Microsoft Word 5MVaz (T) (Восстановлен)



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   2   3   4   5   6   7   8   9   ...   33

 

4

 



 

izahatlar. Fəaliyyət zamanı kəşf etdiyiniz faktlarla bağlı bəzi açıqla-

malar verilir. Əsas anlayışlar, mövzu ilə bağlı izahatlar, təriflər

qaydalar, düsturlar, bir sözlə, dərsin əsas məzmunu burada verilir; 

 

–  biliklərin dərinləşdirilməsi.  Əldə edilən bilikləri dərinləşdirmək 



üçün nümunələr və maraqlı məlumatlar verilir; 

 

 



–  araşdıraq-öyrənək. Mövzuda öyrənilənləri tamamlamaq, onları  də-

yərləndirmək və onlara münasibət bildirmək məqsədi  ilə verilən tap-

şırıqlardır; 

 



 

sual və tapşırıqlar. Hər mövzunun sonunda öyrənilənləri nümayiş 

etdirmək üçün nəzərdə tutulub;  

 

– özümüzü qiymətləndirək. Tədris vahidində nələr öyrənildi, onların 



tətbiqi ilə bağlı ümumiləşdirici sual və tapşırıqlardır. Summativ qiy-

mətləndirməyə hazırlıq üçün də istifadə oluna bilər. 



 

 

MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT 

 

Müəllim üçün metodik vəsaitdə aşağıdakı materiallar öz əksini tapmışdır: 

 

informatika fənn kurikulumunun tələblərinin reallaşma mexanizmlərinin şərhi və 



əsaslandırılması;  

 



dərslik komplektinin mövzular üzrə strukturu

 



fənn üzrə  məzmun standartlarının reallaşma cədvəli və illik planlaşdırma 

nümunəsi; 

 

fənlərarası inteqrasiya imkanları  və digər fənlərin uyğun alt standartları ilə 



inteqrasiya cədvəli; 

 



şagird nailiyyətlərinin qiymətləndirilmə prinsipləri və formaları;  

 



gündəlik planlaşdırmaya dair nümunələr; 


 

 

5



 

hər mövzu üzrə qruplaşdırılmış təlim materiallarının dərslik səhifələrinin kiçildil-



miş surətləri üzərində sxematik təsviri;  

 



hər mövzuda qruplaşdırılmış təlim materialları üzrə iş texnologiyasının şərhi; 

 



hər bir mövzu üzrə tövsiyələrin əvvəlində dərsin təlim məqsədlərinin reallaşdırıl-

ması ilə bağlı daha çox diqqət yetirilməli məsələlər; 

 

müəllimlər üçün mövzu üzrə əlavə məlumatlar; 



 

müəllimin istifadə edə biləcəyi mənbələr. 



Müəllim tövsiyə olunan materiallardan sinfin hazırlıq səviyyəsinə, tədris vaxtına, 

texniki təchizata və diferensial təlim prinsiplərinə uyğun olaraq lazım bildiyi qədər 

istifadə edə bilər. 

Praktik dərslər zamanı isə şagirdlərdə fərdi bacarıqların formalaşdırılması məqsədi 

ilə, əsasən, fərdi və cütlərlə iş  formasından istifadə edilməsi daha məqsədəuyğun-

dur. Sinifdəki kompyuterlərin sayı imkan verərsə, hər şagird bir kompyuterin qarşı-

sında əyləşə bilər. Əgər kompyuterlərin sayı az olarsa, onda sinif cütlərə bölünür və 

kompyuterdə praktik işlər cütlərlə aparılır. Cütlərdə işləyən şagirdlər praktik tapşı-

rıqları da birlikdə yerinə yetirirlər. 

 

İNFORMATİKA FƏNN KURİKULUMU 



 

Cəmiyyətin müasir inkişaf mərhələsi yeni təhsil prinsiplərinin yaranmasını  tələb 

edir. Bu prinsiplər insanın inkişafında təhsilin rolu haqqında təsəvvürlərin dəyiş-

məsinə  əsaslanır. Bəşəriyyətin qazandığı bütün bilikləri  şagirdlərə  mənimsətmək 

tələbi məktəb üçün artıq çoxdan öz əhəmiyyətini itirmişdir. Müasir insan müəyyən 

bilik səviyyəsinə malik olmaqla yanaşı, öyrənmək bacarıqlarına da yiyələnməlidir. 

Başqa sözlə, təlim fəaliyyəti zamanı müxtəlif problemləri həll etməyi bacarmalıdır. 

Təlim fəaliyyətində yarana biləcək problemlər bunlardır: idrak fəaliyyətinin 

məqsədlərini aydınlaşdırmaq; qoyulmuş  məqsədə nail olmağın optimal yollarını 

müəyyən etmək; müxtəlif informasiya mənbələrindən istifadə etmək; lazım olan 

informasiyanı axtarmaq və  əldə etmək; qazanılmış  nəticələri qiymətləndirmək; öz 

fəaliyyətini təşkil etmək; digər təhsilalanlarla əməkdaşlıq etmək.   

Azərbaycan təhsilində yeni prinsiplərin yaradılmasının və aparılan təhsil isla-

hatlarının əsas istiqamətlərindən biri təhsilin informasiyalaşdırılmasıdır. Çox geniş 

imkanlara malik olan informasiya-kommunikasiya texnologiyalarının tədris prose-

sinə  tətbiqi və onun effektivliyi təlim iştirakçılarının  İKT kompetensiyalarından 

asılıdır. İKT kompetensiyaları dedikdə təhsilalanların informasiya fəaliyyəti zama-

nı informatika və İKT sahəsində əldə etdikləri bilik, bacarıq və vərdişlərdən yarar-

lanma səviyyəsi başa düşülür. İnformasiya fəaliyyəti bunlardır:  

 



informasiyanın  əldə olunması (informasiyanı harada və necə axtarmağı bil-

mək); 


 

informasiyanın emalı (informasiyanın təşkili və təsnifatı üçün  müəyyən sxem-



lərdən istifadə); 

 



informasiyanın inteqrasiyası (digərləri ilə müqayisə etməklə informasiyanın in-

terpretasiyası və təqdimolunması); 




 

6



 

informasiyanın qiymətləndirilməsi (onun keyfiyyəti, relevantlığı, faydalılığı və 

əhəmiyyəti haqqında mülahizə yürütmək); 

 



informasiyanın yaradılması (köhnələri adaptasiya etmək və yeni informasiya 

yaratmaq).  

Bu gün çox mühüm həyati kompetensiyalardan sayılan  İKT kompetensiyalarını 

məktəbdə yalnız “İnformatika” fənni formalaşdırır. Bu baxımdan informatika 

fənnini təhsilin informasiyalaşdırılmasının inkişaf nöqtəsi hesab etmək olar. Milli 

kurikulum əsasında hazırlanmış informatika fənn kurikulumu əsas təhsil pilləsində 

aşağıdakı məqsədləri daşıyır:  

 



informasiya və informasiya prosesləri, sistemləri, texnologiyaları  və modelləri 

haqqında elmi təsəvvürlərin əsasını təşkil edən biliklərin mənimsədilməsi; 

 

kompyuter və digər  İKT vasitələrindən istifadə etməklə müxtəlif informasiya 



növləri ilə  iş bacarıqlarının formalaşdırılması,  şəxsi informasiya fəaliyyətinin 

təşkili və onun nəticələrinin planlaşdırılması; 

 

İKT vasitələri ilə maraq dairəsinin genişləndirilməsi, intellektual və yaradıcı 



bacarıqların inkişaf etdirilməsi; 

 



hüquqi və etik aspektlər nəzərə alınmaqla informasiyaya məsuliyyətli münasi-

bətin tərbiyə edilməsi; 

 

qəbul olunmuş informasiyalardan lazım olanı seçmək bacarıqlarının formalaş-



dırılması; 

 



gündəlik həyatda, fərdi və kollektiv layihələrin icrasında, təlim fəaliyyətində və 

sənət öyrənilməsində İKT vasitələrinin tətbiq edilməsi vərdişlərinin formalaşdı-

rılması. 

Qeyd etmək lazımdır ki, müasir Azərbaycan məktəblərində İKT-dən istifadə üzrə 

informatika fənn bacarıqları ümumfənn bacarıqları müstəvisinə keçmək üzrədir. 

Başqa sözlə,  İKT-dən istifadə bacarıqları digər fənlərin mənimsənilməsində bir 

alət rolunu oynamağa başlamışdır.  

 “Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı üzrə 

milli strategiya (2003 – 2012-ci illər)” ölkəmizdə təhsil sisteminə yeni texnologiya-

ların tətbiqini və onlardan geniş istifadə edilməsini informasiya cəmiyyətinin əsas 

xüsusiyyətlərindən biri kimi müəyyənləşdirib.  Milli strategiyanın icrası ilə əlaqə-

dar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2005-

ci il tarixli sərəncamı ilə qəbul edilmiş “Azərbaycan

 

Respublikasında rabitə və in-



formasiya texnologiyalarının inkişafı üzrə 2005 – 2008-ci illər üçün dövlət proqra-

mı (Elektron Azərbaycan)” sənədində də müasir İKT-dən istifadə etməklə keyfiy-

yətli təhsilə nail olmaq əsas məqsədlər sırasındadır. Bu istiqamətdə  dövlət başçısı-

nın təsdiq etdiyi “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informa-

siya və kommunikasiya texnologiyaları ilə  təminatı proqramı (2005 – 2007-ci il-

lər)” təhsil müəssisələrinin kompyuter avadanlığı ilə  təchiz edilməsinə ümumres-

publika miqyasında geniş start verdi, bu proqramın davamı olan “2008 – 2012-ci il-

lərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə 

dövlət proqramı” isə artıq ümummilli səviyyədə vahid elektron təhsil məkanının 

formalaşdırılmasını əsas vəzifə kimi qarşıya qoydu.  




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə