Microsoft Word 5MVaz (T) (Восстановлен)



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

 

 

51



Dərs 

8

 / Mövzu:



 MENYU 

 

Əməliyyat sisteminin əsas elementlərindən olan menyu ilə iş bacarıqları kompyuter 

savadlılığının əsasını təşkil edir. Şagirdlər ixtiyari proqram təminatında işləyərkən 

menyudan istifadə etməli olurlar. Proqramın yerinə yetirəcəyi növbəti komanda 

menyudan seçilir. Dərsin təlim məqsədlərini reallaşdırarkən müəllim  əməliyyat 

sistemində mövcud olan menyular haqqında izahat verə bilər. Bu zaman kompyute-

rin idarə edilməsində menyulardan necə istifadə olunduğunu proyektor vasitəsilə 

nümayiş etdirməsi  şagirdlər üçün çox əhəmiyyətlidir.  Əməliyyat sistemlərindəki 

menyulara nümunə olaraq mobil telefonları  və onların menyularını misal 

göstərmək olar.  

Dərs praktik bacarıqları formalaşdırdığı üçün onun kompyuter sinfində keçilməsi 

məqsədəuyğundur. 

 

 Müəllim mövzuya başlamaq üçün dərslikdə verilmiş menyu nümunəsinə 



diqqəti cəlb edib şagirdlərdən menyulara harada rast gəldiklərini soruşa bilər. 

Dərslikdə verilmiş suallar səsləndirilə və cavabları müzakirə oluna bilər. Şagirdlərə 

“alt menyu” anlayışını daha əyani izah etmək üçün yeməklər menyusundan, 

telefonlarda olan menyulardan istifadə etmək olar. Şagirdlərə mobil telefonlarda 

geniş istifadə edilən menyulara aid istiqamətləndirici suallar da verilə bilər. 

 Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırığın  əsas məqsədi  şagirdlərdə 

menyulardan istifadə bacarıqlarının formalaşdırılmasıdır. Müəllim iş masasının 

tapşırıqlar zolağında yerləşən klaviatura və saat indikatorlarını nümayiş etdirə  və 

oradakı  bəndlərin seçilməsini göstərə bilər. Adətən, uşaqlar alt menyulara 

keçməkdə  çətinlik çəkirlər. Bu zaman müəllim özü alt menyuya keçidi və lazım 

olan bəndi seçməyi nümayiş etdirə bilər.  

 Dərsliyin “Fəaliyyət” hissəsindən sonra verilən izahat və yeni məlumatlar 

oxunur. Müəllimə mövzuda adıçəkilən düymələri basmaqla açılan menyuları 

proyektor vasitəsilə nümayiş etdirmək tövsiyə olunur. “Start” düyməsini basmaqla 

açılan  baş menyu,  alt menyular  və  kontekst menyusunu  əyani olaraq nümayiş 

etdirdikcə  şagirdlər də kompyuterdə bu əməliyyatları paralel olaraq icra edə 

bilərlər. Bu, şagirdlərdə uyğun bacarıqları düzgün yerinə yetirmələri üçün çox 

faydalı ola bilər. Beləliklə, müəllim menyularla iş zamanı əsas əməliyyatın çıqqıltı 

olduğunu vurğulayır və kontekst menyusunu açmaq üçün siçanın sağ düyməsindən 

istifadə bacarıqlarını göstərir.  Şagirdlər iş masasındakı obyektin kontekst menyu-

sunu açmaqla oradakı bəndlərlə tanış ola bilərlər.  



 

52

Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlər kontekst menyusu vasitə-

silə  iş masasının fonunu, ekran qoruyucusunu və  iş masasındakı simgələrin ölçü-

lərini dəyişmək tapşırığını yerinə yetirə bilərlər.  

 Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırıqda kontekst menyu-

sunda olan komandalar tədqiq olunur. Müəllim  şagirdlərə  hər hansı bir tətbiqi 

proqramın menyusu ilə də tanış olmağı tapşıra bilər.  

 Müəllim  şagirdlərlə birlikdə mövzunun “Sual və tapşırıqlar” hissəsində veril-

miş tapşırıqların cavablarını müzakirə edə bilər. 3-cü sualın cavabı “alt menyu”, 4-

cü sualın cavabı isə “müvafiq komanda seçilmişdir”.  

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə 

qiymətləndirə bilər:  

1. “Menyu” anlayışını izah etmə. 

2. Kompyuterin Baş menyusunu açma. 

3. Baş menyudan proqramları başlatma. 

4. Obyektin kontekst menyusunu açma.  

5. Klaviaturanın əlifbasını,  saat indikatorunda digər parametrləri dəyişmə.  

 

 



Dərs 

9

 / Mövzu:



 FAYLLAR VƏ QOVLUQLAR 

 

Əməliyyat sisteminin informasiya obyektləri olan “fayl” və “qovluq” anlayışlarını 

şagirdlərə real obyektlərlə müqayisədə izah etmək daha məqsədəuyğundur. 

Dərslikdə verilmiş materiallar da bu sxemlə qurulmuşdur. Sistem mühitinin əsas 

informasiya obyektləri haqqında danışarkən nəzərə almaq lazımdır ki, bu anlayışlar 

haqqında tam təsəvvürlər praktik iş  nəticəsində formalaşır. Ona görə  də  dərsin 

kompyuter sinfində keçilməsi daha məqsədəuyğundur.  

Qeyd etmək lazımdır ki, kompyuterin qovluqlarına  kataloq da deyilir. Əgər 

kompyuterdə xarici yaddaş virtual disklərə ayrılıbsa, məsələn, C, D və s. bu zaman 

onları əsas qovluqlar saymaq olar. Bəzi qovluqları əməliyyat sistemi özü yaradır və 

orada sistemin komponentləri saxlanılır. İstifadəçi də lazım olan qovluqları yarada 

bilər. Kompyuterdə olan bütün fayl və qovluqların nizamlı strukturu fayl sistemi 

adlanır. 

Müəllim təlim nəticələri yüksək olan siniflərdə kompyuterin fayl strukturunu izah 

etmək üçün belə bir qraf çəkə 

bilər.


  

Şagirdlərə xatırlatmaq olar ki, 

onlar 

əvvəllər iş masasında 



müxtəlif fayl və qovluqlara rast 

gəlmişlər və onlardan bəziləri ilə – 

My Computer, My Documents, 

Recycle Bin

 xüsusi qovluqlarının 

simgələri ilə tanışdırlar. Təlim 

məqsədlərini reallaşdırarkən fayl 

və qovluqlarla sadə əməliyyatların 




 

 

53



icra edilməsinə fikir vermək lazımdır. Müəllim reallaşdırılacaq bacarıqları proyek-

tor vasitəsilə nümayiş etdirə bilər.  

 

 

 



 

 

 



 

 

 



 

 

 Müəllim mövzuya başlayarkən fayl və qovluqları real obyektlərlə müqayisə 

etmək məqsədi ilə vərəqlərin, şəkillərin və digər vacib sənədlərin harada saxlanıldı-

ğını soruşa bilər.   

 Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıq yerinə yetirilir. Bu tapşırığın 

məqsədi şagirdlərdə fayl və qovluqlarla müxtəlif əməliyyatları yerinə yetirmək ba-

carıqlarını formalaşdırmaqdır. Tapşırıqda göstərişlər qovluqlara aid olsa da, əmə-

liyyatların bir çoxu eynilə fayllara da şamil edilə bilər. Praktik iş zamanı müəllim 

şagirdlərə kontekst menyusu, onun açılması ilə bağlı istiqamətləndirici suallar verə 

bilər. Fəaliyyət vaxtı  şagirdlərdə yaranacaq suallara əyani olaraq cavab vermək 

üçün müəllimə proyektordan istifadə etmək tövsiyə olunur.  

 İşin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər. Şagirdlərin təd-

qiqat işində qazandıqları yeni bacarıqlarla bağlı yaranan sualların və  çətinliklərin 

aşkarlanıb müzakirə edilməsi tövsiyə olunur.  

Şagirdlər, adətən, qovluğun adını  dəyişdirərkən siçanın sağ düyməsini simgənin 

üstündə deyil, kənarda çıqqıldadırlar. Bu onların kontekst menyusu ilə  iş 

təcrübələrinin az olması ilə əlaqədardır. Müəllimin bu bacarığı bir neçə dəfə nüma-

yiş etdirməsi  şagirdlər üçün faydalı olardı. Qovluğun adının dəyişdirilməsində 

başqa bir çətinliklə  də qarşılaşmaq olar: kontekst menyusundan 

Rename


  bəndini  

çıqqıldatdıqdan sonra qovluğun adı seçdirilmiş olur. Şagirdlər çaşaraq qovluğun 

adını bir daha seçdirməyə çalışırlar. Bu zaman seçdirmə rejimi adi rejimə keçir. 

Ona görə də şagirdlərə məsləhət görmək olar ki

Rename

 bəndini çıqqıldadandan 



sonra siçana toxunmaq lazım deyil. Sadəcə, istədiyiniz adı yazmaq lazımdır. Qov-

luğun adını  dəyişmək üçün başqa üsul da vardır. Məsələn, siçanın göstəricisini 

qovluğun simgəsinin üzərinə gətirib iki dəfə (fasilə ilə) çıqqıldatmaqla onun adını 

dəyişdirmək olar. Lakin indiki mərhələdə bu bacarığın reallaşdırılması tövsiyə 

olunmur. Çünki şagirdlər iki dəfə (fasilə ilə) çıqqıldatmanı  qoşa çıqqıltı ilə 

qarışdıra bilərlər.  

 Dərsliyin “Fəaliyyət” hissəsindən sonra verilən izahat və yeni məlumatlar 

oxuna bilər. Dərslikdə “fayl” anlayışı ilkin təsəvvürlər yaratmaq səviyyəsində 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə