Microsoft Word 0g10az(seh1-5)k



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə9/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   74

 
 
24 
 
Yerin  maqnit  qütbləri  sabit  deyildir.  Onlar  vaxtaşırı  yerlərini  dəyişir  və
  ildə  5–6  km 
şərqə və ya qərbə hərəkət edir. 
Alimlər  hesab  edirlər  ki,  bu  yerdəyişmə  Yerdəki  bütün 
canlılara mənfi təsir göstərir. Fərziyyələrə görə qütblərin yerdəyişməsi zamanı maqnit sahəsi 
yox ola bilər. Bu isə bəşəriyyət üçün təhlükə yaranması deməkdir. Alimlər Ümumdünya daş-
qınını, Atlantidanın yoxa çıxmasını, dinozavr və mamontların məhvini və digər hadisələri 
maqnit qütblərinin yerdəyişməsi ilə əlaqələndirirlər.  
Bəzi alimlər isə nikbin proqnozlar verərək maqnit qütblərinin indiyə qədər baş verən yer-
dəyişmələrinin Yerə heç bir mənfi təsirinin olmadığını söyləyirlər. Onlar hesab edirlər ki, bu 
yerdəyişmələrin canlıların kütləvi  məhvi  ilə  heç bir əlaqəsi yoxdur. Çünki  biosfer təbəqəsi 
yüksək  dərəcədə  mühitə  uyğunlaşma  və  bərpaolunma  qabiliyyətinə  malikdir.  Maqnit  qütb-
lərinin yerdəyişməsi isə uzun müddət ərzində baş verdiyinə görə biosfer bu dəyişikliyə uyğun-
laşa bilər. 
 
 
1. Maqnit əqrəbinin daim Şimal qütbü istiqamətini göstərməsinin səbəbi nədir? 
2. Maqnit qütblərinin yerdəyişməsinin Yerdəki cisimlərə təsiri ilə bağlı hansı fikirlə razısınız? 
Fikrinizi əsaslandırın. 
3. Kompasın əqrəbinin tünd rəngli ucunun göstərdiyi istiqamətdə hərəkət edən insan Yerin hansı 
nöqtəsinə gedib çatar?  
4. Şərti şimal maqnit (cənub maqnit) və Şimal coğrafi qütbləri arasında kompas yerləşdirsək,                    
b sxemi onun cənubu göstərən əqrəbi hansı istiqamətə yönələr? 
5. Fikrinizcə, bir anlığa Yerin maqnit sahəsi yox olsaydı, nə baş verərdi? 
 
 
 
1.  Ekvatordan maqnit qütblərinə qədər olan məsafəni meridian üzrə hesablayın.  
2.  Cədvəli dəftərinizə çəkin və Yer qabığının quruluşu xəritəsindən (səh.49) istifadə edərək onu 
tamamlayın: 
Faydalı qazıntıların 
işarəsi  
Faydalı qazıntıların 
adı 
Yayıldığı ərazilər 
Maqnit anomaliyası  
+ /  
 
Titan 
Əjdaha dağları  

 
 
 
 
 
 
 
 
Nikel 
 
 
 
3. Maqnit qütbləri ilə coğrafi qütbləri Venn diaqramında müqayisə edin. 
 
 
 
Cənub maqnit 
qütbü (şərti ola-
raq – Şimal 
qütbü
 
Şimal 
coğrafi 
qütbü
 
Yerin fırlanma 
mərkəzi
 (a)
 
 (b)
Şimal coğrafi 
qütbü
 
Cənub 
maqnit 
qütbü
 
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN 
  LAYİHƏ


 
 
25 
 
•   I   •  
Yer səma cismidir  


  
G
ÜNƏŞİN YERƏ TƏSİRİ  
 
 
Günəşin  Yerin  təbiətinə  təsiri.  Günəş  Yerə  hərtərəfli  təsir  edərək  həm  canlı,  
həm də cansız təbiətin  mövcud  olmasına şərait  yaradır. Günəş  işığı və istiliyinin 
Yer  səthində  qeyri-bərabər  paylanması  fəsillərin  yaranma-
sına, iqlim qurşaqları və iqlim tiplərinin formalaşmasına sə-
bəb olur. Günəş  işığının  təsiri  ilə fotosintez prosesi baş ve-
rir. Günəş şüalarının Yer kürəsinə təsiri maddələr və enerji 
dövranını yaradır, Yerin ayrı-ayrı təbəqələrini əlaqələndirir.  
 
 
 
 
 
Günəşdən daim böyük miq-
darda işıq və istilik enerjisi 
ayrılır.
  
Bunun səbəbi Günəşin əsas 
tərkib  hissələri  olan  hidro-
gen  və  helium  elementləri-
nin  zəncirvarı  çevrilmələri 
ilə  müşayiət  olunan  nüvə 
reaksiyalarıdır.  
Günəşdə  baş  verən  bütün 
fiziki  dəyişikliklərin  məc-
musuna  günəş  fəallığı  de-
yilir.  
Günəşin səthində temperaturun nisbətən aşağı olduğu hissələr Yerdən ləkələr kimi görünür və Günəş 
ləkələri  adlanır.  Günəş  fəallığı  dövründə  tez-tez  partlayışlar  baş  verir,  günəş  ləkələri  yox  olur  və 
yeniləri yaranır.  
 
Günəşdən kosmik fəzaya gələn şüaların, hissəciklərin, maqnit sahələrinin  məc-
musu Günəş küləyi  adlanır. Günəş  küləyi 3–4 gün  müddətinə, bəzən də daha tez 
Yer səthinə çatır. Günəş küləyi ilə Yerə gələn şüalara görünən günəş işığı, infraqır-
mızı  və  ultrabənövşəyi  radiasiya    daxildir.  Günəş  küləyinin  qasırğa  şəklində  Yer 
Coğrafiya

Fizika
 

Şəkilləri  
müqayisə  
edin: 
 
 
– Hava proqnozları verilərkən  bəzən Günəş 
fəallığının artması və maqnit qasırğalarının 
baş verəcəyi haqqında məlumat elan edilir. 
Fikrinizcə, bu məlumatın verilməsində 
məqsəd nədən ibarətdir?  
– Günəşin Yerdəki canlılara təsiri haqqında 
nə bilirsiniz? 
F Ə A L İ Y Y Ə T
 
1
Günəşin Yerin təbəqələrinə təsiri 
Litosfer 
___ 
Atmosfer
___ 
Hidrosfer
___ 
Biosfer 
___ 
Günəşin təsiri ilə Yerin təbəqələrində 
baş verən təbii proseslərə aid sxemi 
tamamlayın.   
Müzakirə edin: – Günəşin canlılara 
mənfi təsirləri nədən ibarətdir?
Açar sözlər 
 
• günəş fəallığı 
• günəş küləyi 
• maqnit qasırğaları  
• qütb parıltısı 
Günəş 
tacı
Fotosfer
Xromosfer
Günəşin  quruluşu
 
  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə