Microsoft Word 5MVaz (T) (Восстановлен)



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

 

26

Dərs 



12

 / Mövzu:

 ŞƏKLİN FRAQMENTİ İLƏ İŞ 

 

MOTİVASİYA 

 

Rəsm dərslərində  şəkil çəkən zaman bəzən hər hansı bir elementin yerini 



dəyişmək lazım gəlir. Kağız üzərində  çəkilmiş  şəklin müəyyən hissəsini 

böyüdüb-kiçiltmək, yaxud surətini başqa yerə köçürmək lazım gələrsə, bu 

zaman nə edirsiniz? “Fraqment” sözünün mənasını bilirsinizmi? Fraqment 

tamın bir hissəsi kimi başa düşülür. 

Müəllim  şagirdlərin aşağı siniflərdə Paint proqramında iş bacarıqlarını yada 

salmaq üçün bəzi suallar verə bilər: 

 

Qrafik redaktorda işləyərkən  şəklin fraqmenti ilə hansı  əməliyyatları yerinə 



yetirmisiniz? Kompyuterdə şəkil çəkəndə onun fraqmenti ilə necə işləmək olar?  

Şagirdlərin fikirləri dinlənilir.  

Lövhədə  tədqiqat sualı yazılır və müəllim tərəfindən səsləndirilərək izah olunur. 

Şagirdlərin fərziyyələri qeyd olunur.  



Tədqiqat sualı: 

Qrafik redaktorda şəklin fraqmentinin yerini, ölçülərini necə 

dəyişmək və çoxaltmaq olar? 

 

TƏDQİQATIN APARILMASI 

Müəllim  şagirdləri seçdirmə alətləri ilə,  şəklin fraqmentinin çoxaldılması, başqa 

yerə köçürülməsi, silinməsi ilə tanış edir. Bu zaman o, proyektordan istifadə edərək 

şagirdlərə izahat verə bilər.  

Tədqiqatı aparmazdan əvvəl müəllim  şagirdlərlə kompyuterdə  iş qaydalarını  və 

təhlükəsizlik  texnikası qaydalarını təkrarlayır. Sinif cütlüklərə bölünür. Hər cütlük 

bir kompyuterin qarşısında  əyləşir və onlara dərsliyin “Fəaliyyət” hissəsində olan 

tapşırıq verilir.  

Praktik iş zamanı seçdirmə alətləri,  şəklin fraqmentinin çoxaldılması, başqa yerə 

köçürülməsi, silinməsi bacarıqları ilə bağlı  şagirdlərdə yaranacaq suallara əyani 



DƏRSİN 

MƏQSƏDİ 

 



seçdirmə alətlərini tanımaq; 

 



şəklin fraqmentini çoxaltmaq; 

 



şəkiln fraqmentinin yerini dəyişmək və onu silməyi bacarmaq. 

 

 

Əsas 



ANLAYIŞLAR 

Seçdirmə alətləri, şəklin fraqmenti, şəklin seçdirilməsi, fraqmentin 

çoxaldılması 

 

 

DƏRSİN TİPİ 

Praktik 

 

 

İstifadə olunan 



İŞ FORMALARI 

Bütün siniflə iş, cütlərlə iş 

 

İstifadə olunan 

ÜSULLAR 

Beyin həmləsi, kompyuterdə iş 



 

Fənlərarası 

İNTEQRASİYA 

T.i. – 2.1.1,  2.1.2 



 

 

TƏCHİZAT 

İş vərəqləri, proyektor, noutbuk 



 

 

Proqram 



TƏMİNATI 

MS Paint proqramı 




 

 

27



olaraq cavab vermək üçün müəllim proyektorda bu işlərin icrasını nümayiş etdirir. 

Şagirdlər sinifdə çəkdikləri şəkli evdə davam etdirmək istəsələr, müəllim bu işləri 

fləş-yaddaşa yazıb onlara verə bilər.  

Diferensial təlim. Təlim nəticələri yüksək olan və qrafik redaktorda işləməyi 

bacaran  şagirdlərə daha mürəkkəb tapşırıqlar vermək olar: məsələn, məktəbinizin 

binasını çəkmək. Tədqiqat zamanı müəllim xüsusi qayğıya ehtiyacı olan şagirdlərə 

böyük həssaslıqla yanaşmalıdır. Onlara alma, şar çəkmək və onu çoxaltmaq kimi 

daha sadə tapşırıqlar vermək olar.  

 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Müəllim bir neçə cütlüyün işini nümayiş etdirə bilər. Tapşırığın nəticəsi seçdirmə 

alətindən düzgün istifadə edilməsindən asılıdır. Seçdirmə alətindən düzgün istifadə 

edə bilməyən  şagirdlərin nəticələri də uyğun olaraq səliqəsiz olacaqdır. Müzakirə 

zamanı müəllim bunu vurğulaya bilər. Məlumat mübadiləsi baş verir. Müəllim 

suallar verə bilər:  

 



Şəkil hazırlayarkən hansı alətlərdən istifadə etdiniz? Seçdirmə alətindən necə 

istifadə etdiniz? Seçdirilmiş fraqmenti necə çoxaltdınız? Vərəqdə bu şəkli necə 

çəkəcəkdiniz?  

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ

  

Müəllim sinfə müraciət edir: 



 

Seçdirmə alətləri nə üçündür? 



 

Onlardan necə istifadə etmək olar? 



Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və onlarla birlikdə nəticə çıxarır: 

 



Bəzən rəsmi çəkərkən bütöv bir fraqmentin yerini dəyişmək, üzünü köçürmək, 

yaxud uzaqlaşdırmaq lazım gəlir. Bunun üçün seçdirmə alətlərindən istifadə 

olunur.  

Dərsliyin “Fəaliyyət” hissəsindən sonra verilən izahat və yeni məlumatlar oxunur. 

Müəllim oxunan materialları proyektor vasitəsilə  əyani olaraq nümayiş etdirir. 

Seçdirmə alətləri və onlarla iş rejimləri sadalandıqca müəllim onları proyektor va-

sitəsilə göstərir. Seçdirilmiş fraqmentlərin çoxaldılması  və yerinin dəyişdirilməsi 

dərslikdə verilmiş qayda ilə nümayiş edilir.  Bu zaman şagirdlər müəllimin yerinə 

yetirdiyi  əməliyyatları öz kompyuterlərində  təkrar etməklə bu bacarıqlara daha 

asanlıqla yiyələnə bilər.  

Müəllim fraqmentin çoxaldılmasını iki üsulla göstərə bilər: 1. Fraqmenti bufer yad-

daşına yazmaqla (Copy) və sonra iş sahəsinə salmaqla (Paste). 2. Klaviaturada 



klavişindən istifadə etməklə.  

Müəllim dərsin  əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları  şagirdlərin 

fəal iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir. 

 

YARADICI TƏTBİQETMƏ  

Müəllim dərsin bu mərhələsində şagirdlərə yaradıcı iş təklif edə bilər:  

–  İstədiyiniz fiquru çəkin. Onu çoxaldaraq naxışlar yaradın.  İşi kompyuterin 

yaddaşında saxlayın. 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə