Microsoft Word 5MVaz (T) (Восстановлен)


ŞAGİRD NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   2   3   4   5   6   7   8   9   10   ...   33

 

16

ŞAGİRD NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ 



 

Müəllim tərəfindən qiymətləndirmə meyarları əsasında müəyyən təlim mərhələsinin əv-

vəlində və sonunda şagirdin tədris materiallarının mənimsənilməsi üzrə irəliləyiş səviy-

yəsi və digər nailiyyətləri barədə hesabatlar verilir. Məzmun standartlarının mənim-

sənilməsi istiqamətində, əsasən, aşağıdakı qiymətləndirmə növlərindən istifadə olunur: 

1. İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Diaqnostik 

qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsinin müəyyənləşdiril-

məsinə və bunun əsasında hər bir şagirdin potensial imkanlarını nəzərə alan təlim 

strategiyalarının seçilməsinə xidmət edir. 

Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, bəhs və ya bölmələrin əvvəlində, şa-

gird başqa ümumi təhsil müəssisəsindən  gəldikdə, sinfi dəyişdikdə və digər zəruri 

hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, fərdi yanaşmanı tə-

min etmək və təlim strategiyasını müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən 

aparılır. Bu qiymətləndirmənin nəticələri sinif və formativ qiymətləndirmə jur-

nallarında qeyd olunmur, müəllimin qeyd dəftərində öz əksini tapır.  

Diaqnostik qiymətləndirmədə aşağıdakı üsul və vasitələrdən istifadə etmək tövsiyə olunur: 

Üsullar 

Vasitələr 

Tapşırıqvermə Çalışmalar 

Müsahibə (şifahi yoxlama) 

Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda qrup, 

yaxud siniflə aparılan sifahi yoxlama zamanı müəllimin öy-

rənmək (diaqnoz qoymaq) istədiyi məsələnin  yazıldığı vərəq) 

Valideynlərlə və digər fənn 

müəllimləri ilə əməkdaşlıq 

Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya 

məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq) 

Vəsaitdə 5-ci sinif şagirdlərinin ilkin səviyyələrinin yoxlanmasını ümumi sorğu, 

müsahibə vasitəsilə aparmaq nəzərdə tutulur.  



2.  İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə).  Yeni məktəbdaxili 

qiymətləndirmənin  əsas mahiyyətini  formativ qiymətləndirmə təşkil edir. 

Yeni və  ənənəvi qiymətləndirmə arasında  əsas fərq gündəlik rəqəmli qiymətlərin 

yazılmaması və şagirdin təlim fəaliyyətinin daim izlənməsidir. Bu izləmələr  şagir-

din təlim nəticələrinə nail olması və nəticədə  summativ qiymətləndirmədə nailiy-

yət qazanmasına kömək məqsədilə aparılır.  

Formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəm-

li qiymət  almaq üçün deyil,  yaxşı  nəticə göstərmək üçün  çalışır. Formativ qiy-

mətləndirmə şagirdin qəbul edilmiş standartların reallaşmasına yönəlmiş irəliləmə-

lərini və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldır-

maq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır. 

Formativ qiymətləndirmədə  aşağıdakı üsul və vasitələrdən istifadə etmək tövsiyə 

olunur: 

Üsullar 

Vasitələr 

Müşahidə Müşahidə vərəqləri 

Şifahi sual-cavab 

Şifahi nitq bacarıqları  üzrə  qeydiyyat vərəqi 

Tapşırıqvermə Çalışmalar 

Valideynlərlə və digər fənn 

müəllimləri ilə əməkdaşlıq 

Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki 

fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq) 



 

 

17



Oxu 

Dinləmə üzrə qeydiyyat vərəqi 

Oxu üzrə  qeydiyyat vərəqi 

Yazı Yazı bacarıqlarının  inkişafı üzrə  qeydiyyat vərəqi 

Layihə 

Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş 



meyar cədvəli 

Rubrik Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası 

Şifahi və yazılı təqdimat Meyar 

cədvəli 


Test Test 

tapşırıqları 

Özünüqiymətləndirmə Özünüqiymətləndirmə vərəqləri 

 

Müəllim üçün metodik vəsaitdə  hər bir mövzunun sonunda qiymətləndirmə me-



yarları müəyyən olunmuşdur. Bu meyarlar hər mövzuda nəzərdə tutulan təlim 

məqsədlərinə  nə  dərəcədə nail olunduğunu qiymətləndirmək məqsədilə müəyyən 

edilir. Bu meyarlar kurikulum sənədinin tərkib hissəsi olan qiymətləndirmə stan-

dartlarına  əsasən hazırlanmışdır. Praktik dərslərdə müəllim qiymətləndirməni 

aparmaq üçün fəaliyyət tapşırığının nəticəsi olan iş vərəqlərini, yaxud fləş-yaddaşa 

yazılmış faylı yoxlayır, dərsin digər mərhələlərində də bu meyarlara uyğun olaraq 

şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır.  

Müəllim hər mövzu üzrə tövsiyə olunan meyarlar üzrə  aşağıdakı üsul və 

formalardan istifadə etməklə qiymətləndirmə apara bilər.  

Dərəcələr üzrə qiymətləndirmə. Müasir üsullara əsaslanan təlimdə şagird nailiyyət-

lərini qiymətləndirərkən yaxşı və pis cavabların, sadəcə, cəmi nəzərdə tutulmur. Bu 

zaman biliyi qiymətləndirmək üçün dərəcələrdən istifadə etmək məqsədəuyğundur. 

Dərəcələr dedikdə  şagirdlərin fəaliyyətini yüksək, orta və  aşağı balla qiymətlən-

dirməyə imkan verən dəqiq ifadə olunmuş qaydalar nəzərdə tutulur. Məsələn, 

“Fərdi kompyuterlər” mövzusunda qiymətləndirmə meyarlarını  aşağıdakı kimi 

müəyyən etmək olar:

  

1. Fərdi kompyuterlərin təsnifatına dair biliklərini şərh edir. 



2. Fərdi kompyuterləri bir-birindən fərqləndirir. 

3. Fərdi kompyuterlərin üstün cəhətlərini söyləyir. 

 

Müşahidəyə görə qiymətləndirmə.  Müəllimin ibtidai siniflərdə formativ qiymətlən-

dirməni öz müşahidəsinə əsasən aparması daha məqsədəuyğundur. Müşahidəyə görə 

bütün sinif üzrə formativ qiymətləndirmə aparmaq üçün belə  cədvəldən istifadə 

etmək olar: 

№ 

Şagirdin soyadı və adı 



M.

 1 


M.

 2 


M.

 3 


Cəmi Nəticə Müəllimin qeydi 

1. Məmmədli Azər 2 





Yaxşı 

 

2. Ağazadə Orxan 





Orta 


 

 

№ 



Şagirdin soyadı və adı 

Meyarlar Nəticə Müəllimin 

qeydi 

1 2 3 


1. 

Məmmədli Azər + 

+ Yaxşı 


 

2. 


Ağazadə Orxan 



- Orta 

 

3. 



Cəfərli Oqtay 



- Zəif  


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə