Microsoft Word 5MVaz (T) (Восстановлен)


FƏNLƏRARASI İNTEQRASİYA CƏDVƏLİ



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   2   3   4   5   6   7   8   9   ...   33

 

14

 



FƏNLƏRARASI İNTEQRASİYA CƏDVƏLİ  

A-d. – Azərbaycan dili, Riy. – Riyaziyyat, H-b. – Həyat bilgisi, Tex. – Texnologiya, T-i.–Təsviri in-

cəsənət, X-d. – Xarici dil, F-t. – Fiziki tərbiyə, Mus. – Musiqi, Az.t.

 – 


Azərb. tarixi 

 

 

DİFERENSİAL TƏLİM İMKANLARI 

 

Diferensial təlim əhəmiyyətli hesab olunan, məzmunu müxtəlif öyrənmə və düşüncə 

tərzinə malik olan şagirdlərə öyrətmək və  mənimsəməni təmin etmək üçün tətbiq 

olunan təlim üsullarıdır. Diferensial təlimi proses kimi başa düşmək lazımdır. Yəni 

müəllimlər şagirdlərə maksimum səmərəli şərait yaratmaq üçün təlimin diferensial-

laşması üzərində çalışmalıdır.  

TƏDRİS VAHİDİ, BÖLMƏ VƏ MÖVZULAR 

 

FƏNNİN ADI VƏ ALT 

STANDARTLARIN NÖMRƏSİ 

 

1. İNFORMASİYA 



 

 

1. İnformasiya nədir 



Az.t. – 1.2.1, Riy. – 5.1.1 

2. İnformasiyanın   

    kodlaşdırılması 

H-b. –  4.2.2, Mus. – 3.1.1, T.i – 1.1.1 

3. İnformasiya modeli  

H-b. – 4.2.2,  Tex. – 4.2.1, T.i. – 1.1.1, 

2.1.1 

4. İnformasiyanı ölçmək  



    olarmı? 

Riy.  – 4.1.1 

2. KOMPYUTER 

 

5. Fərdi kompyuterlər  



Tex. –  2.1.1 

6. Kompyuter necə işləyir  

H.b. – 4.2.1, 4.2.2 

7. İş masası 

 

8. Menyu 



 

9. Fayllar və qovluqlar 

 

10. Pəncərə 



 

 

3. TƏTBİQİ 



PROQRAMLAR 

 

11. Kompyuterdə şəkil     



çəkirəm 

T.i. – 2.1.1,  2.1.2 

12. Şəklin fraqmenti ilə iş 

T.i. – 2.1.1,  2.1.2 

13. Fraqmentin əyilməsi və  

      döndərilməsi 

T.i. – 2.1.1 

14. Mətn redaktoru 

A-d. – 3.1.1, 3.1.2, 3.1.4 

15. Şəkilli mətnlər 

A-d. – 3.1.1, 3.1.2, 3.1.4 

16. Mətn redaktorunda şəkli  

  necə çəkmək olar 

T-i. – 2.1.1 

4. ALQORİTM VƏ 

PROQRAM 


17. Alqoritm  

Riy. – 2.1.1, Tex.– 3.1.1, F-t.– 1.2.1 

18. Alqoritmləri necə təqdim  

      etmək olar  

Riy. – 2.1.1 

19. Əyləncəli məsələlər 

Riy. – 1.2.1,  1.2.2 

20. Proqram nədir  

Riy. – 1.2.1,  1.2.2 

21. Bağa işə başlayır 

Riy. – 1.2.1,  1.2.2 

22. Bağa sadə fiqurlar çəkir 

Riy – 3.1.1, 3.2.1 

5. İNTERNET 

23. İnformasiya resursları 

H-b. – 2.3.1 

24. İnternet  

H-b. – 2.2.2 

25. Dünya hörümçək toru 

H-b. – 2.2.2, 3.3.1 

26. İnternetdə informasiyanın 

      axtarışı 

H-b. – 2.2.2 



 

 

15



Bildiyiniz kimi, təlim bir-biri ilə  sıx  əlaqədə olan 4 əsas aspektdən ibarətdir:         

1) fənlərin məzmunu və gözlənilən nəticələr (standartlar); 2) şagirdlərin ilkin bilik 

və bacarıqları, inkişaf və hazırlıq səviyyələri, onların xüsusi ehtiyacları; 3) təlim 

üsulları, tapşırıqlar, əlavə materiallar, əyani vəsaitlər və öyrənməni möhkəmləndir-

mək üçün ev tapşırıqları və çalışmalar; 4) tətbiq olunan qiymətləndirmənin üsul və 

növləri. Təlimin diferensiallaşması haqqında düşünərkən təlim prosesinin bütün as-

pektlərinin diferensiallaşması nəzərə alınmalıdır. Təlimin diferensiallaşması zama-

nı müəllim bu üsullardan istifadə edə bilər: 1) yeni mövzunu təqdim edərkən həm 

şifahi üsuldan, həm də əyani vasitələrdən istifadə edə bilər (eyni zamanda danışır 

və göstərir); 2) kiçik qrup halında şagirdlərlə ayrıca görüşür və onlara təkrar izahat 

verir (bu üsulun tətbiqinə sinfin güclü şagirdlərini də cəlb etmək olar); 3) oxu üçün 

nəzərdə tutulan materialı bir mətn  şəklində yox, bir neçə  mətn  şəklində hazırlayır 

ki, müxtəlif oxu qabiliyyəti olan şagirdlər oxu fəaliyyətinə  cəlb oluna bilsinlər;      

4)  şagirdlərin ehtiyaclarından asılı olaraq onlara manipulyativ alətlər  verir;            

5) öyrəndiklərini və bacardıqlarını nümayiş etdirmək üçün müxtəlif yollar təqdim 

edir, məsələn, süjetli-rollu oyunlar hazırlamağa imkan yaradır, şifahi cavabın əvə-

zinə  məktub yazmağı təklif edir, şagirdlər üçün qrup və ya fərdi qaydada işləmək 

üçün şərait yaradır; 6) şagirdlərin müxtəlif öyrənmə üslublarını nəzərə alaraq onlar 

üçün fərdi şəraitin yaradılmasına çalışır: tək oturmağı sevən tək oturur, qrupda işlə-

məyi xoşlayan qrupda işləyir və daim bu qrupun üzvü olur və s. 

Diferensial təlim texnologiyaları həm tipik, həm də xüsusi təhsilə ehtiyacları olan 

şagirdlərin nailiyyətlərinin yüksəldilməsi üçün müasir dövrün ən proqressiv və 

səmərəli yanaşmalarından hesab olunur. Diferensial təlimin alt komponenti olan in-

klüziv təlimin əsasını hər bir şagirdə fərdi yanaşma ideyası təşkil edir. İnklüziya – 

sağlamlıq imkanları  məhdud olan uşaqlarda özünə inam yaratmaqla yanaşı, on-

lara digər yaşıdları ilə eyni məktəbdə  təhsil almaq şəraitinin yaradılmasıdır. Bu 

baxımdan təlimi diferensiallaşdırarkən xüsusi təlimə ehtiyacı olan şagirdlərlə  iş 

texnologiyasının nəzərə alınması mühüm amildir. Tədqiqatlar göstərir ki, xüsusi 

qayğıya ehtiyacı olan şagirdlərin bir çoxu üçün “eksplisit” təlim metodları olduqca 

əhəmiyyətlidir. Eksplisit təlim üç mərhələdən ibarətdir: 

 



dərsin mövzularının təqdim edilməsi; 

 



materialın birbaşa öyrədilməsi və dərsin məzmununun modelləşdirilməsi; 

 



şagirdlərə  təcrübə toplamaq imkanının yaradılması (istiqamətləndirilmiş 

praktik iş). 

Təqdim olunan vəsaitdə diferensial təlimin üç qrup üzrə  təşkili nəzərdə tutulmuş-

dur:  


1. TNYOŞ – təlim nəticələri yüksək olan şagirdlər. 

2. TNZOŞ – təlim nəticələri zəif olan şagirdlər. 

3. SİMOŞ – sağlamlıq imkanları məhdud olan şagirdlər.  

Dərslərin tədrisi texnologiyalarını şərh edərkən müxtəlif mərhələlərdə hər üç qrupa 

daxil olan şagirdlərlə  işləmək üçün müəllimə  təlim materiallarının uyğunlaşdırıl-

ması istiqamətində tövsiyələr verilmişdir.   



 


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə