Microsoft Word 0g10az(seh1-5)k



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə16/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   74

 
 
41 
 
•   II •  
Yer səthinin təsviri 

II 
xəritənin məzmunu ilə bağlıdır. Lakin yollar, yaşayış məntəqələri, inzibati sərhədlər 
və  s.  bu  xəritələr  üçün  ikinci  dərəcəli  komponentlər  sayıldığından  onlar  genera-
lizasiyaya daha çox məruz qalır və  xəritədən çıxarılır.  
 
 
Cədvəli  dəftərinizə  köçürün  və  xəritələrə  əsasən 
hansı məlumatları əldə etməyin mümkün olduğu-
nu  qeyd  edin.  Nəzərə  alın  ki,  hər  iki  xəritənin 
miqyası eynidir. 
 
Cənubi Amerikanın 
fiziki xəritəsi 
Cənubi Amerikanın 
siyasi xəritəsi  
... 
... 
Müzakirə edin:  
– Hansı xəritə generalizasiyaya daha çox məruz 
qalmışdır?
 
 
– Generalizasiya nədən asılı olaraq aparılmışdır? 
 
Ən az generalizasiyaya məruz qalan xəritələr  topoqrafik xəritələrdir (miqyası 1:10 
000-dən 1: 200 000-ə qədər).  Bu xəritələr kiçik əraziləri təsvir etdiyindən,  burada, 
demək olar ki, bütün  obyektlər təsvir edilir. Topoqrafik xəritələrin legendasında (le-
genda – xəritənin şərti işarələrlə verilən hissəsi) digər xəritələrə nisbətən daha çox 
şərti işarələr verilir. Onların köməyi ilə xəritələri oxumaq və ərazi haqqında ətraflı 
məlumat  əldə  etmək  mümkündür.  Topoqrafik  xəritələr  daha  çox  hərbi  məqsədlər 
üçün istifadə olunur.  
 
 
Xəritələri generalizasiya xüsusiyyətlərinə görə müqayisə edin və suallara cavab verin. 
 
 
F Ə A L İ Y Y Ə T
 
2
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
(1)
 
(2)
(4)
(3)
 
1. Hansı xəritələrin miqyası eynidir?  
2. 1-ci və 2-ci xəritələrin hansından daha 
çox məlumat əldə etmək mümkündür? 
3. 1-ci və 2-ci xəritələrin hansında gene-
ralizasiya daha çoxdur və nədən asılı 
olaraq aparılmışdır?  
4. 3-cü və 4-cü xəritələrdə generalizasiya 
nədən asılı olaraq aparılmışdır?  
5. Hansı xəritə miqyasa görə daha az ge-
neralizasiyaya məruz qalmışdır?  
  LAYİHƏ


 
 
42 
 
 
1. Verilən ərazilərin eyniölçülü kağızda təsvir olunan xəritələrini onlarda aparılan generaliza-
siyanın  artma  sırası  ilə  düzün:  1. Azərbaycanın xəritəsi. 2. Bakı  şəhərinin xəritəsi. 3. Dünya 
xəritəsi. 4. Xəzər dənizinin xəritəsi. 5. Afrikanın xəritəsi. 
 
2. Cədvəli dəftərinizə çəkin və tamamlayın: 
Generalizasiyanın müsbət cəhətləri 
Generalizasiyanın mənfi cəhətləri  
 
 
 
3. Həqiqi sahəsi  90 000 km

 olan ərazi  miqyası 1: 5000 000  və 1: 15 000 000  olan xəritələrdə nə qədər 
sahəni  tutar?  Cavabları  müqayisə  edin  və  hansı  xəritədə  generalizasiyanın  çox  olduğunu 
müəyyənləşdirin.  Fikrinizi əsaslandırın. 
 
 
 
  
M
İQYAS VƏ TƏHRİFLƏR. 
PRAKTİK DƏRS
 
 
Məlumdur  ki,  hər  bir  xəritənin  üzərində  onun  miqyası  yazılır,  məsafələr  və  sahələr  onun 
əsasında  hesablanır.  Xəritələrin  hamısında  təhriflər  mövcuddur.  Ancaq  xəritə  riyazi  cəhətdən 
düzgün təsvir olduğu üçün onun əsasında dəqiq riyazi hesablamalar aparmaq mümkündür.  
Meridian  və  paralel  qövslərinin  uzunluqlarını  yadınıza  salın  və  aşağıdakı  tapşırıqları 
yerinə yetirin. 
 
Tapşırıq 1 
 
A və B nöqtələri arasında məsafəni meridian üzrə dərəcə və km-lə hesab-
layın.  
 
Tapşırıq 2 
40° şm.e.-də yerləşən Bakı (50° ş.u. ) və Ankara (33° ş. u.) şəhərləri ara-
sında məsafəni paralel üzrə dərəcə və km-lə hesablayın (40°-lik paraleldə  
1° = 85,4 km). 
 
Xəritədə məsafələri baş və xüsusi miqyas vasitəsi ilə də nisbətən dəqiq ölçmək olar. Xə-
ritənin kənarında yazılan miqyasa baş miqyas deyilir. Baş miqyasa əsasən məsafələri yalnız 
sıfır təhriflər xətti üzrə dəqiq hesablamaq olar. Xəritənin təhriflər olan hissələrində isə mə-
safəni hesablamaq üçün xüsusi miqyasdan istifadə edilir. Xüsusi miqyas meridian və paralel 
qövslərinin həqiqi uzunluğunu onların xəritədəki uzunluqlarına bölməklə təyin olunur.  
 
Tapşırıq 3 
Dünya xəritəsində 20° q.u. və 40° ş.u. arasında 40°-lik paralel üzrə məsafə 
20 sm olarsa, xəritənin bu hissəsi üçün xüsusi miqyası tapın (1°=85,4 km).  
Tapşırıq 4 
 
Baş miqyası 1:100 000 000 olan dünya xəritəsində 30° şm.e. və 60° şm.e. 
arasında meridian üzrə məsafə 4 sm-dir. Xəritənin bu hissəsi üçün xüsusi 
miqyası tapın və baş miqyasla müqayisə edin.  
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN 
11 
  LAYİHƏ


 
 
43 
 
•   II •  
Yer səthinin təsviri 

II 
Xəritədə istənilən iki nöqtəsi arasındakı məsafənin nə qədər təhrif olunduğunu bilmək 
üçün əvvəlcə xəritənin baş miqyasına əsasən bu nöqtələr arasındakı məsafə tapılır. Sonra bu 
iki nöqtə arasındakı məsafə 1°-lik meridian və paralel qövsləri vasitəsilə hesablanır. Alınan 
cavabların fərqi xəritədə həmin nöqtələr arasındakı məsafənin nə qədər təhrif olunduğunu 
göstərir. 
Tapşırıq 5 
Miqyası 1:20 000 000 olan xəritə-sxemdə A və 
B nöqtələri arasında məsafə 12,5 sm-dir. On-
ların arasındakı məsafəni meridian qövsünə və 
miqyasa  görə  hesablayın.  Xəritədə  bu  mə-
safənin neçə km təhrif edildiyini hesablayın.  
 
Tapşırıq 6 
Miqyası 1:100 000 000 olan xəritədə C və D nöqtələri arasında məsafə 3 sm-
dir. Verilən məntəqələr 50°
 
c.e. (1° = 71,7 km) paraleli üzərində yerləşir. C nöq-
təsinin coğrafi uzunluğunun 70°
 
ş.u., D-nin isə 30° ş.u. olduğunu nəzərə alaraq 
onlar  arasında  dərəcə  və  km-lə  məsafəni  paralel  qövsünə  və  miqyasa  görə 
hesablayın. Xəritədə bu məsafənin neçə km təhrif edildiyini təyin edin. 
 
Tapşırıq 7 
Azərbaycanın 1:600 000 miqyaslı divar xəritəsində 42° şm.e. və 38°
 
şm.e. 
arasında məsafə 70 sm olarsa, təhrifi hesablayın.  
 
Tapşırıq 8 
Azərbaycanın 1:500 000 miqyaslı divar xəritəsində 40°-lik paralel üzrə 45° 
ş.u. və 50° ş.u. arasında məsafə 80 sm olarsa, təhrifi hesablayın.  
 
Tapşırıq 9 
Dünyanın  silindrik  proyeksiyada  tərtib  olunan  siyasi  xəritəsində  A  və  B 
məntəqələri 40° şm.e. və 30° şm.e. arasında, C və D məntəqələri isə 60° c.e. 
və  70°  c.e.  arasında  yerləşir.  Hansı  iki  məntəqə  arasında  məsafə  və  sahə 
təhrifi daha çoxdur? Fikrinizi əsaslandırın.  
 
*Tapşırıq-10 
Miqyası 1:80 000 000 olan silindrik proyeksiyadan alınmış xəritədə ABCD 
dördbucaqlısının hər tərəfinin uzunluğu 3 sm-ə bərabərdir.  
a)  Dördbucaqlının  sahəsini  miqyasa  görə 
tapın.  b)  ABCD-nin  Yer  səthində  həqiqi 
sahəsini hesablayın (AD və BC xətləri üzrə 
1°=111,1 km, AB xətti üzrə 1°= 104,6 km, 
DC  xətti  üzrə  isə  1°=111,3  km).  Həqiqi 
sahəni  hesablayarkən  onun  Yer  səthində 
trapesiya formasında olduğunu nəzərə alın. 
c) Alınan cavabları müqayisə edərək sahə 
təhrifini müəyyənləşdirin. 
 
 
  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə