Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə18/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   14   15   16   17   18   19   20   21   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

44



Həcmi  18-25  cümlə  ola  bilər.  Hər  mərhələ  üçün  yazı  norması 

müəyyənləşdirilir: a) tələbə ingilis dilində və lüğət minimumuna daxil olan 

söz və sözbirləşmələrini düzgün yazmağı; 

 b)  Yazılı  tapşırıqları  yerinə  yetirməli;  c)  mətn  əsasında  öz  fikrini 

yazı vasitəsi ilə qısa ifadə etməyi bacarmalıdır. 

 

Ədəbiyyat  



 

1. Borich,G.D. Effective teaching methods. Upper Saddle River, 1996.  

2. Devine, Thomas G. Teaching studies skills. Boston, 1987.  

3. English As a Second Language and English Literacy Development. The 

Ontario Curriculum. Grades 1-8. Ministry of Education of Ontario. 1999 

 

 



Ф.Гусейнова  

 

Роль внеаудиторной самостоятельной работы в обучении 



иностранных языков 

 

Резюме 



 

Внеклассное  чтение  дает  студентам  возможность  расширить 

свои способности в обучении иностранным языкам.  

Чтобы  достичь  практической  цели  следует  уделять  особое 

внимание  содержанию  и  объему  материала  для  внеаудиторной  самосто-

ятельной работы.  

Объем материала на I этапе составляет 1-3 страницы в неделю, на 

II этапе 3-6 страницы в неделю и т.д. 

Правильный выбор языкового материала улучшает способности и 

знание в соответствии с содержанием материала, и постепенно увеличивая 

требования  к  изученному  материалу,  мы  готовим  их  к  устной  речи  и 

ведению беседы на различные темы на иностранном языке. 

 



Filologiya məsələləri, № 15 2017 

 

45



F. Huseynova 

 

the role of independent work in learning foreign languages 



 

Summary  

 

Extracurricular reading material provides students with the ability to 



expand their foreign language knowledge, achieve practical goals.  

For this purpose, special attention should be given to the selection of 

material.  

The texts should be interesting; content of them should be based on 

their previous knowledge. The volume of the texts can be taken as follows: 

in the I stage-1-3 pages in the week, in the II stage-3-6 pages, etc.  

According to requirements of training we also improve the students 

speaking  abilities  and  skills,  as  we  ask  them  to  provide  discussions  after 

reading.  

 

 



Rəyçi:                Gülnarə Əhmədova 

                 filologiya üzrə fəlsəfə doktoru, dosent  

 



Filologiya məsələləri, № 15 2017 

 

46



SAMİRƏ ORUCOVA 

BDU  


Filologiya üzrə fəlsəfə doktoru, dosent  

samira@mail.ru  

 

SÖZ BİRLƏŞMƏSİ VƏ ONUN TƏDRİSİNİN ÜMUMİ  



MƏSƏLƏLƏRİ 

 

Acar sözlər: Söz birləşməsi, nitq, vasitə, ünsiyyət vasitələri, orta məktəb, 



mündəricat, söz birləşmələrinin təsnifi, anlayışı. 

Keywords: Phrases,kinds of communication, speech, high school, contents, 

concept, classification of phrases. 

Ключевые слова: Словосочетания, средства общения, речь, средняя 

школа, содержание, понятие, классификация словосочетаний. 

 

Dil insanlar arasında istifadə olunan ən  mühüm və praktik ünsiyyət 



vasitəsidir.  Nəzərə  alsaq  ki,  dilin  ən  önəmli  funksiyalarından  biri 

kommunikativlik funksiyasıdır, bu zaman cəmiyyətin var olmasının mühüm 

amillərindən  biri  kimi,  dilin  varlığının  vacibliyi  də  inkaredilməz  fakt  kimi 

ortaya çıxır.Müasir dövrdə cəmiyyətdə sıx əlaqələrin qurulması və insanların 

bir-birini anlaması üçün ən başlıca vasitə sözdür. Dil ünsiyyət vasitəsi, nitq 

isə, ünsiyyət prosesidir. Bu baxımdan nitq sözlərin rabitəli şəkildə işlənməsi 

nəticəsində  meydana  çıxır.  Sözlər  arasında  rabitənin  və  sistemliliyin 

qurulması  üçün  həmin  sözlərin  konkret  qaydalar  əsasında  birləşməsi  və 

sonra  nitqdə  işlənməsi  çox  önəmlidir.  Məhz  buna  görə  də,  nitqimizdə 

işlətdiyimiz sözlər nəzəri cəhətdən  “Nitq  hissələri”  adı  altında qruplaşırlar. 

Nitq  hissələri  dilçiliyin  “Morfologiya”  bölməsinin  tərkib  hissəsi  kimi 

öyrənilir. Lakin qeyd etdiyimiz kimi, sözlərin heç bir dəyişikliyə uğramadan 

nitqdə  işlədilməsi,  nitqdə  rabitəsizliyə  və  anlaşılmazlığa  səbəb  ola  bilər. 

Məhz bu baxımdan sözlərin müxtəlif şəkilçilər, məna və qrammatik əlaqələr 

vasitəsilə  birləşərək  nitqdə  işlədilməsi,  nitqin  formalaşmasının  başlıca 

xüsusiyyətidir.  Bu  proses  zamanı  sözlərin  çox  hissəsi  onları  məna  və 

qrammatik  cəhətdən  cümlə  daxilində  ayrılmaz  bir  şəklə  salır  ki,  nəticədə 

artıq sintaktik vahidlər-söz birləşmələri əmələ gəlir. Dilimizdə söz birləşmə-

lərinin  əmələ  gəlməsi,  həmçinin  Azərbaycan  dilinin  tipoloji  bölgü 

baxımından iltisaqi dillər qrupuna daxil olması ilə də əlaqədardır. Məlumdur 

ki, dünya dilləri içində flektiv dil qrupuna daxil olan dillərdə sözlər kökdən 

dəyişmə və ön şəkilçilər vasitəsilə müxtəlif formalara çevrilir və cümlə da-

xilində bir-biri ilə əlaqəyə girir. Kök (amorf) dillərdə isə sözlər ümumiyyətlə 

heç bir dəyişikliyə uğramadan nitqin bir parçasına çevrilir. Bu dil qrupların-

dan  fərqli  olaraq,  Azərbaycan  dilində  sözlərin  qrammatik  dəyişmələri  və 



Filologiya məsələləri, № 15 2017 

 

47



əlaqəyə  girməsi  dedikdə,  məhz  müxtəlif  qrammatik  kateqoriyalar  qəbul 

edərək  nitq prosesində işlədilməsi  nəzərdə tutulur.  Ümumiyyətlə  bu  proses 

bütün  türk  dillərinin  qrammatik  quruluşunda  özünü  göstərir.  Xüsusilə  də 

oğuz  dil  qrupuna  məxsus  dillərdə  oxşar  qrammatik  dəyişmələri  müşahidə 

etmək mümkündür. Türkoloqların araşdırmalarına görə, anadolu türkcəsində 

söz  birləşmələri  Azərbaycan  dilinə  çox  yaxındır.  Belə  ki,  ismi  birləşmələr 

Anadolu  türkcəsində  “belirtili  tamlama”,  “belirtisiz  tamlama”  və  “takısız 

tamlama”  adlandırılır.  Quruluş  və  məna  xüsusiyyətləri  baxımından  isə, 

Azərbaycan  dilindəki  söz  birləşmələrinə  çox  bənzəyir.  Lakin  Azərbaycan 

dilinin qrammatikasında, söz birləşmələri barədə bir sıra ümüumi məsələlər 

vardır ki, bu problemlər çox zaman istisnalar və eyniliklərlə müşaiyət edilir. 

Bu  məsələləri  anlamaq  üçün,  ilk  növbədə  söz  birləşməsi  anlayışının 

mahiyyətinə nəzər yetirmək lazımdır. 

 

Ali  məktəb  dərsliklərində  söz  birləşmələri  yalnız  bir  neçə  sözün 



birləşməsindən  ibarət  olmaq  dairəsindən  çıxarılaraq,  əhəmiyyətli  dil  vahidi 

rakursundan  araşdırılmışdır.  Bu  baxımdan  feli  birləşmələrin  tədqiqi  və 

tədrisi  məsələsi  xüsusi  bir  əhəmiyyətə  malikdir.  Məlumdur  ki,  feli 

birləşmələrin əsas tərəfi felin təsriflənməyən formaları – məsdər, feli sifət və 

ya  feli  bağlamadır.  Bu  formalar  birləşmə  daxilində-cümləndə  işləndikdə 

tərkib əmələ gətirir. Yəni, cümlədə özündən əvvəl işlənən sözlərlə birgə, öz 

funksiyasına  uyğun  olaraq,  müvafiq  cümlə  üzvü  vəzifəsində  işlənir. 

Ə.Abdullayev, Y.Seyidov və A.Həsənovun müəllifi olduğu ali məktəblərdə 

sintaksis tədrisi üçün nəzərdə tutulmuş “Müasir Azərbaycan dili” dərsliyində 

feli  birləşmələr  barədə  belə  bir  fikir  verilmişdir:  “  Feli  birləşmələrdə, 

hərəkətlə onun aid olduğu, ya da ona aid olan müxtəlif anlayışlar arasındakı 

əlaqələr  əks  olunur”  (1,  57).  Bu  tərifdə  hərəkətlə  onun  aid  olduğu  anlayış 

arasındakı əlaqə dedikdə, felin təsriflənməyən formaları ilə birləşən müxtəlif 

nitq hissələrinə aid sözlər arasındakı bağlılıq nəzərdə tutulur. Məsələn: Bakı 

şəhərində yaşayanda, böyük mağazaya girən, yaxşı oxumaq, bu barədə çox 

danışmaq  və  s.  Göründüyü  kimi,  birinci  və  ikinci  misalda  feli  bağlama 

isimlə, üçüncü misalda sifətlə, dördüncü misalda isə sayla əlaqəyə girmişdir. 

Yəni,  hərəkətin  aid  olduğu  anlayışlar  fərqli  olsa  da,  onlar  arasında  mütləq 

müəyyən bir sintaktik əlaqə vardır. 

Sözlər  əlaməti,  keyfiyyəti,  çoxluğu,  ayrılmazlığı  və  ya  konkret  nə-

yinsə  adını və  s.  bildirmək  məqdəsilə birləşib  mürəkkəb  sözlər  formasında 

da  təzahür  edirlər.  Məsələn:  yavaş-yavaş  (əlamət),  uzunsaçlı  (əlamət), 

günəbaxan  (ad)  və  s.  Y.Seyidov  həmçinin  onu  da  qeyd  edir  ki,  sözlər  söz 

birləşməsi  əmələ  gətirdikdən  sonra  da  yeni  leksik  vahidə-mürəkkəb  sözə 

çevrilə bilər. Məsələn, yuxarıda qeyd etdiyimiz “günəbaxan” sözü adi halda, 

mürəkkəb söz kimi işlədilməzsə və bitişik yazılmazsa, feli sifət tərkibi kimi 

çıxış edə bilər. Məsələn: Uşaqlar həyətdə günəbaxan toxumu çırtlayırdılar. 



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə