Microsoft Word 5MVaz (T) (Восстановлен)



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   ...   25   26   27   28   29   30   31   32   33

 

 

75



Dərs 

17

 / Mövzu:



 ALQORİTM 

 

Şagirdlər “Alqoritm” bölməsini çox həvəslə öyrənirlər. Gündəlik işləri sistemləşdi-



rərək addımlarla təsvir etmək, sadə  və maraqlı alqoritmləri icra etmək onlar üçün 

əyləncə  və oyun təəssüratı yaradır. Bundan əvvəlki fəsildə  şagirdlər tətbiqi proq-

ramlarda iş alqoritmlərini icra edirdilərsə, bu fəsildə onlar artıq özləri bəzi sadə 

alqoritmləri qurmağı öyrənəcəklər. Şagirdlər bu fəslin son üç dərsində proqramlaş-

dırma ilə tanış olacaqlar. Fəslin alqoritmlərə aid olan ilk üç mövzusu, əslində, 

proqramlaşdırma dərslərinə hazırlıq xarakteri daşıyır. Tətbiqi proqramlardan 

alqoritmlərə əlaqəli keçidi təmin etmək üçün dərsin “Fəaliyyət” hissəsində əvvəlki 

dərslərdə icra olunmuş alqoritmlərə oxşar alqoritmin qurulması  nəzərdə tutulur. 

Müəllim alqoritmlərin  əhəmiyyətini  şərh edərkən  əvvəlki dərslərdə “Fəaliyyət” 

tapşırıqlarını misal göstərə bilər. Dərsin təlim məqsədlərinin reallaşdırılması 

şagirdlərdə alqoritmik təfəkkürün inkişafına yardım edir, onlarda təhliletmə, 

mühakiməyürütmə  və planlaşdırma kimi idraki bacarıqların formalaşdırılmasına 

əsaslanır.  

 

 Müəllim şagirdləri aktivləşdirmək üçün dərslikdəki şəkil üzrə suallar verə və ya 



şagirdlərdən nəticəyə  gətirib çıxaran hərəkətlər ardıcıllığına misallar göstərməyi 

xahiş edə bilər.  Əgər  şagirdlər ibtidai siniflərdə alqoritmləşdirməni zəif 

mənimsəmişlərsə, bu zaman uşaqlara kömək məqsədilə konkret sual və ya tapşırıq 

vermək olar. Məsələn, “Telefonla danışmaq üçün hansı  hərəkətlər ardıcıllığını 

yerinə yetirmək lazımdır”, “Yolu keçmək üçün hərəkətlər ardıcıllığını söyləyin”.  

 Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda məqsəd alqoritm haqqında 

bilikləri yada salmaq, hər hansı bir nəticəyə nail olmaq üçün lazım olan işi alqoritm 

şəklində yazmaq bacarığını formalaşdırmaqdır. Tapşırıqda  əvvəlki dərslərdə icra 

edilən alqoritmlərə bənzər alqoritmin yazılması nəzərdə tutulur. Əvvəlki dərslərdə 

şagirdlər verilmiş alqoritmləri icra edirdilərsə, bu dərsdə onlar daha mürəkkəb 

bacarığın formalaşdırılmasına çalışırlar.  

DT: Təlim nəticələri zəif, yaxud sağlamlıq imkanları məhdud olan şagirdlərə daha 

sadə tapşırıqlar təklif oluna bilər. Məsələn, “Buterbrodun hazırlanması”, “Çantanın 

yığışdırılması” və s.  

 İşin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər. Yazılmış alqo-

ritmlərin düzgünlüyünü yoxlamaq üçün müəllim şagirdlərin yazdıqları alqoritmlə-



 

76

rin bir neçəsini Paint proqramında icra edə  və bunu proyektorla göstərə    bilər. 



Müəllim fərqli alqoritmləri yazan şagirdlərin işlərini yoxlamağı şagirdlərin özlərinə 

həvalə edə bilər. Yəni  şagirdlər yoldaşlarının yazdığı alqoritmi icra edə  və 

nəticədən asılı olaraq onun düzgünlüyünü qiymətləndirə bilərlər.  

 Bu hissədə verilən izahat və yeni məlumatlar oxunur. Müəllim “alqoritm” 

anlayışını ətrafımızda və müxtəlif sahələrdə olan alqoritmlərə nümunə göstərməklə 

şərh edə bilər. Bunun üçün “Nümunə” hissəsindən istifadə etmək faydalı olardı. 

“Alqoritm” sözünün mənşəyini “Bu, maraqlıdır” hissəsində verilmiş  məlumatla 

izah etmək olar. 

 Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırığı yerinə yetirərkən 

müəllim başqa fənlərdə icra edilən alqoritmlərin başqa icraçılar üçün deyil, yalnız 

şagirdlər üçün nəzərdə tutulduğunu vurğulaya bilər.  

Rollu oyun. Bu oyunu “Robot”, yaxud “Komandir – əsgər” kimi də adlandırmaq 

olar.  Şagirdlərdən biri “komandir”, digəri isə  “əsgər” olur. Müəllim qarşıya 

müəyyən bir məqsəd qoyur. Məsələn, “Yazı lövhəsini təmizləmək”, “Birinci parta-

dan kitabı götürmək” və s. 

Komandir əsgərə bu işləri görmək üçün dəqiq komandalar verməlidir. 

 

Müəllim  şagirdlərlə birlikdə mövzunun “Sual və tapşırıqlar” hissəsində veril-



miş tapşırıqların cavablarını müzakirə edə bilər. 3-cü tapşırığın cavabı B) bəndidir.  

 

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə 



qiymətləndirə bilər:  

1. “Alqoritm” anlayışını izah etmə.   

2. Sadə alqoritmi addımlarla söyləmə.   

3. Addımlarla yazılmış alqoritmi icra etmə.  



 

 



 

 

77



Dərs 

18

 / Mövzu:



 ALQORİTMİ NECƏ TƏQDİM ETMƏK OLAR 

 

Təlim məqsədlərini reallaşdırarkən çalışmaq lazımdır ki, şagirdlər müxtəlif 



məsələlərin həll alqoritmlərini fərqli üsullarla göstərsinlər. Artıq 4-cü sinifdə onlar 

alqoritmlərin təqdimolunma üsulları ilə tanış olmuşlar. Müəllim çalışmalıdır ki, 

şagirdlər özləri belə bir nəticəyə  gəlsinlər: məqsəddən asılı olaraq eyni bir 

alqoritmi müxtəlif formalarda təqdim etmək olar. Bu zaman yada salmaq olar ki, 

alqoritmin təqdimolunma forması  həm də onun icraçısından və onun komandalar 

sistemindən asılıdır. Alqoritm icraçının başa düşəcəyi formada və icra edə biləcəyi 

komandalarla yazılır.  

 

 

 Müəllim mövzuya bir neçə sadə alqoritmi təqdim etməklə başlaya bilər. 

Sözlə, sxemlə,  şəkillə  təqdim olunan alqoritmlərə misallar göstərmək üçün 

suallar vermək olar. Müəllim dərslikdə verilmiş şəkil üzrə iş təşkil edə bilər.  

 Dərsliyin “Fəaliyyət” hissəsində  şagirdlər verilmiş  məsələni  əvvəlcə  həll 

etməli, sonra isə  həlli müxtəlif üsullarla göstərməlidirlər. Həll alqoritmini 

şəkillərlə də göstərmək olar.  

 İşin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər. Şagirdlərin 

bir neçəsinin işinin müzakirə edilməsi alqoritmi başa düşmək üçün faydalı 

olardı. Bu zaman bir şagirdin tərtib etdiyi alqoritmi digərinə yerinə yetirmək 

üçün vermək olar. Tapşırığın alqoritmini sözlərlə,  şəkillə, cədvəllə göstərmək 

mümkündür. Məsələn, onu cədvəllə belə göstərmək olar:  

Addımlar Su 

qabları 


6 litrlik 

4 litrlik 

3 litrlik 

Başlanğıc

6 0 0 

1  2 4 0 



2  2 1 3 

3  5 1 0 

 

Məsələnin həllini sözlə belə təsvir etmək olar: 



1.

 

6 litrlik balonda olan su ilə 4 litrlik balonu  doldur (6 litrlik balonda 2 litr 



su qaldı).  

2.

 



4 litrlik balonda olan suyu 3 litrlik balona boşalt.  


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə