Microsoft Word 0g10az(seh1-5)k



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə22/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   74

 
 
57 
 
•   III •  
Yer qabığının inkişaf tarixi 

III 
Dördüncü dövrdə vulkanların püskürməsindən əmələ gəlmiş vulkan külləri və 
lavalar Qarabağ vulkanik yaylasında üstünlük təşkil edir. Püskürmədən sonra lavalar 
soyuyaraq çatlamış, iri daş parçalarından ibarət çınqıllıqlar yaratmışdır. Pəriçınqılı, 
Ayıçınqılı, Qırmızıdağ, Böyük İşıqlı, Qızılboğaz, Gəlinqaya, Qızılqaya və s. sönmüş 
vulkanlar burada yerləşir.  
  Azərbaycan  Respublikası  ərazisində  psevdovulkanlar  (yalançı)  adlanan  palçıq 
vulkanları  püskürür.  Onların  sayı  300-dən  artıqdır.  Ən  böyükləri  Torağay  (400  m), 
Şıxzahirli, Axtarma-Paşalı, Qalmaz, Keyrəki, Otman-bozdağ və s.-dir. Palçıq vulkanları 
əsasən çökmə süxurlarda 4–6 km dərinliklərdə yaranır. Bu vulkanlar püskürən zaman 
Yer səthinə qaynar gil-palçıq kütləsi (salza) çıxır. Salza soyuduqdan sonra bərkiyirək 
brekçiyə çevrilir. Ən çox neftli-qazlı sahələrdə müşahidə edilir. 
Palçıq vulkanları bizim 
milli və təbii sərvətimiz  olmaqla  yanaşı,  bir  sıra xəstəliklərin  –  əsəb  sistemi,  dəri  və 
oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. 
 
 
 
Palçıq  vulkanları  xəritə-sxeminə  əsasən  müəyyən  edin:  1.  Palçıq    vulkanlarının  yayıldığı 
ərazilər  hansılardır?  2.  Palçıq  vulkanlarının  həm  quruda,  həm  də  Xəzər  dənizində  geniş  yayıl-
masının  səbəbini izah edin. 3. Palçıq vulkanlarının maqmatik  vulkanlardan  fərqi  nədən ibarətdir?  
Palçıq vulkanları təbiətin möcüzələrindən biri hesab edilir. Azərbaycan 
Respublikası 
Prezidentinin 15 avqust 2007-
ci il tarixli 2315 nömrəli 
sərəncamına əsasən "Bakı və 
Abşeron yarımadasının palçıq 
vulkanları qrupu Dövlət Təbiət 
Qoruğu" yaradılaraq 52 palçıq 
vulkanına dövlət təbiət qoruğu 
statusu verilmişdir. 
Müzakirə edin: –  İran, Qvineya körfəzləri, Şimal dənizi neft və qaz ehtiyatları ilə zəngindir. 
Azərbaycanın xəritə-sxemində verilən ərazilər onlardan hansı xüsusiyyətləri ilə fərqlənir?   
 
Palçıq vulkanları, əsasən, seymsik ərazilərdə yayılmışdır. Son illər Abşeron yarım-
adasında  palçıq  vulkanlarının 
qorunması,  müalicəvi  xüsusiyyətləri  və  turizm  ba-
xımından təbliğ olunması üçün döv
lət tərəfindən müəyyən tədbirlər həyata keçirilir.  
 
 
 
Xəritə-sxemdə  verilən  məntəqələrə  uyğun  xüsusiyyətləri 
müəyyən edin: 
1.
 Kaynozoyun əvvəlində adalar şəklində mey-
dana  gəlmişdir. 
2. 
Mezozoyun  sonu  və  kaynozoyun  əvvəlində 
tamamilə dəniz suları altında olmuşdur. 
3.
 Vulkanizm baş vermiş, 
lakin izi qalmamışdır. 
4.
 Seysmiklik və çökmə süxurların olması 
psevdovulkanizm baş verməsinə səbəb olmuşdur. 
5.
 4-cü dövrdə 
vulkanizm prosesləri fəal olmuşdur. 
6.
 Vulkanizm baş verməsə 
də, maqmatik süxurlar üstünlük təşkil edir. 
 
F Ə A L İ Y Y Ə T
 
3
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
• 4 
• 6 
• 2 
• 1 
• 5 
• 3 
Fəaliyyətdə olan 
Gömülmüş vulkanlar 
Adalar yaradan vulkanlar 
Yüz ildən artıq sakit vəziyyətdə 
olan vulkanlar 
Sualtı vulkanlar 
Palçıq vulkanları 
Bu, maraqlıdır! 
  LAYİHƏ


 
 
58 
 
 
1. Verilən ərazilərdə hansı eralara aid süxurların yayıldığını qeyd edin:
 
1.
 Böyük Qafqazın orta 
və yüksək dağlığı. 
2.
 Kür-Araz ovalığı və Zəngəzur dağları. 
3.
 Əsrikçayın hövzəsi. 
4.
 Kişik Qafqazın 
orta və yüksək dağlığı. 
5.
 Talış dağları və Lənkəran ovalığı. 
6.
 Dərələyəz və Sədərək qalxması. 
I Paleozoy      II Mezozoy       III Kaynozoy
 
2.  Sxemə və xəritəyə əsasən suallara cavab verin: 
a. 
Xəritədə göstərilən regionun formalaşmasında sxemdə təsvir edilən prosesin rolu nədən ibarətdir? 
b. 
Sxemdə göstərilən proses nəticəsində Alp-Himalay qurşağında, o cümlədən, Azərbaycan ərazisində 
hansı dəyişikliklərin baş verə biləcəyini proqnozlaşdırın. 
 
 
3. Geoloji xəritədən istifadə edərək xəritə-sxemdəki rəqəmlərə əsasən cədvəli tamamlayın.  
    
 
 
 
 
 
 
 
 
 
       
 
 
A
ZƏRBAYCANIN ENDOGEN RELYEF FORMALARI
 
 
 
Azərbaycanın ərazisi relyef xüsusiyyətlərinə görə kəskin seçilən Böyük Qafqaz, 
Kiçik Qafqaz, Talış dağları, Kür-Araz ovalığı, Arazboyu düzənliklərdən ibarətdir: 
Böyük Qafqaz Taman yarımadasından (Rusiya) Abşeron yarımadasına qədər 1500 
km məsafədə şimal-qərbdən cənub-şərqə doğru  uzanır. Azərbaycan ərazisində onun yal-
nız cənub-şərq hissəsi yerləşir. Bu hissə Tinov-Rosso zirvəsindən başlayaraq yastı yayla 
və alçaq sualtı tirələrlə Xəzər dənizinə keçərək Türkmənistan sahillərinə qədər uzanır. 
Böyük Qafqaz dağlarında əsas yeri Baş Qafqaz silsiləsi tutur. Həmin silsilənin 
Babadağ  (3629  m)  zirvəsinə  qədər  olan  hissəsi  kəskin  parçalanmışdır,  daha  hün-
dürdür  və  ən  yüksək  zirvələr  (Bazardüzü,  4466  m)  burada  yerləşir.  Babadağdan 
Geoloji dövrlər 
Məntəqələrin adları 
Paleogen 
 
Mezozoy 
 
Neogen 
 
IV dövr 
 
Alt Paleozoy 
 
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN 
Ərəbistan
Avrasiya
16 
Kosmosdan çəkilmiş 
şəklə əsasən Azərbay-
canın relyefi haqqında 
suallara cavab verin. 
 
– Azərbaycanın relyefinin  
müxtəlifliyi nə ilə əlaqə-
dardır?  
– Xəzər dənizinə doğru rel-
yef necə dəyişir? Bunun 
səbəbi nədir?  
– Yaşayış məntəqələrinin 
yerləşməsi relyefdən necə 
asılıdır?  
• 1 
• 3 
• 4
• 2 
• 6
 
• 5
• 7
• 10
• 9
• 8
• 11
  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə