Microsoft Word 5MVaz (T) (Восстановлен)



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

 

 

23



Dərs 

5

 / Mövzu:



 FƏRDİ KOMPYUTERLƏR  

 

MOTİVASİYA 

Müəllim  şagirdlərə müraciət edə bilər: 

 



Kompyuter haqqında, yəqin ki, hər birinizin kifayət qədər məlumatı var. 

Kompyuterlərə harada rast gəlmisiniz?  

Müəllim şagirdlərin fikirlərini dinləyib problemli situasiya yaradacaq suallar verir: 

 



Sizə lazım olan kompyuteri necə seçmək olar? Onun hansı özəlliklərinə 

(xüsusiyyətlərinə) fikir vermək lazımdır?  

Şagirdlərin fikirləri dinlənilir. Lövhədə tədqiqat sualı yazılır və müəllim tərəfindən 

səsləndirilərək izah olunur. Şagirdlərin fərziyyələri qeyd olunur.  



Tədqiqat sualı: 

Kompyuterləri necə fərqləndirmək olar? 

 

TƏDQİQATIN APARILMASI 

Müəllim tədqiqatı aparmaq üçün şagirdləri kiçik qruplara bölür. O, dərsliyin 

“Fəaliyyət” hissəsində təsvir olunmuş kompyuterləri iki-iki bölməklə hər qrupa bir 

cüt kompyuteri müqayisə etməyi tapşırır. Bu zaman şagirdlər kompyuterləri xarici 

görkəminə, ölçülərinə, hissələrinə görə müqayisə edirlər. Bu kompyuterlər haqqın-

da məlumatı olan şagirdlər onları başqa cəhətlərinə görə də müqayisə edə bilərlər. 

Venn diaqramında kompyuterlərin fərqli və oxşar cəhətləri qeyd edilir.  

 

I qrup 

 

DƏRSİN 



MƏQSƏDİ 

 



fərdi kompyuterləri bir-birindən fərqləndirmək; 

 



fərdi kompyuterlərin təsnifatına dair biliklərini nümayiş 

etdirmək;  

 

fərdi kompyuterlərin növlərinə görə üstün cəhətlərini 



söyləmək. 

 

 

Əsas 



ANLAYIŞLAR 

Kompyuter, fərdi kompyuter, masaüstü kompyuter, noutbuk, 

planşet, cib kompyuteri 

 

 

DƏRSİN TİPİ 

İnduktiv 

 

 

İstifadə olunan 



İŞ FORMALARI 

Bütün siniflə iş, qruplarla iş 

 

İstifadə olunan 

ÜSULLAR 

Beyin həmləsi, kiçik mühazirə, problemin həlli, Venn diaqramı, 

təqdimat 

 

Fənlərarası 

İNTEQRASİYA 

Tex. –  2.1.1 



 

 

TƏCHİZAT 

İş vərəqləri, kompyuter sinfi 




 

24

II qrup 

  

 

III qrup 



    

 

IV qrup 

   

 

 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Hər bir qrupun nümayəndəsi işi təqdim edir. Məlumat mübadiləsi baş verir. 

Müəllim və digər qrup üzvləri suallar verə bilər:  

 



Şəkillərdə göstərilmiş kompyuterləri harada görmüsünüz?  

 



Onların hansı ümumi cəhətləri var? 

 



Bu kompyuterlərdə hansı işləri görmək olar? 

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ

 

 

Müəllim sinfə müraciət edir: 

 



Kompyuterlər bir-birindən necə fərqlənir? 

 



Bütün növ kompyuterlərdə eyni işləri görmək olarmı? 

 



Kompyuterlərin müxtəlif göstəricilərini bilmək nə üçün lazımdır?  

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və onlarla birlikdə nəticə çıxarır: 

 

Kompyuterlərə çox yerdə rast gəlmək olar: ofislərdə, zavodlarda, banklarda



məktəblərdə, avtomobillərdə, evlərdə, məişət cihazlarının daxilində. 

      


   

   


 

  

 



 

Bir nəfərin istifadəsi üçün nəzərdə tutulan kompyuterlər  fərdi kompyuterlər 



adlanır. “Macintosh” adlı ilk fərdi kompyuteri 1984-ci ildə “Apple” firması 

hazırlamışdır. Əvvəllər kompyuterlər çox iri idi və böyük zallarda yerləşirdi.  




 

 

25



 

 



Fərdi kompyuterləri ölçülərinə  və imkanlarına görə bir neçə növə ayırırlar: 

masaüstü kompyuterlər,  noutbuk kompyuterlər  (dizüstü kompyuterlər),  planşet 

kompyuterlərovuciçi kompyuterlər (cib kompyuterləri).   

 



Masaüstü kompyuterlər fərdi kompyuterlərin ən geniş yayılmış növüdür.  Həm 

də onlara stasionar kompyuterlər də deyilir. Onlar, əsasən,  sistem bloku



monitorklaviatura və siçandan ibarət olur. 

 



Noutbukların, yaxud dizüstü kompyuterlərin ölçüləri masaüstü kompyuterlərə 

nisbətən kiçik olsa da, imkanları, demək olar ki, eynidir. Kiçik və yüngül 

olduqlarından onları rahat daşımaq olur. Noutbuklar elektrik şəbəkəsi ilə yanaşı, 

batareya ilə də işləyə bilir. 

Müəllim dərslikdə adı çəkilən kompyuterlərdən danışa bilər.  

 



Fərqlərinə baxmayaraq bütün fərdi kompyuterləri birləşdirən ümumi cəhət odur 

ki, onların giriş-çıxış  qurğularıprosessoru  və yaddaş qurğusu var. 

Müəllim dərsin  əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları  şagirdlərin 

fəal iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir. 

 

YARADICI TƏTBİQETMƏ  

Müəllim  şagirdlərə “Sual və tapşırıqlar” hissəsində verilmiş 4-cü tapşırığı yerinə 

yetirməyi təklif edir.  

 

QİYMƏTLƏNDİRMƏ 

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün 

meyar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində bu meyarlara uyğun olaraq 

şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır.  

 

Meyarlar: 

1.

 



Fərdi kompyuterlərin təsnifatına dair biliklərini şərh edir.  

2.

 



Fərdi kompyuterləri fərqləndirir. 

3.

 



Fərdi kompyuterlərin üstün cəhətlərini söyləyir. 

 

№ 



Şagirdin soyadı və adı

 

Meyarlar üzrə müəllimin qeydləri 



1 2 3 

1. 


 

   


2. 

 

   



3. 

 

   



... 

 

   



Ev tapşırığı. “Araşdıraq-öyrənək” bölməsindəki tapşırıq verilə bilər.  


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə