Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə15/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   11   12   13   14   15   16   17   18   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

36



XATİRƏ ƏHMƏDOVA 

filologiya üzrə fəlsəfə doktoru, dosent  

ADU 

xatira-melikova@mail.ru 



 

ALMAN DİLİNDƏN AZƏRBAYCAN DİLİNƏ 

TRANSLİTERASİYA EDİLMƏ QAYDALARI  

 

Açar sözlər: transliterasiya, fonetik yazı, dil, Almaniya, Azərbaycan 



Key words: transliteration, phonetic writing, language, Germany, 

Azerbaijani 

Ключевые слова: транслитерация, фонетическое письмо, язык, 

Германия, Азербайджан 

 

Azərbaycan  və  alman  xalqlarının  hər  birinin  özünəməxsus  milli, 



mənəvi  sərvətlərini  yaradan  dillərinin  tipoloji  fonetik  semantik-morfoloji 

sintaktik baxımdan öyrənilməsi bu dillərin müxtəlif məzmunlu fərqli üslublu 

mətnlərinin  bir-birinə  tərcümə  olunması,  yazılışca  və  deyilişcə  fərqlənən 

xüsusi  adların,  söz  və  terminlərin  transliterasiyası  yolu  ilə  çatdırılması  və 

təhlili həm dil nəzəriyyəsi, həm də müqayisəli dilçilik üçün dəyərli bir elmi 

hadisədir. 

Son  illərdə  –  müstəqillik  illərində  Azərbaycan  Respublikasında 

ictimai-siyasi,  ədəbi-mənəvi,  elmi  sferalarda  milli  təhsil  sistemində  olduğu 

kimi  xarici  dillərin  öyrənilməsinə  həsr  olunmuş  gərəkli  və  təxirəsalınmaz 

tədqiqatların  yazılmasında  və  bu  dillərin  tədrisində  də  yeni  istiqamətlər 

özünü göstərməkdədir. 

Bu cəhət Azərbaycan dilinin xarici dillərlə müqayisəli şəkildə tipoloji 

baxımdan tədqiq olunması üçün də möhkəm etibarlı zəmin və stimul yaradır, 

həmçinin  müxtəlifsistemli  dillərdəki  kiümumi,  universal  və  fərqli 

xüsusiyyətlərin müəyyənləşdirilməsi üçün əlverişli imkanlar açır. Həllini gözlə-

yən məsələlərdən biri də xarici dillərdən birinin sözlərinin Azərbaycan dilində 

transliterasiya edilməsinə aid araşdırmaların aparılması işidir. 

Transliterasiya  deyilərkən  ümumi  halda  “fonetik  yazı”  kimi  qiymətlən-

dirilən  transkripsiyanın  nəzər-diqqəti  cəlb  edən  xüsusi  bir  növü  olaraq  qəbul 

edilir.  Söhbət  xüsusi  adların  transkripsiyasından  getdikdə  o  zaman  “translite-

rasiya”  termini  işlənir.  Transliterasiya  xüsusi  adlara  münasibətdə  hədəf  dilin 

fonetik yazısının mənbə dilin fonetik yazılışına uyğunlaşdırılması, bir fərqli səs-

əlifba sisteminin başqa bir səs-əlifba sistemi üzərinə köçürülməsidir. 

Diftonqların – alman dilinin səs-heca sistemində spesifik bir yer tutan 

iki  saitin  bir  hecada  birləşməsinin  Azərbaycan  dilində  qarşılığı  olmadığına 

görə onların ifadəsi müəyyən çətinliklərlə bağlı olur. Bu cəhətdən [ei] /ae/ 




Filologiya məsələləri, № 15 2017 

 

37



diftonqu  ayrıca  mövqe  tutur  və  daha  geniş  yayılması  ilə  seçilir.  Bəhs 

etdiyimiz diftonqun dilimizə indiyə qədər rus dil-əlifba ənənəsinin təsiri ilə 

yanlış olaraq [e] və [y] işarələri ilə deyil, mənbə dildə – əslində olduğu kimi 

və  səslənməyə  uyğun  olaraq  [a]  və  [y]  işarələrinin  birləşməsi  şəklində 

verilməsi daha ağlabatandır, daha doğrudur. 

Einstein /ʹ

>

ɑenʃtaen/ - Aynştayn 



Heine /ʹhaenə/ - Hayne 

Fleischer /flɑeʃər/ - Fleişer 

Schneider /ʹʃnɑedər/ - Şnayder 

Steinmeier /ʹʃtɑenmɑeər/ 

Wittgenstein /ʹvıtgənʃtɑen/ - Vitgenştayn 

2.  [ɑ]  və  [u]  saitlərinin  birləşib  bir  heca  əmələ  gətirməsi  ilə  yaranan 

/ɑu/ 

>

ɑo diftonqu mənbə dildəki ilkin səsləşməyə müvafiq olaraq hədəf dildə 



də həmin işarələrlə verilməlidir: 

Adenauer /ʹ

>

ɑ:de 


nɑoər/ - Adenayer 

Schopenhauer /ʹʃopen hɑoər/ - Şopenhauer 

Gauger /ʹgɑogər/ - Qauger 

Kraus /ʹkrɑos/ - Kraus 

Auerbach /ʹ

>

ɑoərbax/  



3.  [eu]  /  ɔØ  diftonqu  da  səslənməyə  uyğun  olaraq  əlifbamızdakı 

müvafiq işarələrlə qeydə alınmalıdır: 

Freud /ʹfrɔØt/ - Froyd 

Feuerbach /ʹfɔØr bax/ - Foyerbax 

Reus /ʹfɔØs/ - Roys 

Müqayisə et, rus dilində: Фрейд, Зигмунд Фрейд 

4. Rus dilindən fərqli olaraq həm alman, həm də Azərbaycan dillərində 

[h]  səsi  olduğundan  müvafiq  xüsusi  adlar  da  analoji  şəkildə  yazılmalı  və 

tələffüz edilməlidir: 

Hauptmann /ʹhɑoptˌ man/ - Hauptman 

Hoffman /ʹhof manˌ man/ - Hoffman 

Hesse /ʹhɛsə/ - Hese 

Helmut /hɛlmut/ - Helmut 

Hartmann /ʹhartˌ man/ - Hartmann 

Verilmiş  sözlərin  rus  transliterasiya  standartları  vaxtilə  avtomatik 

olaraq  Azərbaycan  dilində  də  qəbul  olunmuşdur  ki,  bunların  yazılışı 

Azərbaycan dilinin səs sisteminə uyğunlaşdırılmalıdır. Müqayisə et: 

? Гауптманн = Hauptman 

? Гофман = 

Hofman 


? Гессе   = 

Hesse 


? Гелмут 

 = 


Helmut 

? Гартман =  Haptman 




Filologiya məsələləri, № 15 2017 

 

38



Qeyd etmək lazımdır ki, Hegel, Hayne, Husert, Humboldt, Hans kimi 

məşhur  ad  və  soyadların  yazılması  və  oxunmasında  artıq  tam  sabitləşmə 

müşahidə olunmaqdadır.  

5.  Azərbaycan  dilində  həm  [q],  həm  də  [h]  səslərinin  mövcudluğu 

həmin hərf-işarələrlə başlayan sözləri dəqiq qeydə almaq imkanı yaradır ki, 

bu qaydaya əməl olunmalıdır. Müqayisə et: 

Gaus /ʹqɑos/ - Gaus 

Germann /ʹqɛrman/ - German 

Gert /ʹqɛrt/ - Gert 

Genscher /ʹqɛnʃər/ - Genşer 

Mübahisələrə  səbəb  olan  Goethe  sözünün  yazılışı  da  bu  qəbildəndir. 

Həmin  ulu  adda,  Allah  (Gott)  sözü  ilə  bağlı  olan  adda  [h]  səsindən  əsər-

əlamət  yoxdur.  Beləliklə,  həmin  xüsusi  ad  birmənalı  şəkildə  belə 

yazılmalıdır: 

Goethe /ʹqØ:tə/ - Göte  

Qeyd  edək  ki,  uzun  müddət  transliteration  interferensiyaya  məruz 

qaldığımız rus dilində [h] və [q] səsləri qarışdırılır ki, bu da anlaşılmazlığa 

səbəb olur, həmin səslər bəzən də [x] işarəsi ilə verilir. Müqayisə et: 

Horst  - ? Хорст 

Heideffer /ʹhɑedeˑqəR/ - ? Хайдеггер - Haydeqer  

Hummels /ʹhuməls/ - ? Хумелс - Humels 

6. Alman dilinin fonetik qaydalarına görə [h] samiti müstəqil səs kimi 

tələffüz olunmur, yalnız qarşısında gəldiyi saitin uzunluğunu göstərir, xüsusi 

adların  alman  dilindən  Azərbaycan  dilinə  transliterasiyasında  da  bu  cəhət 

nəzərə alınmalıdır: 

Bühler /ʹby:ləR/ - Büler 

Hahn /ʹha:n/ - Han  

Ehelich /ʹ

>

e:eˑlıç/ - Elix 



7.  Alman  dilində  səslənməyə,  transkripsiya  qaydalarına  rəğmən 

yazılışın  və  tələffüzün  asanlığı,  kakafoniyanın  qarşısının  alınması  naminə 

sözün  sonunda  gələn  z/ts/  elementinin  sadəcə  olaraq  [s]  kimi  verilməsi 

məqsədəuyğun olar və daha münasibdir: 

Franz /ʹfrants/ - Frans 

Kainz /ʹkɑents/ - Kayns 

Heinz /ʹhɑents/ - Hayns 

Glinz /ʹqlınts/ - Glins 

Trunz /ʹtrunts/ - Truns 

Anlaşmaya,  sözün  bütövlüyünə  heç  bir  xələl  gətirməyən  həmin 

qaydanı sözün əvvəlinə də tətbiq etmək olar. Müqayisə et: 

Zimmermann /ʹtsımɛrman/ - Simmermann  

Zweig /ʹtsvɑek/ - Svayq 



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə