Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə17/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   13   14   15   16   17   18   19   20   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

42



Nəzakət,  arzu  razılıq,  etiraf,  qiymətləndirmək,  vəziyyətlə  əlaqədar  sərbəst 

oxu materialı da bura daxildir. Fikri şifahi formada ifadə etmək dərsdənkənar 

sərbəst  oxu  əsasında  tələbənin  hal-vəziyyətilə  əlaqədarlandırılır.  Əlavə 

olaraq universitet həyatı, ölkəmizin həyatı və ölkəşünaslıq materialları ndan 

istifadə etmək də yararlı ola bilər.  

 Dərsdənkənar  sərbəst  oxu  üçün  dil  materialının  seçilməsi  sözsüz  ki,  çox 

önəmlidir. Dil materialı çox sadə olarsa bu arxayımlıq hissi, çox çətin olarsa 

tələbədə  qorxu  hissi  yarada  bilər.  Bu  səbəbdən  ilk  növbədə  lüğət  – 

minimumunu  müəyyən  etməklə,  (məsələn  I  mərhələdə  orta  məktəbdə 

öyrənilmiş  800  söz  və  sözbirləşmələri  tələbənin  fəal  lüğət  minimumuna 

daxildir)  digər  mərhələr  üçün  də  söz  bazası  seçilir.  Fəal  lüğət  minimumun 

seçilməsi  çətinlik  dərəcəsi  nəzərə  alınmaqla  həm  də  mütləq  tələbələrin 

maraq dairəsi çərçivəsində həyata keçirilməlidir. 

Əlbəttə  ki,  dərsdənkənar  sərbəst  oxu  üçün  dil  materialının  seçilməsi 

zamanı grammatik – minimum da unudulmamalıdır, belə ki bu da xarici dillərin 

öyrənilməsində  ən  önəmli  yerlərdən  birini  tutur.  Orta  məktəb  qrammatik  – 

minimumunda sadə cümlə (təsdiq və inkar) sualın əsas növləri, şəxsli və şəxssiz 

cümlə, modal fellər can, may, must və onların ekvivalenti. There (be) ifadəsi və 

s. nitqdə avtomatlaşmalı və şifahi formada olan nitqdən heç bir çətinlik olmadan 

dinləməklə anlanılmalıdır.  

Öz fikrini xarici dildə ifadə etmək və xarici dildən şifahi formada olan 

nitqi  dinləməklə  anlamaq  üçün  tələbə  artikl,  təyin,  ismin  növləri,  sifətin 

dərəcələri, say, əvəzlik,felin Present, Past, Future İndefinite, Present Continious 

(active) Present Perfect (active) cerundun sadə formasını bilməlidir. 

Təlim  fəaliyyəti  tələbənin  danışma  və  dinləmə  -  anlama  üzrə 

müəyyən bir vəziyyət haqqında rollarda çıxış etməyini tələb edir. Danışma 

və dinləməklə - anlama işləri qarşılıqlı surətdə aparılır. Buraya tanış olmaq, 

nümunələr  əsasında  danışma,  plan  üzrə  danışma,  yaradıcı  və  sairə  təsviri 

işlər  daxildir.  Bu  zaman  tələbələr  dialoq  və  monoloq  formasında  olan 

mətnlərlə əhatə olunmalıdır. Dərsdənkənar sərbəst oxu üçün dil materialının 

seçilməsi  ilə  tələbənin  ilk  mərhələdə  sadə  danışma  və  dinləmə  -  anlama 

fəaliyyətinə də yardım etmış oluruq.  

Dərsdənkənar sərbəst oxu üçün dil materialının düzgün seçilməsi nitq 

materialının xarakterinə uyğun olaraq tələbələrin xarici dil bacarıqlarını inkişaf 

etdirir və biz tədricən verilən tələbləri də artırırıq. 

 Dərsdənkənar sərbəst oxu ilə yanaşı biz onların ictimai siyasi biliklərinı 

və  dünyagörüşlərini  artırmaqdan  ötrü  qəzet  materiallarinin  da  oxunulmasına 

diqqət veririk. Növbəti mərhələlərdə tələbə aşağıdakıları bacarmalıdır:  

 

a) xarici dildə şəxsən ünsiyyət zamanı, həmçinin dinləmə çalışmalarını 



dinləməklə  anlamağı  bacarmalıdır,  ali  məktəbin  ixtisası,  ictimai  –  siyasi 


Filologiya məsələləri, № 15 2017 

 

43



məsələlərə aid dəqiqədə 180-200 sözü olmaqla 3 dəqiqə davam edən mətni 

dinləyib anlamalıdır.  

 

b)  şifahi  formada  hər  hansı  baş  verən  hadisə  haqqında  qısa 



məlumatlar  vermək,  vəziyyətlə  əlaqədar  dialoqlarda  fəal  iştirak  etmək,  hər 

hansi bir situasiyaya qarşı öz münasıbətini bildirərək razılıq, narazılıqlarını 

bildirmək  kimi  vərdişlərin  aşılanması  çox  önəçli  yerlərdən  birini  tutur.  Bu 

mərhələdə  atrıq  danışma  və  dinləməklə  anlamanın  həcmi  18-20  cümlədən 

ibarət ola bilər. 

Təlimin  növbəti  mərhələsində  tələbənin  formalaşmış  bacarıq 

səviyyəsi  elə  olmalıdır  ki,  o,  lazım  olan  məlumatla  çıxış  edib,  söhbət  və 

müzakirənin iştirakçısı olsun.  

Bu mərhənin vəzifəsi isə ondan ibarətdir ki,sonda a) tələbə məruzəçi, 

dinləyici,  aparıcı,  müsahib  və  s.  rollarda  çıxış  etməyi;  b)  ixtisası  üzrə  və 

ictimai – siyasi mövzuda məlumat verməyi bacarmalıdır.  

Dərsdənkənar  sərbəst  oxu  tələbələrə  müstəqil  olaraq  öz  üzərlərində 

işləməyi,  oxu  materialı  ilə  yanaşı  dinləməklə  anlama  vərdişlərinin  də 

müstəqil  olaraq  təkmilləşdirilməsi  yolu  ilə  baş  verir.  Bu  mərhələdə  nitq 

materialının xarakteri də fərqlənir.  

Buraya  monoloq  formasında  danışıq,  dialoq,  söhbət,  müzakirə 

daxildir. Bütün bu işlər dərsdənkənar sərbəst oxu kimi ixtisas istiqamətində 

və ictimai – siyasi ədəbiyyat əsasında aparılır. Tələbənin ixtisası üzrə jurnal 

məqalələri, monoqrafiyalardan da istifadə olunur.  

Bu  mərhələdə  dərsdənkənar  sərbəst  oxunun  köməyi  ilə  dil 

materialının  seçilməsinə  verilən  tələblər  bir  qədər  də  artırılır,  əvvəlinci 

mərhələdə  öyrənilən  lügət  minimum  -1200  söz  və  sözbirləşməsi  daxil 

olmaqla, bu  mərhələnin  sonuna  kimi təkmilləşdirilir.  Qrammatik  minimum 

da əvvəlinci mərhələyə daxil olanları təkmilləşdirməklə həyata keçirilir.  

Beləliklə tədris fəaliyyətinin məzmunu təkmilləşdirilərək danışma və 

dinləməklə - anlama üçün müxtəlif növ söhbət, müsahibə, müzakirə, ixtisasa 

aid  orijinal  mənbələrdən  istifadə  etməklə  məruzə  etmək  kimi  bacariqlar 

tələbələrə  öyrədilir  və  inkişaf  etdirilir.  Təlimin  sonuncu  mərhələsində 

dərsdənkənar  sərbəst  oxunun  köməyi  ilə  nitq  bacarığına  verilən  tələblər 

inkişaf etdirilir  

 

 a) tələbə dəqiqədə 220 heca olmaqla monoloq və dialoq formasında 



olan nitqi dinləməklə anlamalı, 

b) ixtisasına, ictimai – siyasi mövzular üzrə oxuduğu ədəbiyyat üzrə 

məruzə etmək bacarığına malik olmalıdırlar. Məlumatın həcmi 10-12 cümlə, 

nitq surəti bir dəqiqədə təxminən 120 söz olmalıdır.  

c) söhbət, müzakirədə iştirak etmək.  



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə