Microsoft Word 5MVaz (T) (Восстановлен)



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   ...   25   26   27   28   29   30   31   32   33

 

78

3.



 

3 litrlik balonu 6 litrlik balona boşalt. 

Orada olan 2 litr suyun üzərinə 3 litr su tökəndə 6 litrlik balonda 5 litr su alınır.  

 Bu hissədə verilən izahat və yeni məlumatlar oxunur. Alqoritmin təsvirinin 

müxtəlif üsullarını izah edərkən bu üsulların icraçıdan asılı olaraq seçildiyi 

vurğulana bilər. Müəllim lövhədə sadə bir alqoritmin blok-sxemini çəkib göstərə 

bilər. Xətti və budaqlanan alqoritmlərə aid sadə nümunələr göstərmək faydalı 

olardı.  

 Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırıq sinifdə, yaxud evdə 

yerinə yetirilə bilər.  

Şagirdlərə  hər hansı bir məsələnin alqoritmini blok-sxemlə qurmağı  təklif etmək 

olar. Bu zaman sadə məsələ vermək lazımdır ki, onun həlli çox vaxt aparmasın. Bu 

işi lövhədə icra etmək daha məqsədəuyğundur. Məsələn, tərəfləri  a  və  b olan  

düzbucaqlının sahəsinin hesablanması alqoritmini blok-sxemlə qurmaq olar.  

 

Dərsliyin “Nümunə” hissəsində kotletin qızardılması haqqında məsələni birgə 



həll etmək olar. 

 

Müəllim  şagirdlərlə birlikdə mövzunun “Sual və tapşırıqlar” hissəsində veril-



miş tapşırıqların cavablarını müzakirə edə bilər. 6-cı tapşırığın cavabı C) bəndidir.  

 

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə 



qiymətləndirə bilər:  

1. Alqoritmin təsvirini nümunələrlə izah etmə.  

2. Alqoritmin təqdimolunma üsullarını fərqləndirmə. 

3. Verilmiş məsələnin həll alqoritmini bir neçə üsulla göstərmə.  

4. Alqoritmlərin təqdim olunmasında cədvəl və blok-sxemdən istifadə etmə. 

 

 




 

 

79



Dərs 

19

 / Mövzu:



 ƏYLƏNCƏLİ MƏSƏLƏLƏR  

Bu dərs  əvvəlki dərsin davamıdır və biliklərin dərinləşdirilməsinə xidmət edir. 

Şagirdlər verilmiş  məsələlərin həllini müxtəlif formalarda göstərməyi öyrənirlər. 

Dərsin  əsas məqsədi  şagirdlərin alqoritmik təfəkkürünün inkişaf etdirilməsidir. 

Məntiqi məsələlərin həlli şagirdlərdə mühakiməyürütmə, təhliletmə və modelləşdir-

mə kimi idraki bacarıqların reallaşdırılmasına yardım göstərir. Məsələlərin həlli za-

manı müzakirə  və diskussiyaların təşkili tövsiyə olunur. Bu zaman şagirdlərin diq-

qətini həllin daha münasib formada təqdim edilməsinə yönəltmək məqsədəuyğundur.  

 

 

“Fəaliyyət” tapşırığında  əsas məqsəd siçanın hərəkət alqoritmini oxlarla yaz-



maqdır. Bu bacarıq növbəti dərsdə Cizgiçinin, sonra da LOGO mühitində Bağanın  

hərəkət alqoritmini yazmağa kömək edəcəkdir. Bu tapşırıqda alqoritm oxlarla yazı-

lırsa, növbəti dərsdə oxlar sözlərlə – komandalarla  əvəz olunacaqdır. Bu məsələnin 

çoxlu sayda həll variantları vardır. Məsələn,  

↑1 →1 

 

↓1  →3 



 

↑2 


 

←2 ↑1 


 

↑1 →1 


 Nəticənin müzakirəsi üçün şagird işlərinin bir neçəsini yoxlamaq olar. 

Alqoritmin icrasını rollu oyunla göstərmək faydalı olardı. Bu zaman şagirdlərdən 

biri “siçan”, qalanlar isə “buğda dənələri” olur. Damalar isə partalarla əvəzlənə 

bilər. Dərslikdə verilmiş tapşırığın alqoritmini isə oxlardan başqa, söz və şəkillə – 

sxematik olaraq göstərmək mümkündür.  

Nümunələrin şagirdlərlə birlikdə həll edilməsi daha məqsədəuyğundur. Müəllim 

nümunə kimi başqa məsələlərdən də istifadə edə bilər. 

Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş  məsələlər nümunələrdə 

verilmiş məsələlərin bir qədər mürəkkəb variantlarıdır.  

Məsələ 1.  27 dəmir pulu hərəsində 9 pul olmaqla 3 hissəyə bölmək olar. Bir dəfə 

çəkməklə saxta pulun hansı doqquzluqda olduğu müəyyən edilir. 9 pulun içindən 2 dəfə 

çəkməklə saxta pulun tapılması alqoritmi isə dərslikdə olan nümunədə verilmişdir.  

Məsələ 2.  

Addımlar 

Su qabları 

4 litrlik 

3 litrlik 

Başlanğıc 0 

1 0  3 


2 3  0 

3 3  3 


4 4 




 

80

Bu məsələnin çoxlu sayda həlləri ola bilər. Müəllim bu tapşırığın həllinə müsabiqə 



elan edə bilər: məsələni ən az sayda addımlarla həll edən şagird qalib gəlir. Təbii 

ki, bir neçə şagird qalib ola bilər.  

 

Müəllim  şagirdlərlə birlikdə mövzunun “Sual və tapşırıqlar” hissəsində 



verilmiş tapşırıqların cavablarını müzakirə edə bilər. Bu məsələnin çoxlu sayda həll 

variantları vardır. Məsələn,  

→4 ↑1←3↑1→3 ↑2←1←1↓1

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə 

qiymətləndirə bilər:  

1. Sadə məsələlərin alqoritmini qurma.  

2. Alqoritmi müxtəlif üsullarla təsvir etmə.  

3. Müxtəlif üsullarla təsvir olunmuş alqoritmi icra etmə.  

 

 

Dərs 



20

 / Mövzu:

 PROQRAM NƏDİR 

 

Şagirdlərin  əvvəlki dərslərdə  mənimsədikləri alqoritmləşdirmə bacarıqları proq-



ramlaşdırma mühitində praktik işlərlə möhkəmləndirilməlidir. Proqramlaşdırma 

prosesində toplanılan təcrübə  şagirdlərin alqoritmik və  məntiqi təfəkkürünün  

inkişafına kömək edəcəkdir. Bu təcrübə şagirdləri inandırmalıdır ki, istənilən prob-

lem və  məsələnin həll alqoritmini düzgün tərtib etməklə onun həllinə nail olmaq 

mümkündür. Dərsin kompyuter sinfində keçilməsi məqsədəuyğundur.  

Mövzunu  “proqramlaşdırma” anlayışı ilə  və  şagirdlər üçün ilk proqramlaşdırma 

dili olan LOGO ilə tanışlıq kimi də adlandırmaq olar. Dərsin əsas məqsədlərindən 

biri “alqoritm” və “proqram” anlayışlarını izah etməkdir. Proqram alqoritmin təq-

dimolunma üsullarından biridir. Proqramlar proqramlaşdırma dillərində yazılır. 

Proqramın icraçısı kompyuterdir. Yaxşı olar ki, müəllim proyektor vasitəsilə  şa-

girdləri ALPLogo proqramlaşdırma mühiti, onun icraçısı olan Bağa və dilin ko-

mandaları ilə tanış etsin. Dərsdə şagirdlərə Logo dilinin yaradılması tarixindən də 

danışmaq olar.  

LOGO adı qədim yunan sözü “logos”dan götürülüb, “fikir”, “söz” mənasını verir. 



LOGO dili 1967-ci ildə Massaçusets Texnologiya İnstitutunda (ABŞ) professor 

Seymur Papert tərəfindən yaradılıb. İlk kompyuter oyunları və hakerlər hərəkatı 

da bu universitetdən başlanıb. Logo dilində proqram yazmaq dünyanın bir çox öl-

kələrində yaşayan uşaqların ən sevimli məşğuliyyətinə çevrilmişdir. Azərbaycanda 

ilk dəfə olaraq ALPlogo proqramlaşdırma mühiti dərslik müəllifləri tərəfindən 

yaradılmış  və  dərslik komplektinə pulsuz olaraq əlavə edilmişdir. Bu proqramı 

www.bakineshr.az, yaxud www.informatik.az saytlarından yükləmək və kompyu-

terin C diskinə, sadəcə, köçürmək lazımdır (quraşdırmağa ehtiyac yoxdur). 

ALPLogo proqramının digər proqramlardan ən mühüm fərqi ondadır ki, bu proq-

ramda komandalar Azərbaycan, ingilis və rus dillərində yazıla bilər. Sistem hər üç 

dili qəbul edir.  




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə