Microsoft Word 0g10az(seh1-5)k



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə11/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   74

 
 
28 
 
  
Y
ERİN FORMASI VƏ ÖLÇÜLƏRİ
 
Yerin forması ilə bağlı verilən ifadələrin tarixi ardıcıllğını müəyyən edin. 
      
– Yerin  forması ilə bağlı  daha hansı  fərziyyələrlə tanışsınız?  
– Əgər Dünya Okeanında su olmasaydı, Yer səthinin formasını necə təsəvvür edərdiniz? 
 
Yerin  forması  haqqında  ilk  fərziyyələr  bizim  eramızdan  əvvəl 
yaşamış qədim xalqlara – babillərə, şumerlərə və b. aiddir.  
Yerin kürə  formasında  olması  ilə  bağlı  ilk  mülahizələri  Pifaqor, 
daha sonra Aristotel, Eratosfen, Ptolemey və b. alimlər irəli sürmüşlər. 
Zaman keçdikcə Yerin forması haqqında təsəvvürlər təkmilləşdi.  
İngilis fiziki İ.Nyuton (1642–1727) Yerin qütblərdən basıq, yəni ellipsoid for-
masında olduğunu söyləmişdir. Qütblərdən basıq olduğu üçün Yer müxtəlif radius-
lara malik olur və bu xüsusiyyəti onu kürədən fərqləndirir.  
 
 
 
Yerin ölçülərinə əsasən 
aşağıdakı suallara cavab verin: 
1) Yerin ekvatorial radiusu ilə 
qütb radiusunun fərqini tapın 
(R

– R
q
).
  
2) Ekvatorla meridian çevrəsinin 
uzunluqları arasında fərqi 
təyin edin (l

– l
m
). 
*
3)
 
l

– l
m
 = 2
(R

– R
q
) 
düsturunu yoxlayın.  
Müzakirə edin:  
1. Düsturun özünü doğrultmamasını nə ilə izah etmək olar?  
2. Apardığınız hesablamalara əsasən Yerin forması haqqında hansı nəticəyə gəlmək olar? 
 
*
 – Təlim nəticələri yüksək olan şagirdlər üçün. 

Yerin 
forması 
a.
 Aristotelin fikrincə, Ay tutulması zamanı Yerin kölgəsinin dairəvi formada 
onun üzərinə düşməsi 
b.
 Magellanın ilk dünya səyahəti 
d.
 Eratosfenin Yerin ölçülərini hesablanması 
e. 
Yerin nəhəng canlılar üzərində dayanması haqqında təsəvvürlər 
c.
 Əl-Biruninin Yerin ilk qlobusunu hazırlaması 
Yerin ölçüləri:  
1. Yer səthinin sahəsi: 510 mln.km
2
  
2. Quru səthinin sahəsi: 149 mln.km
2  
3. Su səthinin sahəsi: 361 mln.km
2
  
4. Ekvatorial radius: 6378 km  
5. Qütb radiusu: 6357 km  
6. Yerin diametri: 12 756 km 
7. Ekvator çevrəsinin uzunluğu: 40 076 km 
8. Meridian çevrəsinin uzunluğu: 40 009 km 
9. Yerin qütblərdən basıqlığı – 21 km
 
Yerin 
forması 
Basıqlıq 
Qabarıqlıq 
Ekvator 
F Ə A L İ Y Y Ə T
 
1
Açar sözlər 
 
• ellipsoid 
• geoid 
• kardioid  
  LAYİHƏ


 
 
29 
 
•   I   •  
Yer səma cismidir  


Formasına görə heç bir həndəsi fiqura tam uyğun gəlmədiyi üçün Yeri “geoid” 
də (yun. “yerəbənzər”) adlandırırlar. Geoid dəniz səviyyəsinə uyğun xəyali səthdir. 
Geoidin səthində Yerin relyefi nəzərə alınmır.  
 
Yer fiziki formaya malikdir, yəni onun səthi hamar deyil və burada okean çökək-
likləri və materik çıxıntıları, onların üzərində isə dağlar 
və düzənliklər yerləşir.  
Kosmik  tədqiqatlar  nəticəsində  məlum  olmuşdur  ki, 
Yerin şimal qütb sahəsi cənub qütb sahəsinə nisbətən bir 
qədər qabarıqdır. Bu səbəbdən Yer ürəyə oxşadığı üçün 
onu “kardioid” də adlandırırlar. 
Yerin bir çox mühüm xüsusiyyətlərini öyrənmək üçün 
onun kiçildilmiş modelindən – qlobusdan istifadə olunur. 
İlk  qlobusu  e.ə.  II  əsrdə  yunan  Krates  Malosskinin  dü-
zəltdiyi  güman  olunur.  1492-ci  ildə  alman  alimi  Martin 
Behaym hazırladığı qlobusu “Yer alması” adlandırmışdır. 
  
 
İlk  qlobuslara  azərbaycanlı  mühəndis  Kəriməddin  Səlmasinin  dü-
zəltdiyi qlobusu da aid etmək olar. Səlmasi üzərində Yerin iqlimlərinin təsvir edildiyi bu 
qlobusu 1266-cı ildə Marağa rəsədxanasında Nəsrəddin Tusi ilə birlikdə işlədiyi zaman 
hazırlamışdır. 
  
 
Qlobusun sxeminə əsasən müəyyən edin: 
a)
  80°  enlikdə  1°  =  19,4  km,  30°  enlikdə  isə  1°
 
=  96,5  km 
olduğunu nəzərə alaraq B və D məntəqələrinin yerləşdiyi 
paralellərin uzunluqları arasında fərqi hesablayın; 
b)
 məntəqələri onların  yerləşdikləri paralellərin uzunluqları-
nın artma ardıcıllığına uyğun qeyd edin
c)
 Bakının yerləşdiyi coğrafi enliklə  D məntəqəsi arasındakı 
məsafəni hesablayın. 
Müzakirə edin: – Yerlə bağlı hansı xüsusiyyətlərin öyrənil-
məsində qlobusun əhəmiyyəti daha böyükdür?  
Miqyasına görə tədris qlobusları 3 qrupa ayrılır:
 
1. Böyük miqyaslı  
– 
1 : 30 000 000  
2. Orta miqyaslı 
– 
1 : 50 000 000  
3. Kiçik miqyaslı  
– 
1 : 83 000 000
 
 
 
 
Bu, maraqlıdır! 
Yerin fiziki forması 
Yerin səthi 
Geoid 
Ellipsoid 
F Ə A L İ Y Y Ə T
 
2
“Yer alması”.  
Martin 
Behaymın 
hazırladığı 
qlobus (1492) 
  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə