
2. Verilən əraziləri geometrik pillənin çox  və az olmasına görə qruplaşdırın: Kordilyer 
dağları,  Şərqi  Avropa,  Apennin  yarımadası,  Böyük  Çin  düzənliyi,  Yapon  adaları,  Qərbi 
Avstraliya. 
Müzakirə edin: – Nə üçün seymsik ərazilərdə və platformalarda geometrik pillə müxtəlifdir? 
 
 
CAR-da  yerləşən  Tau-
Tona qızıl mədəni dün-
yanın  ən  dərin  şaxtası  sayılır  (4500  m). 
Bütün  digər  kömür  və  filiz  şaxtalarında 
olduğu  kimi    burada  da  temperatur  40°–
60°C-yə, rütubətlilik isə 100%-ə çatır. Bütün 
təhlükəsizlik tədbirlərinin  görülməsinə bax-
mayaraq,  iş  şəraiti  çox  ağırdır.  Hər  il  şax-
talarda orta hesabla 5–7 nəfər həyatını itirir. 
 
 
 
 
Yer qabığının və mantiyanın yaranması planetin hər yerində eyni şəkildə baş ver-
məmişdir. Müəyyən hissələrdə ağır materialların dərin qatlarda toplanması nəticə-
sində nəhəng çökəkliklər yaranmışdır. Digər tərəfdən də silikatlı süxurlar səthə qal-
xaraq iri materik çıxıntıları əmələ gətirmişdir.  
Tam  bərkiməmiş  bazalt  qabığının  səthində  milyon  illər  ərzində  temperatur 
100ºC-dən yüksək olmuşdur. Ona görə də, püskürmə məhsullarından ayrılan su an-
caq buxar halında olurdu. Soyuyan lavanın tərkibindən ayrılan yüngül qazlar və su 
buxarı cazibə qüvvəsinin təsiri ilə Yerin ətrafında toplanaraq əsasən sərbəst karbon 
qazından, su buxarından ibarət ilkin atmosferi əmələ gətirmişdir.  
   Yer qabığının qalınlığı artdıqca, səthə çıxan lava püskürmələrinin həcmi azalmış, 
nəticədə havanın temperaturu aşağı düşməyə başlamışdır. Təqribən 4,5–5 milyard il 
F Ə A L İ Y Y Ə T
 
1
Bu, maraqlıdır!
Bu, maraqlıdır!
Tau-Tona qızıl mədəni şaxtası. CAR  
  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə