Microsoft Word 5MVaz (T) (Восстановлен)



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

 

34

İnformasiyanın qəbul edilməsində cihazların rolundan danışarkən müəllim 4-cü 



sinifdə texnikada informasiya prosesləri haqqında bilikləri xatırlada bilər.  

 

Diferensial təlim. Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırıq 

sinifdə, yaxud evdə yerinə yetirilə bilər. Bunun üçün şəkildə göstərilən heyvanların 

ov zamanı, yaxud  adi vaxtda hər hansı obyekt haqqında informasiyanı başlıca olaraq 

hansı duyğu üzvü vasitəsilə  aldıqlarını müəyyənləşdirmək lazımdır. Bu barədə 

yuxarı sinif “Zoologiya” dərsliyindən, müxtəlif ensiklopediyalardan, kompyuterdə 

sərbəst işləməyi bacaran şagirdlər isə  İnternetdən məlumatlar  əldə edə bilər. 

Mənimsənilən bacarıqları möhkəmləndirmək məqsədi ilə  aşağıdakı oyun keçirilə 

bilər.  

Rollu oyun. Üç  şagird hər hansı bir iş haqqında razılaşmalıdır. Məsələn: saat 

neçədə və  harada görüşəcəklər. 1-ci şagird görmür (gözləri bağlıdır), 2-ci şagird 

eşitmir, 3-cü şagird isə danışa bilmir.  

Müəllim digər üçlüklərə fərqli tapşırıqlar verə bilər. Məsələn: “Ev tapşırıqlarını tez 

qurtarıb həyətə oynamağa düşək”, “Sinif yoldaşınızın ad günündə hansı  hədiyyə 

almaq?”. 

 

Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Sual və 



tapşırıqlar” hissəsində verilmiş tapşırıq yerinə yetirilir. 2-ci suala cavab verərkən 

informasiyanın növlərini yada salmaq tələb olunur. Qəzet oxuyarkən vizual infor-

masiya, mürəbbə yeyərkən dad informasiyası, mühərrikdən isə  səs informasiyası 

alınır.  Bu informasiyaları uyğun olaraq göz, dil və qulağımızla qəbul edirik. 3-cü 

tapşırıqda isə sadalanan cihazların təyinatı barədə ümumi müzakirə aparmaq olar. 

Bu zaman aydın olar ki, göy cisimlərini teleskop vasitəsilə müşahidə edərkən, mik-

roorqanizmləri mikroskop vasitəsilə öyrənərkən və obyektlərin çəkisini tərəzi ilə 

çəkərkən biz vizual informasiya alırıq. 4-cü tapşırıqda “Duyğu üzvlərimizin  ətraf 

aləm haqqında bizə verdiyi informasiyalar həmişə düzgün olur” fikri yalandır.  

Bunu sübut etmək üçün su ilə dolu stəkanda çöpün sınıq görünməsini, aktyorların 

məşhur insanların səsi ilə danışmasını misal göstərmək olar.  

 

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə 

qiymətləndirə bilər:  

1. İnsanda və digər canlılarda duyğu üzvlərinin rolunu izah etmə. 

2. İnformasiyanın qəbul olunmasını nümunələrlə izah etmə. 

3. İnformasiyanın qəbul edilməsi üsullarını fərqləndirmə. 

4. İnformasiyanın qəbulunda texnikanın rolunu izah etmə. 

5. İnformasiyanın hansı üsulla qəbul olunduğunu müəyyən etmə. 

 



 

 

35



Dərs 

2

 / Mövzu:



 İNFORMASİYANIN KODLAŞDIRILMASI  

 

İnformasiyanın kodlaşdırılması  şagirdlərə  aşağı siniflərdən rebus, Sezar kodu, 

“Bayraq  əlifbası” vasitəsi ilə tanışdır. Kodlaşdırma mövzusunun tədrisində  əsas 

məqsəd verilənlərin kompyuterin yaddaşında necə  təsvir olunduğunu izah 

etməkdir.  İkilik kodlaşdırma vasitəsilə informasiyanın təsvir olunması yuxarı 

siniflərdə daha ətraflı şərh ediləcəkdir. 5-ci sinifdə kodlaşdırma ətrafımızdakı sadə 

nümunələrlə izah oluna bilər. “Kod” anlayışının dərsin  əvvəlində deyil

ümumiləşdirmə hissəsində izah olunması daha məqsədəuyğundur. Dərsin əvvəlində 

aşağı siniflərdən informasiyanın təqdim edilməsinin müxtəlif formalarını yada 

salmaq olar. Mövzu izah olunarkən kod və  şifr anlayışlarını  fərqləndirmək 

lazımdır. Şifrləmə informasiyadan istifadəni məhdudlaşdırmaq məqsədi ilə aparılan 

əməliyyatdır. Dərsə marağı artırmaq üçün şagirdlərə eyni bir informasiyanı 

müxtəlif formalarda kodlaşdırmaq tapşırıla bilər.  

1.1.2 alt standartını küçələrdə, nəqliyyatda, ictimai yerlərdə, kitablarda şagirdlərin 

rast gəldikləri kodlaşdırılmış informasiya nümunələri əsasında reallaşdırmaq olar. 

 

 



 

 

 



 

 

 



 

 

 

 Müəllim mövzuya başlamaq üçün şagirdlərin diqqətini  ətrafımızda olan infor-

masiyaların müxtəlif təqdimolunma formalarına yönəldə bilər. Bu zaman evdə, 

küçədə, məktəbdə rast gəlinən müxtəlif təqdimolunma formalarına dair nümunələr 

göstərilə bilər; məsələn: yol hərəkəti nişanları, işıqforun siqnalları, müxtəlif yazılar, 

məktəb zəngi və s. Dərslikdə verilmiş  şəklə diqqəti cəlb edərkən müəllim Xəzər 

dənizi haqqında informasiyanın yazı, şəkil, notlar (işarələr) kimi müxtəlif formala-

rını sadalaya bilər. Müəllim  əlavə suallar da verə bilər: “Azərbaycan dilini 

bilməyən adam bu misraları başa düşərmi? Bəs rəsmi?” 

 Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıq informasiyanın müxtəlif for-

malarda təqdim edilməsinə aiddir. Bu tapşırıqda məqsəd verilmiş informasiyaları 

ədəd, cədvəl, şəkil, jest, simvol, mətn və s. formalarda təqdim etməklə bu formaları 

fərqləndirməyi bacarmaqdır.  Şagirdlərin yaradıcılığı  nəticəsində eyni bir informa-

siya müxtəlif cür təqdim oluna bilər. Məsələn, sinifdəki oğlan və  qızların sayını 

ədəd, simvol, yazı, cədvəl şəklində təqdim etmək olar. Yağışın yağmasını isə hava 

proqnozlarında verilən simvollarla, mətnlə göstərmək olar. Beləliklə, şagirdlər kod-

laşdırma haqqında bilikləri özləri kəşf edirlər.  




 

36

Diferensial təlim. Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan 

şagirdlər üçün müəllim bir qədər fərqli tapşırıqlar verə bilər. Məsələn:  

İnformasiyanı  göstərilmiş üsullarla təqdim edin: 

– Ovqatım yaxşıdır! (işarələrlə, jestlə) 

– Qışqırmaq qadağandır! (işarələrlə, jestlə) 

– Üç üstəgəl dörd, bərabərdir yeddiyə. (işarələrlə, şəkillə)  

İşlərin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər.  Şagirdlərin 

müzakirəyə daha fəal cəlb olunmaları üçün müəllim informasiyanın təqdim 

edilməsi formalarının hansı situasiyalarda daha anlaşıqlı  və  əlverişli olduğunu 

soruşa bilər. Məsələn, avtomobili idarə edən sürücü üçün “Düz getmək 

qadağandır!” informasiyası hansı formada daha anlaşıqlıdır: mətnlə, yoxsa nişanla? 

Müəllim izah edə bilər ki, başqa ölkələrdən gələn sürücülər yerli dildə yazılmış 

mətni başa düşmədiklərindən, yaxud sürətlə getdikdə  mətni oxumağa vaxt 

olmadığından nişanlar daha əlverişlidir. 

 

Dərsin şərhini təqdimat vasitəsilə təşkil etmək yaxşı olardı. Müəllim şagirdlərə 



ətrafımızda istifadə olunan kodların müxtəlifliyindən söhbət açmaqla yanaşı,  

kodlaşdırmanın mahiyyətini izah edə bilər. Kodlaşdırmanın tərifini izah edərkən 

bildirmək olar ki, informasiyanın kodlaşdırılması dedikdə onu saxlamaq, ötürmək, 

yaxud emal etmək üçün daha əlverişli formada təqdim etmək nəzərdə tutulur. İn-

formasiyanı kodlaşdırmaq üçün, əsasən, qrafik (şəkillər və ya nişanlar vasitəsilə), 

ədədi (ədədlər vasitəsilə) və simvol (verilmiş  mətni təşkil edən  əlifba simvolları 

vasitəsilə) formalarından istifadə olunur.  

 “Nümunə” hissəsində verilmiş məlumatı şagirdlərin diqqətinə çatdırmazdan əvvəl, 

müəllim bu nişanların mənasını altındakı mətni oxumadan soruşa bilər. İkinci və üçün-

cü nişanlara baxmaqla onların mənasını söyləmək olar. Lakin birinci nişanın mənasını 

bilmək üçün altındakı yazını oxumaq lazımdır. Müəllim izah edə bilər ki, onun 

altındakı yazını oxuduqdan sonra mənasını başa düşdük, yəni dekodlaşdırdıq.  

 “Bu, maraqlıdır” işarəsi ilə məşhur Morze əlifbası vasitəsilə hərf və rəqəmləri 

necə kodlaşdırmaq haqqında material oxuna bilər. Müəllim məşhur SOS – 



beynəlxalq qəza siqnalı  barədə informasiya verə bilər. SOS (Save Our Souls) – 

“Bizi xilas edin!” siqnalı Morze əlifbası ilə   • • •  – – –  • • • kimi kodlaşdırılır.  

Nümunə üçün Brayl əlifbası haqqında da məlumat vermək olar. Bu əlifba  ətrafı 

görməyən insanlar üçün yaradılıb. Brayl əlifbası (bu əlifba çıxıntılar və 

çöküntülərdən ibarətdir)  əsasında hazırlanmış kitablar, kompyuterlər mövcuddur.  

  

  



 


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə