Microsoft Word 0g10az(seh1-5)k



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə10/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   74

 
 
26 
 
atmosferinə  daxil  olması  və  Yerin 
maqnit  sahəsi  ilə  qarşılıqlı  təsi-
rindən  maqnit qasırğaları  yaranır. 
Maqnit qasırğaları bir neçə saatdan 
bir  neçə  gün  müddətinə  qədər  da-
vam edir. Bəşəriyyət tarixində   in-
diyə qədər müşahidə olunan ən güc-
lü maqnit qasırğası 1859-cu ildə baş vermişdir. Alimlər maqnit qasırğalarını proq-
nozlaşdırır, meteoroloqlar isə müntəzəm olaraq maqnit qasırğalarının baş verəcəyi 
haqqında əhaliyə xəbərdarlıq edirlər. 
Maqnit qasırğaları həm də qütb parıltısının yaranmasına səbəb olur. Qütb  pa-
rıltısı günəş küləyinin elektrik yüklü hissəciklərinin Yerin atmosferinin yuxarı his-
səsi ilə toqquşması nəticəsində əmələ gəlir. Bu hadisə əsasən qütbətrafı enliklərdə 
atmosferin yuxarı qatlarından biri olan ionosfer qatında  müşahidə olunur. 
 
 
 
Xəritə-sxemə əsasən qütb 
parıltılarının il ərzində daha  
çox baş verdiyi əraziləri 
müəyyən edin.  
– Bu ərazilər əsasən hansı 
enliklərdə yerləşir? Bunun 
səbəbini izah edin.  
– Aldığınız nəticəyə əsasən 
cənub yarımkürəsində bu 
hadisənin tez-tez baş 
verdiyi əraziləri müəyyən 
edin.  
Müzakirə edin: Maqnit 
qasırğaları insanların 
sağlamlığına necə təsir 
edir? 
 
 
 
Günəş şüalarının insan orqanizminə mənfi təsirindən qorunmaq üçün yayda saat 
11
00
–17
00
 arasında gün altında uzun müddət qalmamaq, çoxlu maye qəbul etmək, 
dəriyə müntəzəm olaraq gündən qoruyucu vasitələr çəkmək vacibdir. 
 
İnfraqırmızı  şüalar 
Ultrabənövşəyi  şüalar 
Cisimləri  qızdıran  və  qırmızı  rəngə  uyğun  gələn  
infraqırmızı şüalar, gözlə görünmür, qızmış cisim-
lərdən gələn istilik kimi hiss olunur, insan dərisinə 
nüfuz edərək qan dövranını gücləndirir. Soyuqdəy-
mə, qan dövranı xəstəliklərinin müalicəsində geniş 
istifadə olunur, artıq dərəcədə qəbul edilməsi dəridə 
yanıqlar əmələ gətirir.  
Elektromaqnit şüalarının görünməyən, bənöv-
şəyi rəngə uyğun  olan,  bioloji  cəhətdən daha 
fəal hissəsi sayılan ultrabənövşəyi şüalar əsəb, 
oynaq, soyuqdəymə və digər xəstəliklərin mü-
alicəsində  tətbiq  edilən  D  vitaminini yaradır, 
çox olduqda günvurmaya səbəb olur.  
 
 
F Ə A L İ Y Y Ə T
 
2
Qütb parıltısının paylanması  
(rəqəmlər il ərzində qütb  parıltısı hadisələrinin sayıdır )
 
Şimal qütbü 
Ekvator 
Şimal 
tropiki 
Maqnit  qasırğası
 
Qütb  parıltısının görünüşü
 
  LAYİHƏ


 
 
27 
 
•   I   •  
Yer səma cismidir  


 
Mətni oxuyun və suallara cavab verin. 
Günəş fəallığının cəmiyyətə təsiri. 
Günəş fəallığının cansız aləmə, biosferə, sosial-iqtisadi 
və siyasi proseslərə təsiri haqqında  nəzəriyyəni ilk dəfə rus alimi A.L.Çijevski irəli sürmüşdür. 
O  öz  konsepsiyasını  “kosmik hava”  adlandırmışdır.  Onun  tədqiqatlarının  aktuallığı  özünü 
müxtəlif dövrlərdə baş verən sosial-siyasi, iqtisadi hadisələrin günəş fəallığının pik nöqtələri ilə 
üst-üstə düşməsində göstərir. A.L.Çijevski hesab edirdi ki, Günəş maqnit qasırğaları vasitəsilə 
ayrı-ayrı fərdlərin davranışına və onların bir-biri ilə qarşılıqlı təsirinə, bütövlükdə cəmiyyətdəki 
funksiyasına təsir göstərir. Bu isə öz təzahürünü  üsyanlar, terror aktları, çevrilişlər, müharibələr 
və s. baş verməsində tapır. Bəşə-
riyyətin  son  2,5  min  illik  tarixi 
ərzində faktları təhlil edərək Çi-
jevski  dünyada  baş  verən  tarixi 
proseslərin  morfoloji  qanununu 
işləyib  hazırlamışdır.  Bu  qanu-
nun mahiyyəti  tarixi proseslərin  
fasiləsiz dövrlər sırasından ibarət 
olması  və  onların  davamiyyəti-
nin  günəş  fəallığının  11  illik 
dövrləri ilə üst-üstə düşməsidir.  
 
 
1. Çijevski günəş fəallığı ilə bağlı hansı hadisələrin insanlara təsirini nəzərdə tutmuşdur? 
2. Günəş fəallığının maksimal qiymətlərinə uyğun dövrlərdə baş vermiş hansı tarixi hadisələri 
bilirsiniz? 
3. Günəş fəallığının dəyişmə qrafikinə əsasən 1913–24-cü illər ərzində  onun qiymətinin necə də-
yişməsinə  diqqət  yetirin.  Bu  dövrdə  Avrasiyada  və  ölkəmizdə  hansı  tarixi  hadisələr  baş 
vermişdir?   
4. Qrafiki yaşadığınız ilə kimi necə davam etdirmək olar? 
 
 
1. Günəşin təsiri ilə Yerin təbəqələrinin qarşılıqlı əlaqəsini əks etdirən prosesləri müəyyən edin 
və cədvəli tamamlayın. 
Yerin təbəqələri 
Proseslər 
Atmosfer-Biosfer 
 
Litosfer-Atmosfer 
 
Hidrosfer-Biosfer 
 
Litosfer-Biosfer 
 
Atmosfer-Hidrosfer-Litosfer-Biosfer 
 
2. Uyğunluğu müəyyən edin: 
1.
 Günəş ləkələri   
a)
 Günəş küləyinin Yer atmosferinə daxil olması 
2.
 Günəş fəallığı 
 
b)
 Günəş səthində temperaturun nisbətən aşağı olduğu hissələr 
3.
 Maqnit qasırğaları 
c)
 Günəşdə baş verən bütün fiziki dəyişikliklər 
 
 
 
d)
 Qütb parıltısının yaranmasına səbəb olur. 
  
 
 
e)
 Onun vasitəsilə Yerə ultrabənövşəyi şüalar gəlir. 
3. Verilən ərazilərdən hansılarında qütb  parıltısının  baş  verdiyini müəyyən edin: Kanada, Ark-
tika  arxipelaqı,  Taymır  yarımadası,  Novaya  Zemlya,  Antarktida,  Azərbaycan,  ABŞ,  CAR, 
Turan ovalığı, Avstraliya, İndoneziya. 
 
İnternet resurslarından  istifadə  edərək  Günəşdə baş verən hadisələr və onların Yerə 
təsiri barədə təqdimat  hazırlayın.  
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN 
DƏRSDƏN SONRA 
Günəş fəallığının 
dəyişməsi qrafiki 
  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə