Microsoft Word 5MVaz (T) (Восстановлен)



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   ...   25   26   27   28   29   30   31   32   33

 

 

83





sil  

clean 

очистить

  

sil

 

10 



ilkinv

ə

ziyy

ə

t

home 

домой 

ilkinv

ə

ziyy

ə

t

 

11 



get  

go 

иди

  

get x, y

12 


yaz  

write 

пиши

 

yaz N

 

Müəllim komandaların yazılış qaydasını izah edə bilər.  



Komandanın yazılış qaydası: əvvəlcə komanda özü, sonra isə parametri yazılır.  

Komandanın parametri: komandanı dəqiqləşdirən ədəd, söz və ya ifadə ola bilər.  

Mühitlə ilk ünsiyyətə hazır proqramlarla başlamaq daha məqsədəuyğundur. 

Şagirdlər bu proqramlara oyun kimi baxır və onların bəzi komandalarında 

dəyişiklik etməklə müstəqil olaraq işləməyə başlayırlar. Komandanın yazılışında 

səhv varsa, uyğun pəncərədə bu barədə  məlumat çıxır. Bu səhvlərin səbəbini 

şagirdlərlə birgə araşdırmaq  lazımdır.  

 

 



 

 

 



 

 

 



 

 

 



Müəllim mövzuya başlamaq üçün əvvəlki dərsdə  şagirdlərin monitor çəkmək 

üçün yazdıqları alqoritmi proqram kimi yazıb ALPLogo mühitində icra edə bilər.   

 Şagirdlər dərsliyin “Fəaliyyət” hissəsində olan tapşırığı yerinə yetirmək üçün 

ALPLogo proqramını başladır və proqramın kod bölümündə verilmiş komandaları 

daxil edirlər. Sonra isə 

“Çalışdır” düyməsini basmalıdırlar. Proqramın nəticəsi 

iş sahəsində Bağanın çəkdiyi xətlər olacaq.  

 

Müəllim sonrakı  mərhələlərdə komandaların düzgün yazılışını göstərməklə 



izah edə bilər.  Şagirdlər riyaziyyat dərsində “bucaq” anlayışı ilə artıq  tanış 

olmuşlar. Bağanın dönmə bucağını riyaziyyatla inteqrativ olaraq izah etmək 

məqsədəuyğundur. Bu zaman hərəkət istiqamətini dəyişmək və sınıq xətlər çəkmək 

üçün müxtəlif komandalar yazmaqla Bağanın hərəkətini nümayiş etdirmək olar. 

Dərslikdə verilmiş kiçik və sadə proqramları şagirdlərlə paralel şəkildə çalışdırmaq 

faydalı olardı. Dərsdə,  əsasən, sadə  xətlər çəkmək və Bağanı  iş sahəsində  hərəkət 




 

84

etdirmək üçün sadə proqramların düzgün yazılmasına diqqət yetirmək tövsiyə olu-



nur.  

 

Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlərə dərsliyin “Araşdıraq-

öyrənək” hissəsində verilmiş proqramı yığıldıqdan sonra çalışdırmağı təklif etmək 

olar. Təlim nəticələri zəif olan şagirdlər həmin proqramın daha yüngül variantını 

yığıb icra edə bilər. Məsələn: 

qələmiendir 

irəli 100 

sağa 80 

irəli 100  

sağa 80  

 

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə 

qiymətləndirə bilər:  

1. Proqramlaşdırma haqqında elementar bilikləri izah etmə. 

2. ALPLogo proqramlaşdrma mühitinin elementlərini şərh etmə.  

3. ALPLogo mühitində sadə komandaları düzgün yazma. 

4. ALPLogo mühitində Bağanın hərəkət istiqamətini dəyişmə. 

5. ALPLogo mühitində sadə fiqurlar çəkmə. 

 

 

Dərs 



22

 / Mövzu:

 BAĞA SADƏ FİQURLAR ÇƏKİR 

 

Dərsin  əsas məqsədi  şagirdləri ALPLogo mühitinin daha geniş imkanları ilə tanış 



etməkdir. Dərsdə çalışmaq lazımdır ki, şagirdlərin fantaziyalarına  şərait yaradılsın. 

Şagirdlər müxtəlif fiqurlar çəkməklə və Bağanı hərəkət etdirməklə proqramlaşdırma-

ya daha çox maraq göstərməyə başlayırlar. ALPLogo proqramında çəkilən fiqurların 

rəngini və  qələmin qalınlığını  dəyişdirməklə müxtəlif effektlər almaq mümkündür. 

Yazılmış proqramların  şagirdlərin  şəxsi qovluqlarında saxlanmasına nəzarət etmək 

lazımdır. Proqramlaşdırmaya maraq göstərən  şagirdlər ALPLogo mühitinin başqa 

imkanlarından da istifadə edə bilərlər. Dövr operatoru və prosedurlarla iş mürəkkəb 

olsa da, adətən, şagirdlər rəngarəng fiqurlar yaratmaq üçün bu imkanları öyrənməyə 

də həvəs göstərirlər. Dərsin kompyuter sinfində keçilməsi nəzərdə tutulur.  

 

 



 

 

 



 

 

 



 

 



 

 

85



 Dərsliyin “Fəaliyyət” blokunda verilmiş tapşırığın  əsas məqsədi  şagirdlərə 

ALPLogo mühitində kvadrat çəkməklə sadə fiqurların çəkilməsini öyrətməkdir. 

Şagirdlər verilmiş alqoritmi yerinə yetirdikdən sonra Bağa kvadrat çəkmiş olur. 

Müəllim bu tapşırığı proyektor vasitəsilə paralel olaraq yerinə yetirməklə 

şagirdlərə kömək göstərə bilər.  

 

Nümunədə paralel xətlərin və üçbucağın çəkilməsi üçün yazılmış proqramları 



müəllim  əvvəlcədən yazıb  şagirdlərin kompyuterlərində saxlaya bilər. 

“Aç” 


düyməsindən istifadə etməklə  şagirdlərə  həmin proqramları açıb çalışdırmağı 

tapşırmaq olar. Rahatlıq üçün müəllim özü proyektor vasitəsilə bu prosesi nümayiş 

etdirə bilər. Şagirdlərə hazır proqramlarda müxtəlif parametrləri dəyişib nəticəsini 

yoxlamaq tapşırıla bilər. Bununla şagirdlər özləri hər parametrin mahiyyətini başa 

düşəcəklər.  

Rəngin və  qələmin qalınlıqlarının dəyişdirilməsi nümunələri də eyni qayda ilə 

göstərilə bilər. Müəllim rənglərin kodlarını müəyyənləşdirməyi şagirdlərin özlərinə 

bir tapşırıq kimi də verə bilər.  

 Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırıq rənglərlə  iş 

bacarıqlarına əsaslanır. Bağanın iş sahəsi ağ rəngdə olduğundan ağ rənglə çəkilmiş 

fiqurlar görünmür. Ona görə də suala cavab verərkən Bağanın ağ rəngdən istifadə 

etməsi qeyd oluna bilər. 



 

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə 

qiymətləndirə bilər:  

1. Proqramlaşdırma mühitində sadə proqram yazma. 

2. Proqramlaşdırma mühitində sadə fiqurlar çəkmə.  

3. Komandalar verməklə xətlərin rəngini və qalınlığını dəyişmə. 

 

 

 



 


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə