Microsoft Word 0g10az(seh1-5)k



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə3/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   74

 
 

 
•  •  •
Təbiət elmlərinin coğrafi hadisə və proseslərə yanaşması müxtəlifdir. Onların hər 
biri təbiət obyekti və ya hadisəsinin konkret xüsusiyyətini öyrənir. Məsələn, biolo-
giya – bitki və heyvanların quruluşunu, coğrafiya isə onların Yer kürəsində paylan-
masını,  astronomiya  –  Yeri  səma  cismi  kimi,  coğrafiya  isə  Yerin  kosmik  fəzada 
hərəkətini, onun nəticələrini öyrənir. 
Qədim  yunan  filosofu  Platon  çoxüzlü  həndəsi  fiqurları  Kainat,  Yer  və  təbiətlə 
əlaqələndirirdi.  
“Platon fiqurları” 
 
 Coğrafiya digər elmlərlə sıx bağlı olsa da, təbiət elmləri sistemində özünəməxsus 
yer tutur. Onu bu elmlərdən fərqləndirən əsas xüsusiyyət təbii hadisə və prosesləri 
müəyyən məkan daxilində öyrənməsidir. 
 
 
 
Tetraedr – od 
Kub – torpaq 
Dodekaedr – Kainat 
İkosaedr – su 
Oktaedr – hava 
Coğrafiya  elminin  
sahələri 
Bu, maraqlıdır! 
  LAYİHƏ


 
 

 
Digər təbiət elmləri kimi coğrafiyanın da insanların həyatında rolu böyükdür. Hər 
hansı  layihənin  həyata  keçirilməsi  –  şəhərlərin  salınması,  su  anbarlarının  tikilməsi, 
tunellərin  çəkilməsi    və  s.  zamanı  coğrafi  biliklərə  böyük  ehtiyac  duyulur.  Müasir 
dövrdə tələbatın böyük olduğu bir çox ixtisaslara yiyələnmək üçün coğrafi bilikləri 
əldə  etmək  vacibdir,  məsələn,  meteorologiya,  turizm,  beynəlxalq  münasibətlər, 
sosiologiya, politologiya, ekologiya, biznes, marketinq və s. ixtisaslar coğrafiya ilə 
müxtəlif dərəcədə bağlıdır. 
 
 
Cədvəi dəftərinizə çəkin və Azərbaycanda coğrafiya elmi ilə bağlı daha çox hansı ixtisaslara 
ehtiyac olduğunu qeyd edin.  Bu ixtisasları cədvələ yazın və onu tamamlayın. 
İxtisaslar
 
 
 
 
Ölkəmiz üçün  əhəmiyyəti 
 
 
 
 
Müzakirə edin: – Siz bu ixtisaslardan hansını seçərdiniz? Fikrinizi əsaslandırın. 
 
Elmi  tədqiqatların  daha  da  genişləndiyi  və  dərinləşdiyi  müasir  dövrdə  müxtəlif 
elmlər arasında inteqrasiya (əlaqə) da getdikcə genişlənir. Coğrafiya bu elmlərlə bir-
likdə bəşəriyyəti əhatə edən qlobal problemlərin həllində mühüm rola malikdir.   
 
 
a) 
Şəhərsalma  zamanı  nəzərə  alınan  iqtisadi,  təbii  amillərin  hansı  elm  sahələri  tərəfindən  öy-
rənildiyini müəyyən edin və fikrinizi əsaslandırın. 
 
İqtisadi  amillər 
1. 
İqtisadi əlaqələrin qurulması 
2. 
Müəssisələrin yerləşməsi 
3. 
Kapital qoyuluşu 
4.
 İstehsal gəlirlərinin hesablanması 
5.
 Əhali məşğulluğu 
 
Təbii amillər 
a. 
Relyef 
b. 
İqlim  
c. 
Çaylar və digər su obyektləri 
d. 
Havanın və torpağın çirklənmə səviyyəsi 
e. 
Yaşıllıq zonalarının salınması 
b) 
Cədvəldə 2011-2016-cı illərdə Azərbaycan və rus bölmələrinə coğrafiya ilə bağlı ixtisaslar üzrə 
qəbul planı verilmişdir. Cədvələ əsasən qəbul planının dəyişməsini əks etdirən qrafik qurun. 
Coğrafiya ixtisaslarına, ümumi tələbatın necə dəyişdiyini müəyyən edin və onun səbəblərini 
aydınlaşdırın.  
 İllər 
Azərbaycan bölməsi 
Rus bölməsi 
Ümumi 
2011 
6574 
2517 
9091 
2012 
8731 
5750 
14481 
2013 
8920 
5903 
14823 
2014 
8483 
2624 
11107 
2015 
8900 
2713 
11613 
2016 
9888 
3152 
13040 
 
 
1. Verilən obyekt və hadisələr coğrafiyanın hansı elmlərlə qarşılıqlı əlaqəsini əks etdirir? 
a)
 Miqyas;  
b)
 Bitki və heyvanlar;  
c)
 Atmosfer təzyiqi;  
d)
 Havanın və suyun tərkibi;  
e)
 Yerin kosmik fəzada hərəkəti;  
f)
 Təbiətdə tarazlığın pozulması. 
 
F Ə A L İ Y Y Ə T
 
2
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN 
  LAYİHƏ


 
 

 
•  •  •
2. Cədvəli  dəftərinizə çəkin və tamamlayın.  
Coğrafiya  ixtisasları 
Tələb  olunan  coğrafi  biliklər 
Meteoroloq 
 
Sosioloq 
 
Coğrafiya müəllimi 
 
Beynəlxalq iqtisadi əlaqələr üzrə mütəxəssis 
 
 
3. Coğrafiya elmləri ilə digər elm sahələri arasında məntiqi əlaqəni qurun. 
1. Meteorologiya 
2. Biocografiya 
3. Kartoqrafiya 
4. Sənaye coğrafiyası 
5. Siyasi coğrafiya 
a)
 Tarix 
b)
 Biologiya  
c)
 Fizika   
d)
 Riyaziyyat 
e)
 İqtisadiyyat 
 
  
Coğrafiya  elminin  sahələri  sxemindən  və  mətndən  istifadə  edərək  “BDU-nun  coğrafiya  fakültəsini 
bitirərək hansı ixtisaslara yiyələnmək olar?” mövzusunda təqdimat hazırlayın. 
 
 
  
C
OĞRAFİYA ELMİNİN TƏDQİQAT METODLARI  
 
 
 
Coğrafi tədqiqatların aparılması üçün ənənəvi və müasir üsullardan istifadə edilir. 
Bu metodlar təbii və sosial-iqtisadi proseslərin öyrənilməsi, təhlili və proqnozlaş-
dırılması məqsədi ilə tətbiq olunur.  
TƏDQİQAT METODLARI 
 
 
DƏRSDƏN SONRA 

Uzun illər coğrafi  biliklərin  
toplanmasında 
ekspedisiya, 
müqayisə, kartoqrafik 
və s. 
metodlardan geniş istifadə 
edilmişdir.  
– Sxemdə coğrafi 
tədqiqatın hansı növü 
təsvir edilmişdir?  
Bu tədqiqat nəticəsində 
hansı məlumatlar əldə 
edilmişdir? 
Müasir 
Riyazi – statistik 
Coğrafi modelləşdirmə 
Coğrafi proqnozlaşdırma 
Aerokosmik   
Geoinformasiya 
Ənənəvi 
Kartoqrafik 
Çöl tədqiqatları (ekspedisiya) 
Tarixi 
Müqayisə 
  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə