Microsoft Word 5MVaz (T) (Восстановлен)



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

 

 

67



Dərs 

14

 / Mövzu:



 MƏTN REDAKTORU 

 

Mətn redaktorlarında iş bacarıqlarının reallaşdırılması, adətən, artıq suallar yarat-

mır. Mətn prosessorunda iş texnologiyasının tədrisi yollarını bir çox hallarda müəl-

lim özü müəyyənləşdirir. Bununla yanaşı, müəllimlərə bu mövzu ilə bağlı bəzi töv-

siyələr verilə bilər. Tədris saatları  məhdud olduğundan müəllim  şagirdlərə  mətnin 

necə yığıldığını və klaviaturadan necə istifadə edildiyini öyrətməyə çalışmamalıdır. 

Bu bacarıqlar aşağı siniflərdən  şagirdlərə tanışdır. Evdə kompyuterdə  işləmək 

imkanı olan şagirdlər üçün müəllim ev tapşırıqlarını düzgün seçməklə onların iş 

bacarıqlarındakı boşluqları aradan qaldıra bilər. Praktik tapşırıqlar hər  şagirdin 

fərdi bacarıqları  nəzərə alınmaqla və onun marağına uyğun mövzuda seçilə bilər. 

Bu zaman tapşırıqlar fənlərarası və fəndaxili əlaqələri təmin etməlidir.  

Mövzunun tədrisinə başlamazdan  əvvəl  şagirdlərin aşağı siniflərdə  mətn redakto-

runda necə  işlədiklərini yoxlamaq tövsiyə olunur. Bunun üçün müəllim sinfə 

suallar verməklə diaqnostik qiymətləndirmə apara bilər. Bu qiymətləndirmənin nə-

ticəsindən asılı olaraq müəllim şagirdlərlə iş strategiyasını müəyyənləşdirir.  

Müəllim dərsdə müxtəlif mətn redaktorlarından (daha doğrusu, mətn prosessorla-

rından) istifadə edə bilər. Onlar fərqli olsa da, pəncərə elementləri və iş prinsipləri 

çox oxşardır. Ən geniş yayılmış və şagirdlərin yaş qruplarına uyğun mətn proses-

sorları  Microsoft Word,  OpenOffice.org paketinin Writer proqramı,  Abword proq-

ramlarıdır. OpenOffice.org writer proqramını http://www.getpaint.net ünvanından 

yükləmək olar.  5-ci sinifdə NotePad və WordPad proqramlarından istifadə etmək 

məqsədəuyğun deyil. Çünki onlar sadə olduqlarından imkanları məhduddur.  

Şagirdlərə verilən ev tapşırıqlarını düzgün qiymətləndirmək üçün onlara öz işlərini 

fləş-yaddaşda saxlamaq məsləhət görülür.  

 

 

 



 

 

 



 

 

 



 

 

 Müəllim mövzuya başlayarkən aşağı siniflərdən  şagirdlərə tanış olan mətn re-



daktorunda onların hansı işlər gördükləri barədə suallar verə bilər. Müasir texnolo-

giyalarla  əlaqələndirmək üçün mobil telefonlarda olan mətn redaktorlarından 

söhbət açmaq olar. Bu zaman telefonla savadlı mesaj göndərmək üçün mətni yaz-

maq və düzəlişlər etmək kimi bacarıqların  əhəmiyyətini vurğulamaq məqsədəuy-

ğundur.  

 Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıq  şagirdlərin aşağı siniflərdə 

mətn redaktorunda iş təcrübələrinə əsaslanır. Burada əsas məqsəd şagirdlərin mətn 



 

68

redaktorunda yığdıqları  mətni kompyuterin yaddaşında saxlamaqdır. Onu çapa 



göndərmək bacarığı isə dərsin sonrakı mərhələlərində formalaşdırılır. Tapşırığın 3-

cü addımında mətn yığmaq göstərişi verilsə  də, dərsin məqsədi  şagirdlərə  mətn 

yığmağı öyrətmək deyil. Ona görə  də müəllim dərsin vaxtına qənaət məqsədi ilə 

daha kiçik mətndən istifadə edə bilər. Lakin şagirdlərə yığdıqları mətndə səhvlərin 

aşkarlanması və onların düzəldilməsi ilə bağlı tövsiyələr verilə bilər.  

Tapşırıq yerinə yetirilərkən müəllim  şagirdlərə  mətn redaktorunda iş bacarıqlarını 

yada salmaq üçün  istiqamətləndirici suallar verə bilər.  

Diferensial təlim. Görmə problemləri olan şagirdlərə daha qısa mətn verməklə 

kompyuterlərində şriftin ölçüsünü böyütmək olar. 

 İşin müzakirəsi dərslikdə yazılmış suallar əsasında təşkil oluna bilər. Şagirdlə-

rin qazandıqları yeni bacarıqlarla bağlı yaranan sual və  çətinliklər aşkarlanıb mü-

zakirə edilə bilər. Müəllimin bir neçə  işi proyektor vasitəsilə nümayiş etdirməsi 

daha yaxşı olardı. Adətən,  şagirdlər yığdıqları  mətni yaddaşda saxlayarkən 

qovluğun və faylın adının yazılmasında çətinlik çəkirlər. Tapşırıqdakı göstərişlərə 

əsasən,  şagird yeni faylı  əvvəl yaratdığı qovluqda saxlamalıdır.  Əgər  əvvəlki 

dərslərdə kompyuterin yaddaşında şəxsi qovluq yaradılmayıbsa, müəllim şagirdlərə 

bunu proyektor vasitəsilə nümayiş etdirə bilər.  

 Dərsliyin “Fəaliyyət” hissəsindən sonra verilən izahat və yeni məlumatlar 

oxunur. Müəllimə tövsiyə olunur ki, oxunan materialları proyektor vasitəsilə əyani 

şəkildə nümayiş etdirsin. Mətn redaktorunda sənədin hazırlanması dedikdə  nəyin 

başa düşüldüyü əyani şəkildə nümayiş oluna bilər. Sonra müəllim sənədi çapa gön-

dərməzdən  əvvəl onun vərəqdə görünüşünü yoxlamağı xatırladır. Bunun üçün 

File


Print Preview

 komandalarından necə istifadə edildiyini göstərir. Sənədi 

çapa göndərmək qaydasını yada salır və sənədi çap edir.  

 “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırıq sinifdə, yaxud evdə yerinə ye-

tirilə bilər. Bunun üçün şagirdlərin kompyuterlərinə OpenOffice.org Writer proqra-

mını yükləmək lazımdır. Bu proqramı http://www.openoffice.org/ ünvanından 

yükləmək olar.   

Müəllim dərsin bu mərhələsində  şagirdlərə yaradıcı tapşırıq verə bilər:  şagirdlər 

Novruz bayramı haqqında 3 – 4 cümlə yığır və onu redaktə edir. Mətnin hərflərinin 

rəngi, başlığın  şrifti, düzləndirilməsi ilə bağlı tövsiyələr verilir. Şagirdlər onu 

“Novruz” adı ilə kompyuterin yaddaşında və fləş-yaddaşda saxlaya bilərlər.  

 Müəllim  şagirdlərlə birlikdə mövzunun “Sual və tapşırıqlar” hissəsində veril-

miş tapşırıqların cavablarını müzakirə edə bilər.  

 

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə 



qiymətləndirə bilər:  

1. Klaviaturanın əsas klavişlərinin təyinatını izah etmə. 

2. Yığılmış mətndə sadə redaktə xarakterli düzəlişlər etmə.   

3. Mətni formatlama. 

4. Mətni kompyuterin yaddaşında saxlama. 

5. Kompyuterdə olan mətni çap etmə.  




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə