Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə10/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   6   7   8   9   10   11   12   13   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

24



 

Digər  müəlliflər  isə  paronimiyadan  bəhs  edərkən  məhz  eyniköklü 

sözləri nəzərdə tuturlar və bunu onların eyni morfoloji kökə malik olmaları 

ilə əsaslandırırlar . 

 

Paronimlərə həmçinin ümumi tarixi köklərə malik olub, müasir dildə 



etimoloji bağlılığını itirən sözləri də aid etmək olmaz. Bura alınma sözlərin 

bəzilərini də (eyni kökə malik olub, deetimologizasiya olunmuş) daxil etmək 

məqsədəuyğun deyil: roman – romans.  

  Paronimlərin aşağıdakı özəllikləri var:  

a)  suffiks cəhətdən fərqlənənlər

b)  paronimlərdən  birinin  qeyri-törömö  köklü,  digərinin  isə  törəmə  köklü 

olub , sözönü şəkilçi ilə işlənənlər. 

 

Əksər paronimlər müxtəlif məna incəlikləri ilə fərqlənirlər. Məna cəhət-



dən kəskin fərqlənən paronimlər azlıq təşkil edir. Digər qrup paronimlərə isə 

semantik cəhətdən oxşar olub, leksik uyğunluqca fərqlənənlər aiddir . 

  Paronimlər  həm  də  stilistik  rəngarənglikdən,  işlənmə  yerindən  asılı 

olaraq  fərqlənirlər.  Bəzi  müəlliflər  paronimləri  tədqiq  edərkən  onların 

omonim, sinonim və antonimlərlə əlaqəsi məsələlərinə də toxunurlar. Ş.Balli 

paronimiya  ilə  omonimiyanın  yaxınlığını  göstərərək,  onları  “psevdo 

omonimlər”  adlandırır.  Lakin  paronimlərlə  omonimlər  bir-birinə  yalnız 

oxşayırlar.  Omonimiyada  mənaca  müxtəlif  olan  sözlərin  bütöv  müvafiqliyi 

müşahidə  olunursa,  paranomiyada  bu  yalnız  nisbi  xarakter  daşıyır,  çünki 

onlar sözyaradıcılığında mütləq hər hansı bir müxtəlifliyə malik olurlar. Söz-

paronimin kökündə etimoloji cəhət, söz-omonimin kökündə yalnız təsadüfi 

müvafiqlik olur ki, bu da özünü yazı və tələffüzdə əks etdirir . 

Paronimlər  sinonimlərdən  də  fərqlənirlər.  Paronimiyada  eyni  cür 

səslənən sözlər arasında mənaca fərqlər o qədər güclüdür ki, bir sözü digəri ilə 

əvəz  etmək  mümkünsüzdür.  Sinonimlərsə  məna  cəhətdən  az-çox  fərqlənsələr 

də, müəllif üçün uyğun seçim imkanı genişdir. Qeyd etmək lazımdır ki, bəzən 

paronimlərin sinonimlərə keçmək faktlarına da rast gəlinir. Bu, paronim sözlərin 

nitq prosesində qarşılaşdırılması nəticəsində baş verir və müəyyən zaman axını 

tələb  edir.  Lakin  keçmiş  paronimlərin  qarşılıqlı  dəyişməsi  yalnız  o  zaman 

mümkündür ki, yaranan yeni məna lüğətlərdə əks olunsun. Paronimlərin məna 

fərqləri  adətən  antonimliyə  uğramır,  çox  nadir  hallarda  bəzi  paronimlər  mətn 

daxilində ziddiyyətə çevrilirlər. 

 

Paronomaziya  müxtəlif  morfoloji  köklərə  malik,  eyni  cür  səslənən 



sözləri  əhatə  edir.  Losman-bosman,  klarnet-kornet,  inyeksiya-infeksiya  və  s. 

Paronimlərdə olduğu kimi, paronomaziyada leksik cütlüklər eyni nitq hissəsinə 

mənsub  olaraq,  cümlədə  eyni  analoji  sintantik  funksiyanı  yerinə  yetirirlər. 

Belə sözlərdə eyni sözönü şəkilçilər, suffisklər, söz sonluqları ola bilər, kök 

əsasları isə mütləq müxtəlif olur. 



Filologiya məsələləri, № 15 2017 

 

25



 Təsadüfi fonetik oxşarlıq istisna olmaqla, bu tip leksik cütlüklərdə ümümilik 

olmur,  onların  əşya-məna  münasibliyi  müxtəlifdir.  Paronomaziya 

paronimiyadan  fərqli  olaraq,  qanunauyğun  və  müntəzəm  xarakter  daşımır. 

Dildə  fonetik  cəhətdən  oxşar  sözlərin  olmasına  baxmayaraq,  bu  cür  leksik 

cütlüklərin  müqayisəsi  fərdi  qəbul  olunur.  Bəziləri  paronomaziyanı  tiraj-

tipaj, digərləri tiraj-miraj, başqaları isə tiraj-vitraj formasında qəbul edirlər. 

Nəzərdən qaçırmamalayıq ki, nitqdə işlənmə nöqteyi-nəzərindən paronomiya 

ilə paronomaziya sözlərin səslənməsi cəhətdən yaxındırlar. 

 

Paronimlər  (bəzən  eyniköklü  olmasalar  da)  nitqdə  müxtəlif  üslubi 



funksiyaları  yerinə  yetirilər.  Hər  bir  müəllifin  qarşısında  paronimlərdən 

birinin seçilməsi problemi dayana bilər.  

Əgər  leksik  materialın  sinonimik  seçimi  söz  yaradıcılığı  ilə  müşayiət 

edilərsə, onda paronimlərdən hər hansı birinin seçilməsi yalniz o hallarda baş 

verə  bilər  ki,  nitqdə  yeni  paronomik  sözlər  yer  alsınlar.  Paronimlərdən 

düzgün  istifadə  yazıçıya  və  ya  söz  müəllifinə  fikrini  dəqiq  ifadə  etmək 

imkanı  verir,  çünki  paronimlər  Azərbaycan  dilinin  bütün  incəliklərini 

göstərməyə xidmət etməklə onun daxili imkanlarını açırlar. 

 

Bəzən  bir  cümlədə  eyni  vaxtda  iki  paronim  sözə  rast  gəlmək  olur. 



Bunlar stilistik fiqurun –paronomaziyaının tətbiqinə xidmət edir. Bu proses 

həmçinin  “binar  stilistik  fiqur”  da  adlandırılır.  Paronomaziyanin  köməkliyi 

ilə müəllif fikrinin obrazlılığı ön plana çəkilir. Paronomaziyadan folklorda, 

poeziyada, publisistikada istifadə olunur.  

Paronomaziyada  adətən  qohum  sözlər  ön  plana  keçir.  Paronomaziyadan 

istifadənin  stilistik  effekti  ilk  növbədə  qarşılaşdırılan  sözlərin  səs  oxşarlığı 

ilə ölçülür . 

 

Yazıçılar  bəzi  hallarda  paronimləri  yanaşı  işlədirlər  ki,  bununla 



onların  məna  müxtəlifliyini  ön  plana  çəkirlər.  Bu  zaman  paronimlər  nitqin 

təsirini  gücləndirməklə,  müxtəlif  stilistik  funksiyaları  yerinə  yetirirlər. 

Paronimlərin  qarşılıqlı  işlədilməsi  tavtoloji  səs  təkrarlığı  yaradır. 

Paronimlərin tətbiqi fikrin dəqiqliyinə də xidmət edir, stilistik effekti artırır. 

 

Qohum  olmayan,  lakin  səs  oxşarlığı  olan  sözlər  də  qarşılaşdırılır: 



Firma  deyil,  formadır.  Paronimlərin  leksik  müqayisəsi  mətn  daxilində  üzə 

çıxır.   Paronimiya və paronomaziya komik situasiyalara da səbəb ola bilər . 

Həkim  nekroloq  xəstəni  müayinə  edirdi.  Siz  belə  ciddi  təşkilatın  makula-

turasısınız.  Ümumüyyətlə,  paronomaziyadan  istifadə  edərkən  çox  diqqətli 

olmaq lazımdır ki, leksik səhvlərə yol verilməsin. 

 

 



 

 

 




Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə