Microsoft Word 5MVaz (T) (Восстановлен)


MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

 

 

31



MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ 

TEXNOLOGİYASININ ŞƏRHİ

  

 



 

 

 



 

 

ALT STANDARTLAR ÜZR



Ə

  

REALLA



Ş

DIRILACAQ BACARIQLAR 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



T

Ə

DR

İ

S VAH

İ

D

İ

 ÜZR

Ə

 ÜMUM


İ

 SAATLARIN M



İ

QDARI: 


4 saat 

 

K



İ

Ç

İ

K SUMMAT

İ

V Q


İ

YM

Ə

TL

Ə

ND

İ

RM

Ə



 



 

    1 saat

 

T



Ə

DR

İ

S VAH

İ

D

İ

 –

1

İ

NFORMAS

İ

YA 

1.1.1. İnformasiyaların sadə işarələrlə kodlaşdırılmasını izah edir. 

1.1.2. İnformasiyaların sadə işarələrlə kodlaşdırılmasına aid nümunələr 

göstərir. 

1.1.3. İnformasiyaların həcminin ölçülməsini nümunələrlə izah edir. 

1.2.1. İnformasiyaların qəbul edilməsinin üsullarını sadalayır. 

1.2.2. İnformasiyaların qəbul edilməsi üsullarını fərqləndirir. 

1.2.3. İnformasiyaların qəbul edilməsi üsullarını nümunələrlə şərh edir. 

2.1.1. Obyektin informasiya modelini izah edir. 

2.1.2. İnformasiya modelinin növlərini fərqləndirir. 

2.1.3. Obyektin informasiya modelinin növlərini nümunələrlə şərh edir. 



 

32

Dərs 



1

 / Mövzu:

 İNFORMASİYA NƏDİR 

 

Tədris ilinin ilk dərsi kimi şagirdləri dərsliyin quruluşu və ondan istifadə qaydaları 



ilə tanış etmək məqsədəuyğundur. Məzmun standartlarını təhlil edərkən görmək olar 

ki, “informasiya prosesləri” məzmun xətti 5-ci sinifdən başlayaraq yuxarı siniflərə 

qədər davam edir və  hər sinifdə informasiya proseslərindən birinə daha çox diqqət 

yetirilir. Müəllim dərsə ümumi diaqnostik qiymətləndirmə ilə başlaya bilər. O, qiy-

mətləndirməni sual-cavab şəklində, yaxud sadə tapşırıqlarla da keçirə bilər. Keçirilən 

qiymətləndirmə, eyni zamanda, şagirdlərin aşağı siniflərdən öyrəndikləri bilikləri 

aktivləşdirməyə xidmət edəcəkdir. Müəllim informasiyanın qəbulunda duyğu üzvlə-

rinin rolunu gündəlik həyatdan nümunələr göstərməklə şərh edə bilər.  



 

 

 

 

 Müəllim mövzuya başlamaq üçün şagirdlərin diqqətini ətrafımızda olan in-

formasiyalara və onların  əhəmiyyətinə yönəldə bilər.  Şagirdləri aktivləşdirmək 

üçün  şəkil üzrə  iş  təşkil etmək mümkündür. Bunun üçün müxtəlif sualların 

verilməsi faydalı olardı. Müsahibə zamanı müəllim sinfin səviyyəsi barədə ilkin 

təsəvvürlər yaratmaqla öz fəaliyyətində müəyyən dəyişikliklər edə bilər. “Daha 

hansı ... ?”, “Nəyə görə ... ?” tipli suallarla müəllim  şagirdləri yoxlaya bilər. 

Adətən, bu cür suallar dialoqu davam etdirməyə kömək göstərir.  

 Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırığı yerinə yetirmək üçün 

araşdırılan sual müzakirə olunur. Bu tapşırıqda məqsəd gündəlik həyatda 

müxtəlif informasiyaları necə  qəbul etməyin mümkünlüyünü araşdırmaqdır. 

Müəllim tapşırığa yaradıcı yanaşmağı xahiş edir. Bu zaman o xatırlada bilər ki,  

bir informasiyanı bir neçə üsulla əldə etmək olar. Siyahıda verilən hər bir 

informasiya bizim bir duyğu üzvümüzə uyğun gəlsə  də, izah oluna bilər ki, 

onları bir neçə duyğu üzvümüz vasitəsilə də əldə edə bilərik; məsələn: krandan 

gələn suyun qaynar olduğunu toxunmaqla (əlimizlə), görməklə (buxarını) 

müəyyənləşdirə bilərik. Bu baxımdan tapşırıq aşağıdakı cədvəli doldurmaqla da 

yerinə yetirilə bilər.  

 



 

 

33



  Diferensial təlim. Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan 

şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim bu tapşırığı bir qədər sadələş-

dirə bilər. Məsələn, hər bir informasiya üçün bir duyğu üzvü müəyyən edilir.  

Tapşırığın müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər. İnforma-

siyanın qəbul edilməsi üsulunun onun növündən asılılığı nümunələrlə izah oluna 

bilər: məsələn, biz səs informasiyasını gözümüz və ya əlimizlə qəbul edə bilmirik. 

Amma dərsin qurtardığını saata baxmaqla, yaxud şagirdlərin dəhlizə çıxmaları ilə 

müəyyənləşdirə bilərik. Şagirdləri müzakirəyə daha fəal cəlb etmək üçün müəllim 

əlavə suallar da verə bilər. Məsələn, “Əgər pəncərə bağlıdırsa, havanın çiskinliyini 

necə bilmək olar?”, “Mətbəxə daxil olmadan ananızın qutab bişirdiyini bilmək 

olarmı?”  

 Dərslikdə “Fəaliyyət” hissəsindən sonra verilən izahat və yeni məlumatların 

şagirdlər tərəfindən sinifdə oxunması onlarda yarana biləcək sualları müzakirə 

etmək üçün faydalıdır. Müəllim optik illüziyalar barədə  məlumat verə  və  bəzi 

şəkilləri nümayiş etdirə bilər.  

Adətən,  şagirdlər bu mövzuya çox maraq göstərirlər.  İllüziyalar insanın duyğu 

üzvlərinin mükəmməl olmadığını sübut edir.  

                       

 

 

Burada insan tərəfindən yaradılan alət, cihaz və qurğular barədə  məlumat vermək 



məqsədəuyğundur. 

 “Nümunə” hissəsində verilmiş  məlumatı  şagirdlərdən birinin vasitəsilə  də 

nümayiş etdirmək mümkündür.  

  “Bu, maraqlıdır” işarəsi ilə verilmiş material şagirdlərdə qəbul olunan informa-

siyanın üsulları arasında müqayisə aparmaq üçün istifadə edilə bilər. Müəllim bu 

məlumatı atalar sözünün şərhini verməklə daha da zənginləşdirə bilər. 



                       NƏ İLƏ ALMAQ OLAR? 

 

 

 

     İNFORMASİYA 

rm



əkl

ə

 

E

şitm


əkl

ə

 

To

xu

nma



q

l

a



 

İyl


əm

əkl


ə

 

Dad


m

aqla


 

Bayırda hava çiskindir 



+ + +     

Krandan gələn su qaynardır 



+  +    

Yeməyin duzu yoxdur 



 

 

 

 

Qapı döyülür 



 +      

Anam mətbəxdə qutab bişirir 



+    +  


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə