Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə12/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   8   9   10   11   12   13   14   15   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

29



əlaqəlidir.  Bu  isə  birbaşa  köçürülən  şəxs,  əşya  və  predmetin  həmin  nişan, 

əlamət və işarələri özündə əks etdirməsi ilə sıx bağlıdır. Belə leksemlərin se-

mantik strukturunda metaforik işarə köçürmələrinin leksik-semantik variant-

ları özünü büruzə verir.  

Alman dilinin lüğət tərkibinin zənginləşməsinin ən mühüm yolların-

dan  biri  də  sözlərin  məna  dəyişməsi  ilə  bağlıdır.  Söz  və  onun  məna 

dəyişməsi ilə leksikologiyanın sahələrindən biri olan semasiologiya məşğul 

olur. Alman dilinin ən xarakterik xüsusiyyətlərindən biri dildə hər bir sözün 

bir və ya bir neçə mənaya malik olmasıdır.  

Ümumiyyətlə  “söz  nədir?”,  onun  məna,  məfhumla  əlaqəliliyi  nədən 

ibarətdir? – Bu məsələ daim dilçiləri, filosofları düşündürmüş, onların diqqət 

mərkəzində olmuşdur.  

Qeyd etmək istərdik ki, təfəkkür obyektiv gerçəkliyi əks etdirir. Bu 

əks  etmə  dillə  birbaşa  bağlı  olub  və  onunla  sıx  əlaqəlidir.  İnsan  obyektiv 

gerçəklikdə  olan  həqiqətləri  duyğu  orqanlarının  köməyi  ilə  dərk  edir.  Ona 

görə  də  insanın  praktik  fəaliyyəti  sayəsində  onun  şüurunda  obyektiv 

gerçəkliyi əks etdirən əşya və hadisələrlə bağlı məfhumlar yaranır. Məfhum 

bizi  əhatə  edən  obyektiv  həqiqətin  şüurumuzda  əksidir.  Bir  sözlə,  məfhum 

sözün məna məzmunudur. O, dilin səs qabığı, səsli forması olmadan mövcud 

ola bilməz. Belə ki, məfhum sözdə onun mənası kimi mövcuddur. Məna isə 

sözün məzmunudur. Bu səbəbdən də söz və məfhum müxtəlif kateqoriyalar 

kimi  qəbul  edilməlidir.  Söz  –  dilə  məxsus  kateqoriya  kimi  dil  qanunlarına 

tabedir və insan təfəkküründə məfhumun mövcudluq formasıdır, məfhum isə 

məntiqi kateqoriya olub, məntiqin qanunları ilə izah olunur.  

Leksik metaforalar üslubi metaforalardan fərqli olaraq, sözdüzəldici 

kateqoriya  kimi,  dildə  mövcud  olan  sözlərin  yeni  çalarlarını  yarada  bilir. 

Bununla belə leksik metaforalar dildə yeni sözlərin yaranmasına xidmət edir. 

Üslubi  metaforalar  isə  dildə  yeni  söz  yaratmır.  Onlar  yalnız  fikir  və 

hisslərimizin dildə müxtəlif cür ifadə edilməsində mühüm rol oynayır. Dildə 

üslubi metaforaların işlədilməsi ilə müəllif, əsasən təbiətin gözəl, emosional 

və  təsiredici  təsvirini  vermiş  olur.  Məsələn,  nəğmələrimin,  xatirələrimin 

qanadlarında, arzularımın axarında və s. 

Bəzən leksik metaforalar da üslubi metaforalar kimi düzgün söz seçimi 

ilə  məşğul  olur.  Belə  ki,  dildə  eyni  və  oxşar  mənalı  sözlərin  mövcudluğu  və 

onlardan  müəyyən  məqamlarda  düzgün  istifadə  edilməsi  ilə  dilçiliyin 

leksikologiya şöbəsi məşğul olur. Üslubiyyat isə sözlərin incə məna nüanslarını, 

rəngarəngliklərini  və  məna  çalarlarını  öyrəndiyi  halda,  leksikologiya  sözlər 

arasındakı  sinonimlik  əlaqələrini,  ədəbi  dilin  inkişafında  onların  sosial  və 

territorial  nöqteyi-nəzərdən  təhlilini,  sosiolinqvistik  və  funksional  aspektlərini 

müəyyənləşdirməyi və konkretləşdirməyi əsas hesab edir.  




Filologiya məsələləri, № 15 2017 

 

30



V. Pizani qeyd edirdi ki, dildə mövcud olan söz formasını dəyişmə-

dən  semantik  dəyişiklik  yaratmaq  mümkündür.  Məs.:  it,  öküz,  eşşək,  fil, 

tülkü, çaqqal, taxta, kötük, qaratikan, göy(dollar); Alman dilində - fuchsen, 

ochsen, büffeln, eseln, unken, äffen və s (11, 143).  

Forma,  rəng,  daxili  əlamət  və  xarakterinə,  funksiya  və  oxşarlığına 

görə  köçürmələr  zamanı  leksik  metaforalar  asanlıqla  üslubi  metaforalarla 

əvəzlənə  bilir.  Eyni  zamanda  həmin  metaforik  köçürmələr  dildə  asanlıqla 

leksik  metaforalar  kimi  də  işlədilir.  Bəzən  onlar  dilin  adi  leksik  vahidinə 

çevrilir. Məs.: gecə keçdi, işıq gəlir, günəş hərəkət edir, həyat davam edir, 

illər  ötüb  keçir,  onun  gözləri  danışır,  dili  qurumaq,  dili  lal  olmaq,  gözləri 

çuxura düşmək və s.  

Metaforalar çoxfunksiyalı olur. Onlar sırf adlandırma, dəyərləndirmə, 

dəyərini təxmin etmə və yaxud aşağılayıcı, dəyərsizləşdirici funksiyası yeri-

nə yetirir. Bunlar isə ilk öncə hər bir dilin daşıyıcısına tam məlum olan və 

dildə yayılmış leksik vahidlər olur. Feili mataforalar – fuchsen, eseln, ochsen 

çoxmənalıdır.  Məs.:  alman  dilində  -  eseln  1)  işləmək,  2)  aldanmaq  (kart 

oyununda),  3)  ələ  salmaq,  lağa  qoymaq,  4)  axmaqcasına  zarafat  etmək 

mənasında işlədilir.  

Leksik metaforalar dilin lüğət tərkibini o halda zənginləşdirə bilir ki, 

onlar konkret olaraq hər hansı bir əşya və hadisəni deyil, əksinə bir neçə əşya 

və  predmeti  göstərməklə  bir  sıra  mənaları  özündə  əks  etdirsin.  Dilin  lüğət 

tərkibinin  bu  növ  zənginləşməsi  keyfiyyət-mahiyyət  zənginləşməsi  adlanır. 

Dilin  lüğət  tərkibinin  kəmiyyətcə  zənginləşməsi  dildə  yeni  sözlərin 

yaranması sayəsində baş verir. Bu növ zənginləşmə dildə çoxmənalı sözlərin 

parçalanması,  omonimlərin  yaranması  sayəsində  əmələ  gəlir.  Deməli, 

metaforik adköçürmələrə dilin lüğət tərkibinin semantik zənginləşmə vasitəsi 

kimi baxılmalıdır. Dildə təkcə isimlər deyil, həmçinin sifətlər, feillər və feili 

sifət  formaları  da  metaforik  olaraq  işlənə  bilir.  Məs.:  scharfe  Augen  (iti 

gözlər),  scharfe  Stimme  (sərt,  kəskin  səs),  scharfer  Blick  (sərt  baxış);  tiefe 

Verachtung (dərin nifrət), fester Schlaf (dərin yuxu), reines Gewissen (təmiz 

vicdan), tiefer Ton (alçaq səs), tiefe Farbe (tünd rəng); feili metafora kimi – 

den Genuss versalzen (bir kəsin ovqatına (kefinə) soğan doğramaq, feili sifət 

forması  kimi  –  brennende  Augen  (  yandırıcı,  dalayıcı  gözlər),  brennende 

Frage (mühüm, ümdə məsələ), versteinertes Herz (daşa dönmüş, daşlaşmış 

qəlb) və s.  

Sözün mənası bütün dövrlərdə, hər zaman stabil, konstant (dəyişməz) 

qala  bilməz.  Söz  mənasının  dəyişməsi  həqiqətdə  olan  əşya  və  hadisələrin 

dəyişməsi  ilə  baş  verir.  Dilçilər  sözün  mənasının  dəyişməsini  dilin  ictimai 

mahiyyəti, cəmiyyətin inkişafı və insan təfəkkürü ilə bağlayırlar. L.Zütterlin, 

O.Vayze  kimi  tədqiqatçılar  sözün  mənasının  nadir  hallarda  dəyişməz 

olduğunu iddia edirlər (8, 117; 9, 227). O. Behagel söz mənasının dəyişməsi 



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə