Microsoft Word 5MVaz (T) (Восстановлен)



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

 

 

69



Dərs 

15

 / Mövzu:



 ŞƏKİLLİ MƏTNLƏR 

 

Şagirdlər mətnə  şəkilləri  əlavə etmək bacarığı ilə  aşağı siniflərdən tanışdırlar. 



Dərsin təlim məqsədlərini reallaşdırarkən şagirdlərin əvvəlki biliklərini aktivləşdir-

mək və  hər bir şagirdə bacarıq səviyyəsinə uyğun tapşırıqlar vermək tövsiyə olu-

nur. Təlim nəticələri yüksək olan şagirdlərə mətnə şəkil əlavə etməklə yanaşı, onu 

formatlamağı da tapşırmaq olar. Dərslikdə verilmiş  mətnə  əvvəlki dərslərdə 

yaradılmış  şəkillərin yerləşdirilməsi nəzərdə tutulmuşdur. Bunun üçün dərsə 

başlamazdan  əvvəl kompyuterlərdə uyğun  şəkillərin saxlanıldığını yoxlamaq 

lazımdır. Amma müəllim  şagirdlərə  fərqli tapşırıqlar da verə bilər. Məsələn, 

“Azərbaycan”, “Neft buruqları”, “Novruz bayramı”, “Azərbaycan yeməkləri”, 

“İdman” mövzularında mətn yığmaq və uyğun şəkillər yerləşdirmək tapşırıla bilər. 

Bu  şəkillərin kompyuterlərin yaddaşında  əvvəlcədən, uyğun qovluqlarda yerləşdi-

rilməsi tövsiyə olunur.  

 

 



 

 

 



 

 

 



 

 

 Müəllim dərsin  əvvəlində kitab və digər çap məhsullarında illüstrasiyaların 



vacibliyi haqqında müzakirə təşkil edə bilər.  

 Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda əsas məqsəd mətnin lazım 

olan yerinə uyğun şəklin yerləşdirilməsidir. Şagirdlər aşağı siniflərdən bu bacarıqla 

tanış olsalar da, onlar WordPad  proqramında daha sadə üsulla – şəkli mətnə bufer 

yaddaşından istifadə etməklə yerləşdirmişdilər.  WordPad proqramı  mətnə  şəkli 

yerləşdirmək üçün OLE texnologiyasından istifadəni tələb edir. Bu, şagirdlərdə bir 

qədər narahatlıq yarada bilər.  Writer  və  MS Word proqramlarında isə  şəkli 

yaddaşın istənilən yerindən daxil etmək mümkündür. Proyektordan istifadə edən 

müəllim,  şagirdlərə  mətnə  şəklin daxil olunması alqoritmini nümayiş etdirir. 

Tapşırıqda yığılmış  mətnə qrafik redaktora aid birinci dərsdə  çəkilmiş  şəklin 

yerləşdirilməsi nəzərdə tutulur. Ona görə  də  şagirdlərin kompyuterlərində uyğun 

şəklin olduğunu qabaqcadan yoxlamaq lazımdır. Lazım olan şəklin kompyuterin 

yaddaşından tapılması  şagirddən bir neçə bacarıq tələb edir. Bu bacarıqların yada 

salınması üçün müəllim onları nümayiş etdirə bilər. 



Diferensial təlim. Sağlamlıq imkanları məhdud olan şagirdlər istədiyi mətni yığıb 

ona şəkil əlavə edə bilərlər. Praktik iş zamanı belə şagirdlər daha çox diqqət tələb 

edir. Təlim nəticələri yüksək olan şagirdlər isə mətni yığdıqdan sonra kompyuterin 

yaddaşından ona uyğun bir neçə şəkil əlavə edə bilərlər.  




 

70

 Şagirdlərin qazandıqları yeni bacarıqlarla bağlı yaranan sual və  çətinliklər 



aşkarlanıb müzakirə edilə bilər. Adətən,  şagirdlər qoyulacaq şəklin yerini 

müəyyənləşdirməkdə  çətinlik çəkirlər. Sadəlik üçün şəklin yerini müəyyən 

etdikdən sonra  klavişinin basılması  məqsədəuyğundur. Yerləşdirilmiş 

şəklin ölçülərinin dəyişdirilməsi sadə bacarıq olsa da, bəzən  şagirdlər seçdirilmiş 

şəklin tutacaqları ilə işləməkdə səhvlərə yol verirlər.  

 

Dərsliyin bu hissəsində verilən məlumat  şəklin ölçülərinin dəyişdirilməsinə 



aiddir. Bu bacarığı müəllim proyektor vasitəsilə əyani olaraq nümayiş etdirə bilər.  

Müəllim dərsin bu mərhələsində  şagirdlərə yaradıcı tapşırıq verə bilər: 

“İstədiyiniz mövzuya uyğun bir neçə cümlə  yığın və ona uyğun  şəkillər  əlavə 

edin”. Mövzular idman, kulinariya, mənim ölkəm, təbiət və s.-yə aid ola bilər. 

 

Müəllim  şagirdlərlə birlikdə mövzunun “Sual və tapşırıqlar” hissəsində 



verilmiş tapşırıqların cavablarını müzakirə edə bilər.  

 

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə 



qiymətləndirə bilər:  

1. Şəkli kompyuterin yaddaşından mətnə əlavə etmə. 

2. Şəklin ölçülərini dəyişmə. 

3. Sənədi yaddaşda saxlama.  

 

 

Dərs 



16

 / Mövzu:

 MƏTN REDAKTORUNDA ŞƏKLİ 

     NECƏ ÇƏKMƏK OLAR 

 

Mətn redaktorunda işləyərkən bəzən mətnə sadə fiqurlardan ibarət  şəkil  əlavə 

etmək tələb olunur. Bunun sadə yolu elə  mətn redaktorunun özündə  şəklin 

çəkilməsidir. Bu, ilk baxışdan  şagirdlərə  qəribə görünə bilər. Ancaq təcrübə 

göstərir ki, şagirdlər mətn redaktorunda çox həvəslə şəkillər yaradırlar. Şagirdlərin 

yaradıcı fantaziyaları  mətn redaktorunda maraqlı  rəsmlər yaratmağa imkan verir. 

Dərsə başlamazdan  əvvəl mətn redaktorunun rəsm alətlərinin  əsas pəncərəyə 

çıxarılması tövsiyə olunur. Dərsin təlim məqsədləri həm  Microsoft Word, həm də 

ona oxşar olan OpenOffice.org Writer proqramında reallaşdırıla bilər. Bəzən avto-

fiqurlardan (

Autoshapes)

 istifadə edərkən rəsm sahəsi çərçivədə açılır və ilk vaxt-

larda  şagirdlər üçün narahatlıq yaradır. Bu çərçivəni yığışdırmaq üçün 

Tools


Options 


menyu komandasından 

General 


səhifəsini açmaq və 

Automatically create drawing canvas when inserting AutoShapes

 boksundan 

qeydi ləğv etmək lazımdır.  

Bəzən mətn redaktorunda müxtəlif fiqurlardan ibarət şəkil yaradarkən bu fiqurları 

qruplaşdırmaq lazım gəlir. 5-ci sinif şagirdləri üçün bu bacarıq bir qədər mürəkkəb 

ola bilər. Ona görə  də  dərsdə  mətn redaktorunda yalnız müxtəlif sadə  şəkillərin 

yaradılması bacarığı formalaşdırılır. Dərsin  əvvəlində müəllim  şagirdlərə  mətn və 

qrafik redaktorlarda şəkil çəkməyin çox oxşar olduğunu vurğulaya bilər. Bunun 

üçün hər iki redaktorun bir neçə oxşar alətini nümayiş etdirmək olar.  




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə