Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə19/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   15   16   17   18   19   20   21   22   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

48



Küçədə  günə  baxan  oğlan  mənim  qardaşımdır.  Birinci  cümlədə  iki  sözün 

birləşməsi mürəkkəb söz, ikinci cümlədə isə, feli birləşmə əmələ gətirmişdir. 

Hər  iki  halda  “gün”  və  “baxmaq”  sözləri  arasında  əlaqə  yaratmaq  üçün 

qrammatik  şəkilçilərdən  istifadə  edilmişdir.  Birinci  sözə  ismə  yönlük  hal 

şəkilçisi, felə isə, feli sifət şəkilçisi əlavə edilmişdir. Başlıca olaraq nəzərə 

almaq lazımdır ki, söz birləşməsinin tərəfləri öz müstəqil mənasını saxlayır və 

cümlə  daxilində  əlaqələnərək,  birləşmə  əmələ  gətirir.  Həmçinin,  mürəkkəb 

sözün  komponentləri  birləşərək,  bir  vurğu  altında  deyilir.  Mürəkkəb  sözün 

tərkib hissələri öz ilkin mənasından uzaqlaşır və birləşərək konkret bir anlayışı 

adlandırmaq  üçün  istifadə  olunur.  Bu  isə  söz  birləşməsinin,  dilin  nominativ 

funksiyasının  praktik  olaraq  reallaşmasında  böyük  rol  oynadığını  sübut  edir. 

Yəni,  bəzən  hər  hansı  bir  məfhumu  bildirmək  üçün,  bir  sözə  deyil,  bir  neçə 

sözün birlikdə işlənməsinə ehtiyac olur. Təbii ki, nominativ funksiyanı yerinə 

yetirmək üçün ilk növbədə sözdən istifadə olunur. Lakin qeyd etdiyimiz kimi, 

bəzi anlayışları daha dəqiq ifadə etmək və ya adlandırmaq üçün bir neçə sözün 

birləşməsindən istifadə olunur. Bu baxımdan, söz birləşməsi sözə nisbətən daha 

konkret məzmun bildirir və anlayışı dəqiq olaraq adlandırır. Məsələn: 1. Sanki 

quruya  düşmüş  balıq  özünü  yerdən-yerə  çırpırdı.  Bu  cümlədə  “Balıq”  sözü 

mübtəda  vəzifəsində  işlənərək  digər  sözlərlə  əlaqəyə  girmişdir,  daha 

doğrusu,  mübtəda  xəbərlə  uzlaşma  əlaqəsi  vasitəsilə  bağlanır.  “Balıq” 

anlayışının  cümlədəki  ifadə  forması  dəqiqləşdirilir  və  bu  məqsədlə  həmin 

sözün  əvvəlinə  “quruya  düşmüş”  feli  birləşməsi  – feli sifət  tərkibi  artırılır. 

Həmin  cümlədə  təyin  vəzifəsində  işlənmiş  feli  birləşməni  ixtisar  etsək 

mübtədanın məzmununda qeyri-müəyyənlik yaranacaq – “Sanki balıq özünü 

yerdən-yerə çırpırdı”. Burada artıq balığın nəyə görə belə hərəkət etməsinin 

səbəbi  öz  əksini  tapmır.  Deməli,  söz  birləşməsi  hadisənin  səbəbini 

dəqiqləşdirir və cümlə üzvünün məzmununu konkretləşdirir. Eyni zamanda, 

söz morfoloji, söz birləşməsi isə sintaktik vahiddir. Söz müstəqil şəkildə, söz 

birləşməsi isə, cümlə daxilində əmələ gəlir. Sözlər cümlə daxilində müəyyən 

bir şəkilçi qəbul etmədən, müstəqil şəkildə də işlənə bilər. Məsələn: məktəb 

ən müasir formada təmir olundu. Bu cümlədə məktəb və təmir sözləri heç bir 

hal,  mənsubiyyət,  xəbərlik  və  ya  digər  şəkilçi  qəbul  etmədən  müstəqil 

şəkildə  cümlədə  işlənmişdir  və  digər  sözlərlə  əlaqəyə  girmişdir.  Lakin  söz 

birləşmələri  işində  ismi  birləşmələrdən  yalnız  I  növ  təyini  söz 

birləşmələrinin  komponentləri  heç  bir  şəkilçi  qəbul  etmədən  bir-biri  ilə 

əlaqəyə  girərək  söz  birləşməsi  şəklində  işlənir.  Digər  birləşmələrin,  o 

cümlədən  də  feli  birləşmələrin  komponentləri  bir-biri  ilə  əlaqəyə  girmək 

üçün  müəyyən  qrammatik  kateqoriyaları  qəbul  edir.  Məsələn:  Bu  da  təzə 

kassirşa imiş; Milisioner Qərib tüfəngli yan-yörədə hərlənirdi. Bu cümlədə 

işlənən “təzə kassirşa” və “Milisioner Qərib” birləşmələri birinci növ təyini 

söz birləşmələridir. Bu birləşmələr sifət və ismin əlaqəyə girməsi nəticəsində 



Filologiya məsələləri, № 15 2017 

 

49



əmələ gəlmişdir. Qız davamlı baxışla onu süzüb, sonra birdən özünü palanın 

üstünə  yıxdı;  Yuxarı  başda  müştükdə  papiros  çəkən  və  yaxalığı  yanakı 

əyilmiş  bir  kişi  irəli  çıxdı”.  Verilmiş  cümlələrdə  söz  birləşmələrinin  tərkib 

hissələrinin bir-biri ilə əlaqəyə girməsi üçün qrammatik şəkilçilərdən istifadə 

edilmişdir.  Belə  ki,  birinci  cümlədə  feli  sifət  düzəldən  –ıb  şəkilçisindən 

istifadə  edilmişdir  və  burada  feli  birləşmənin  məzmunu  birləşmə  daxilində 

görüldüyü bildirilən işin, əsas feildəki işdən əvvəl icra olunduğunu göstərir. 

İkinci cümlədə isə, iki feli birləşmədən istifadə edilmişdir – “papiros çəkən” 

və “yaxalığı yanakı əyilmiş”. Bu birləşmələr cümlədə həmcins təyinlər kimi 

çıxış  edir.  Belə  ki,  birini  birləşmədə  -ən  feli  sifət  şəkilçisindən  istifadə 

edilmişdir, ikinci birləşmə isə -mış şəkilçisi vasitəsilə əmələ gəlir. Belə ki, 

“papiros  çəkən”  birləşməsi  iki  sözün  əlaqəyə  girməsi  nəticəsində  əmələ 

gəlmişdir. Burada birinci tərəf hərəkətin obyektini bildirir. Əsas tərəf isə, feli 

sifətin  sifətə  məxsus  olan  əlamət  bildirmək  funksiyasını  daşıyır.  Lakin 

burada  söz  birləşməsi  daha  mürəkkəb  konstruksiyanın  qurulması  və  ikidən 

çox  sözün  məna  və  qrammatik  cəhətdən  əlaqələnməsi  nəticəsində  əmələ 

gəlmişdir. 

Söz birləşmələrinin cümlə və sözlə, eyni zamanda mürəkkəb sözlərlə 

oxşar və fərqli cəhətləri həm orta məktəb dərsliklərində, həm də ali məktəb 

dərsliklərində öz əksini tapır və tədris edilir. Belə ki, bu məsələlərə həm ali 

məktəblərdə  sintaksisin  tədrisinə  həsr  olunmuş  Ə.Abdullayev,  Y.Seyidov, 

A.Həsənovun “Müasir Azərbaycan dili”, Q.Kazımovun “Müasir Azərbaycan 

dili-sintaksis”  dərsliklərində,  həm  Y.Seyidovun  “Azərbaycan  dilində  söz 

birləşmələri”  adlı  dərs  vəsaitində  eyni  zamanda,  digər  dərslik  və  dərs 

vəsaitlərində  geniş  yer  ayrılmışdır.  Orta  məktəblərdə  tədris  edilən  Azər-

baycan dili fənnindən sintaksisin tədrisi zamanı da söz birləşməsinin adı söz, 

mürəkkəb  söz  və  cümlə  ilə  əlaqəsinə  diqqət  yetirilir.  Belə  ki,  8-ci  sinif 

“Azərbaycan”  dili  dərsliyinin  söz  birləşmələrindən  bəhs  edən  bölməsində, 

söz birləşmələrinin konkret təsnifinə və təhlilinə keçməzdən əvvəl, ümumilikdə 

söz  birləşməsi  anlayışı  barədə  məlumat  verilir,  söz  birləşməsinin  sözlərlə, 

cümlələrlə oxşar və fərqli cəhətlərinin izahına ayrıca yer ayrılır. Söz birləşmə-

sinin  mürəkkəb  sözlərlə  müqayisəsi  isə,  birləşmələrin  sözlərlə  münasibətini 

göstərmək üçün ayrılmış hissənin tərkibində izah edilir.  

Orta  məktəb  dərsliklərində  söz  birləşmələri  ilə  qoşa  sözlərin 

müqayisəsinə  yer  verilməmişdir.  Y.Seyidovun  “Azərbaycan  dilində  söz 

birləşmələri”  adlı  dərs  vəsaitində  qoşa  sözlərlə  söz  birləşmələrinin  oxşar  və 

fərqli cəhətlərinin izahı geniş şəkildə verilmişdir. Burada “qoşa söz” termininin 

inkişaf  yolu  göstərilmiş,  eyni  zamanda  bu  tip  sözlərlə  mürəkkəb  sözlərin 

ortaq  xüsusiyyətləri,  qoşa  sözlərin  spesifik  cəhətləri  geniş  planda 

işıqlandırılmışdır. Məsələn: yollar izlər, dərələr-təpələr, ət-mət və s. (16, 57) 

Göründüyü  kimi,  müəllif  orta  məktəb  dərsliklərində  və  bir  çox  ali  məktəb 



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə