Microsoft Word 5MVaz (T) (Восстановлен)



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə24/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

 

64

Dərs 



12

 / Mövzu:

 ŞƏKLİN FRAQMENTİ İLƏ İŞ 

 

Qrafik redaktorda sərbəst işləmək üçün şəklin fraqmenti ilə iş bacarıqlarının böyük 



əhəmiyyəti vardır. Təlim məqsədlərini reallaşdırarkən  seçdirmə alətindən düzgün 

istifadə edilməsinə fikir vermək lazımdır. Bu dərsdə reallaşdırılması  nəzərdə tu-

tulan bütün bacarıqlar seçdirmə alətindən düzgün istifadəyə  əsaslanır.  Şagirdlər 

fraqmentlərlə işləyərkən bəzən seçdirmə alətlərindən düzgün istifadə edə bilmirlər. 

Düzbucaqlı və ixtiyari sahənin seçdirmə alətlərinin fərqləndirilməsi,  bu zaman şəf-

faf, yaxud qeyri-şəffaf fondan düzgün istifadə edilməsi  şagirdlərin tədricən 

təcrübədə qazanacaqları bacarıqlardır. Seçdirilmiş fraqmentlərin çoxaldılması  və 

onların yerinin dəyişdirilməsi  şagirdlərdə siçan və klaviaturadan düzgün istifadə 

vərdişlərini tələb edir. Bu bacarıqları zəif mənimsəmiş şagirdlər tapşırıqların yerinə 

yetirilməsində çətinlik çəkə bilərlər. Çalışmaq lazımdır ki, şagirdlər fraqmentin ço-

xaldılmasını iki üsulla həyata keçirsinlər: 1) fraqmenti bufer yaddaşına yazıb iş sa-

həsinə salmaqla (

Copy

Paste


); 2) klavişindən istifadə etməklə. Şagirdlə-

rə izah olunmalıdır ki, əgər bu fraqment digər rəsmlərdə istifadə olunmayacaqsa, 

onda klavişi daha münasibdir. Əgər seçdirilmiş fraqmenti başqa rəsmlərdə 

istifadə etmək istəyirsinizsə, onda 

Copy

Paste


 komandalarından və ya 

+ və + kombinasiyalarından istifadə etmək olar.  

 

 Müəllim mövzuya başlamaq üçün “şəklin fraqmenti” anlayışı barədə izahat 

verə bilər. Kağız üzərində  çəkilmiş  şəkillə kompyuterdə  çəkilmiş  şəkillərin fraq-

mentləri ilə iş texnologiyaları müqayisə oluna bilər. Bununla bağlı aşağı siniflərdən 

şagirdlərin mənimsədikləri bacarıqları müəyyənləşdirmək üçün müxtəlif suallar 

verilə bilər.  

 Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda  əsas məqsəd  şagirdlərdə 

qrafik redaktorda şəklin fraqmenti ilə  bəzi iş bacarıqlarının formalaşdırılmasıdır. 

Aşağı siniflərdə bu bacarıqlarla tanış olan şagirdlərə biliklərini aktivləşdirmək üçün 

istiqamətləndirici suallar verilə bilər.  



Diferensial təlim. Qrafik redaktorda iş bacarıqları yüksək olan şagirdlərə müəllim 

fərdi olaraq daha mürəkkəb tapşırıqlar verə bilər.  

Praktik iş zamanı seçdirmə alətləri,  şəklin fraqmentinin çoxaldılması, digər yerə 

köçürülməsi, silinməsi bacarıqları ilə bağlı  şagirdlərdə yaranacaq suallara əyani 

şəkildə cavab vermək üçün müəllimə proyektordan istifadə etmək tövsiyə olunur. 



 

 

65



Şagirdlər sinifdə çəkdikləri şəkli evdə davam etdirmək istəsələr, müəllim bu işləri 

fləş-yaddaşa yazıb onlara verə bilər.  

 İşlərin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər.  Şagirdlər 

tapşırığı yerinə yetirərkən onlarda yaranan sual və çətinlikləri aşkarlamaq məqsədi 

ilə yaxşı olar ki, müəllim bir neçə işi nümayiş etdirsin. Tapşırığın nəticəsi seçdirmə 

alətindən düzgün istifadə olunmasından asılıdır. Müəllim işləri müzakirə edərkən 

seçdirmə alətindən daha yaxşı istifadə üsulunu göstərə bilər.  

 Dərsliyin bu  hissəsində izahat və mövzuya aid yeni məlumatlar yerləşdirilib. 

Müəllim seçdirmə alətləri və onlarla iş rejimlərini proyektor vasitəsilə nümayiş 

etdirə bilər. Seçdirilmiş fraqmentlərin çoxaldılması  və yerinin dəyişdirilməsi 

dərslikdə verilmiş qaydada nümayiş olunur.  Bu zaman şagirdlər müəllimin yerinə 

yetirdiyi  əməliyyatları öz kompyuterlərində  təkrarlamaqla bu bacarıqlara daha 

asanlıqla yiyələnə bilərlər.  

 

Müəllim dərsin bu mərhələsində şagirdlərə yaradıcı iş təklif edə bilər:  



–  İstədiyiniz fiquru çəkin. Onu çoxaldaraq maraqlı fiqurlar alın.  İşi kompyuterin 

yaddaşında, yaxud fləş-yaddaşda saxlayın. 

 Müəllim  şagirdlərlə birlikdə mövzunun “Sual və tapşırıqlar” hissəsində 

verilmiş tapşırıqların cavablarını müzakirə edə bilər. 2-ci sualın cavabı A) variantı-

dır. 3-cü sualda verilmiş  şəkli çəkmək üçün əvvəlcə çoxbucaqlı alətindən istifadə 

etməklə üçbucaq çəkilir. Sonra isə seçdirmə aləti vasitəsilə çoxaldılır. Ona görə də 

cavab B) variantıdır. 

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə 

qiymətləndirə bilər:  

1. Seçdirmə alətlərini fərqləndirmə.  

2. Şəklin fraqmentini seçdirmə.  

3. Seçdirmə alətlərinin fonlu və fonsuz rejimləri ilə işləmə. 

4. Şəklin fraqmentini çoxaltma. 

5. Seçdirilmiş fraqmentin yerini dəyişmə. 

6. Seçdirilmiş hissəni silmə. 

 

 



Dərs 

13

 / Mövzu:



 FRAQMENTİN ƏYİLMƏSİ VƏ DÖNDƏRİLMƏSİ 

 

Bu dərsdə şəklin fraqmenti ilə bağlı bir neçə yeni bacarıq formalaşdırılır. Çox vaxt 

hər hansı bir şəklin fraqmentini əymək, yaxud  müxtəlif istiqamətlərdə döndərmək 

lazım gəlir.  Şagirdlərə  Paint proqramında bu əməliyyatların necə yerinə yetirildi-

yini bir neçə nümunə əsasında göstərmək olar.   



 

66

 



 Müəllim mövzuya başlamaq üçün dərslikdə verilmiş şəkli şərh edə, yaxud özü 

digər misallar göstərə bilər. Məqsəd çəkilmiş şəkillərdə fraqmentlərin döndərilmə-

si, əyilməsi nümunələrini şagirdlərin diqqətinə çatdırmaqdır. Şagirdlərin biliklərini 

aktivləşdirmək üçün dərslikdə verilmiş, yaxud digər suallardan istifadə etmək olar.  

Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda  əsas məqsəd  şagirdlərin 

qrafik redaktorda şəklin fraqmentinin əyilməsi və döndərilməsi bacarıqlarının for-

malaşdırılmasıdır. 

Image 


 Flip and Rotate

  və 

Image 




  Stretch and Skew 

 

komandaları vasitəsilə uyğun pəncərələrin açılması və bu pəncərələrdə iş, həmçinin 



əymə  və döndərmə bucaqlarının göstərilməsi  şagirdlərə izah olunur və proyektor 

vasitəsilə nümayiş etdirilir.  

Bu zaman şagirdlər müəllimin yerinə yetirdiyi əməliyyatları öz kompyuterlərində 

təkrarlamaqla bu bacarıqlara daha asanlıqla yiyələnə bilərlər. 

Aşağı siniflərdə bu bacarıqlarla tanış olan şagirdlərə köhnə bilikləri aktivləşdirmək 

üçün istiqamətləndirici suallar verilə bilər.  



Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlərə daha mürəkkəb tapşırıq-

ların verilməsi məqsədəuyğundur.  

 İşlərin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər.  Şagirdlərin 

tədqiqat işində qazandıqları yeni bacarıqlarla bağlı yaranan suallar və 

çətinliklər aşkarlanıb müzakirə edilə bilər. Müəllimin bir neçə  işi 

proyektor vasitəsilə nümayiş etdirməsi səhvlərin aşkarlanması baxı-

mından daha münasib olardı.  

 

Dərsliyin bu hissəsində   



Image

 menyusunun iki komandasının 

pəncərələri təsvir olunmuşdur. Müəllim  şagirdlərə yaradıcı  iş  təklif edə bilər: 

“İstədiyiniz  şəkli çəkin və orada fraqmentin əyilməsindən və döndərilməsindən 

istifadə edin”. 

Seçdirmə alətlərindən istifadə edərək üzüm salxımının çəkilməsi tapşırığı evə də verilə 

bilər. Bu zaman şagirdlərə şəkli fləş-yaddaşa yazıb sinfə gətirmək tapşırıla bilər.  

 Müəllim  şagirdlərlə birlikdə mövzunun sonunda verilmiş tapşırıqların cavab-

larını müzakirə edə bilər.  

 

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə 



qiymətləndirə bilər:  

1. Şəklin fraqmentini seçdirmə. 

2. Seçdirilmiş fraqmenti əymə.  

3. Seçdirilmiş fraqmenti müəyyən bucaq qədər döndərmə. 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə