Microsoft Word 5MVaz (T) (Восстановлен)



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

 

 

37



 Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırıq sinifdə, yaxud evdə 

yerinə yetirilə bilər. Burada məşhur alim FARABİ-nin adı kodlaşdırılmışdır.  

Şagirdlərə araşdırma xarakterli başqa tapşırıq da vermək olar: şagirdlər  ştrix-kod 

barədə informasiya toplamalı və məhsulun Azərbaycana aid olub-olmadığını müəy-

yən etməlidirlər. Bu tapşırığın evə verilməsi daha məqsədəuyğundur. Azərbaycana 

məxsus malın ştrix-kodunun ilk 3 rəqəmi – prefiksi 

476-dır. 

 

 



                                        

 

 



 

 

 



 

 

Mənimsənilən bacarıqları möhkəmləndirmək məqsədi ilə dərslikdə verilmiş, yaxud 



aşağıdakı oyunlar oynanıla bilər. 

Oyun. Qarğa dili. Sözləri kodlaşdırmaq üçün bu qaydadan istifadə olunur: sözdə 

olan hər bir saitdən sonra “b” səsi və həmin saitin özü artırılır; məsələn, “kitab” 

sözü “kibitabab”, “dəftər” sözü isə “dəftər” kimi səsləndirilir. 1-ci komanda 

bir neçə sadə sözdən ibarət cümləni yazmadan şifahi olaraq kodlaşdırıb 

səsləndirir. 2-ci komanda isə bu cümləni dekodlaşdırıb söyləyir; məsələn: 

“Habavaba  ibistibidibir”. Sonra 2-ci komanda kodlaşdırır, 1-ci komanda isə 

cümləni bərpa edir.  

Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Sual və 

tapşırıqlar” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər. Sonuncu tapşırıqda 

Morze əlifbası ilə kodlaşdırılmış söz “kompas”dır.    



 

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə 

qiymətləndirə bilər: 

1. İnformasiyanın kodlaşdırılmasına dair nümunələr göstərmə. 

2İnformasiyanın kodlaşdırılmasını izah etmə. 

3. İnformasiyanı sadə şəkildə işarələrlə kodlaşdırma. 

4. Kodlaşdırma qaydasını bilərək informasiyanı dekodlaşdırma.  

 

 



Dərs 

3

 / Mövzu:



 İNFORMASİYA MODELİ  

 

Modelləşdirmə informatikanın mühüm sahələrindən biridir. Müasir texnologiyala-

rın inkişafında mühüm sahə olan modelləşdirmə nəzəriyyələrin bir çoxunun əsasını 

təşkil edir. Bu baxımdan dərsin təlim məqsədlərini reallaşdırarkən  şagirdləri 

əvvəlcə adi “model” anlayışı ilə tanış etmək tövsiyə olunur. İstənilən obyektin mo-

delini qurmaq üçün əvvəlcə onun əhəmiyyət daşıyan  əlamətlərini müəyyənləşdir-

mək lazımdır. Sonra isə maddi və informasiya modellərinin yaradılması, onlardan 



 

38

necə istifadə olunmasına dair nümunələr göstərmək və onların fərqini izah etmək 



olar.  İnformasiya modellərinin üstünlükləri, növləri və onlardan necə istifadə 

edilməsinin izahı üçün gündəlik həyatda rast gəldiyimiz nümunələr göstərilə bilər.  

 

 

 



 

 

 



 

 

 

 

 

 Müəllim mövzuya başlamaq üçün şagirdlərin “model” sözü haqqında biliklərini 



yoxlaya bilər. Uşaqların  ən çox tanıdığı modellər,  əsasən, maddi modellərdir. 

Müəllim şagirdlərin informasiya modelləri ilə tanışlıq səviyyəsini sadə nümunələr 

əsasında yoxlaya bilər; məsələn: o, üçölçülü kompyuter modelləri, bina və evlərin 

kompyuterdə  işlənmiş dizayn layihələrini gördükləri haqqında  şagirdlərə suallar 

verə bilər. Dərslikdə verilmiş şəkillər barədə diskussiya təşkil etmək olar.  

 Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıq yerinə yetirilir. Bu tapşırıqda 

məqsəd verilmiş obyektlərin öyrənilməsindən asılı olaraq onların  əhəmiyyətli 

sayılan  əlamətlərinin təsvir edilməsidir. Ona görə  də  tədqiqat işi ilə bağlı izahat 

verərkən bildirmək olar ki, futbol meydançasının şəklini çəkmək vacib deyil. Əgər 

bizi onun eni, uzunluğu və digər ölçüləri maraqlandırırsa, bunu yazı və ya cədvəllə 

də vermək olar. Əgər meydandakı oyunçuların mövqeyi maraqlandırarsa, bunu 

sxemlə vermək daha münasibdir. Həftə  ərzində keçiləcək dərslərin siyahısını 

cədvəllə təsvir etmək əlverişlidir. Əgər bizi hər gün neçə dərsin olduğu maraqlandı-

rarsa, bunu ədədlə də göstərmək mümkündür.  

 İşlərin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər.  Şagirdlərin 

müzakirəyə daha fəal cəlb olunmaları üçün təqdim edilən formaların üstün və mənfi 

cəhətlərini soruşmaq olar; məsələn:  

– Xoşladığınız dondurmanı hazırlamaq üçün onun şəkli kifayət edirmi? Sizin istədi-

yiniz dadı verən dondurmanı hazırlamaq üçün hansı əlavə məlumatlar lazımdır?  

 Mövzunun şərhini təqdimat vasitəsilə təşkil etmək məqsədəuyğundur. Müəllim 



model, maddi və informasiya modellərinə  aid nümunələri şəkillərlə izah edə bilər. 

İnformasiya modellərinin növləri barədə danışarkən Azərbaycan dili, riyaziyyat, 

təsviri incəsənət və digər fənlərdə bu növlərin hansından istifadə edildiyini 

soruşmaq olar.  

 

Dərsliyin “Bu, maraqlıdır” hissəsində verilmiş nümunə maddi və informasiya 



modellərinin fərqli cəhətlərini izah etmək üçün faydalıdır.  

Şagirdlərə informasiya modellərinin növlərini müəllimin misallar vasitəsilə izah 

etməsi faydalı olar.  



 

 

39



 

Dərsliyin “Nümunə” hissəsində verilmiş misal isə informasiya modellərinin 

gündəlik həyatda tətbiqini göstərir. Müəllim şagirdlərdən hər növə aid nümunələrə 

harada rast gəldiklərini soruşa bilər. 

 

Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırıq sinifdə, yaxud evdə 



yerinə yetirilə bilər. Bunun üçün hər bir məqsəd üzrə hansı informasiyanın daha əhə-

miyyətli olduğu müəyyənləşdirilməlidir. Məsələn, insanın 1 yaşında necə göründü-

yünü bildirmək üçün ən əlverişli forma onun şəklidir. 2-ci tapşırıqda isə məktəbi də-

yişdirmək üçün qiymət cədvəli, məktəb rəhbərliyinin fikirləri daha vacibdir. Ona 

görə  də uyğun informasiya modeli qiymət cədvəli və sözlə verilmiş modellər ola 

bilər. Müəllim əlavə tapşırıq kimi şagirdlərə sinif otağının modelini iki formada – 

şəkil və sxemlə hazırlamağı təklif edə bilər.  

 

Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Sual və tap-



şırıqlar” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər.  

 

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə 

qiymətləndirə bilər: 

1. Modellərə aid sadə nümunələr göstərmə. 

2. Obyektin informasiya modelini nümunələrlə izah etmə. 

3. Verilmiş informasiya modelinin növünü müəyyən etmə. 

 

 

 



Dərs 

4

 / Mövzu:



 İNFORMASİYANI ÖLÇMƏK OLARMI?  

 

İnformasiyanın ölçü vahidlərindən danışarkən əvvəlcə onun ölçülməsinin əhəmiyyətini 

izah etmək olar. İnformasiya xüsusilə kompyuterdə saxlanarkən onun həcmi böyük 

əhəmiyyət kəsb edir. 1.1.3 standartında “İnformasiyanın həcminin ölçülməsi” dedikdə 

onun ikilik kodlarla kompyuterdə tutduğu yer başa düşülür və bu zaman 

informasiyanın məzmunu nəzərə alınmır. Başqa sözlə, informasiyanın həcmi dedikdə, 

verilənlərin kompyuterdə tutduğu yer başa düşülür. İnformasiya mətndirsə, onun həcmi 

mətndə olan simvolların sayı ilə ölçülür. Təlim məqsədlərini reallaşdırarkən  

informasiyanın müxtəlif ölçü vahidləri haqqında məlumatlar verilə bilər.  Şagirdlərdə 

müxtəlif informasiyaları  həcminə görə müqayisə etmək, mətn informasiyalarının 

həcmini müəyyənləşdirmək və bir ölçü vahidindən digərinə keçmək bacarıqlarını 

reallaşdırmaq üçün praktik tapşırıqlardan daha geniş istifadə tövsiyə olunur.  

 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə