Microsoft Word 5MVaz (T) (Восстановлен)



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   2   3   4   5   6   7   8   9   ...   33

 

 

7



Ölkəmizdə  İKT-nin müasir inkişaf sürəti məktəb informatika kursunun tədrisinə 

yanaşmanı tamamilə  dəyişmişdir. Bu baxımdan informatikanın məktəbdə  tədrisi 

metodikası yeni səviyyəyə keçmişdir. Onun qarşısında duran əsas məqsəd 

informatika fənnini cəmiyyətin sifarişinə uyğun tədris etmək, nəticədə isə nəinki bu 

günə, hətta sabahın tələblərinə cavab verən şəxsiyyətləri formalaşdırmaqdır.  

 

İnformatikanın təqdim olunan tədris metodikasının əsas prinsipləri 



Həyati  əhəmiyyətliliyi. Dərsliyə daxil edilmiş  təlim materialları  məzmun standart-

larının reallaşdırılmasına xidmət etməklə yanaşı,  İKT-nin müasir inkişaf səviy-

yəsinə uyğun tərtib edilmişdir. Təklif olunan praktik tapşırıqlar həyati bacarıqların 

formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.  



Şəxsiyyət yönümlülüyü. Tərtib edilmiş tapşırıqların  əksəriyyəti  şagirdlərin real 

həyatda qarşılaşdıqları situasiyalarla birbaşa bağlıdır. Ona görə  də verilən bütün 

təlim materialları  şagirdin özündən qaynaqlanır. Nəticədə  şagird təlim materialla-

rını “özününküləşdirir”.  



Mövzunun “kəşf edilməsi”. Dərslikdə hər mövzunun “Fəaliyyət” hissəsində praktik 

fəaliyyətə yönəlmiş, mövzu və onun tətbiqi ilə bağlı tapşırıqlar verilmişdir.  İn-

formatikanın  əsas anlayışlarının mənimsənilməsi və informasiya texnologiyaların-

dan istifadə vərdişlərinin formalaşdırılması, əlbəttə, şagird tərəfindən təlim nəticəsi 

olaraq müəyyən bacarıqların reallaşdırılması ilə  həyata keçirilir. Başqa sözlə,  şa-

gird praktik fəaliyyət nəticəsində yeni bilik, bacarıq və  vərdişləri özü əldə edir. 

Dərslikdə müzakirə  və diskussiyalar üçün suallar, bilikləri dərinləşdirmək üçün 

materiallar, yaradıcı  tətbiqetməni nəzərdə tutan sual və çalışmalar öz əksini tap-

mışdır.  

 

TƏDRİS PROSESİNDƏ İNFORMASİYA  

TEXNOLOGİYALARINDAN İSTİFADƏ SƏVİYYƏSİ 

Məktəblərin kompyuter, İnternet şəbəkəsi, noutbuk, proyektor və hətta bəzilərinin in-

teraktiv lövhələrlə təchizatını nəzərə alaraq əksər dərslər  İKT-dən istifadəyə  əsasla-

nır. 2-ci fəsil tam olaraq kompyuterdə əməliyyat sistemində iş bacarıqları, onun ele-

mentləri ilə tanışlığa həsr olunmuşdur. Dərslikdə, əsasən, WINDOWS əməliyyat sis-

temi nəzərdə tutulsa da, Linux əməliyyat sistemindən də istifadə oluna bilər.  

3-cü fəsildə qrafik və mətn redaktorlarında işləmək bacarıqlarının formalaşdırılma-

sı nəzərdə tutulur.   

Təqdim olunan dərslər rahatlıq üçün ən geniş yayılmış Paint qrafik proqramı üzərin-

də qurulmuşdur. Lakin müəllim tədris prosesində müxtəlif qrafik redaktorlardan – 

sərbəst yayılan Paint.net, TuxPaint və digərlərindən istifadə edə bilər. 5-ci sinif şa-

girdləri üçün çox rahat və geniş imkanlara malik  

OO4Kids

 sərbəst yayılan proqram 



paketini http://wiki.ooo4kids.org/index.php/Main_Page saytından müxtəlif dillərdə 

yükləmək olar. Paint.net proqramı isə http://www.getpaint.net ünvanından yüklənə 

bilər.   

Mətn redaktorunda iş Microsoft Word və ya Openoffice.org paketinin Writer proq-

ramları üzərində qurulmuşdur. Müəllim dərslərdə müxtəlif mətn redaktorlarından 



 

8

istifadə edə bilər. Onlar fərqli olsa da pəncərə elementləri və iş prinsipləri çox ox-



şardır.  Ən geniş yayılmış  və  şagirdlərin yaş qruplarına uyğun mətn redaktorları 

Microsoft Word, Openoffice.org paketinin Writer proqramı, Abword proqramla-

rıdır. Openoffice.org Writer proqramını http://www.getpaint.net ünvanından yüklə-

mək olar.  5-ci sinifdə NotePad və WordPad proqramlarından istifadə etmək məq-

sədəuyğun deyil. Çünki onlar sadə olduqlarından imkanları məhduddur.  

4-cü fəslin son üç dərsi proqramlaşdırmaya həsr olunur və yalnız kompyuter 

sinfində keçirilməsi nəzərdə tutulur. Məzmun standartlarında tələb olunan  2.2.2, 

2.2.3 və 2.2.4 standartlarının reallaşdırılması sadə proqram mühitində  işləməyi 

tələb edir. Təxminən yarım  əsrdir ki, bütün dünyada kiçikyaşlı  məktəblilər proq-

ramlaşdırmanı, əsasən, LOGO dili vasitəsilə öyrənirlər. Bu il dərslik komplektinə 

ilk dəfə olaraq LOGO dilinin Azərbaycan versiyası əlavə olunur. ALPLogo adla-

nan bu proqram müəlliflər tərəfindən hazırlanmışdır və onu 

www.bakineshr.az, 

yaxud www.informatik.az

 saytlarından pulsuz yükləmək olar. Arxiv faylını 

açdıqdan sonra proqramı kompyuterin C diskinə, sadəcə, köçürmək lazımdır 

(quraşdırmağa ehtiyac yoxdur). ALPLogo proqramının digər xarici proqramlardan 

ən mühüm fərqi ondadır ki, bu proqramda komandalar Azərbaycan, ingilis və rus 

dillərində yazıla bilər. Sistem hər üç dili qəbul edir.  

5-ci fəsil tam olaraq İnternetə  həsr edilmişdir. Artıq məktəblərin  əksəriyyətinin 

İnternetə qoşulduğunu nəzərə alsaq, bu dərslərin keçilməsi heç bir problem yarat-

mır. Müəllim uşaq və tədris saytları ilə yanaşı, başqa maraqlı saytlardan da istifadə 

edə bilər. Belə saytların ünvanları mövzular üzrə tövsiyələrdə göstərilmişdir.  

 

V sinif üzrə informatika fənn kurikulumu 

 

V sinfin sonunda şagird:  

 



informasiyaların sadə  işarələrlə kodlaşdırılması haqqında biliklərini nümayiş 

etdirir;  

 

informasiyaların qəbul edilməsi üsulları haqqında biliklərini nümayiş etdirir; 



 

obyektin informasiya  modelinin  növlərinə dair bacarıqlar  nümayiş etdirir; 



 

alqoritmləşdirmə və sadə proqramlaşdırma mühitində  tətbiq bacarıqları nüma-



yiş etdirir; 

 



kompyuterin əməliyyat sistemlərinə dair bacarıqlar nümayiş etdirir; 

 



mətn və qrafik redaktorda işləmək bacarıqları nümayiş etdirir; 

 



internetdə sadə tapşırıqları icra edir; 

 



informasiya resurslarının  əlamətləri və  əhəmiyyətinə dair biliklərini nümayiş 

etdirir. 



 

1. İnformasiya və informasiya prosesləri 

1.1. İnformasiyaların kodlaşdırılması haqqında biliklərini nümayiş etdirir.  

1.1.1. İnformasiyaların sadə işarələrlə kodlaşdırılmasını izah edir. 

1.1.2. İnformasiyaların sadə  işarələrlə  kodlaşdırılmasına aid nümunələr 

göstərir. 

1.1.3. İnformasiyaların həcminin ölçülməsini nümunələrlə izah edir. 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə