Microsoft Word 5MVaz (T) (Восстановлен)


GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

 

20

GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR 

 

 

Dərs 



3

 / Mövzu:

 İNFORMASİYA MODELİ  

 

MOTİVASİYA 

Müəllim şagirdlərə bir neçə oyuncaq, yaxud kiçik maket göstərib sinfə müraciət edir: 

                          

                        

 



 

Bunlar hansı  əşyalardır? (ekskavator oyuncağı, təyyarə modeli) Onların 

ətrafımızda oxşarı varmı? Onlar bu əşyalara nə ilə oxşayır və nə ilə fərqlənir? 

(ölçülərinə görə, hərəkətlərinə görə).  

Müəllim digər fənlərlə intreqrativ suallar verə bilər: 

 



Qlobus nəyə oxşayır? (Yer kürəsinə). Qlobusu düzəltmək üçün insanlar hansı 

məlumatlardan istifadə etmişlər? Biz keçmiş zamanlarda yaşamış dinozavrları 

görməmişik, amma onlar barədə filmlərə baxmışıq, 

onların  şəkillərini seyr etmişik. Sizcə, insanlar dino-

zavrları görmədikləri halda onların nəhəng olduqlarını, 

xarici görünüşlərini necə müəyyən etmişlər?    

Şagirdlərin fikirləri dinlənilir. Lövhədə  tədqiqat sualı 

yazılır və müəllim tərəfindən səsləndirilərək izah olunur. 

Şagirdlərin fərziyyələri qeyd olunur.  

Tədqiqat sualı: 

Obyektləri öyrənmək üçün onları necə təsvir etmək olar? 

DƏRSİN 

MƏQSƏDİ 

 



obyektin informasiya modelini izah etmək; 

 



informasiya modelinin növlərini fərqləndirmək; 

 



obyektin informasiya modelinin növlərini nümunələrlə  şərh 

etmək. 


 

 

Əsas 



ANLAYIŞLAR 

Model, modelləşdirmə, maddi model, informasiya modeli 



 

 

DƏRSİN TİPİ 

İnduktiv 

 

 

İstifadə olunan 



İŞ FORMALARI 

Bütün siniflə iş, qrupla iş 

 

İstifadə olunan 

ÜSULLAR 

Beyin həmləsi, kiçik mühazirə, problemin həlli, modelləşdirmə, 

təqdimat 

 

Fənlərarası 

İNTEQRASİYA 

Riy. – 2.1.2,  H-b. – 4.2.2,  Tex.– 4.2.1, T.i. – 1.1.1, 2.1.1 



 

 

TƏCHİZAT 

İş vərəqləri, kompyuter, proyektor 




 

 

21



TƏDQİQATIN APARILMASI 

Müəllim tədqiqatı aparmaq üçün şagirdləri kiçik qruplara bölür. O, qrupların hər 

birinə  dərsliyin “Fəaliyyət” hissəsində olan tapşırıqların birini, yaxud alternativ 

tapşırıqlar verə bilər.  



Alternativ tapşırıqlar.  

– Məktəbinizi müxtəlif cür təsvir edin.  

– Qrupun üzvlərini müxtəlif cür təsvir edin. 

Diferensial təlim. Sağlamlıq imkanları məhdud olan şagirdlər qrup müzakirələrin-

də  iştirak edə, iş  vərəqlərində obyektin şəklini çəkə, yaxud onun haqqında nə isə 

yaza bilərlər.  

 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Hər qrupun nümayəndəsi işi təqdim edir. Şagirdlər dərslikdə verilmiş fəaliyyət tap-

şırığını  şəkil çəkməklə, sözlərlə, yaxud sxem çəkməklə yerinə yetirə bilər. 

Məlumat mübadiləsi baş verir. Müəllim və digər qruplar çıxış edənə suallarla mü-

raciət edə bilər. 

I qrupa:  

 



İnformasiyanı hansı formalarda təqdim etdiniz? Futbol meydançasındakı oyun-

çuların yerini necə göstərmək olar? Futbol meydançasının ölçülərini göstərmək 

üçün meydançanın özünü çəkməyə ehtiyac varmı?   

II qrupa

 



Keçiləcək dərsləri nə zaman cədvəllə göstərmək əlverişli olur? Əgər valideyni-

nizi hər gün dərsinizin qurtardığı vaxt maraqlandırırsa, ona gün ərzində keçilən 

dərsləri sadalamağa ehtiyac varmı? Bu zaman ona informasiyanı necə  təqdim 

etmək olar?  



III qrupa

 



Məktəbdən evə getdiyin yolu dostuna necə başa sala bilərsən? Əgər məktəbdən 

eviniz görünürsə, onun yerini bildirmək üçün ən münasib forma hansı ola bilər? 



IV qrupa

 



Sevdiyiniz dondurmanı almaq üçün onu satıcıya necə bildirmək olar? Əgər bu 

dondurmanı özünüz hazırlamaq istəsəniz, sizə onun haqqında hansı informasi-

yalar daha faydalı ola bilər?  

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ

 

 

Müəllim şagirdlərə sualla müraciət edir: 

 



Siz informasiyaları necə  təqdim etdiniz? Təqdim edilmiş formalardan obyekt 

haqqında bütün məlumatları almaq olardımı?  

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və onlarla birlikdə nəticə çıxarır: 

 



Obyektlərin sadələşdirilmiş  bənzəri  model adlanır. Obyektlərin görünən 

əlamətlərinin əks olunduğu bu cür modellərə maddi model deyilir. Obyekti öy-

rənmək ucun maddi model yaratmaq vacib deyil. Maddi modellərdən savayı, 

informasiya modelləri  də var. Əgər obyektin maddi modeli onun fiziki oxşarı-

dırsa, informasiya modeli onun təsviridir. Modellər obyektin bütün xassələrini 

yox, yalnız öyrənilən və maraqlı olan xassələrini əks etdirir. Obyekti öyrənmək 



 

22

üçün maddi model yaratmaq vacib deyil. Özünüz də gördünüz ki, eyni bir ob-



yekti müxtəlif yollarla təsvir etmək olur. Başqa sözlə, eyni bir obyektin müxtə-

lif modellərini qurmaq olar. Bu modellərin hər biri obyektin müəyyən 

xassələrini  əks etdirir. Məsələn, bir modeldən obyektin ölçüləri, başqasından 

onun rəngi və forması, üçüncüsündən isə materialı  və  hərəkətləri haqqında 

informasiya almaq olar. Ən çox istifadə edilən informasiya modelləri sözlə

şəkillə, cədvəllə və sxemlə təsvir olunur. 

Müəllim dərsin  əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları  şagirdlərin 

fəal iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir. 

 

YARADICI TƏTBİQETMƏ  

Müəllim  şagirdlərə eyni bir obyektin müxtəlif informasiya modellərini qurmaq 

tapşırığı verə bilər.  

 

QİYMƏTLƏNDİRMƏ 

Müəllim dərs zamanı qrupları qiymətləndirir. Cədvəli doldurur: 

 

№ 



Əməkdaşlıq Dinləmə 

Nizam-

intizam 

İşin düzgün 

yerinə 

yetirilməsi və 

tamamlanması 

Ümumi 

nəticə 

I  


 

 

 



 

II  


 

 

 



 

III  


 

 

 



 

IV  


 

 

 



 

 

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün 



meyar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində bu meyarlara uyğun olaraq 

şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır.  



Meyarlar: 

1.

 



Obyektin informasiya modelini izah edir. 

2.

 



İnformasiya modelinin növlərini fərqləndirir. 

3.

 



Obyektin informasiya modelinin növlərini nümunələrlə şərh edir.  

 

№ 



Şagirdin soyadı və adı 

Meyarlar üzrə müəllimin qeydləri 

1 2 3 

1.  


 

 

 



2.  

 

 



 

...  


 

 

 



Ev tapşırığı. “Araşdıraq-öyrənək” bölməsindəki tapşırıq verilə bilər.  


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə