Microsoft Word 0g10az(seh1-5)k



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə6/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   74

 
 
16 
 
kosmik qaz və toz dumanlıqları kütlə şəklində cəmlənmişdir. Bu həlqələrdə mad-
dələrin sıxlaşması planetlərin, asteroidlərin və digər səma cisimlərinin yaranmasına 
səbəb olmuşdur. Onlar belə hesab  edirdilər ki, Yer kürəsi əvvəlcə qızmar halda ol-
muş, onun üst hissəsi tədricən soyumuş, daxili hissələri isə ərinti şəklində qalmışdır. 
Onlar Yerdə baş verən müasir vulkanizm proseslərini bununla əlaqələndirirdilər. Bu 
fərziyyə Yer elmləri sistemində uzun müddət hökmranlıq etmişdir.  
XX əsrdə Yerin daxili quruluşunun daha dəqiq öyrənilməsi nəticəsində məlum 
olmuşdur ki, onun daxili təbəqələri, xüsusilə daxili nüvəsi bərk haldadır. Bu, Yerin 
daxilində ərinti kütləsinin üstün olduğunu iddia edən İ.Kant və P.Laplas fərziyyəsi-
nin həqiqətə uyğun gəlmədiyini sübut etdi və yeni kosmoqonik fərziyyələr yarandı.  
O.Şmidt  və  V.Fesenkovun  fərziyyəsinə  görə,  Günəş  sisteminə  daxil  olan  pla-
netlər təqribən 6-7 milyard il əvvəl qaz və tozdan ibarət soyuq diskşəkilli kosmik 
buluddan yaranmışdır. Buludun sıxılması nəticəsində kiçik kosmik qaz və toz hissə-
ciklərinin hərəkətindən əvvəlcə çoxsaylı asteroidlər meydana gəlmiş, sonra asteroid-
lər də birləşərək ilkin soyuq Yer və digər planetləri yaratmışdır 
(b)
. Beləliklə, Yer 
heç zaman tam ərimə mərhələsini keçməmişdir. 
 
 
 
(b) 
O.Şmidt və V.Fesenkova görə Günəş sisteminin yaranması 
 
Müasir dövrdə Kainatın yaranması və onun quruluşu haqqında yeni fərziyyələr 
meydana  gəlmişdir.  Bunlardan  ən  məşhurları  “Böyük  partlayış”  (“Biq  Banq”)  və 
“Qara dəlik” haqqında fərziyyələrdir 
(c)
. Hər hansı nəhəng ulduz sıxılan zaman onun 
qravitasiyası o qədər güclü olur ki, hətta işıq belə ondan uzaqlaşa bilmir. Böyük qra-
vitasiyaya malik olan bu sahə “Qara dəlik” adlanır. Bu fərziyyələrə görə, Qara dəlik-
lər böyük qravitasiya nəticəsində ulduz və səma cisimlərini “udur”,  bu zaman Böyük 
partlayış baş verir.   
• Asteroidlərin 
yaranması
 
• Kiçik kosmik qaz və toz hissəcik-
lərinin sıxılması
 
• Planetlərin yaranması
 
  LAYİHƏ


 
 
17 
 
•   I   •  
Yer səma cismidir  


 
 
Son illərdə Yerin yaranmasının dini kitablarda təsviri alimlərin diqqətini  cəlb 
edir. Onlar belə hesab edirlər ki, əslində, din də elmi təsəvvürləri inkar etmir, əksinə, 
onlardan əvvəl yaranmış və müasir elmi fərziyyələrə çox yaxındır.  
 
 
Əvvəlki biliklərinizə, dərslik və digər mənbələrə əsaslanaraq Yerin və Kainatın yaranması 
haqqında müxtəlif nəzəriyyə və fərziyyələrə uyğun müddəaları müzakirə edin.  
1.  Planetlər qızmar günəşəbənzər cismin parçalanması nəticəsində yaranmışdır (İ.Kant-
P.Laplas fərziyyəsi).  
2.  Yer  və  digər  planetlər  diskşəkilli  soyuq  kosmik  buluddan  yaranmışdır  (O.Şmidt-V.Fe-
senkov fərziyyəsi).   
3. Yer və Kainat gözəgörünməz qüvvə tərəfindən yaradılmışdır (dini nəzəriyyə). 
4.  Kainat  13  milyard  il  əvvəl  yüksək  sıxlıq  və  enerjiyə  malik  çox  kiçik  kütlənin  partlayışı 
nəticəsində yaranmışdır (“Böyük partlayış” nəzəriyyəsi). 
 
 
• Hansı fərziyyəni daha inandırıcı hesab edirsiniz? Fikrinizi dəlillərlə əsaslandırın.
 
F Ə A L İ Y Y Ə T
 
 
DİSKUSSİYA
Qara dəlik 
(c) 
 
 
  LAYİHƏ


 
 
18 
 
 
Hokinq nəzəriyyəsi. 
1942-ci ildə Böyük Britaniyanın Oksford şəhərində dünyaya göz açmış 
S.Hokinq – zəmanəmizin ən böyük nəzəriyyəçi fiziklərindəndir. O, kainat haqqında ilk nəzəriy-
yəsini  1974-cü  ildə  irəli  sürmüş  və  “Böyük  partlayış” 
nəzəriyyəsini daha da inkişaf etdirmişdir.  
S.Hokinqin  gəldiyi  nəticəyə  görə,  qara  dəliklər  əbədi  deyil: 
onlar özlərindən radiasiya şüalandırır ki, bu da getdikcə güclənir, 
nəhayət, yüksək şüalanma nəticəsində nəhəng partlayış baş verir, 
qara dəlik yoxa çıxır.  
Zaman-məkan  daxilində  sonsuz  böyük  sıxlığa,  nəhəng 
enerjiyə malik kiçik kütlə – kainatın nüvəsi yaranmış və “Bö-
yük partlayış” baş vermişdir. XX əsrə qədər belə hesab edilirdi 
ki,  Kainat  əbədi  və  ölçüsüzdür.  XİX–XX  əsrin  bir  sıra 
kosmoloqları kimi, Hokinq də bunun əksini söylədi və sübut 
etdi.  Onun  fükrincə,  digər  qalaktikalar  bizdən  uzaqlaşır  və 
Kainat genişlənir. Kainatın genişlənməsi onun keçmişdə baş-
lanğıcının  olması  fərziyyəsini  irəli  sürməyə  imkan  verir. 
Kainatın başlanğıcı – Böyük partlayış adlanır.  
S.Hokinq deyir: – Fincanın  stolun üstündən düşüb sınmasını 
görürük, amma heç kim sınan qəlpələrin bitişərək geri qayıtdığını 
görməyib.  Kainatın  genişlənməsi  ilə  nizamsızlıq  artır,  bu  isə 
gələcəyi keçmişdən fərqləndirir və zamanın istiqamətini müəy-
yən  edir.  Əgər  kainat  sıxılsaydı,  zamanın  gedişi  istiqamətini 
dəyişər və insanlar getdikcə gəncləşərdilər. Bu isə Böyük part-
layışın əksi olan “Böyük sıxılma” nəticəsində kainatın məhvinə 
gətirərdi.  
S.Hokinq  yadplanetlilərin  mövcudluğuna  əmin  olduğunu 
söyləyir. Onun fikrinə görə, kainatda milyonlarla qalaktika və hər 
qalaktikada milyardlarla ulduz var. Bu qədər səma cisimləri ara-
sında yalnız Yerdə həyatın mövcud olmasının ehtimalı çox azdır. 
Lakin  S.Hokinq  yadplanetlilərin  Yerə  gəlməsinin  bəşəriyyət 
üçün  yaxşı  nəticə  verməyəcəyinə  də  əmindir.  Kolumbun 
Amerikanı kəşf etməsi yerlilərin taleyinə necə təsir etmişdisə, 
yadplanetlilərin də Yerə gəlməsi bəşəriyyət üçün eyni sonluqla 
nəticələnə bilər. Lakin S.Hokinq Kainat və insanın yaranması, 
mövcudluğu  haqqında  sualın  cavabının  hələ  də  tapılmadığını 
söyləyir.  
 
 
1. Kant-Laplas və Şmidt-Fesenkov nəzəriyyələrini Venn diaqramında müqayisə edin. 
2. Dini və elmi fərziyyələrə aid  iki fərqli və iki oxşar  cəhət  yazın. 
3. S.Hokinqin “Əgər astronavt qara dəliyə düşsəydi, bir daha geri qayıtmazdı, lakin onun digər 
hissəsindən başqa formada çıxardı” fikrini necə izah edə bilərsiniz? 
 
  
“Qurani-Kərim”dən  verilən  ayələri  oxuyun.  Kainatın,  Yerin  və  onun  təbəqələrinin  yaranması, 
formalaşması haqqında Quranda yazılanları ümumiləşdirin, onları elmi nəzəriyyələrlə müqayisə edin 
və təqdimat hazırlayın: (http; //Quran.az//) – Surə 2; ayə 29 // Surə 11; ayə 7 // Surə 21; ayə 30 // Surə 
41; ayə 82 // Surə 51; ayə 47–48 // Surə 79; ayə 27–32). 
 
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN 
DƏRSDƏN SONRA
Stiven Uilyam Hokinq (1942). 
Məşhur ingilis fiziki və kos-
moloqu  
1. S.Hokinq nəzəriyyəsinin 
müzakirə etdiyiniz 
nəzəriyyələrdən əsas 
fərqi nədir? 
2. S.Hokinqin hansı 
fikirləri sizə daha 
inandırıcı gəlir? Nə 
üçün?
 
 
3. Alimin hansı fikri dini 
nəzəriyyələrlə üst-üstə 
düşür? 
4. S.Hokinqin fincanın 
sınması haqqında 
dediklərini necə izah 
etmək olar? 
5. Nə üçün S.Hokinq 
yadplanetlilərin Yerə 
gəlməsini arzuolunmaz 
hesab edir? 
  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə