Microsoft Word 5MVaz (T) (Восстановлен)



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

 

62

Təqdim olunan dərslər rahatlıq üçün ən geniş yayılmış  Paint proqramı üzərində 



qurulmuşdur. Lakin müəllim tədris prosesində müxtəlif qrafik redaktorlardan – 

sərbəst yayılan  Paint.net,  TuxPaint  və digərlərindən istifadə edə bilər. 5-ci sinif 

şagirdləri üçün çox rahat və geniş imkanlara malik OO4Kids  sərbəst yayılan 

proqram paketini http://wiki.ooo4kids.org/index.php/Main_Page saytından müxtə-

lif dillərdə yükləmək olar.  

Praktik işlər zamanı  nəticəni müəllim və valideynə nümayiş etdirmək üçün 

şagirdlərin  şəxsi istifadəsi məqsədi ilə 512 Mbayt – 1 Gbayt tutumu olan fləş-

yaddaşların əldə edilməsi məqsədəuyğundur. Şagirdlər sinifdə yerinə yetirdikləri tap-

şırıqları evdə davam etdirmək məqsədi ilə faylı fləş-yaddaşa yaza bilərlər. Növbəti 

dərs isə evdə görülmüş işi fləş-yaddaşda müəllimə təqdim etmək olar.   

Şagirdlər qrafik redaktorda iş bacarıqları ilə  aşağı siniflərdən artıq tanışdırlar. Bu 

bacarıqların səviyyəsini müəyyənləşdirmək üçün müəllim dərsin  əvvəlində 

diaqnostik qiymətləndirmə apara bilər. Bunu qısa vaxt ərzində sual-cavabla, yaxud 

sadə praktik tapşırıqlarla həyata keçirmək olar. Qiymətləndirmənin nəticəsindən asılı 

olaraq müəllim veriləcək tapşırıqların səviyyəsini müəyyənləşdirə bilər.  

Dərsdən əvvəl müəllim bütün kompyuterlərdə Paint proqram simgəsini iş masasına 

çıxarır. Təlim məqsədlərini daha effektiv reallaşdırmaq üçün müəllimə tövsiyə olu-

nur ki, bütün praktik dərslərdə vacib bacarıqlar proyektorla nümayiş etdirilsin.  

Müəllim  şagirdlərlə  aşağı siniflərdən qrafik redaktorda iş bacarıqlarını yoxlamaq 

üçün müxtəlif üsullarla diaqnostik qiymətləndirmə apara bilər. Bununla da müəllim 

qiymətləndirmənin nəticəsindən asılı olaraq şagirdlərə veriləcək praktik tapşırıqların 

səviyyəsini müəyyənləşdirmək imkanı əldə edir. 

 

 Müəllim mövzuya başlayarkən aşağı siniflərdə  şagirdlərin qrafik redaktorda 



hansı işlər gördüklərini soruşa bilər. Kompyuterdə çəkilmiş şəkli sonradan istifadə 

etmək üçün yaddaşda saxlamağın vacibliyi barədə suallar vermək olar.  

 Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırığın  əsas məqsədi  şagirdlərin 

qrafik redaktorda iş bacarıqlarını yada salmaq və onları dərinləşdirməkdir. Tapşırıq 

iki mərhələdən ibarətdir:  əvvəlcə  Paint proqramında  şəkil çəkilir, sonra isə 

çəkilmiş  şəkil yaddaşda saxlanılır. Bunun üçün şagirdlər  Paint proqramının iş 

masasında olan simgəsini seçdirir və proqramı başladırlar. Müəllim  Paint qrafik 

redaktorunda  şəkil çəkmək üçün seçiləcək alətlər barədə istiqamətləndirici suallar 

verə bilər. Məsələn: “Karandaş və Fırça alətlərinin oxşar və fərqli cəhətləri nədir?”  

Müəllim faylın saxlanması ilə əlaqədar yaranan suallara proyektor vasitəsilə izahat 

verə bilər. Kompyuterin yaddaşında saxlanılan şəkil sonrakı dərslərdə istifadə olu-



 

 

63



nacaqdır. Ona görə də faylın hansı qovluqda saxlanılmasını şagirdlərə dəqiq göstər-

mək lazımdır.  



Diferensial təlim. Sağlamlıq imkanları  məhdud olan şagirdlər istədiyi  şəkli çəkə 

və onu müəllimin köməyi ilə kompyuterin yaddaşında saxlaya bilərlər.  

Müəllim tapşırığın nəticəsini qiymətləndirmək üçün alternativ variantdan da istifadə edə 

bilər:  əgər  şagirdin fləş-yaddaşı varsa, onda işin nəticəsi kompyuterdə saxlanıldıqdan 

sonra fləş-yaddaşda da saxlanılıb müəllimə təqdim oluna bilər. Bu, adətən, ev tapşırıqları 

üçün daha faydalı üsuldur. İş zamanı  şagirdlərdə yaranan suallara əyani  şəkildə cavab 

vermək üçün müəllimə proyektordan istifadə etmək tövsiyə olunur.  

 İşin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər.  Şagirdlərin 

fəaliyyət tapşırığını yerinə yetirən zaman qarşılaşdıqları çətinliklər aşkarlanıb mü-

zakirə edilə bilər. Müəllimin fləş-yaddaşda saxlanılan bir neçə  işi proyektor 

vasitəsilə nümayiş etdirməsi daha yaxşı olardı. Adətən,  şagirdlər çəkdikləri  şəkli 

yaddaşda saxlayarkən qovluğun və faylın adının yazılmasında çətinlik çəkirlər. Bu 

onların hələ ki uyğun pəncərələrlə  iş  təcrübəsinin azlığı ilə bağlıdır və  tədricən 

aradan qalxacaq. Lakin müəllim proyektor vasitəsilə  bəzi bacarıqları nümayiş 

etdirməklə şagirdlərin çətinliklərinin qarşısını ala bilər.  

 Dərsliyin “Fəaliyyət” hissəsindən sonra verilən izahat və yeni məlumatlar 

oxunur. Oxunan materialları proyektor vasitəsilə  əyani  şəkildə nümayiş etdirmək 

faydalıdır.  Paint proqram pəncərəsinin hissələri sadalandıqca müəllim onları 

proyektor vasitəsilə nümayiş etdirə bilər.  Şagirdlər artıq aşağı siniflərdə qrafik 

redaktorun imkanları ilə tanışdırlar. Bu dərsdə isə bacarıqları dərinləşdirmək üçün 

müəllim dərslikdə verilmiş materialları  əyani  şəkildə  şərh edə bilər. Məsələn, 

müəllim  klavişindən istifadə etməklə düz xəttin necə  çəkildiyini göstərə 

bilər. Bu zaman şagirdlər müəllimin yerinə yetirdiyi əməliyyatları öz kompyuter-

lərində təkrarlamaqla bu bacarıqlara daha asanlıqla yiyələnə bilərlər.  

 “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırıq sinifdə, yaxud evdə yerinə ye-

tirilə bilər. Bunun üçün şagirdlərin kompyuterlərinə Paint.Net proqramını yükləmək 

lazımdır. Bu proqramı http://www.getpaint.net ünvanından yükləmək olar.   

Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlərə belə bir yarış təklif etmək olar: 

kim qrafik redaktorun daha çox alətindən istifadə etməklə  şəkil çəkərsə, o, qalib elan 

olunur. Sinifdə başlanmış tapşırığı şagirdlər evdə də davam etdirə bilərlər. 

 Müəllim  şagirdlərlə birlikdə mövzunun “Sual və tapşırıqlar” hissəsində 

verilmiş tapşırıqların cavablarını müzakirə edə bilər.  

 

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə 

qiymətləndirə bilər:  

1. Qrafik redaktorun simgəsini müəyyən etmə və proqramı başlatma.  

2. Paint proqramının menyusundan istifadə etmə. 

3. Qrafik redaktorun alətlərinin təyinatını izah etmə.  

4. Qrafik redaktorda şəkli çəkmə.  

5. Çəkdiyi şəkli kompyuterin yaddaşında saxlama.  

 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə